XII mühazirə
446
1969-cu ildəkindən 2,1 dəfə çox idi.
Azərbaycan KP MK və Azərbaycan
SSR Nazirlər Soveti
1982-ci il dekabrın 2-də «1982-1985-ci illərdə respublikada çay
təsərrüfatının və çay sənayesinin inkişafına dair» 533 saylı
qərar qəbul etmişdi ki, bu da çayçılığın sonrakı inkişafında
başlıca rol oynamışdı. Nəticədə, 1981-1985-ci
illərdə
respublikanın çayçılıq təsərrüfatlarında 108,4 min ton əvəzinə
146 min ton yaşıl çay yarpağı toplanmışdı.
Bu illərdə
respublikada çay becərilən sahələr 12,3 min hektara, hektardan
məhsuldarlıq isə 45 sentnerə çatdırılmışdı.
Azərbaycan çayı dəfələrlə beynəlxalq yarmarkalarda və
sərgilərdə, o cümlədən 1975-ci ildə Macarıstanda, 1982-ci ildə
Anqolada, Efiopiada, Çexoslovakiyada və digər ölkələrdə
nümayiş etdirilmiş və mükafatlar almışdı.
Lakin 1988-ci ildən respublikada yaşıl çay yarpağı
istehsalı ilbəil azalmağa başlamışdı.
Baramaçılıq. 70-80-ci
illərdə Azərbaycan kənd
təsərrüfatının ən gəlirli sahələrindən biri olan baramaçılığın
inkişafına da diqqət artırılmışdı. Bu illərdə baramaçılığın
inkişafından daha səmərəli istifadə olunmasının yolları
müəyyən edilmiş, yeni baramaçılıq təsərrüfatları yaradılmışdı.
Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ilin 17
martında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin
«Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri
haqqında» qərar qəbul olundu ki, bu da ipəkçiliyin sonrakı
inkişafında böyük əhəmiyyətə malik oldu.
İpəkçilik Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş,
Cəbrayıl və digər rayonlarda cəmləşdirildi. 70-80-ci illərdə
Azərbaycan ipəyinin şöhrəti özünə qaytarıldı.
Respublikada barama istehsalı 1969-cu ildəki 3569
tondan 1982-ci ildə 5272 tona çatdırıldı. 1970-1982-ci illərdə
dövlətə satılan baramanın miqdarı 1,4 dəfə artmış, barama
istehsalı 1983-cü ildə 5039 ton, 1986-cı ildə isə 5678 ton təşkil
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
447
etmişdi. Sonrakı illərdə respublikada barama istehsalına diqqət
zəiflədiyindən istehsalın miqdarı azalmağa başlamışdır. 1993-
cü ildə barama istehsalı 3202 tona endi.
1969-1982-ci illərdə respublika iqtisadiyyatında, o cüm-
lədən sənaye və kənd təsərrüfatında sıçrayışlı, misilsiz inkişaf,
maddi istehsalın öz strukturunda
mütərəqqi keyfiyyət
dəyişiklikləri, həm də əhalinin maddi rifah halının durmadan
yaxşılaşmasını təmin etmiş, həyat səviyyəsi, mədəni və mənəvi
həyatı yüksəlmişdi. İqtisadi həyatdakı uğurlar əhalinin milli
gəlirinin artmasına səbəb olmuşdu. 1970-ci ildə Azərbaycanda
adambaşına milli gəlir orta ittifaq səviyyəsinin 62 faizini təşkil
edirdisə, 1980-ci ildə bu rəqəm 80 faizə yüksəlmişdi.
Respublikada milli gəlir 1965-ci ilə nisbətən 1975-ci ildə
2 dəfə, 1982-ci ildə 4,1 dəfə artmışdır.
Xalq təsərrüfatında çalışan fəhlə və qulluqçuların orta
aylıq əmək haqqı 1970-ci ildəki 125 manatdan 1982-ci ildə 164
manata qaldırılmışdır. Kolxozçuların orta aylıq əmək haqqı
müvafiq olaraq 80 manat və 208 manat olmuşdu.
«Baş verən dəyişikliklərin miqyasına,
iqtisadi və sosial
sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə,
xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə
keçirilməsinə görə IX, X və XI beşilliklər Azərbaycanın yeni
tarixində ən mühüm yer tutur». 80-ci illərin ortalarından
başlayaraq, respublika rəhbərlərinin bacarıqsızlığı və
səhlənkarlığı nəticəsində, keçmiş ittifaqda gedən proseslərin
təsiri altında respublikada 1969-1982-ci illərdə formalaşmış
iqtisadi inkişaf dinamikası pozulmuş, intensiv inkişaf ekstensiv
xarakter almış, istehsalın səviyyəsi bütün sahələrdə aşağı
düşməyə başlamışdır.
Cədvəl 1
1969-1982-ci illərdə Azərbaycanda barama istehsalı barədə
XII mühazirə
448
İllər
İstehsal (ton)
İllər
İstehsal (ton)
1969
3569
1976
4856
1970
3661
1977
5007
1971
4055
1978
4740
1972
4095
1979
4848
1973
4456
1980
4984
1974
4455
1981
4901
1975
4385
1982
5272
Cədvəl 2
1969-1982-ci illərdə
Azərbaycan Respublikasında mal-qaranın sayı
(ilin axırına min baş)
İllər
Mal
O
cümlədən inək, camış
Davar
Quş
1960
1373,0
505,3
48845
7422,0
1965
1460,3
576,3
3864,9
6850,5
1969
1560,3
615,0
3960,6
8623,8
1970
1576,8
605,1
4371,2
8780,8
1980
1806,2
675,8
5361,6
20687,6
1982
1887,1
723,1
5332,4
24470,0
70-80-ci illərdə kənd təsərrüfatının ən əhəmiyyətli
sahələrindən biri
heyvandarlıq idi. Bu illərin səciyyəvi
xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, heyvandarlığın
inkişafında ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş
vermişdi.
Digər tərəfdən, əhalinin ərzağa olan ehtiyacının
ödənilməsində heyvandarlığın inkişaf etdirilməsi mühüm
əhəmiyyətə malikdir. Bu sahədə geriliyin aradan qaldırılması,
heyvandarlıq təsərrüfatının
mexanikləşdirilməsi,
ixtisaslaşdırılması, möhkəm yem bazasının yaradılması, mal-
qaranın tərkib və cinsinin yaxşılaşdırılması, zoobaytarlıq
xidmətinin yüksəldilməsi və s. məsələlər dövlət və hökumət
orqanlarının daha çox diqqət yetirdiyi problemlər olmuşdu.
Azərbaycan SSR XX yüzilliyin
70-80-ci illərində
449
Respublikada heyvandarlığın inkişafında Azərbaycan KP
MK-nın avqust (1969-cu il), Sov.İKP MK-nın və SSRİ Nazirlər
Sovetinin «Azərbaycan SSR-in kənd təsərrüfatını inkişaf
etdirmək tələbləri haqqında» 1970-ci il 23 iyul tarixli,
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
intensivləşdirmək tədbirləri haqqında» 1975-ci il 9 iyul tarixli,
«Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da
ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək
tədbirləri haqqında» 1979-cu il 22 fevral tarixli və sonrakı digər
qərarlarının yerinə yetirilməsi başlıca rol oynamışdı.
1975-ci il 25 sentyabrda Naxçıvan Muxtar Respublikası
Nazirlər Sovetinin iclasında «Muxtar Respublikanın
kolxoz və
sovxozlarında iribuynuzlu mal-qara üzrə inkişaf vəziyyəti
haqqında» məsələ müzakirə edilmişdi. Qeyd olunmuşdu ki,
1975-ci ildə 1974-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı
845 baş artdığı halda, Naxçıvan rayonunda inək-camışın
ümumi sayı 245 baş, Ordubad rayonunda 70 baş, Şahbuz
rayonunda 62 baş, Culfa rayonunda 68 baş azalmışdı.
1975-ci il dekabrın 30-da Naxçıvan Muxtar
Respublikasının Nazirlər Sovetində «1974-1975-ci illərdə
ictimai heyvandarlıq sahəsində baş vermiş cinayət hadisələri
haqqında» məsələyə baxılarkən
qeyd olunmuşdu ki, bu müd-
dətdə 19 cinayət hadisəsi baş vermiş, dövlətə 27371 manat
zərər dəymiş və onun 20672 manatı cinayətkarların hesabına
ödənilmişdir. 1974-cü ildə 277 baş xırdabuynuzlu, 40 baş
iribuynuzlu mal-qara və 1975-ci ilin 9 ayında 702 baş
xırdabuynuzlu, 56 baş iribuynuzlu mal-qara mənimsənilmişdi.
Məhsuldar mal-qaranın cinsləşdirilməsinə respublikanın
heyvandarlıq təsərrüfatlarında diqqət xeyli artırılmış, SSRİ-nin
müxtəlif yerlərindən respublikaya 34 min baş məhsuldar cins
mal-qara gətirilmişdi. Nəticədə, respublika üzrə 1975-ci ildə
1965-ci ilə nisbətən ət istehsalı 1,3 dəfə, süd istehsalı 1,8 dəfə
artmışdı.