Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

13 

 

Bakıda  ilk  peşəkar  opera  tamaşası  göstərildi.  Açılışda  Aleksandr 



Darqomıjskinin  “Su  pərisi”  tamaşaya  qoyulmuşdu.Truppada 

İoakim  Tartakov,  Varvara  Zarudnaya,  Tatyana  Lyubatoviç  kimi 

məşhur  müğənnilər  oxuyurdu.  1894-cü  il  mayın  16-da  Peterburq 

truppasının  ifasında  Bakıda  ilk  peşəkar  balet  tamaşası  göstərildi. 

Açılışında  A.Adanın  “Dəniz  qulduru”  baletinin  tamaşası 

göstərilmişdi.  Mayın  16-dan  20-dək  göstərilən  beş  tamaşanın 

arasında  Adolf  Adamın  "Jizel"  və  Leo  Delibin  “Koppeliya” 

baletləri də vardı.  

Bakı musiqiçiləri öz qüvvələrini birləşdirmək üçün 1895-ci ildə 

teatr və musiqi şöbələri, həvəskar orkestr  yaratdılar. Bu orkestr F. 

Parizekin başçılığı altında 1897-ci ildə Bakıda ilk simfonik konsert 

mövsümünü açdı.

  

1908-ci  il  yanvarın  12-də  Üzeyir  Hacıbəyovun  “Leyli  və 



Məcnun”  operası  Bakıda  səhnəyə  qoyulmuşdur.  Bu  Müsəlman 

Şərqinin ilk operası idi. Bakı 1950-ci 

illərdən başlayaraq “Caz şəhəri” kimi 

də  tanınır.  Şəhər  11  dəfədən  çox 

beynəlxalq caz festivalına ev sahiblik 

edib. 2012-ci ildə Bakı şəhərində 57-

ci  Avroviziya  Mahnı  Müsabiqəsi 

təşkil  olunub.  Bakıda  bir  çox  musiqi 

janrları, o cümlədən, meyxana, 1960-

cı  illərdə  Caz-muğam, 1980-ci  illərin 

ortalarında  rus  şansonundan  yaranan 

“Bakı  şansonu”  yaradılıb.  Şəhərin 

mühüm  musiqi  səhnələrindən  Bakı  Kristal  Zalı,  Heydər  Əliyev 

Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Beynəlxalq 

Muğam Mərkəzini qeyd etmək olar. 

Təhsil:

  1865-ci  ildə  Azərbaycanda  ilk  gimnaziya  Bakı 

şəhərində  təşkil  olundu.  1901-ci  il  oktyabrın  7-də  Bakıda  Hacı 

Zeynalabdin  Tağıyevin  qızlar  məktəbi  yaradılmışdır.  Bu  bütün 

Zaqafqaziyada yeganə qızlar məktəbi idi. 1910-cu ilə qədər Bakıda 



14 

 

cəmi  iki  orta  ümumtəhsil  məktəbi  vardı:  realnı  məktəb  və 



gimnaziya. 

 

2013-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 311 



tam  orta,  3  ümumi  orta,  7  xüsusi,  axşam  (qiyabi),  4  sağlamlıq 

imkanları  məhdud  uşaqlar  üçün  məktəb  var  idi.  Bu  məktəblərdə 

318  min  750  şagirdin  təlim-tərbiyəsi  ilə  29949  müəllim  məşğul 

olur.  Bakının  tanınmış  ali  təhsil  müəssisələrindən  Azərbaycan 

Dövlət  İqtisad  Universiteti,  Xəzər  Universiteti,  Bakı  Dövlət 

Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan 

Dövlət  Rəssamlıq  Akademiyası,  Azərbaycan  Respublikasının 

Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyası,  Azərbaycan 

Dövlət  Neft  və  Sənaye  Universiteti  və  Azərbaycan  Tibb 

Universitetini  qeyd  etmək  olar.  Böyük  Britaniyanın  “Quacquarelli 

Symonds”  şirkəti  2018-ci  il  üçün  dünya  universitetlərinin 

reytinqində Xəzər Universiteti 701-750-ci, Bakı Dövlət Universiteti 

isə 801-1000-ci yerləri bölüşdürür. 

 

 

 

 

 

 



15 

 

Bakı şəhərinin tarixi mədəniyyət 



 abidələri  

 

Bakı  öz  tarixinə  görə 



qədim 

şəhər 


olduğundan, 

burada  müxtəlif  dövrlərə  aid 

çoxlu 

sayda 


tarixi 

və 


memarlıq abidələri vardır. 

Bakı  şəhərinin  mərkəzində 

sahəsi 22 ha. olan “İçərişəhər” 

yerləşir.   

Xalq  arasında  həm 

də  “


Qala

  və  ya  sadəcə 

Qədim  şəhər



” kimi  tanınan 

tarixi  məhəllə 

Bakının

 ən qədim hissəsi,  həmçinin tarixi-memarlıq 



qoruğudur.  Bakının  ən  qədim  hissəsi  olan  İçərişəhər,  yaxşı 

qorunmuş 

qala divarları

 ilə əhatə olunub. 221 000 m² sahəyə malik 

olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.  

Qoruq  ərazisi  hələ 

tunc  dövründ

ə  məskunlaşmışdır. 

Arxeoloji

 

tədqiqatlar  nəticəsində  müəyyənləşdirilmişdir  ki,  artıq  VIII-IX 



əsrlər  ərzində  İçərişəhər  ərazisi  sıx  məskunlaşmış,  burada 

sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə 

Şirvanşahlar

ın öz 


iqamətgahlarını 

Şamaxıdan

 

Bakıya 


köçürməsindən 

sonra 


İçərişəhərin  həyatında  “kristallaşma”  dövrü  başlamışdır. 

1748


-

1806


-cı  illərdə  Bakı  və  onun  mərkəzi  olan  İçərişəhər 

Bakı 


xanlığın

ın  paytaxtı  olmuşdur. 

1806

-cı  illərdə  Bakının  ruslar 



tərəfindən  işğal  edilməsi  və  neft  bumunun  yaşanmasından  sonra 

(XIX  əsrin  sonları-XX  əsrin  əvvəlləri)  şəhərin  inkişaf  və 

genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından 

kənarda da sıx məskunlaşmağa başlamışdır. 

“İçərişəhər”də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və 

memarlıq  abidələri  vardır.  Bu  günə  qədər  qorunub  saxlanmış 

abidələrə  Şirvanşahlar  Sarayını,  Qız  Qalasını,  Sınıq  Qalanı  misal 

göstərmək olar. 




16 

 

Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar Sarayı 



XV  əsrin  əvvəllərində  salınmış,  buraya  kompleks,  saray, 

divanxana,  şirvanşahlar  türbəsi,  minarəli  saray  məscidi,  hamam, 

Seyid  Yəhya  Bakuvi  türbəsi  və  sonralar  ucaldılmış  “Şərq” 

divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, 

son "Şərq" divanxananın  tikintisi  isə 1558-ci  ilə memar Əmirşaha 

aid olduğu qeyd edilir. 

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-

ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə 

UNESCO-nun  Ümumdünya  İrsi  Siyahısına  daxil  edilmiş  ilk 

obyektdir. 

Azərbaycan 

memarlığının 

unikal  abidəsi  olan  Qız 

Qalası” İçərişəhərin cənub-şərq 

hissəsində  ucaldılmış  və  bu 

abidə  iki  mərhələdə  tikilib. 

Abidənin 13,7 m hündürlüyünə 

qədər olan aşağı hissəsi bir çox 

alimlərin  hesab  etdiyi  kimi 

eramızdan əvvəl VII-VI əsrlərə 

aid  edilir.  Qalanın  hündürlüyü 

29,7  m,  diametri  isə  16,5 

metrdir.  Divarlarının  qalınlığı  aşağı  hissədə  5  m,  yuxarı 

yaruslarında  isə  4  metrdir.  Qalanın  daxili  hissəsi  8  mərtəbəyə 

bölünür.  Hər  mərtəbə  yоnma  daşlarla  tikilmiş,  günbəz  fоrmalı 

tavanla  örtülmüşdür.  Daşdan  hörülmüş  bu  tavanların  оrtasında 

dairəvi  deşiklər  vardır.  Deşiklər  şaquli  xətt  istiqamətindədir.  Belə 

ki,  VIII  mərtəbənin  tavanının  оrtasında  оlan  dairəvi  deşikdən 

baxdıqda  birinci  mərtəbənin  döşəməsini  görmək  mümkündür. 

Qalaya  yeganə  giriş  yоlu  оnun  qərb  tərəfində,  yerin  əvvəlki 

səthindən 2 m hündürlükdə və 1,1 m enində оlan tağlı qapı yeridir. 

Azərbaycanın  emblemlərindən  biri  olan  Qız  qalası  Azərbaycan 

pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.  




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə