Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

33 
 
belə, o yazır ki, «amma ixtilafi-rəvayət səbəbindən əksəri-əhli-
dərk ona mütməin olmazlar» (güvənməzlər, inanmazlar). Bu 
mövzuya həsr olunmuş kitabların çoxunun ərəb və fars dillərində 
yazıldıqlarını vurğulayan A.Bakıxanov qeyd edir ki, türk 
tayfasından olan insanlar həmin dilləri bilmədikləri üçün o 
kitabların ləzzətindən məhrum qalırlar. 
Buna görə də ilham pərisi şairə üz tutaraq ondan xahiş 
edir ki, Kərbəla vaqiəsini və digər hadisələri daha mötəbər 
şəkildə qələmə alan Mövlana Məhəmməd Bağır ibn Məhəmməd 
Tağının (Məclisinin tam adı belədir) «Cəlaül-üyun» kitabını 
«türki istilahına tərcümə qılub bir kitabi-müxtəsəri-müfıd» tərtib 
etsin. A.Bakıxanov bu işin «füsəhayi-türk» üçün faydalı olacağını 
və onun nəticəsi olaraq özünün «əbədi dövlət» qazanacağını da 
bildirir. Burada özünü Abbasqulu bin Mirzə Məhəmməd xan 
kimi təqdim edən Bakıxanov kitabın dibaçəsində həmçinin üzünü 
İlahiyə tutaraq, Yaradandan bu yolda ona kömək və yardım 
göstərməsini dilə gətirir: 
Ya Rəb, bu əmri baisi-təhsili-kam qıl,  
Tövfiqini bənim ilə rəfiqi-müdam qıl.  
Sərkeşi-səməndi-xaməmişkini ram edüb,  
Teyyi-təriqi-mətləb içün tizkam qıl. (4b) 
Beləliklə, bu deyilənlərdən bir neçə mətləb aydın olur: 
birincisi, A.Bakıxanov «Riyazül-qüds»ü Qubada yaşayarkən 
ərsəyə gətirmişdir. İkincisi isə, o, «Riyazül-qüds»ü prof. 
F.Qasımzadənin yazdığı kimi, Qubada təziyə məclisi quranların 
tapşırığı ilə deyil, öz təşəbbüsü ilə, ümumiyyətlə, «füsəhayi-
türk»ün  istifadəsi üçün qələmə almışdır. Üçünsü isə, şairin 
özünün yazdığı kimi, bu kitabını o, Məhəmməd Bağır Məclisinin 
«Cəlaül-üyun» kitabından tərcümə yolu ilə müxtəsər şəkildə 
tərtib etmişdir. Yeri gəlmişkən qeyd edək ki, A.Bakıxanov 
«Cəlaül-üyun»dan danışarkən bu əsərdə «bəzi rəvayətlərin 
ərəbdən farsiyə nəql» olunduğunu da göstərir. A.Bakıxanov 
«Riyazül-qüds»ün dibaçəsində ərsəyə gətirdiyi kitabının adını da 
göstərir: «Əzhar və rəvayih tək əlfaz və məani əxbari-qüdsiyyə ilə 


34 
 
müzəyyən olduğundan «Riyazül-qüds» deməklə mövsum etsələr, 
namünasib olmaz». Müəllif  burada qələmə aldığı kitabda 
sözlərin və mənaların ətirli gül-çiçəklər kimi müqəddəs 
xəbərlərə bənzədiyini nəzərə çatdırır, buna görə də onun 
«Cənnət bağları» («Riyazül-qüds»ün lüğəvi mənası belədir) 
adlarıdırılmasını məqsədəuyğun sayır. A.Bakıxanov aşağıdakı 
şeir parçasında isə əsərinin adı ilə yanaşı, onun yazıldığı tarixi 
də qeyd edir: 
Zəmini
F
*
F
-Kərbü bəla əhli-qüdüs qanından 
Xəzandə güllər açüb, əltafi
F
**
F
-hədayiqdir. 
Edər vəqayeyi-Kərbü bəlanı çü zahir 
«Riyazi-qüds» demək bu kitabə layiqdir. 
Riyazi-qüds kimi, filhəqiqə, bu gülşən 
Lətayif ilə dolu məzhəri-həqayiqdir. 
Dəxi bu vəchi-səbəbdir
F
***
F
 ki, sali-tarixi 
Hesabda «li Riyazül-qüdüs» mütabiqdir. 
Olub tənasüb üzündən təxəllüsüm Qüdsi 
Ki, cəm'i bir-birə bu rəmzlər
F
****
F
 müvafiqdir.
F
*****
F
                        
(5a) 
A.Bakıxanov qitə şəklində yazdığı bu şeirinin dördüncü 
beytindəki «li Riyazül-qüdüs» ifadəsi ilə əbcəd hesabına uyğun 
olaraq kitabın 1236/1820-ci ildə tamamlandığını göstərir. Qeyd 
edək ki, bu fakta prof. F.Qasımzadə və M.Sultanov da diqqət 
yetirmişlər (37, 101; 15, 6). Bununla belə, prof. F.Qasımzadə 
qitə şəklində olan bu şeir nümunəsinin ilk beytini buraxmış 
(görünür, bu məsələdə dövrün ideoloji qadağaları öz işini 
görmüşdür
), M.Sultanov isə şairin «Seçilmiş əsərləri»nə 
yazdığı «Müqəddimə»də yalnız əbcəd hesabı ilə əsərin yazılma 
                                                           
*
 Əlyazmada: zəminü. 
**
 Əlyazmada: əltəf (?). 
***
 Prof.F.Qasımzadənin kitabında: “vəchə səbəbdir”. (
37, 101) 
****
 Şairin “Seçilmiş əsərləri”ndə “rəmz ilə”. (15, 434) 
*****
 Prof.F.Qasımzadənin kitabında bu misra belədir:  
         Ki cəm’i bir yerə bu rəqəm müvafiqdir. (37, 101) 


35 
 
tarixi qeyd edilən misranı göstərmiş, kitabın sonunda verdiyi 
«Riyazül-qüds»dən seçmə mənzum parçalarda isə onun yalnız 
son üç beytini transfoneliterasiya etmişdir (15,433-434). 
A.Bakıxanov yuxarıdakı qitənin son beytində təxəl-
lüsünün Qüdsi olduğunu da bildirir və təxəllüsünün əsərin adı ilə 
bağlılığına da işarə edir. Bununla belə, istər prof. F.Qasımzadə, 
istərsə də M.Sultanov  xüsusi olaraq qeyd edirlər ki, A.Bakıxanov 
«Riyazül-qüds»dən əvvəl də bədii yaradıcılıqla məşğul olmuşdur 
(37,101;  15, 6). «Riyazül-qüds»ün istər bədii sənətkarlıq 
xüsusiyyətləri
 ilə seçilən qafiyəli nəsrini, istərsə də nəsr arasında 
verilən bitkin şeir nümunələrini nəzərə alaraq, biz də bu fikrə 
qoşulur və hesab edirik ki, M.Sultanov: «A.Bakıxanov lap gənc 
yaşlarından ana dilində şeir yazmağa başlamış və bu şeirlərin bir 
qismini sonradan «Riyazül-qüds»ə daxil etmişdir» (67, 6) 
mülahizəsində tamamilə haqlıdır. Bunu nəzərə aldıqda 
A.Bakıxanov Qüdsi təxəllüsünü də, çox güman ki, «Riyazül-
qüds»ü qələmə almazdan qabaq qəbul etmiş və ilk öncə lirik 
şeirlərində onu işlətmişdir. Bu məsələ ilə bağlı onu da qeyd edək 
ki, «Riyazül-qüds»ün dibaçəsində olan: 
Bəsteyi-dami-ələm, pamali-ənduhi-məlal,  
Bülbüli-gülzari-matəm Qüdsiyi-şuridəhal - 
beyti (4a) müəllifin «Kitabi-Əsgəriyyə» adlı hekayəsində də 
eynilə vardır. Sadəcə olaraq “Kitabi-Əsgəriyyə”də ikinci 
beytdəki “matəm” sözü mövzuya uyğunlaşdırılaraq “möhnət” 
şəklində işlənmişdir (bax: 36,1, 294; 15,  121). Bu fakt isə belə 
bir qənaətə gəlməyə əsas verir ki, A.Bakıxanov, ümumiyyətlə, 
lirik şeirlərini müstəqil şəkildə yazdığı kimi, sonralar onları yeri 
gəldikcə ayrı-ayrı əsərlərinə də daxil etmişdir. Buna sübut olaraq 
qeyd edək ki, A.Bakıxanov «Dil eşq yolunda zar olubdur» misrası 
ilə başlayan doqquz beytlik məşhur qəzəlinin ilk beş beytini bir 
qədər dəyişdirilmiş şəkildə «Kitabi-Əsgəriyyə» hekayəsinə 
daxil etmişdir. Maraqlıdır ki, müəllif  bu qəzəlin mətlə beytindəki 
Qüdsi sözünü (təxəllüsünü) «Kitabi-Əsgəriyyə»də baş 
qəhrəmanm adı ilə (Əsgərlə) əvəzləmişdir (bax: 15,  126 və 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə