Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   2   3   4   5   6   7   8   9   ...   23

8.10.1.  dövlət  qeydiyyatı  haqqında  sənədin  və  nizamnamənin  surəti,  habelə  bankın 

reqlamenti;  

8.10.2.  bankın  yaradılması  və  inzibatçıların  təyin  edilməsi  haqqında  səhmdarların  ümumi 

yığıncağının qərarının surəti;  

8.10.3. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında maliyyə 

bazarlarına  nəzarət  orqanının  qərarı  ilə  müəyyən  edilmiş  şərtlər  qoyulduqda,  həmin  şərtlərin 

yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);  

8.10.4. ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin 

dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;  

8.10.5.  bankın  korporativ  idarəetmə  sistemlərinin,  o  cümlədən  idarəetmə  orqanlarının 

formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən 

sənədlər;  

8.10.6.  bank  lisenziyasının  verilməsi  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiqləyən  bank 

sənədi.  

8.11.  Bankın  yekun  müraciətinə  və  ona  əlavə  edilmiş  sənədlərə  ən  geci  30  təqvim  günü 

müddətində  baxılır.  Yekun  müraciətdə  və/və  ya  ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya 

çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün maliyyə bazarlarına nəzarət 



orqanı  müraciət  edən  banka  müvafiq  bildiriş  göndərir.  Yenidən  təqdim  olunmuş  sənədlərə 

maliyyə  bazarlarına  nəzarət  orqanı  ən  geci  15  təqvim  günü  müddətində  baxmalıdır.  Maliyyə 

bazarlarına  nəzarət  orqanı  sənədlərin  bu  Qanunun  8.10-cu  maddəsinin  tələblərinə  cavab 

verdiyini,  ilkin  nizamnamə  kapitalının  minimum  miqdarı  üzrə  ödənişlərin  maliyyə  bazarlarına 



nəzarət orqanına daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar 

qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.  



 

Maddə 9. Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması  

9.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  verdiyi  bank  lisenziyası  olmadan  heç  bir  xarici 

bank Azərbaycan Respublikasında filiallar aça bilməz.  

9.2.  Xarici  bankın  yerli  filialının  açılmasına  bank  lisenziyasının  alınması  üçün  müraciətlərə 

baxılması iki mərhələdən ibarətdir:  

9.2.1.  bank  lisenziyası  almaq  üçün  ilkin  müraciətin  edilməsi  və  ona  baxılması  (birinci 

mərhələ) və  

9.2.2.  dövlət  qeydiyyatına  alındıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  yekun  müraciətin 

edilməsi və ona baxılması (ikinci mərhələ).  

9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilir:  

9.3.1.  bankın  nizamnaməsi  və  filialın  yaradılması  barədə  səlahiyyətli  idarəetmə  orqanının 

qərarının surəti;  

9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;  

9.3.3.  əgər  bank  şirkətlər  qrupuna  daxildirsə,  həmin  qrup  haqqında  məlumat,  o  cümlədən 

qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları 

haqda məlumatlar;  

9.3.4.  təsisçi  bank  tərəfindən  filiala  ayrılmış,  kapitala  bərabər  tutulmuş  vəsaitin  miqdarı 

haqqında məlumat; 

9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı 

və auditor rəyi;  

9.3.6.  filialın  əsasnaməsi.  Əsasnamədə  filialın  fəaliyyəti  ilə  bağlı  digər  məlumatlarla  yanaşı 

bank  fəaliyyəti  növləri,  bank  tərəfindən  filial  üzərində  nəzarətin  həyata  keçirilməsi  və  ləğv 

edilməsi qaydası göstərilməlidir;  

9.3.7.  filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 

strukturunu,  o  cümlədən  daxili  nəzarət  sistemini,  habelə  filialın  işinin  ilk  üç  ili  üçün  maliyyə 

proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;  

9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;  




9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;  

9.3.10. filiala təyin edilməsi təklif edilən  inzibatçıların siyahısı,  habelə onların  hər  biri  üçün 

peşə  ixtisası  və təcrübəsi  haqqında  məlumatın göstərildiyi  sənədlərin (təhsil  və əmək  fəaliyyəti 

haqqında)  notariat  qaydasında  təsdiqlənmiş  surətləri,  həmin  şəxslər  tərəfindən  doldurulmuş 

anket,  bankda  və  digər  hüquqi  şəxslərdə  onların  mühüm  iştirak  paylarının  miqdarı  və  siyahısı, 

tərəflərindən  imzalanmış  və  imzası  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş  qüsursuzluğuna 

dair ərizə;  

İnzibatçı  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

9.3.11.  ilkin  müraciətə  baxılması  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiq  edən  bank 

sənədi.  

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin 

və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci maddəsində 

müəyyən edilmiş qaydada həyata keçirilir.  

 

Maddə 10. İnzibatçılara dair tələblər  

10.1.  Bankların,  onların  filiallarının,  şöbələrinin,  nümayəndəliklərinin  və  xarici  bankların 

yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər 

olmalıdır.  

10.2.  Aşağıdakı  şəxslər  bankların,  onların  filiallarının,  şöbələrinin  və  xarici  bankların  yerli 

filiallarının inzibatçısı ola bilməzlər:  

10.2.1.  maliyyə  vəziyyətinin  pisləşməsi  və  prudensial  tələbləri  pozmaqla  əlaqədar  məcburi 

ləğv  olunmuş,  yaxud  müflis  elan  olunmuş  bankda  ləğvetmə  və  ya  iflas  haqqında  qərarın  qəbul 

edildiyi  tarixdən  əvvəlki  bir  il  ərzində  bankın  fəaliyyət  strategiyasının  müəyyən  edilməsi  və 

qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər üç il ərzində başqa 

bankın inzibatçısı ola bilməzlər);  

10.2.2.  üç  ildən  az  olmayan  müddət  ərzində  başqası  ilə  əvəz  edilməsi  barədə  maliyyə 



bazarlarına  nəzarət  orqanının  tələbi  ilə  hər  hansı  bankın,  filialın  və  ya  şöbənin  inzibatçısı 

vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş 

məhkəmə qərarı olan şəxslər istisna olmaqla);  

10.2.3.  bankın  inzibatçısı  hüququndan  qanunla  müəyyən  edilmiş  qaydada  məhrum  edilmiş 

şəxslər;  

10.2.4.  bankın  digər  idarəetmə  orqanının  (səhmdarların  ümumi  yığıncağı  istisna  olmaqla) 

üzvü olan şəxslər;  

10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla bankda digər vəzifə tutan şəxslər;  

10.2.6.  Müşahidə  Şurasının  üzvü  üçün  -  üçdən  çox  hüquqi  şəxsin  və  ya  digər  hər  hansı  bir 

bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;  

10.2.7.  bankın  İdarə  Heyətinin  üzvləri,  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri),  daxili 

audit  bölməsinin  rəhbəri,  bank  filialının,  şöbəsinin  rəhbəri  və  baş  mühasibi  üçün—başqa 

banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti 

olan  hüquqi  şəxslərdə  vəzifə  tutan  şəxslər  (bankın  payçı  olduğu  digər  banklarda  və  hüquqi 

şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla);  

10.2.8.  bankın  inzibatçısı  ilə  qohumluq  münasibətlərində  olan  şəxs—onun  əri/  arvadı, 

valideyni,  o  cümlədən  ərinin/arvadının  valideyni,  babası,  nənəsi,  övladı,  o  cümlədən  övladlığa 

götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);  

10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə 

nəzərdə tutulan hallar istisna olmaqla).  

10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:  

10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün — ali iqtisadi və 

ya  hüquqi  təhsilin,  yaxud  təhsilindən  asılı  olmayaraq  maliyyə  idarələrində  fəaliyyət 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə