Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elml



Yüklə 207,14 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix20.02.2018
ölçüsü207,14 Kb.
#27258
1   2   3   4   5   6   7

baş tutmamış və nəticələrinin etibarsız hesab edilməsi əsasları kimi məsələlərin 

t

ədqiq olunmasını  və  problemin həlli ilə  bağlı  qanunvericiliyin  təkmilləş-



dirilm

əsi istiqamətində müvafiq təkliflərin verilməsini məqsədəmüvafiq hesab 

edir

əm. Bu problemlərin həlli seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün 



t

əkcə nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb edir. 

İlk öncə Milli Məclisə seçkiləri tənzim edən qanunvericiliyin yaranması 

v

ə  inkişafı  ilə  bağlı  məsələlərə  diqqət yetirək.  Azərbaycan Respublikasında 



demokratik prinsipl

ərə əsaslanan, seçki hüququ sahəsində dünyanın demokratik 

dövl

ətlərinin təcrübəsində  sınaqdan  çıxmış  müddəaları  təsbit edən yeni seçki 



sisteminin 

əsası  məhz  12 avqust 1995-ci il tarixli «Azərbaycan Respublikası 

Milli M

əclisinə  seçkilər  haqqında»  Azərbaycan  Respublikasının  1082  saylı 



Qanunu il

ə qoyulmuşdur. Sonra Azərbaycan Respublikası Milli Məclisinə seç-

kil

ərin əsasları, başlanğıc prinsipləri 12 noyabr 1995-ci il Azərbaycan Respub-



likasının  Konstitusiyasında  nəzərdə  tutuldu.  Konstitusiyanın  83-cü maddəsi 

Az

ərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  ümumi,  bərabər və 



birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə  yolu ilə seçil-

m

əsi ilə bağlı müddəa müəyyən etdi. 5 iyul 2000-ci ildə yenidən «Azərbaycan 



Respublikası Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının 

Qanunu, n

əhayət, 27 may 2003-cü ildə Azərbaycan Respublikasının Seçki Mə-

c

əlləsi qəbul olundu. 1995-ci il «Milli Məclisə seçkilər haqqında» Azərbaycan 



Respublikası  Qanunundan  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə 

q

ədər ciddi bir təkamül yolu keçmiş respublikamızın seçki qanunvericiliyi ki-



fay

ət qədər təkmilləşdirilmiş, seçki prosesinin ayrı-ayrı mərhələlərində həyata 

keçiril

ən hər bir seçki hərəkətinin dəqiqliyi ilə  tənzimini nəzərdə  tutan müd-



d

əalar seçki qanunvericiliyində  öz  əksini  tapmışdır.  Bu  zaman  dünya  dövlət-

l

ərinin bu sahədə  olan təcrübəsindən, beynəlxalq standartlardan, habelə  bey-



n

əlxalq təşkilatların, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının töv-

siy

ələrindən istifadə olunmuşdur.  



«Az

ərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilər  haqqında»  Azər-

baycan Respublikasının 1082 saylı Qanununda Azərbaycan Respublikasının ali 

qanunvericilik hakimiyy

əti orqanı olan Azərbaycan Respublikası Milli Məcli-

sinin Az


ərbaycan  Respublikasının  vətəndaşları  tərəfindən qanunla müəyyən 

edil


miş  qaydada  majoritar  və  proporsional seçki sistemləri, ümumi, bərabər, 

birbaşa  seçki  hüququ  əsasında  sərbəst  şəxsi və  gizli səsvermə  yolu seçildiyi 

əyyən olundu [2]. Qanun fəaliyyət qabiliyyətsizliyi məhkəmə  tərəfindən 



t

əsdiq edilmiş vətəndaşlar istisna olmaqla, seçkilər günü 18 yaşı tamam olan və 

ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının aktiv 

seçki hüququnu tanımış oldu. Milli Məclisə seçkilər zamanı passiv seçki hü-

ququ is

ə  qanunda nəzərdə  tutulan  şəxslər istisna olaraq Azərbaycan Respub-



likasının seçkilər günü 25 yaşı tamam olan və ya yaşı 25-dən çox olan bütün 

v

ətəndaşları üçün nəzərdə tutuldu. Qanunla yalniz din xadimlərinin, müddətli 



h

əqiqi hərbi və ya alternativ xidmətdə olanların, məhkumluğun ödənilməsindən 

asılı olmayaraq ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin, məhkəmənin 




qanuni qüvv

əyə  minmiş  hökmü  ilə  azadlıqdan  məhrumetmə  yerlərində  cəza 

ç

əkən  şəxslərin  Milli Məclisə  deputat seçilməsinə  qadağa  qoyuldu.  Qanun 



Milli M

əclisə  seçkilərin Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən Milli 

M

əclisin səlahiyyətlərinin qurtarmasına ən geci 80 gün qalmış təyin etməsi ilə 



bağlı  müddəa nəzərdə  tutuldu. Qanun həmçinin Milli Məclisin  qarışıq  seçki 

sistemi 


əsasında  formalaşdırılması,  yəni Milli Məclisin  100  deputatının  bir-

mandatlı  seçki  dairələri üzrə, bir qayda olaraq, seçicilərin  birmandatlı  seçki 

dair

əsində  vahid təmsilçilik  norması  əsasında,  25  deputatının  isə  vahid çox-



man

datlı  seçki  dairəsi üzrə  siyasi  partiyaların  (siyasi  partiyaların  bloklarının) 

göst

ərdikləri  deputatlığa  namizədlərin  siyahılarına  seçicilərin verdikləri səs-



l

ərin nisbəti  əsasında  seçilməsi  qaydasını  nəzərdə  tuturdu.  Seçki dairələrinin 

yaradılması ilə bağlı Qanun müəyyən edirdi ki, majoritar seçki sistemi əsasında 

seçkil


ərin təşkili  və  keçirilməsi üçün Milli Məclis Mərkəzi seçki komis-

siyasının  təklifi ilə  seçkilərə  azı  70  gün  qalmış  Azərbaycan  Respublikasının 

ərazisini, əhalinin say tərkibini və inzibati ərazi bölgüsünü nəzərə alaraq 100 

seçki dair

əsinə bölür və bu zaman Mərkəzi seçki komissiyası ümumi hüdudları 

olmayan 


ərazilərin bir seçki dairəsinə  daxil edilməsinə  yol verilməməsi, hər 

seçki dair

əsinin, bir qayda olaraq, bir inzibati rayonun hüdudlarında, seçicilərin 

sayı buna yol vermədikdə isə iki və ya daha çox inzibati rayonun hüdudlarında 

yaradılması,  seçki  dairəsi  əhalisinin  sayının  seçki  dairələri  əhalisinin orta sa-

yından 10 faizdən artıq fərqlənməsinə yol verilməməsi prinsiplərini əsas götür-

m

əlidir.  Proporsional seçki sistemi əsasında  seçkilərin təşkili  və  keçirilməsi 



üçün Az

ərbaycan  Respublikasının  bütün  ərazisində  vahid  çoxmandatlı  seçki 

dair

əsinin yaradılması nəzərdə tutulurdu. 



Qanunda h

əmçinin Mərkəzi  Seçki  Komissiyasının,  dairə  və  məntəqə 

seçki  komissiyalarının  formalaşdırılması  qaydası,  səlahiyyətləri, komissiya 

üzvl


ərinin hüquqi statusu dövrün tələblərinə uyğun şəkildə müəyyən edilmiş-

dir.  Seçki  komissiyalarının  qərarlarından  şikayət edilməsinin sadə  proseduru 

əyyən edilir, məntəqə seçki komissiyalarının qərarlarından dairə seçki ko-



missiyalarına, dairə seçki komissiyalarınin qərarlarında Mərkəzi Seçki Komis-

siyasına, Mərkəzi Seçki Komissiyasının qərarlarından isə Azərbaycan Respub-

likası  Ali  Məhkəməsinə  şikayət verilməsi  imkanını  nəzərdə  tutmaqla qanun 

əslində vətəndaşların məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırırdı.  

Qanunda diqq

ət cəlb edən məsələlərdən birini də  seçici  siyahılarının 

t

ərtib edilməsi məsələsi təşkil edir. Belə ki, Qanuna görə seçici siyahıları yerli 



icra hakimiyy

əti  orqanları  tərəfindən tərtib  olunmalı,  onun  rəhbəri tərəfindən 

t

əsdiq edilməli və siyahılar seçkilər gününə azı 30 gün qalmış məntəqə seçki 



komissiyalarına təhvil verilməli idi. Bundan sonra məntəqə seçki komissiyaları 

daxil olan seçici siyahılarını dəqiqləşdirməli, təsdiq etməli, təsdiq edilmiş se-

çici  siyahısını  məntəqə  seçki  komissiyasının  sədri və  katibi  imzalamalı  idi. 

Seçm


ək  hüququ  olan,  siyahıların  tərtib edildiyi vaxt müvafiq seçki məntə-

q

əsinin ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının məntəqə-



nin seçici siyahısına daxil edilməsi nəzərdə tutulurdu ki, bu da bir qayda olaraq 




Yüklə 207,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə