Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

30 

 

2008-2009-cu  illərdə  dünyada  baş  verən  qlobal  maliyyə-pul 



bazarlarının sıxıntısı şəraitində bankların, milli şirkətlərin xaricdən 

borclanması,  onların  yenidən  maliyyələşməsi  imkanları  nəinki 

məhdudlaşdı,  hətta  bir  sıra  borcların  vaxtından  əvvəl  qaytarılması 

tələb  olundu.  Belə  şəraitdə  Azərbaycan  bankları  il  ərzində  $1,2 

mlrd.  borc  qaytardılar.  Bundan  başqa  xaricdə  yaşayan 

azərbaycanlıların  regionların  əhalisi  üçün  sosial  baxımdan  xüsusi 

əhəmiyyət kəsb edən pul transferləri də xeyli azaldı. Nəticədə milli 

iqtisadiyyat  bəzi  qonşu  ölkələrdə  olduğu  kimi,  manatın 

devalvasiyası təzyiqləri ilə qarşılaşdı. Bu təzyiqlər özünü ötən ilin 

birinci  rübündə  -  əhalinin  devalvasiya  gözləntilərinin  daha  çox 

artdığı  (Rusiya  və  Ermənistandaki  devalvasiyadan  sonra)  və 

bununla  da  əlaqədar  pullarının  xeyli  hissəsini  xarici  valyutalara 

çevirdiyi  şəraitdə  -  qabarıq  şəkildə  göstərdi.  Milli  valyutanın 

stabilliyini qorumaq üçün Mərkəzi Bank xeyli resurslar sərf etməli 

oldu və bu da sonda demək olar ki, özünü doğrultdu. Bütövlükdə, il 

ərzində  Mərkəzi  Bankın  xalis  emissiyası  1,8  mlrd.  manat  təşkil 

etdi.  Daxili  və  xarici  maliyyə  mənbələrinin  azalması  şəraitində 

Mərkəzi  Bank  pul  siyasətini  ciddi  şəkildə  yumşaltmalı  oldu,  uçot 

dərəcəsi 15%-dən 2%-dək azaldıldı.  

2012-ci  ildə  İlham  Əliyev  çıxışında  qeyd  edib  ki,  BP  şirkəti 

Azərbaycanın  neft-qaz  sektoruna  28  milyard  dollar  investisiya 

qoyub, 74 milyard gəlir əldə edib. Lakin bəzi ekspertlər 28 milyard 

dolların  özünü  çox  böyük  rəqəm  hesab  edir.  Bu  məbləğ  “Əsrin 

müqaviləsi”  imzalananda  müqavilənin  elan  olunmuş  smeta 

dəyərindən ən azı üç dəfə çoxdur.  

 

 

 

 

 

 

 



31 

 

Mühüm tədbirlər 



 

 

 



2015  Avropa  Oyunları  -  12  iyundan  28  iyuna  qədər 

Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 

Avropa  Oyunları  tarixdə  ilk  dəfə  keçirilən  idman  yarışıdır. 

Yarışlarda  Avropanın  50  ölkəsinin  10  000  idmançısı  mübarizə 

aparıb.  Yarışlarda  Bakının  11,  Mingəçevirin  isə  1  idman 

qurğusundan  istifadə  olunub.  2015  Avropa  Oyunlarının  təqviminə 

30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-

Olimpiya  idman  növüdür.  Yarışlarda  idmançılar  253  dəst  medal 

uğrunda yarışıb. 

Avropa  Oyunlarının  açılış  mərasimi  12  iyun  tarixində  Bakının 

Olimpiya  Stadionunda  baş  tutub.  Açılış  mərasimində  Avropa 

Oyunlarını  rəsmi  olaraq  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı 

Olimpiya  Stadionuna  2  qat  Paralimpia  Çempionu,  Qarabağ  qazisi 

cüdoçu İlham Zəkiyev gətirib.  

Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mü-

barizə aparıb. 17  gün  davam  edən  yarışlar  28 iyun   tarixində  Bakı 

Olimpiya  Stadionunda  yekunlaşıb.  Yarışlarda  qeyri-rəsmi  medal 

cədvəlində  ilk  sıranı  Rusiya  Federasiyasının  idmançıları  tutub. 

Onlar  I  Avropa  Oyunlarında  79  qızıl,  40  gümüş  və  45  bürünc, 

ümumilikdə  164  medal  qazanıb.  İkinci  sıranı  isə  ev  sahibi 



32 

 

Azərbaycan  idmançıları  tutdu.  Yarışlara  289  idmançı  ilə  qatılan 



Azərbaycan  21  qızıl,  15  gümüş  və  20  bürünc,  ümumilikdə  56 

medal  qazanıb.  Üçüncü  sıra  isə  Böyük  Britaniya  idmançılarına 

nəsib olub. Onlar  18  qızıl, 10  gümüş  və 19  bürünc medal qazandı 

və I Avropa Oyunlarını 47 medalla başa vurublar. 

2015  Avropa  Oyunlarının  rəsmi  büdcəsi  1.12  milyard  Amerika 

Birləşmiş Ştatları dolları təşkil edib. Satışa 600 000 bilet çıxarılıb. 

Avropa Oyunlarının təşkili Federasiyası (İHİF) tərəfindən keçirilən 

çoxmillətli və çoxidmanlı tədbirdir. 

 

 

 



İslam  Həmrəyliyi  Oyunları-  İlk  Oyunlar  2005-ci  ildə  Səudiyyə 

Ərəbistanında  keçirilmişdir.  Sayca  İkinci  İslam  Həmrəyliyi 

Oyunlarının  ilkin  olaraq  2009-cu  ilin  oktyabrında  İranda 

keçirilməsi nəzərdə tutulsa da, daha sonra tədbir 2010-cu ilin aprel 

ayına  təxirə  salındı  və  sonradan  ləğv  olundu.  Növbəti  Oyunlar 

2013-cü ildə İndoneziyada baş tutdu. 

2014-cü  ildə 24  iyul  tarixində  Səudiyyə  Ərəbistanının  Ciddə 

şəhərində  İslam  Həmrəyliyi  İdman  Federasiyasının  8-ci  Baş 

Assambleyası  keçirildi.  Bu  Assambleyada  dördüncü  İslam 

Həmrəyliyi  Oyunlarının  2017-ci  ildə  Azərbaycanda  keçirilməsinə 

qərar verildi. Daha sonra Assambleyada səs vermə baş tutdu və tam 

yekdilliklə  Azərbaycan  2017-ci  ildə  IV  İslam  Həmrəyliyi 

Oyunlarına ev sahibliyi etmək hüququ qazandı. 

2015-ci  ildə  7  aprel  tarixində  IV  İslam  Həmrəyliyi  Oyunları 

barəsində  müqavilə  imzalandı. Azərbaycan  Milli  Olimpiya 



33 

 

Komitəsinin  vitse-prezidenti  Çingiz  Hüseynzadə  və  şahzadə 



Abdullah  Bin  Mosaad  Bin  Abdulaziz  Alsaud  imzaladığı 

müqaviləyə  əsasən  IV  İslam  Həmrəyliyi  Oyunlarının  proqramına 

20  idman  növü,  o  cümlədən  Azərbaycanın  milli  idman  növü  olan 

zorxana əlavə olundu. 

2015-ci  ildə  2  noyabr  tarixində  Azərbaycanın  Bakı  şəhərində 

İslam 


Həmrəyliyi 

İdman 


Federasiyasının 

Əlaqələndirmə 

Komissiyasının iclası baş tutdu. Nihat Ustanın sədrliyi ilə keçirilən 

Əlaqələndirmə Komissiyasının iclasında Azərbaycan adından Azad 

Rəhimov,  Çingiz  Hüseynzadə,  Könül  Nurullayeva  və  digər 

nümayəndələr qatıldı. 

2016-cı  ildə  13  may tarixində  Bakı  2017  İslam  Həmrəyliyi 

Oyunları  Milli  Olimpiya  Komitəsi  üçün  Açıq  Gün  baş  tutdu.  IV 

İslam  Həmrəyliyi  Oyunlarına  hazırlıq  işlərinin  davamı  olaraq 

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 39 

İslam dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə