XIII mühazirə
492
çıxarsaq da, nə qədər böyük nailiyyətlər əldə etsək də, bir
həqiqəti nəzərə çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azər-
baycanın müstəqilliyi əldə olunan dövrlərədək xalqımız heç
vaxt öz təbii sərvətinin sahibi olmamışdır. İndi isə biz yeni bir
mərhələdə yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətlərinin
sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın
özü sərbəst surətdə müəyyənləşdirir». Yəni Azərbaycan
Respublikası hər bir ölkə ilə, o cümlədən neft şirkətlərinin
mənsub olduqları ölkələrlə müstəqil surətdə danışıqlar aparır və
Azərbaycanın dünyəvi ölkə olduğunu nümayiş etdirir.
Bu müqavilə Azərbaycanın
öz müstəqilliyini bərpa
etdikdən sonra onun müstəqil və sərbəst dixili və xarici siyasət
yeritməsinin bariz nümunəsi olan və 30 illik müddətə bağladığı
ilk beynəlxalq müqavilə idi.
Müqavilənin imzalanmasından iki gün sonra, yəni 1994-
cü il sentyabrın 22-də Azərbaycan televiziyası və radiosu ilə
çıxışında bu müqavilənin böyük tarixi əhəmiyyətə malik
olduğundan bəhs edən Heydər Əliyev demişdir: «O, ötən 150
ildə Azərbaycan neft sənayesinin tarixində ilk belə böyük
müqavilədir. Xarici neft şirkətləri rəhbərlərinin fikrincə,
ümumiyyətlə öz xüsusiyyətlərinə görə bu, nadir bir
müqavilədir, dünyada oxşarı olmayan bir müqavilədir. Bu da
ondan ibarətdir ki, Azərbaycan Dövlət Neft Şirkəti dünyanın
yeddi böyük neft şirkətlərinin
daxil olduğu konsorsium ilə
müqavilə bağlayıb. Həmin şirkətlər ABŞ,
Böyük Britaniya,
Rusiya, Norveç və Türkiyəyə mənsubdur, sonradan Səudiyyə
Ərəbistanının «Delta» neft şirkəti də onlara qoşulub. Yeddi neft
şirkəti bir konsorsiuma daxil olub. Azərbaycan Dövlət Neft
Şirkəti ilə 30 il müddətinə müqavilə imzalayıb.
Demək bu konsorsium həm yeddi neft şikrəti, həm də
Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Türkiyə,
Norveç və Səudiyyə Ərəbistanı kimi ölkələri təmsil edir. Biz
həm neft şirkətləri ilə müqavilə bağlamışıq, həm də bu şirkətlər
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
493
bizim həmin dövlətlərlə iqtisadi və digər əlaqələrimizin gələcək
inkişafı üçün əsas yaratmışlar».
«Əsrin müqaviləsi»nin imzalanması münasibətilə ABŞ
prezidenti B.Klinton 1994-cü il sentyabrın 20-də Vaşinqtondan
– Ağ Evdən göndərdiyi teleqramda yazırdı: «Birləşmiş Ştatlar
tarixdə bu növ sazişlər arasında ən böyüyü olan bu müqaviləni
alqışlayır. O bütün tərəflər üçün mənfəətli olacaq və
ölkələrimiz arasında artmaqda olan iqtisadi-ticarət əlaqələrinin
möhkəmləndirilməsinə xidmət edəcəkdir. Azərbaycan neftinin
işlənməsi Dağlıq Qarabağ regionu daxilində və onun ətrafında
uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı,
Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq
gətirilməsində mühüm rol oynaya bilər. Biz çox şadıq ki, siz
qüdrətli iqtisadi gələcəyə doğru bu həlledici addımı atdınız».
Müqavilənin imzalanmasından sonra Türkiyənin dövlət
naziri Nəcməddin Cövdət prezident
Heydər Əliyev tərəfindən
qəbul olunarkən o, böyük bir tarixi hadisənin şahidi olduğunu
qeyd etmiş, heyrətamiz bir ifadə ilə öz fikrini açıqlayaraq
demişdi: «Əgər istiqlaliyyətiniz əlinizdə olmasaydı, bu imza bu
gün Bakıda atılmazdı… Neft müqaviləsinə atdığınız bu günkü
imza əslində üçrəngli bayrağınızın təsdiqinə atılmış imzadır».
Azərbaycan bu müqaviləni imzalamaqla Azərbaycan
Respublikasının suveren hüquqlarının bərqərar olduğunu,
Azərbaycanın tam müstəqil dövlət olduğunu dünyaya bir daha
nümayiş etdirdi. Bu müqavilənin imzalanması ilə Azərbaycan
iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar
iqtisadiyyatına qoşulması üçün əsas yaranırdı.
Müqavilənin imzalanması xarici
ölkələrin Azərbaycana
investisiya qoyması üçün böyük yol açdı. Belə ki, bundan sonra
Azərbaycan neft sənayesinə xarici kapitalın axını başlandı.
İlkin vaxtlarda Azərbaycanda neft sənayesini inkişaf etdirmək
üçün pul vəsaitinin çatışmadığı şəraitdə belə əlverişli şərtlərlə
müqavilənin imzalanması Azərbaycan tərəfinin qələbəsi kimi
XIII mühazirə
494
qiymətləndirilir. Azərbaycan neft sənayesinə böyük bir həcmdə
kapitalın qoyulması ümumən ölkə iqtisadiyyatının inkişafına
təsir göstərən amil olacaqdır.
Onu da qeyd etməliyik ki, müqavilənin ilk variantının
hazırlanması müstəqilliyimizin ilk illərində Azərbaycan
hakimiyyətində olan və dövlət idarəçiliyində,
eləcə də siyasətdə
peşəkarlığı olmayan səriştəsizlərin dövründə olduğu üçün o,
xalqın ümumi mənafeyinə cavab verməmiş və əsas etibarı ilə
xarici şirkətlərin, eləcə də ayrı-ayrı şəxslərin marağına uyğun
hazırlanmışdı.
Müqavilənin beş illiyi münasibətilə İlham Əliyevin
«Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası uğurla
həyata keçirilir» mövzusundakı məruzəsində qeyd olunduğu
kimi, «1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi
tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o
imazalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş
olardı».
Yalnız 1993-cü ilin ikinci yarısında xalqımızın
ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanın
siyasi hakimiyyətinə qayıdışından sonra müqavilənin ilk
variantının 1993-cü il iyunun 21-nə təyin olunmuş
imzalanmasından imtina edilmiş və onun Azərbaycanın milli
mənafeyinə uyğun olaraq yenidən işlənib hazırlanmasına
sərəncam verilmişdir.
Odur ki, müqavilənin yeni variantı Heydər Əliyevin
iştirakı və rəhbərliyi ilə hazırlanmış, müqavilədə iştirak edəcək
şirkət rəhbərləri ilə müzakirələr zamanı qarşıya çıxan çətinliklər
aradan qaldırılaraq, nəhayət imzalanmağa təqdim olunmuşdur.
«Əsrin müqaviləsi»nin əhatə etdiyi «Azəri», «Çıraq» və
«Günəşli» yatağının dərinlikdə yerləşən
hissəsi sahəsində ilkin
neft ehtiyatları 511 milyon ton səviyyəsində
qiymətləndirilmişdi. Lakin sonradan aparılan qazma işləri
nəticəsində müəyyən olunmuşdur ki, neft ehtiyatları 640
Müstəqil Azərbaycan Respublikasının
yaranması, onun daxili və хариъи сийасяти
495
milyon ton, səmt qazı ehtiyatları 100 milyard kubmetr, sərbəst
təbii qaz ehtiyatları isə 100-150 milyard kubmetrdir.
Bütün bunları üzə çıxarmaq və istifadə həddinə çatdırmaq
üçün layihənin ilk illərində 7,5 milyard dollaradək kapital
qoyuluşu və 30 il ərzində təxminən 14 milyard dollar istismar
xərcləri nəzərdə tutulmuşdur.
Müqavilənin şərtlərinə görə Azərbaycan kapital
qoyuluşunda 20 faiz pay qoymaqla çıxarılan
neftdən gələn
gəlirin 80 faizini (253 milyon ton neft), xarici şirkətlər isə
bütün investisiyanın 80 faizini qoymaqla neftdən gələn gəlirin
20 faizini, başqa sözlə, təxminən 65 milyon ton neftin sahibi
olacaqlar. Qalan neft kapital xərclərinin, neftin dünya
bazarlarına çıxarılması üçün maliyyə və nəqliyyat xərclərinin
ödənilməsinə sərf olunacaqdır.
Deyilən faizləri neftin satış qiymətinə çevirdikdə təxmini
belə mənzərə alınır. Belə ki, hesablamalara görə neftdən ümumi
gəlir bu gün üçün (yəni 30 il ərzində infliyasiya prosesi
nəzərə
alınmaqla) təqribən 157, 6 milyard dollar olmalıdır ki, bunun
81, 7 milyard dolları Azərbaycanın payına, 19,5 milyard dolları
xarici şirkətlərin payına, qalanları isə yuxarıda qeyd etdiyimiz
kimi, kapital, istismar, maliyyə və nəqliyyat xərclərinin
ödənilməsinə sərf ediləcəkdir. Əslində Azərbaycanın qazancı
daha çox olacaq, çünki burada Azərbaycanın 55 milyard
kubmetr neftli qazdan – səmt qazından əldə edəcəyi gəlir (bu
isə ekvivalentdə əlavə olaraq azı 50 mln. ton neftə bərabərdir),
eləcə də 90 milyard kubmetr ehtiyatı olan sərbəst qaz ehtiyatları
istismar ediləcəyi halda qazanacağı gəlir nəzərə alınmır. Bu
qazdan yalnız Respublika təbii qaza öz ehtiyaclarını ödəmək
üçün istehsal barədə qərar qəbul etdikdən sonra istifadə
olunacaqdır.
Bütün bunlardan savayı layihəyə görə respublikamıza 300