Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə28/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   24   25   26   27   28   29   30   31   32

«Altmış Dördüncü Görüş»


Mərhum Əllamə Məclisi (eləcə də mərhum Şeyx Abbas Qumi) atasından “Yəmani hirzi” duasının arxasınca belə bir əhvalat nəql edir:

Bu “hirz”i Əmir İshaq Əstərabadi Allahın yer üzündəki xəlifə və canişini İmam Zaman (ə)-a istinadən nəql edir ki, onun yazılma əhvalatı belədir:

Seyyid İshaq Əstərabadi deyir ki, bir dəfə Məkkə yolunda karvandan geri qaldım. Yorğunluq bir tərəfdən, sıxıntı və susuzluq da digər tərəfdən məni sağ qalacağıma ümid yeri qoymadı. Bunun üçün də qibləyə tərəf uzanıb kəlməyi-şəhadətimi oxumağa başladım. Bir də gördüm ki, ağam və sərvərim, Allahın yer üzündə bütün insanlar üçün tə`yin etdiyi xəlifə və canişini Sahibəzzəman (ə) başımın üzərində dayanıb mənə deyir: Ey İshaq! Qalx ayağa. Mən ayağa qalxdım, amma çox susuz idim. İmam Zaman (ə) mənə su verib sirab etdi və sonra öz atına mindirib birlikdə yola düşdük. Mən yolda Yəmani duasını oxumağa başladım və səhv etdiyim yerlərdə İmam Zaman (ə) səhvlərimə düzəliş verirdi.

Bir də gördüm ki, Məkkənin Əbtəh adlanan məntəqəsindəyəm. İmam Zaman (ə) məni atından düşürüb bir göz qırpımında görünməz oldu. Karvanım isə Məkkəyə düz, doqquz gündən sonra çatdı. Məkkə camaatı arasında mənim oraya təyyül-ərzlə gəldiyim yayıldığı üçün özümü onlardan gizlətməyə çalışırdım.

Mərhum Məclisi yazır: Həmin seyyid dörd dəfə həcc ziyarətinə getmişdir. Kərbəladan Məşhədə İmam Rza (ə)-ın ziyarətinə getdiyi zaman onunla görüşə nail oldum və onda bir çox kəramətlər gördüm. Həmin kəramətlərdən biri də onun İsfahanda yuxuda əcəlinin yaxınlaşdığını və tezliklə dünyasını dəyişəcəyini görməsi idi. Həmin ərəfədə o mənə dedi: Əlli ildir Kərbəlanın yaxınlığında məskən salmışam ki, orada dünyamı dəyişim.

Borcları haqda mənə danışdı ki, onlardan biri də həyat yoldaşının mehriyyəsi idi. O, istəyirdi ki, həmin məbləği Məşhəddə ona o qədər borcu olan şəxsdən alsın. Dostlardan bə`ziləri bundan xəbər tutub həmin məbləği ona verdilər. Sonra biz bir nəfər şəxsi də ona qoşaraq birlikdə Kərbəlaya yola saldıq.

Həmin şəxs sonralar nəql edirdi ki, yolda o özünü çox yaxşı hiss edirdi. Amma Kərbəlaya çatıb borcunu verdikdən sonar xəstələnib dünyasını dəyişdi. Allah ona rəhmət etsin.



«Altmış Beşinci Görüş»


Ayətullah seyyid Təyyib Cəzayiri1 deyir: Təhsillə əlaqədar İraqda yaşadığım illərdə, Kərbəlada olarkən (1364 h.q.) Hindistandan olan Əbu Sahib adlı e`tibarlı bir dostum mənə belə bir əhvalat danışdı:

Dostlarımdan biri İmam Hüseyni (ə) ziyarət etmək üçün Hindistandan Kərbəlaya gəlmişdi. Gecə-gündüz hərəmdə dua edirdi ki, İmam Zamanla görüşsün. O, əmin idi ki, İmam Zaman həmişə cəddi İmam Hüseynin ziyarətinə gəlir. Bu fikirlərlə öz arzusunu orada olan tələbələrdən bə`zisinə bildirir və soruşur ki, mən İmam Zamanla görüşə bilərəmmi? Bu arzuya çatmağın yolu nədir? Tələbələrdən biri ona deyir: Əgər sən qırx gecə cümə axşamları hərəmdə ibadət və riyazətlə məşğul olsan, Allah qoysa öz istəyinə çatarsan. Çünki Allah-təala İmam Hüseynə şəhadətinin müqabilində üç şey lütf etmişdir:

1. Onun qübbəsi altında edilən dua müstəcab olar.

2. Onun türbətinə şəfa bəxş etmiş.

3. İmamət məqamı (qiyamətə qədər) onun nəslinə mənsubdur.2

Bu sözləri eşidən sonra o, qırx gecə cümə axşamları İmam Zamanı görmək ümidi ilə İmam Hüseynin hərəmində qalır. O, bütün gecəni rüku və səcdə halında ağlayıb-sızlamaqla ibadətə məşğul olur. Nəhayət, qırx gecə başa çatır, amma o öz hacətinə çatmır.

Səhər açılanda o, narahat və qəmli halda hərəmdən çölə çıxır. Hərəmin həyətində dayanıb gözlərindən yaş axıda-axıda, başqasının diqqətini cəlb etməyəcək şəkildə öz-özü ilə danışmağa başlayır: “Mənə qırx gecə hərəmdə qalmağı təklif edən adam məni boş və bihudə bir işə vadar etdi. Ey kaş, o adam indi burada olardı, mənim bu halımı görərdi ki, vaxtım, malım necə zay olmuşdur! İndi mən öz ölkəmə necə qayıdacağam, nə pulum var, nə də halım.”

O, bu sözləri zümzümə etdiyi halda yaxınlığında durmuş, əyninə iraqlılara məxsus libas geymiş, başını şal (ərəblərin başlarına saldıqları örtük) ilə örtmüş bir ərəb, sanki bu sözləri eşidib başa düşürmüş kimi, yaxına gəlib fəsih hind dilində ona dedi: Nə olub, filankəs? (onu öz adı ilə çağırır) Niyə belə qəmgin və pərişansan? O, tanımadığı ərəbin onu adı ilə çağırması və hind dilində danışmasından təəccüblənsə də, ona e`tina etmir. Fikirləşir ki, yəqin bu adam Kərbəla əhlidir, ola bilsin hindlilərlə çox oturub-durduğu üçün hind dilində yaxşı danışır. Buna görə də ona deyir:

–Mənim işimin sənə nə dəxli var?

–Haradan bilirsən ki, sənin işinin mənə dəxli yoxdur?

–Çünki sənin mənim müşkülümü həll etməyə gücün çatmaz.

–Sənin nə müşkülün var?

–Mən mövlam Sahibəzzamanı görmək arzusunda idim. Uzaq Hindistan ölkəsindən qalxıb bu qədər yolu ziyarət üçün gəlmişəm. Burada olan ruhanilərdən biri mənə dedi ki, əgər qırx gecə cümə axşamları imam Hüseynin (ə) qübbəsi altında dua etsən, duan müstəcab olar. Mən əhli-əyalımı buraxıb qırx həftədir ki, burada qalmışam. Nə pulum var idisə, xərclənib qurtarıb.

–Əhəmiyyət vermə və özün də nigaran olma. Sənin yol xərcin düzələcək və vətəninə də qayıdacaqsan.

–Yol xərcinin düzəlməyinin, ya vətənə dönməyimin faydası nə olacaq? Nəticəsiz, əliboş geri dönməyin nə xeyri ki, məqsədimə çatmamışam. Mən bu qədər vaxtı burada ona görə qalmamışam ki, Allahdan pul, mal istəyim. Mən qırx gecəni ona görə oyaq qalmışdım ki, İmamı görüm. Mənim imamı görməkdən başqa heç bir niyyətim olmayıb. Sizcə bu mümkün olmayan bir arzudur?

O, deyir: Sözlərim bu yerə çatanda həmin ərəbin üzündə təbəssüm aşkar oldu. Gülümsündüyü halda mənə dedi: İndi də öz imamının üzünü görə bilmədin? Dedim: Yox. Dedi: Artıq bundan yaxşı necə görə bilərsən? (Yə`ni sənin qarşında dayanmış şəxsi bundan yaxşı necə görmək olar? Sən hal-hazırda onun üzünə baxıb söhbət edirsən.) Bunu dediyi halda birdən qeyb oldu. Mən heyrət içində donub qaldım. Sağıma, soluma baxdım, kimsəni görmədim. Haçandan-haçana özümə gəldim. O, mənim dilimdə danışır, halımı bilirmiş, amma mən isə onu tanımamışam, onunla ədəbsiz danışmışam. Birdən məni ağlamaq tutdu. Görüşün bu qədər az olmasına təəssüf etdim. Onunla dikbaşlıqla danışmağıma bərk peşman oldum. Bir az keçmiş bir nəfər gəlib mənə pul verdi. Bu pul mənim yol xərclərimi yetərincə ödəyirdi. Allah-təala mənim bu haldan çıxarıb gözəl bir əhval-ruhiyyə ilə əvəz etdi.1






Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə