Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elml


partiyaların  baryeri  keçə  bilməyən partiyaların  topladıqları  səslərin  hesabına



Yüklə 207,14 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix20.02.2018
ölçüsü207,14 Kb.
#27258
1   2   3   4   5   6   7

partiyaların  baryeri  keçə  bilməyən partiyaların  topladıqları  səslərin  hesabına 

əlavə mandat əldə etmələrinə gətirib çıxarır və yekunda parlamentdə mandat-

ların parçalanması ilə bağlı arqument də o qədər əsaslı təsir bağışlamır. Üçüncü 

bir t


ərəfdən, qeyd olunan problemlər adətən parlamentli idarəetmə  formasına 

malik olan dövl

ətlər üçün ciddi hesab oluna bilər. Belə ki, həmin dövlətlərdə 

hökum


ət parlament tərəfindən yaradılır, parlament seçkilərində qələbə çalan – 

çoxluq 


əldə  edən siyasi partiya hökuməti təşkil  edir  və  əgər belə  bir çoxluq 

əldə olunmazsa, onda siyasi proseslər sabit, dayanıqlı bir hökumət deyil, əksə-

r

ən koalision hökumətin  yaradılması  ilə  müşayət olunur və  bu da gələcəkdə 



tez-tez hökum

ət  böhranlarına,  hökumətlərin  istefasına  və  istefaya  getmiş 

hökum

ətin yerinə  daha kövrək hökumətlərin  qurulmasına  gətirib  çıxara  bilir. 



Buna misal olaraq XX 

əsrin axırıncı onilliklərində Türkiyədə, İtaliyada, Yapo-

niyada baş verən hökumət böhranlarını göstərə bilərik. Heç də təsadüfi deyil ki, 

İtaliyada  XX  əsrin 90-cı  illərində  həyata keçirilən islahatlar nəticə  etibarilə 

proporsional sistemd

ən qarışıq sistemə keçidlə başa çatdı [12, 8-38].  

Lakin unutmaq olmaz ki, Az

ərbaycan  Respublikasının  idarəetmə  for-

ması parlamentli deyil, prezidentli respublika idarəetmə formasıdır və burada 

parlament çoxluğunun hansı siyasi qüvvəni təmsil etməsindən asılı olmayaraq, 

iqtidarda prezidentin m

ənsub  olduğu  siyasi  partiya  hesab  olunur.  Digər bir 

t

ərəfdən, burada hökumət heç də parlament çoxluğu tərəfindən deyil, Prezident 



t

ərəfindən təşkil olunur, çünki Prezident dövlət başçısı olmaqla yanaşı, həm də 

icra hakimiyy

ətinin başçısıdır. Belə ki, Konstitusiyanın 7-ci maddəsinin III his-

s

əsinə  və  99-cu maddəsinə  müvafiq olaraq icra hakimiyyəti ona mənsubdur. 



Burada h

əmçinin hökumət parlamentə  deyil,  Konstitusiyanın  114-cü mad-

d

əsinə görə Prezidentə tabedir, onun qarşısında məsuliyyət daşıyır və hesabat 



verir, Prezident qarşısında istefa verir. Bütün qeyd olunan arqumentlər prezi-

dentli respublikada proporsional sistemin parlamentd

ə  mandatların  parçalan-

ması  və  xırda  partiyaların parlamentdə  yer  tutması  ilə  hökumət  böhranlarına 

s

əbəb ola biləcəyi ilə bağlı irəli sürülən iddiaları heçə endirir.  



Fikrimi daha da 

əsaslandırmaq üçün majoritar və proporsional seçki sis-

teml

ərinin xarakterik xüsusiyyətlərinin araşdırılmasına, üstün və mənfi cəhət-



l

ərinin tədqiqinə xüsusi diqqət yetirilməsini məqsədəmüvafiq hesab edirəm. 

Majoritar seçki sistemi tarixi planda 

ən  geniş  yayılmış,  ən çox tətbiq 

olunan v

ə həm də ən qədim seçki sistemidir. Belə ki, XIX əsrin sonlarına kimi 

seçki prosesi müst

əsna olaraq çoxluq prinsipi əsasında,  yəni majoritar sistem 

əsasında  qurulmuşdur  [10,  140]. Çoxluq prinsipinə  əsaslanan majoritar siste-

min («majoritaire» v

ə ya «majorite» fransız sözü olub hərfi mənası «çoxluq» 

dem


əkdir) əsas mahiyyəti ondan ibarətdir ki, namizədlərdən qanunla müəyyən 

olunan çoxluğun səsini toplayan seçilmiş sayılır və mandat əldə edir. Bu seçki 

sisteminin h

əm üstün (müsbət) və  həm də  çatışmayan  (mənfi) cəhətləri var. 

Majoritar sistemin ilk v

ə ən üstün cəhəti onun sadəliyi ilə bağlıdır. Burada iki 

v

ə ya daha çox turlu mütləq və ya ixtisaslaşmış majoritar sistemlər istisna ol-



maqla majoritar sistem daha az maliyy

ə  məsrəfi ilə  müşayət olunur. Bu 

17 



sistemin üstün c

əhətlərindən birini də  müəlliflər daha çox personifikasiya 

olunması, yəni seçici ilə daha sıx əlaqənin olması və seçicinin məhz kimə səs 

ver


əcəyini bilməsi ilə əlaqələndirirlər. Burada həmçinin seçkilərin ərazi prin-

sipi üzr


ə, yəni müvafiq seçki dairələri üzrə  keçirilməsi də  majoritar sistemin 

üstünlüyü kimi xarakteriz

ə olunur [10, 140-141]. Seçkilərin baş tutmaması hal-

larının çox məhdud olması, səsvermənin nəticələrinin asanlıqla, xüsusi prose-

durlar v

ə xüsusi riyazi hesablamalar tətbiq etmədən müəyyən edilməsi, depu-

tat

ların seçicilərlə bağlılığı da bu sistemin müsbət cəhətləri kimi izah olunur.  



Lakin majoritar sistem bu müsb

ət cəhətlərlə  yanaşı,  bunları  kölgədə 

qoya bil

əcək mənfi cəhətlərdən də xali deyil. Belə ki, majoritar sistem, xüsusilə 

d

ə nisbi majoritar seçki sistemi böyük, bəzənsə orta partiyalar üçün əlverişlidir 



v

ə əksər hallarda ikipartiyalı sistemin formalaşmasına gətirib çıxarır. Bu halın 

müsb

ət tərəfi kimi nümayəndəli  orqanın  stabil  olması  qeyd  olunsa  da,  bu 



sistem say

əsində hökmran olan iki iri partiya mütəmadi olaraq siyasi hakimiy-

y

ətdə bir-birini əvəz edir. Baxmayaraq ki, majoritar sistemin üstünlüklərindən 



biri  kimi  seçicinin  partiya  siyahısına  deyil,  bilavasitə  konkret namizədə  səs 

verm


əsi kimi üstünlüyu qeyd olunur, izah olunan arqumentlər  əslində  bu 

müsb


ət cəhətin bir illyuziya olması barədə fikir söyləməyə əsas verir. Majoritar 

sistemin ikipartiyalı sistem formalaşması ilə bağlı münbit şəraiti təmin etməsi 

n

əticə etibarilə cəmiyyətin siyasi həyatında çoxpartiyalılığın inkişafına nəinki 



hansısa bir stimul yaratmır, hətta ona qarşı bir əngələ çevrilir. Bu isə nəticədə 

siyasi  plüralizm  imkanlarını  məhdudlaşdırır  və  avtoritarizmə  gedən  yola  işıq 

salır. Faktiki olaraq  yalnız majoritar sistem, hətta çoxmandatlı seçki dairələri 

üzr


ə  tətbiq olunan nisbi çoxluq sistemi də  bu  problemi  aradan  qaldırmaq 

imkanına  malik  deyil.  Bunun üçün yeganə  yol proporsional sistemin və  ya 

proporsional sistem d

ə nəzərə alınmaqla qarışıq seçki sisteminin tətbiqidir.  

Majoritar sistemin, xüsusil

ə də nisbi majoritar sistemin ən böyük çatış-

mayan c

əhəti burada çoxlu sayda səslərin itməsi, hətta bəzən rəqiblərin lehinə 



veril

ən səslərin ümumi həcmi mandat alan namizədin  topladığı  səslərin sa-

yından dəfələrlə çox olsa da, onların parlamentdə təmsil olunmaması ilə şərt-

l

ənir. Çünki səsvermənin nəticəsi olaraq yalnız qalib namizədin topladığı səslər 



n

əzərə alınır, qalan bütün səslər, lap bəsit şəkildə desək, sadəcə olaraq itir [8, 

236; 10, 141]. 

Bu problemin aradan qaldırılması məqsədilə formalaşan və son-

radan t

ətbiq olunmağa başlayan mütləq çoxluq sistemi də bu problemi aradan 



qaldırmır və səs itkisi qismən azalsa da, amma yetərincədir. Bu problem çox-

mandatlı seçki dairələri üzrə nisbi majoritar seçki sistemi tətbiq ediləndə daha 

qabarıq  şəkildə  özünü göstərir. Seçkilərdə  bəzən ölkə  üzrə  daha çox səs 

toplayan siyasi partiya parlamentd

ə rəqib partiyaya münasibətdə daha az man-

dat 


əldə edə bilir.  

Majoritar sistem

ə münasibətdə öz üstünlükləri ilə seçilən sistem propor-

sional seçki sistemidir. Bu sistem majoritar sistem

ə münasibətdə qütbdə duran 

bir sistemdir. Majoritar sistemd

ən fərqli olaraq, proporsional  sistem  yalnız 

çoxpartiyalılıq şəraitində tətbiq olunur və çoxpartiyalı siyasi sistemin və siyasi 

18 



plüralizm mühitinin formalaşmasına xidmət edir. Majoritar seçki sistemindən 

f

ərqli olaraq, burada seçici konkret namizədə  deyil,  siyasi  partiyaların  və  ya 



seçki birlikl

ərinin təqdim etdikləri siyahılardan birinə səs verir.  

Majoritar sistemd

ən fərqli olaraq, proporsional sistem demək olar ki, səs 

itkisinin qarşısını alır. Belə ki, hər bir siyasi partiya səsvermə zamanı topladığı 

s

əslərə  uyğun  olaraq  mandat  əldə  etmiş  olur.  Proporsional  sistem  həm də 



c

əmiyyətdə  mövcud olan siyasi qüvvələrin bərabər təmsil  olunmasına,  siyasi 

maraqların daha tam şəkildə nəzərə alınmasına təminat verir, siyasi təmsilçiliyə 

şərait yaradır, çoxpartiyalılığın, siyasi plüralizmin, fikir və söz azadlığının inki-

şafına ciddi təsir göstərir. Parlamentin formalaşması zamanı siyasi partiyaların 

sayının həddən artıq çox olmadığı, siyasi sabitliyin bərqərar olduğu cəmiyyətdə 

proporsional sistem c

əmiyyətin bütün siyasi spektrlərini nəzərə  almağa  və 

bütün s

əsverənlərin maraqlarının nümayəndəli hakimiyyətdə təmsil olunmasına 



şərait  yaratmağa  qadirdir.  Majoritar  sistemdən fərqli olaraq, burada səs itkisi 

çox az hallarda baş verir və əsas etibarilə seçki baryerini keçə bilməyən xırda 

partiyaların lehinə səs vermiş seçicilərin səsi itir ki, bu da faktiki elektoratın az 

bir hiss


əsini əhatə edir.  

Bir m


əsələni də qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatlarında propor-

sional sistem mü

əlliflər tərəfindən əsasən müsbət cəhətlərlə xarakterizə olunur 

[10, 153;  8, 383; 7, 477-478;  5,  277;  13, 198]. Lakin bu müsb

ət cəhətlərlə 

yanaşı, bir sıra çatışmazlıqlar da qeyd olunur. Bu əsasən seçkilərdə çoxlu sayda 

partiyanın  iştirakında,  nisbətən  xırda  partiyaların  parlamentdə  səsvermənin 

n

əticələrinə müvafiq olaraq mandat alması, nəticə etibarilə mandatların parça-



lanması və har hansı bir böyük partiyanın parlament çoxluğunu qazana bilmə-

m

əsi və stabil hökumət formalaşdırmaq imkanının məhdudlaşması, seçicilərlə 



namiz

ədlər arasında birbaşa əlaqənin olmaması və seçicilərin partiyalar tərəfin-

d

ən tərtib olunmuş namizədlər siyahısına səsverməsi kimi məsələləri əhatə edir 



[8, 383, 18, 142; 12]. 

Əslində  proporsional  sistemin  çatışmazlıqları  kimi  xarakterizə  olunan 

m

əsələlərin  əksəriyyətinin parlamentli idarəetmə  forması  üçün xarakterik 



olduğunu,  Azərbaycan  Respublikasının  idarəetmə  formasının  prezidentli  res-

publika olmasını, respublikamızın proporsional sistemin tətbiqi ilə bağlı yetə-

rinc

ə qanunvericilik və tətbiqi təcrübəsinin mövcudluğunu, proporsional siste-



min l

əğvindən sonra yetərincə  zamanın  keçdiyini  və  bu zaman çərçivəsində 

respublikamızın  sürətli  inkişafını,  elmi-texniki tərəqqini,  elektoratın  intellek-

tual s


əviyyəsinin yetərincə  artdığını,  seçki  qanunvericiliyinin  dünya  standart-

larının tələblərinə cavab verə biləcək dərəcədə təkmilləşdirilməsini, parlamen-

tarizm elementl

ərinin inkişafı və çoxpartiyalı sistemin bərqərar olmasını nəzərə 

alaraq, Az

ərbaycan  Respublikası  Milli  Məclisinə  seçkilər  zamanı  majoritar 

seçki sistemi il

ə yanaşı, həm də proporsional seçki sisteminin tətbiqini nəinki 

m

əqsədəmüvafiq hesab edirik, bu sistemin tətbiqinin demokratik hüquqi dövlət 



v

ə vətəndaş cəmiyyəti quruculuğunda bir zərurət olmasını qeyd edirik. Əslində 

parlamentin formalaşdırılması zamanı proporsional seçki sisteminin tətbiqi və 

19 



deputatlardan yarısının majoritar, digər yarısının vahid çoxmandatlı seçki dai-

r

əsi üzrə proporsional seçki sistemi əsasında seçilməsi tam məqsədəmüvafiq-



dir. 

 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2010. 

2.

 

Az



ərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikası-

n

ın 12 avqust 1995-ci il tarixli 1082 №-li Qanunu (qüvvədən düşüb). http://e-qanun.az/ 



framework/9441  

3.

 



Az

ərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikası-

n

ın 5 iyul 2000-ci il tarixli 900-IQ №-li Qanunu (qüvvədən düşüb). http://e-qanun.az/ 



framework/633  

4.

 



Az

ərbaycan Respublikasının Seçki Məcəlləsi. http://e-qanun.az/code/17  

5.

 

Çirkin V.Y. Xarici ölk



ələrin konstitusiya hüququ (ruscadan tərcümə). Bakı: Diqesta, 2007, 

720 s. 


6.

 

Əsgərov Z.A. Konstitusiya hüququ: Dərslik. Bakı: BDU, 2011, 760 s.  



7.

 

Xarici ölk



ələrin konstitusiya (dövlət) hüququ: 4 cilddə, I-II c., Ümumi hissə. Dərslik. Məsul 

redaktor prof. 

B.A.Straşun.  Yenidən  işlənmiş  və  tamamlanmış  3-cü nəşrindən tərcümə. 

Bakı: Qanun, 2007, 728 s. 

8.

 

Баглай М.В., Туманов В.А. Малая энциклопедия конституционного права. М.: БЕК, 



1998, 

519 с.  


9.

 

Избирательное  право  и  избирательный  процесс  в  Российской  Федерации.  Учебник 



для вузов. Отв. редактор д.ю.н. А.В. Иванченко. М.: НОРМА, 1999, 856 с.  

10.


 

Избирательное  право:  Учебное  пособие.  (В.Н.Белоновский  и  др.),  под  ред.  К.К.Га-

санова, В.Н. Белоновского, М.: ЮНИТИ – ДАНА: Закон и право, 2007, 351 с. 

11.


 

Карл Поппер Пропорциональная система противоречит демократии // 

http:www.ifes.ru/curious/democracy/Popper-democrasy.html.// 10.08.2003. 

www.democracy.ru/article.php?id=598 12.08.2013. 

12.

 

Карло Фузаро. Правила переходного периода: новое избирательное законодательство 



Италии 1993 года (8-38 с.) // В кн. Реформа избирательной системы в Италии и Рос-

сии: опыт и перспективы. М., 1995. 156 с. 

13.

 

Катков Д.Б., Корчиго Е.В. Избирательное право: Учебное пособие. М.: Юриспруден-



ция, 2001. 288 с. 

14.


 

Конституционное (государственное) право зарубежных стран: В 4 т. Тома 1-2. Часть 

общая: Учебник. Отв. ред. проф. Б.А.Страшун. М.: БЕК, 2000. – 784 с. 

15.


 

Лейкман Э., Ламберт Дж.Д. Исследование мажоритарной и пропорциональной изби-

рательных систем (перевод с английского Г.И. Морозова), под ред. А.С.Шугаева. М.: 

Иностранная литература, 1958, 367 с. 

16.

 

Мухамеджанов А.З. Избирательное законодательство Узбекистана: эволюция и прак-



тика реализации // Государство и право, 2014, № 7, с. 103. 

17.


 

Современные  избирательные  системы.  Вып.  1:  Великобритания,  Канада,  Мексика, 

Польша  /  Д.В.Лафитский,  Н.М.Касаткина,  А.Г.Орлов,  Н.Ю.Трещетенкова.  М.: 

РЦОИТ: Норма, 2006. - 496 с. 

18.

 

Сравнительное избирательное право: Учебное пособие. М.: НОРМА, 2003. 208 с. 



 

 

20 




НЕКОТОРЫЕ ПРОБЛЕМНЫЕ ВОПРОСЫ ПРАВОВОГО РЕГУЛИРОВАНИЯ 

ВЫБОРОВ В МИЛЛИ МЕДЖЛИС АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

 

Э.Х.НАСИРОВ 

 

РЕЗЮМЕ 



 

В статье исследуются вопросы, связанные с правовым регулированием выборов 

в Милли Меджлис  Азербайджанской Республики, также возникновение и развитие де-

мократического  избирательного  законодательства.  Исследуются  также  порядок  регист-

рации  избирателей  и  составление  избирательных  списков,  необходимость  применения 

смешанной  избирательной  системы,  порядок  проведения  предвыборной  агитации  в 

СМИ  и  основы  для  объявлений  выборов  несостоявшимися  и  предлагаются  соответст-

вующие  предложения  связанные  с  усовершенствованием  избирательного  законода-

тельства.  

 

Ключевые слова: выборы, избирательное право, избирательная система, мажо-

ритарная избирательная система, пропорциональная избирательная система. 

 

SOME PROBLEMATIC ISSUES OF LEGAL REGULATION OF ELECTIONS  



TO MILLI MAJLIS IN THE REPUBLIC OF AZERBAIJAN 

 

E.H.NASIROV 

 

SUMMARY 

 

The aspects regarding the following issues were investigated in the article: issues con-



nected to legal regulation of elections to Milli Majlis in  the Republic of Azerbaijan, and the 

creation and development of democratic electoral legislation. Rules of registration of voters 

and preparation of voting lists, importance of the implementation of a mixed electoral system, 

rules of implementation of pre-electoral agitation in Mass Media and the base for the declara-

tion of elections invalid are the subject of the research and proposals concerning the adjustment 

of the electoral system are offered by the author.  



 

Key words: election, voting rights, electoral system, majority, electoral system, pro-

portional electoral system. 



21 

Document Outline

  • İNSAN HÜQUQ VƏ AZADLIQLARININ QORUNMASI
  • İCTİMAİ İNKİŞAFIN ƏSAS ŞƏRTİ KİMİ
  • ƏDƏBİYYAT
  • Д.М.ГАНБАРОВ
  • РЕЗЮМЕ
  • D.M.GANBAROV
  • Açar sözlər: Barak Obama, ABŞ, Israil, Benjamin Netanyahu, nüvə məsələsi, İran, ikitərəfli münasibətlər, təhlükəsizlik məsələləri
  • UOT 316.42
  • XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN CƏMİYYƏTİNİN TƏKAMÜLÜ TƏHLÜKƏSİZLİK KONTEKSTİNDƏ
  • T.R.EYVAZOVA
  • Bakı Dövlət Universiteti
  • 1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə, l c. Bakı: Lider, 2004, 440 s.
  • 2. Azərbaycan qəzeti, №75(6929) şənbə, 2015, 11 aprel.
  • 3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Viladimir Putinin 2013-cü ildə  Azərbaycana rəsmi səfəri zamanı nitqi. // Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutu. Dirçəliş XXI əsr. №176-177/2013, s 8-10.
  • 4. Cəfərov N. Milli-ictimai fikir tariximizdən. (1914-fevral 1917). Bakı: Azərnəşr, 1993, 80 s.
  • 5. Hadi Rəcəbli. Azərbaycan Respublikasının Sosial Müdafiə Sistemi. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: MBM, 2012, 408 s.
  • 6. Həsənov Əli. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı: Letterpress nəşriyyat evi, 2011, 440 s.
  • 7. Milli Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, 29 iyun 2004-cü il №712-llQ.
  • 8.Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik problemi. Bakı: BDU, 2002, 534 s.
  • ПРОЦЕСС ЭВОЛЮЦИИ АЗЕРБАЙДЖАНСКОГО ОБЩЕСТВА
  • В НАЧАЛЕ ХХ ВЕКA В КОНТЕКСТЕ БЕЗОПАСНОСТИ
  • Т.Р.ЭЙВАЗОВА
  • İnsan hüquq və azadlıqlarının qorunması ictimai inkişafin əsas şərti kimi 31
  • Eyvazova T.R.
  • XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin təkamülü təhlükəsizlik
  • kontekstində 115
  • Ганбаров Д.М.
  • Эйвазова Т.Р.
  • Процесс эволюции азербайджанского общества
  • в начале ХХ векa в контексте безопасности 115
  • Ganbarov D.M.

Yüklə 207,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə