Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   2   3   4   5   6   7   8   9   ...   49


 
araşdırılmamışdır və hələ də nəşrini gözləməkdədir. 
«Riyazül-qüds» A.Bakıxanovun ana dilində qələmə aldığı 
ilk irihəcmli bədii əsərlərindən biridir. Əsasən, nəsrlə qələmə 
alınan əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm 
parçaları da verilmişdir ki, onların da çoxu A.Bakıxanovun 
öz qələminin məhsulu, ilk qələm təcrübələridir. «Riyazül-
qüds» ilk növbədə yüksək bədii-sənətkarlıq xüsusiyyətləri ilə 
seçilən bir əsər təsirini bağışlayır ki, bunu da şərtləndirən 
başlıca və əsas amillərdən biri onun nəsr hissəsinin klassik 
ənənəyə uyğun olaraq, qafiyəli nəsrlə - səclə qələmə 
alınmasıdır. Qafiyəli nəsrin müxtəlif növlərinə dərindən bələd 
olan A.Bakıxanov bu sahədə yüksək sənətkarlıq nümayiş 
etdirmişdir. Azərbaycan ədəbiyyatşünaslığında isə klassik 
bədii
 
nəsrin poetik imkanları, bədii keyfiyyətləri, onun əsas 
səciyyəvi xüsusiyyətləri, o sıradan səclə bağlı sənətkarlıq 
məsələləri, onun incəlikləri nisbətən az öyrənilmişdir. Məhz 
bunu nəzərə alaraq, biz «Riyazül-qüds» haqqındakı bu ilk 
kitabda həmin məsələlərin işıqlandırılmasına xüsusi diqqət 
yetirməyi məqsədəuyğun saydıq. 
«Riyazül-qüds» Yaxın və Orta Şərq xalqları ədəbiyyatında 
geniş yayılmış Kərbəla vaqiəsi mövzusunda qələmə alınmışdır. 
Məlum olduğu kimi, imam Hüseynin (ə.) Kərbəlada şəhid 
olmasına həsr olunan əsərlər müsəlman Şərqində bir ümumi ad 
altında - «məqtəl» kimi tanınır və «Riyazül-qüds» də XIX əsr 
Azərbaycan ədəbiyyatında yaranan ən uğurlu məqtəl 
kitablarından biri hesab edilə bilər. Azərbaycan ədəbiyya-
şünaslığında isə şəhidlik mövzusunda qələmə alınmış 
əsərlərin ayrıca tədqiqinə yalnız son dövrlərdə başla-
nılmışdır. Bunu nəzərə alaraq, monoqrafiyada bu sahədə 
mövcud olan boşluğu müəyyən dərəcədə doldurmağa da cəhd 
göstərilmişdir. 
«Riyazül-qüds»ün mövcud olan yeganə əlyazmasında 
A.Bakıxanovun özünün açıq-aşkar şəkildə bu əsərini tərcümə 
adlandırmasına baxmayaraq, indiyədək bu mühüm və 



 
əhəmiyyətli fakta ya əhəmiyyət verilməmiş, ya da onun üstündən 
nədənsə yan keçilmişdir. Kitabda ilk dəfə olaraq bu məsələyə də 
aydınlıq gətirilir: «Riyazül-qüds»lə onun farsca orijinalı olan 
Məclisinin «Cəlaül-üyun» («Gözlərin parlaqlığı») əsərlərinin 
mətnləri müqayisəli şəkildə araşdırılır və A.Bakıxanovun bu 
əsərinin klassik tərcümə nümunəsi olması tutarlı dəlillərlə 

 
elmi şəkildə əsaslandırılır. 
«Riyazül-qüds» haqqında Azərbaycan ədəbiyyatşünaslığın-
da indiyədək verilən qısa məlumatlarda əsərdə bir sıra 
kitabların,  xüsusilə də 
Məclisinin adı çəkilən əsərinin və 
Məhəmməd Füzulinin «Hədiqətüs-süəda»sının təsiri olması 
xüsusi olaraq vurğulanır, ayrıca qeyd olunur. Bununla belə, bu 
təsirin konkret şəkildə mahiyyəti və xüsusiyyəti, təfərrüatları və 
incəlikləri, eləcə də 
onun
 nə səviyyədə, hansı dərəcədə 
olması, hansı səciyyə daşıması və s. kimi məsələlər indiyədək 
öyrənilməmiş, ayrıca olaraq işıqlandırılmamışdır. Kitabda bu 
məsələ də xüsusi olaraq araşdırılır və sözügedən əsərlər 
arasındakı səsləşmə məqamları, oxşar cəhətlər müəyyən edilir. 
Nəhayət, kitabın ayrıca bir bölməsində «Riyazül-qüds»ün 
dil-üslub və 
bədii
 xüsusiyyətləri yığcam şəkildə araşdırılır. 
A.Bakıxanovun həyatı və «Riyazül-qüds» istisna olmaqla
bədii yaradıcılığı mövcud ədəbiyyatda indiyədək kifayət qədər 
araşdırıldığı
 üçün (12, 102-136; 37; 64; 76, 3-8; 77) biz 
tədqiqatımızda
 bu məsələlər üzərində, ümumiyyətlə, dayan-
mağı  məqəsədəuyğun  saymadıq. 
Təkcə onu qeyd edək ki, son 
dövrdə işıq üzü görən “Azərbaycan ədəbiyyatı tarixi” kitabının 
dördüncü cildində verilmiş “Abbasqulu ağa Bakıxanov” oçerkində 
müəllifin həyatı və dünyagörüşü daha obyektiv şəkildə işıqlandırılmış 
və ədibin bütün yaradıcılığı boyu islamla, Şərq dini-fəlsəfi fikri və 
ədəbiyyatı ilə bağlı məsələlərə xüsusi diqqət yetirməsi 
vurğulanmışdır (12, 108-109). 
 
 
 



 
 
 
 
 
 
I FƏSİL 
«RİYAZÜL-QÜDS» KLASSİK MƏQTƏL 
NÜMUNƏSİ KİMİ 
 
 
1.1.
 Kərbəla vaqiəsi və bu mövzuda yazılan əsərlər 
 
Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» əsəri 
müsəlman Şərqində daha çox Kərbəla vaqiəsi adı ilə tanınan 
tarixi bir qanlı hadisəyə, görünməmiş faciəyə həsr olunmuşdur. 
İlk öncə həmin hadisəyə və bu mövzuda yazılan məşhur 
əsərlərə qısa bir nəzər salmağı məqsədəuyğun sayırıq. 
Sonuncu peyğəmbər həzrət Məhəmməd (s.) hicri tarixi ilə 
9-cu (miladi 632-ci) ildə dünyasını dəyişdikdən dərhal sonra o 
həzrətin yaratdığı, özülünü qoyduğu müsəlman icmasında, 
xilafətdə müəyyən  narazılıqlar və ziddiyyətlər ortaya çıxdı, bu 
da ilk növbədə xəlifəliyə seçim məsələsində açıq-aşkar və 
qabarıq şəkildə özünü göstərməyə başladı. Xilafətin 
yaranması və güclənməsində müəyyən xidmətləri olan bir 
sıra nüfuzlu din xadimləri və adi müsəlmanlar hesab 
edirdilər ki, həzrət Məhəmmədin (s.) əmisi oğlu, Əhli-beyt 
üzvü olan imam Əli (ə.) peyğəmbərin canişini olaraq xilafət 
kürsüsündə oturmağa daha layiqdir. Bununla belə, həmin 
vəzifəyə peyğəmbərin qayınatası, Rəşidiyyə xəlifələrindən 
birincisi - Əbu Bəkr bin Abdullah (ə.) layiq görüldü. 13/634-cü 
ildə Əbu Bəkrin (ə.) vəfatından sonra isə onun tövsiyəsi ilə 
Ömər bin Xəttab (ə.) xəlifə təyin olundu və on il xəlifəlik 
etdikdən sonra 24/644-cü ildə öldürüldü. Onun yerinə Bəni 
Ümeyyə qəbiləsindən olan Osman bin Əffan (ə.) xəlifə seçildi. 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə