Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə4/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   2   3   4   5   6   7   8   9   ...   49

12 
 
və ictimai-siyasi mahiyyəti də açıqlanır. 
Məqtəl yazmaq ənənəsinin kökləri ərəb ədəbiyyatına gedib 
çıxır. İlk məqtəl kitablarından birini həzrət Əlinin (ə.) 
silahdaşlarından olmuş Əşbə bin Nəbatə hicri tarixi ilə birinci 
(miladi yeddinci) yüzillikdə hazırlamışdır (103, 1263). Əbu 
Mixnəf Lut bin Yəhyanın (öl. 157/774) yazdığı «Kitabi-
məqtəlül-Hüseyn» əsəri də ilk məqtəl kitabı nümunələrindən 
sayılır. Bir neçə fərqli əlyazma variantı olan bu əsərin əsl 
orijinal nüsxəsi əldə yoxdur (93, XXIII). Tanınmış ərəb şairi, 
əhli-beyt aşiqi Debel Xüzai (148/765-246/860) də Kərbəla 
vaqiəsinə çoxlu şeir həsr etmişdir (106). 
Qeyd edək ki, A.Bakıxanov «Riyazül-qüds»dəki bir 
epizodda Debel Xüzaidən bəhs etməklə yanaşı, bir neçə yerdə 
onun şeirlərindən nümunələr də vermişdir (14
F
*
F
, 3b, 30a, 68a). 
M.Füzuli də «Hədiqətüs-süəda» əsərində bu şairin bir beytini 
vermişdir (29,308).  
Əbülfərəc İsfahaninin (284/897-356/967) «Məqatilüt-
talibin» və Əbu İshaq İsfərainin (öl. 418/1027) «Nurül-əyn fi 
məşhədül-Hüseyn» əsərləri də ərəb dilində yazılmış ən qədim 
məqtəl kitablarından sayılır (94, XXIV). Ərəb dilində yazılmış 
ən məşhur məqtəl kitablarından biri Hilləli  Seyyid 
Rəziyəddinin (589/1193-644/1266) qələmindən çıxmışdır. 
 
«Məsrəi-Tavusi» adlanan bu əsəri Füzuli də «Hədiqətüs-
süəda»nın müqəddiməsində mötəbər bir qaynaq kimi qeyd edir 
(29,26). «Ləhuf» adı ilə tanınan bu kitab bir neçə dəfə nəşr 
olunmuşdur (28, 607). 
Fars dilində yazılan ən geniş yayılmış məqtəl kitabı 
isə Herat vaizi Hüseyn Vaiz Kaşifinin (öl. 910/1504-05) 
«Rövzətüş-şühəda» əsəridir. Füzuli «Hədiqətüs-süəda» əsərini 
Kaşifinin bu məşhur kitabından sərbəst - yaradıcı şəkildə 
tərcümə yolu ilə qələmə almışdır (bax: 47;  54). 902/1502-ci 
                                                           
*
 «Riyazül-qüds»dən verilən bütün nümunələr bu mənbədən götürülmüşdür.
 
Bundan sonra yalnız nümunə verilən vərəq göstəriləcək.
 


13 
 
ildə tamamlanmış «Rövzətüş-şühəda» yarandığı dövrdən 
başlayaraq görünməmiş 
sürətlə
 və geniş şəkildə yayılaraq 
təkcə XVI yüzillikdə iki dəfə osmanlıcaya (Gəlibolulu 
Caminin «Səadətnamə» tərcüməsi və Aşiq ibn Nəttainin 
«Rövzətüş-şühəda» tərcüməsi) və 945/1539-cu ildə 
Azərbaycan türkcəsinə (Məhəmməd Hüseyn bin Katib 
Nişatinin «Şühədanamə» tərcüməsi - bax: 56) tərcümə edilir. 
Maraqlıdır ki, «Rövzətüş-şühəda» yazılandan sonra kitabın 
adında olan «rövzə» sözü (lüğəvi mənası «bağça» deməkdir) fars 
dilində «yas», «matəm», «təziyə saxlamaq» mənalarıda 
işlənməyə başlanır və bu dildə «rövzəxan» (mərsiyə 
oxuyan) sözü də ortaya çıxır. Onu da qeyd edək ki, 
«Rövzətüş-şühəda»nı Hüseyn Nidai Yəzdi Nişapuri 
928/1521-22-ci ildə nəzmə çəkərək əsərini «Seyfün-
nübüvvə» («Peyğəmbərlik qılıncı») adlandırmışdır. Bu əsər 
«Məşhədüş-şühəda» adı ilə də tanınır (88,1, 625-626). 
Kərbəla faciəsi mövzusunda fars dilində çoxlu 
mərsiyə, növhə və sinəzənlər də yazılmışdır. Bu qəbildən 
olan ən məşhur əsər Möhtəşəm Kaşaninin (öl.996/1587) 
«Dəvazdəh bənd» («On iki bənd») adı ilə tanınan 
mərsiyələridir. 
Fars dilində yazılan məşhur məqtəl kitablarından biri 
də Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» əsəridir ki, 
aşağıda onun haqqında daha geniş məlumat verəcəyik. 
Kərbəla vaqiəsi mövzusunda türkcə yazılan ən qədim 
kitab isə Kastamonulu Şazinin 763/1361-ci ildə qələmə aldığı 
«Dastani-məqtəli-Hüseyn» məsnəvisi sayılır (80, XXVII). 
Qeyd edək ki, orta yüzilliklərdə, xüsusilə də XV-XVI 
əsrlərdə bu mövzuda türkcə yazılan əsərlərin çoxu Osmanlı 
müəlliflərinin qələmindən çıxmışdır. Görkəmli türk 
tədqiqatçısı, tanınmış füzulişünas alim Əbdülqadir Qaraxan 
Kərbəla vaqiəsi mövzusunda türk dilində qələmə alınan 
əsərlərə ayrıca bir tədqiqat həsr edərək onları geniş şəkildə 
araşdırmışdır (95). Füzulinin «Hədiqətüs-süəda» əsərinin 


14 
 
tənqidi mətnini hazırlamış türk alimi d-r Şəyma Güngör də 
türkcə yazılmış məqtəllər haqqında qısa məlumat vermişdir 
(94, XXVI-XXIX). Bu da maraqlıdır ki, türkcə yazılan məqtəl 
kitablarının çoxu nəzmlədir. Məsələn, Yəhya bin 
Bəxşinin 905/1499-cu ildə tamamladığı «Məqtəli-
Hüseyn», Lameinin 940/1533-34-cü ildə qələmə aldığı 
eyni 
adlı 
əsərləri məsnəvi şəklindədir. Osmanlı müəlliflərinin 
Kərbəla vaqiəsi mövzusunda əsərləri göstərir ki, bu qanlı 
faciəni məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar 
böyük ağrı və acı ilə anmış, ona sonsuz sayğı və ehtiramlarını 
bildirmişlər. 
Azərbaycan türkcəsində qələmə alınan və bizə məlum 
olan ən qədim məqtəl kitabları isə yalnız tərcümə 
ədəbiyyatı nümunələridir və XVI yüzilliyə aiddir. Bu 
tərcümələr yuxarıda adını çəkdiyimiz Nişatinin «Şühəda-
namə» tərcüməsi və Füzulinin «Hədiqətüs-süəda» əsəridir. 
Kərbəla vaqiəsi mövzusu Azərbaycan ədəbiyyatında XIX 
yüzillikdə daha geniş yayılmağa başlayır ki, bunu da ölkənin iki 
yerə bölünməsi, xüsusilə də Şimali Azərbaycanın çar Rusiyası 
tərəfindən işğalından sonra yerli əhali arasında yaranan 
ümumi məyusluq və ümidsizliklə, küskünlük və bədbin əhvali-
ruhiyyə ilə izah etmək olar. 
Bu dövrdə Kərbəla müsibəti mövzusunda ən məşhur 
və təsirli əsər yazan şairlər Molla Hüseyn Dəxil Marağayi
Mirzə Məhəmməd Tağı Qumri və Əbülhəsən Raci sayılır. 
Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin yazdığına görə, 
Dəxilin yazdığı əsərlərin çoxu Kərbəla faciəsinə həsr 
olunmuşdur. Həmin əsərlərin həm nəsrlə, həm də nəzmlə 
olduğunu qeyd edən F.Köçərli yazır: «Dəxilin Füzuli kimi nəsr 
ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından 
məlum oldu» (36, II, 382). Bir sıra qaynaqlarda həmin əsərlərin 
altı və yeddi cildlik kitab şəklində olması qeyd olunsa da
onların dəqiq adı göstərilmir.  
Qumrinin Kərbəla vaqiəsinə həsr etdiyi əsəri isə 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə