Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması  

22.1.  Hər  hansı  bir  şəxs  bankın  nizamnamə  kapitalında  mühüm  iştirak  payını,  o  cümlədən 

nizamnamə  kapitalındakı  mövcud  payını  mühüm  iştirak  payına  çatdıran  əlavə  payı,  habelə 

mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 

faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin 

törəmə  strukturuna  çevrilməsinə  gətirib  çıxaran  iştirak  payını  bu  Qanunla  müəyyən  edilmiş 

qaydada əldə edə bilər.  

22.2.  Bank,  kapitalında  mühüm  iştirak  payı  olan  şəxsin  başqa  hüquqi  şəxsin  kapitalında 

mühüm  iştirak payını  əldə etməsindən  və  ya artırmasından  xəbər tutan kimi  bu  barədə maliyyə 

bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir.  

22.3.  Bank,  kapitalında  mühüm  iştirak  payı  olan  hüquqi  şəxsin  kapitalında  hər  hansı  şəxsin 

mühüm  iştirak payını  əldə etməsindən  və  ya artırmasından  xəbər tutan kimi  bu  barədə  maliyyə 

bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir.  

22.4.  Bu  Qanunun  22.1-ci  maddəsində  nəzərdə  tutulan  iştirak  payının  alınması  üçün  bankın 

səlahiyyətli  idarəetmə  orqanı  müraciəti  və  qərarı  ilə  birlikdə  aşağıdakı  sənədləri  maliyyə 

bazarlarına nəzarət orqanına təqdim edir:  

22.4.1. həmin sahib hüquqi şəxs olduqda:  

22.4.1.1. hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı 

son  üç  maliyyə  ilini  (hüquqi  şəxs  üç  ildən  az  müddətdə  yaradıldıqda  isə  son  maliyyə  illərini) 

əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin 

şəxsin  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  icazə  verən  səlahiyyətli  idarəetmə 

orqanının qərarının təsdiqlənmiş surəti;  

22.4.1.2.  həmin  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərlərinin  siyahısı  və  hər  bir  rəhbər 

tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair 

ərizə;  


22.4.1.3.  xarici  hüquqi  şəxslər  yuxarıda  göstərilən  sənədlərdən  başqa  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər:  

Onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, nizamnamə (əsasnamə), ən 

azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;  

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;  

22.4.1.4. şəxs xarici bank olduqda, əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi 

və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər 

və  digər  qaytarılan  vəsait  cəlb  etmək  ilə  bağlı  fəaliyyəti  həyata  keçirmək  üçün  lisenziyasının 

olduğunu  və  həmin  təşkilatın  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  etiraz  etmədiyini 

təsdiqləyən arayış;  

22.4.2. həmin sahib fiziki şəxslər olduqda:  

22.4.2.1.  Soyadını,  adını,  atasının  adını  və  vətəndaşlığını,  şəxsiyyət  vəsiqəsinin  və 

şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və 

sənədlər, onun sahibliyində və ya nəzarətində olan hüquqi şəxslər və onların məşğuliyyət növü, 

tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair 

ərizə;  

22.4.2.2.  fiziki  şəxs  əcnəbi  olduqda,  yuxarıda  göstərilən  məlumat  və  sənədlərdən  başqa 

rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən  onun  cinayət  məsuliyyətinə 

cəlb olunub-olunmadığı barədə verilmiş arayış və bir və ya bir neçə maliyyə təşkilatının müsbət 

tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;  

22.4.3.  həmin  şəxsin  bankların  və  ya  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat;  

22.4.4.  bankların  və  başqa  hüquqi  şəxslərin  həmin  şəxsin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat;  

22.4.5.  bu  Qanunun  22.4.3-cü  və  22.4.4-cü  maddələrində  göstərilmiş  hüquqi  şəxslərin 

fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı.  



22.5.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  22.4-cü  maddəsinə  uyğun  verilmiş 

ərizəyə ən geci 90 təqvim  günü  müddətində  baxır. Həmin  müddət ərzində  maliyyə bazarlarına 



nəzarət  orqanı  ərizəyə  dair  münasibətini  banka  yazılı  surətdə  bildirməzsə,  ərizəyə  müsbət 

baxılmış  hesab  edilir.  maliyyə  bazarlarına  nəzarət  orqanı  icazənin  verilməsindən  aşağıdakı 

hallarda imtina edir:  

22.5.1. bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda;  

22.5.2.  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərləri  məqbul  və  lazımi  keyfiyyətlərə  malik 

olmadıqda;  

22.5.3. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;  

22.5.4.  mühüm  iştirak  payını  əldə  edəcək  hüquqi  şəxsin  maliyyə  vəziyyəti  qeyri-qənaətbəxş 

olduqda;  

22.5.5.  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bank,  bank  və  ya  bank  holdinq  şirkəti 

olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə;  

22.5.6.  xarici  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  xarici  banka  və  ya  xarici  bank 

holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə; 

22.5.7. iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici 

bank  holdinq  şirkətinə  onların  yerləşdiyi  ölkədə  lazımınca  nəzarət  edilmədiyinə  və  ya  həmin 

ölkənin  nəzarət  orqanları  qarşılıqlı  əməkdaşlıqdan  imtina  etdiyinə  görə,  Maliyyə  bazarlarına 



nəzarət  orqanının    Mərkəzi  Bankın  öz  nəzarət  funksiyalarını  həyata  keçirməsi  mümkün 

olmadıqda.  

22.6.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  verdiyi  icazədə  iştirak  payının  əldə  edilməsinin 

başa çatmalı olduğu maksimum müddət göstərilir.  

22.7.  Qabaqcadan  icazəsi  olmadan  hər  hansı  bir  şəxs  belə  iştirak  payı  əldə  edərsə,  maliyyə 

bazarlarına nəzarət orqanı həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən 

etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.  

Mühüm  iştirak  payının  əldə  edilməsi  üçün  müəyyən  edilmiş  maksimum  müddətlərə  riayət 

edilməzsə,  maliyyə  bazarlarına  nəzarət  orqanı  həmin  şəxsə  müddət  bitdikdən  sonra  aldığı 

hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.  

Həmin  şəxslərin  ləğv  olunmalı  hissədə  səsvermə  hüququ  səhmdarların  ümumi  yığıncağının 

iclaslarında nəzərə alınmır.  

22.8. Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs 

hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı 

səviyyəyə  endirməzdən  əvvəl  bu  barədə  maliyyə  bazarlarına  nəzarət  orqanına  yazılı  məlumat 

verməlidir.  

22.9.  Banklar  onların  kapitalında  payların  bu  Qanunun  22.1-ci  və  ya  22.8-ci  maddələrində 

göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsindən və 

ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə maliyyə bazarlarına nəzarət orqanına məlumat 

verməlidirlər.  Banklar  həmçinin  mühüm  iştirak  paylarına  malik  olan  səhmdarlar,  onların 

ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən az olmayaraq, maliyyə 



bazarlarına nəzarət orqanına yazılı şəkildə bildirməlidirlər.  

22.10. Maliyyə bazarlarına nəzarət orqanı aşağıdakı halları aşkar etdikdə bankın kapitalında 

mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması 

barədə məhkəməyə ərizə ilə müraciət edir:  

22.10.1. hüquqi şəxsin icra orqanlarının rəhbərlərindən hər-hansı biri və ya fiziki şəxs məqbul 

və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda;  

22.10.2.  bankın  maliyyə  sağlamlığına  və  ya  onun  etibarlı  idarə  olunmasına  təhlükə  törədə 

bilən dərəcədə banka təsir göstərildikdə;  

22.10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə;  

22.10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin bank 

tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya 

onlar bu sahədə maliyyə bazarlarına nəzarət orqanı ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə