Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

17 

 

Qala  1964-cü  ildən  muzey  kimi  fəaliyyət  göstərməyə  başlamış, 



2000-ci ildə UNESCO-nun Ümumdünya irsi

 siyahısına salınmışdır.

  

Son  illərdə  Qız  qalasında  və  onun  ətrafındakı  meydanda  hər  il 



Novruz  bayramı  şənliklərinin  keçirilməsi  ənənəsi  yaranmışdır. 

Tikilmə vaxtı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman 

intervalı  çərçivəsində  aparılması  baxımından  memarlıq  tarixində 

Qız  qalası  ilə  müqayisə  edilə  biləcək  abidə  yoxdur.  Belə  ki, 

abidənin  yaşının  Şumer  dövründən  başladığını  iddia  edən 

mütəxəssislər  də  var,  XII  yüzillikdə  tikildiyini  sübut  etməyə 

çalışanlar  da.  Burda  zaman  fərqi  tikilmə  tarixi  bilinməyən  başqa 

abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 

3000 ildən artıqdır. 

 Qala  divarları  üzərindəki  bir  kitabədə  ərəb  dilində  bu  sözlər: 



“Davudun  oğlu  Məsudun  qülləsi”  yazılmışdır.  Bəzi  tədqiqatçılar 

bu  şəxsin  Qız  qalasını  tikdirən  feodal  hakim  olduğunu  ehtimal 

edirlər.  Lakin  bu  cür  lakonik  məzmunlu  kitabələrdə  adətən 

memarların  adının  qeyd  edildiyi  nəzərə  alınsa,  “Davudun  oğlu 

Məsud”un  Qız  qalasını  inşa  edən  memar  olduğunu  söyləmək 

mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın 

olduğuna  görə  Qız  qalasının  məhz  bu  dövrdə  tikildiyi  ehtimal 

edilir.  Digər  tərəfdən  bir  çox  alimlərin  fikrinə  görə  Kufi 

yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) 

həmin  əsrlərdə  inşa  olunub.  Lakin,  bəzi  alimlər  bu  fikirlərin  səhv 

olduğunu  iddia  edirlər.  Daşların  qatışıq  məhlulundan-əhəng 

qarışığından istifadə olunmasından İlyas Babayev, Qara Əhmədov 

kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki 

birinci  minilliyin  ilk  əsrlərinə  aid  edilən  abidəni  əsas  götürüblər. 

Orada  da  abidə  eynən  belə  əhəng 

qarışığı ilə tikildiyindən, Qız Qalasını 

da  antik  dövrə  aid  ediblər.  Bu  fikri 

Sara xanım Aşurbəyli də təsdiq edib.

 

Od  məbədi  olan  “Atəşgah” 



Bakının  30  kilometrliyində,  Abşeron 

yarımadasının  Suraxanı  qəsəbəsinin 




18 

 

cənub-şərq  hissəsində  yerləşir.  “Atəşgah”  XVII-XVIII  əsrlərdə 



təbii  qazların  çıxdığı  əbədi  sönməz  alovların  yerində  inşa  edilmiş 

od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-

cü  ilinə  aiddir,  mərkəzi  məbəd-səcdəgahı  isə  1810-cu  ildə  tacir 

Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

 

Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də dünyada 



qayaüstü  təsvirlərlə  tanınmış  Qobustandır.  Qobustanda  Böyükdaş, 

Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrün 

və  Azərbaycan  xalqının  ulu  keçmişinin  şahidləri  olan  çoxlu 

qayaüstü  təsvir,  düşərgə,  yaşayış  məskəni,  qəbir  abidələri  və  sair 

vardır.  Böyükdaş  ərazisində  mezolitdən  orta  əsrlərə  qədər  bütün 

dövrlərin abidələrinə rast gəlmək olar.

 

 

Dördkünc  Mərdəkan  qalası  və  ya  böyük  Mərdəkan  qəsri 



Abşeronun  ən  qədim  qalalarından  biri  və  ən  hündür  donjonudur 

(digər  qalalardan  fərqli  olaraq,  donjonlar  əsas  qala  ilə  əlaqəsi 

olmayan  divarlarla  əhatə  olunur;  belə  demək  mümkünsə,  qala 

içində qala). 

Qalanın  hündürlüyü  22  metr,  əhatə  divarlarının  hündürlüyü  7 

metrdir.  Qalınlığı  aşağı  hissədən  2,1  metr,  yuxarıdan  isə  1,6 

metrdir. İstehkam içəridən 5 yarusa bölünür. 

Bakının  Mərdəkan  qəsəbəsində  yerləşən  bu  qala  XII  əsrdə  - 

1187-1188-ci  illərdə  Şirvanşah  I  Axsitan  tərəfindən  tikilib. 

Axsitanın  düşmən  üzərindəki  parlaq  qələbəsi  şərəfinə  ucaldılmış 

qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə,  eləcə də müşahidə 

məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. 




19 

 

Qalanın  həyətinə  daxil  olarkən  ilk  növbədə  yerdəki  quyular 



diqqəti  cəlb  edir.  Dərinliyi  təqribən  2 

metr  olan  bu  quyular  əsasən  düşmən 

hücumu  zamanı  qalaya  sığınarkən 

müxtəlif  növ  ərzaq  məhsullarının 

saxlanılması  üçün  nəzərdə  tutulub. 

Ümumilikdə  donjonun  ətrafında  və 

həyətində vaxtilə 90-dan çox quyunun 

(o  cümlədən  su  quyuları)  olduğu 

bildirilir.  Bundan  başqa,  həyətdə 

qədim daş kitabələr, daşdan yonulmuş 

və şəxsı əşyalar, qablar da var. 

Xatırladaq ki, donjonun yaxınlığın-

da  XV  əsrə  aid  Tuba  Şahı  məscidi 

(1481-1482-ci illər), XIII-XIV əsrlərə aid sənduqə də var. 

Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar 

Əbdülməcid Məsud oğlu tərəfindən tikilmişdir.

 

 

Bakı  bulvarı  -  Bakı  şəhərində,  Xəzər  dənizinin  sahilində 



yerləşən bulvar 1909-cu ildə yaradılmışdır. 29 dekabr 1998-ci ildən 

milli  park  statusu  daşıyır.  Ərazisinin  böyüklüyünə  görə  Parisdə 

Sena  çayı  sahilindəki  parkdan  sonra  Avropada  ikinci  yerdədir. 

Dənizkənarı  bulvarın  salınması  1909-cu  ildə  Bakı  şəhər  Duması 

tərəfindən  qərarlaşdırılmış  və  o  vaxtlar  Dumada  çalışan  məşhur 

mühəndis  Məmməd  Həsən  Hacınskinin  adı  ilə  bağlıdır.  O  zaman 

tender  yolu  ilə  seçilmiş  layihənin  işlənib  həyata  keçirilməsində 

mühəndis Kazimir  Skureviçin  və  memar  Adolf  Eyxlerin  də  böyük 

zəhməti  olmuşdur.  Onların  təklifi  əsasında  dəniz  sahili  ilə  yeni 

salınmış  II  Aleksandr  küçəsinin  (indiki  Neftçilər  prospekti) 

arasında  yaşıllıq  zolağının  salınması  nəzərdə  tutulmuşdu.  İki  il 

müddətində 

buraya 

kənardan 



münbit 

torpaq 


daşınmış, 

Azərbaycanın  başqa  bölgələrindən  və  hətta  Avropadan  belə 

müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.  

1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə 

Bakı 

şəhərində  yaşıllaşdırma  və  abadlaşdırma  işlərinin 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə