Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

25.1.10.  banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə  əqdlər 

bağlanmasını təsdiq etmək;  

25.1.11.  bankın  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayrı  sahələrinin  yoxlanması  barədə  qərar 

qəbul etmək;  

25.1.12. kənar  və daxili auditorların,  habelə  yoxlayıcı orqanların  yoxlamalarının  nəticələrini 

nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək; 

25.1.13. bu Qanunla,  bankın  nizamnaməsi  və  maliyyə bazarlarına nəzarət orqanın  normativ 

xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.  

Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən 

əvvəl  maliyyə  bazarlarına  nəzarət  orqanına  əsasları  göstərməklə  yazılı  bildiriş  göndərir  və 

səhmdarların  ümumi  yığıncağının  növbədənkənar  iclasını  çağırır.  Maliyyə  bazarlarına  nəzarət 

orqanı Müşahidə Şurasının qərarına dair öz münasibətini bildirə bilər.  

Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən qəbul etdiyi 

qərarlar  səhmdarların  ümumi  yığıncağının  növbəti  iclasının  gündəliyinə  daxil  edilməli  və 

müzakirə olunmalıdır.  

25.2.  Bankın  Müşahidə  Şurası  3  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir. 

Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar 

şəxslərdən  4  ildən  çox  olmayan  müddətə  təyin  edilən  fiziki  şəxslərdir.  Şuranın  üzvləri  növbəti 

müddətlərə  yenidən  seçilə  bilərlər.  Səhmdarların  ümumi  yığıncağı  Müşahidə  Şurasının  üzvləri 

sırasından  Müşahidə  Şurasının  sədrini  təyin  edir.  Müşahidə  Şurası  üzvlərinin  muzdu  bankın 

bölüşdürülməmiş  mənfəətinin  faizi şəklində  və  ya əmək haqqı  formasında səhmdarların ümumi 

yığıncağında təyin edilə bilər.  

25.3.  bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın Müşahidə Şurasının üzvü ola bilməz və bank səhmdarlarının ümumi  yığıncağının qərarı 

ilə Müşahidə Şurasının üzvləri vəzifəsindən azad edilməlidirlər.  

25.4.  Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 

səlahiyyətlidir.  İclaslarının  keçirilməsi  qaydası  bankın  nizamnaməsində  və  ya  Müşahidə  Şurası 

haqqında əsasnamədə müəyyən edilir.  

25.5. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair 

protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.  

25.6.  Müşahidə  Şurasının  qərarları  yığıncaqda  iştirak  edən  üzvlərinin  sadə  səs  çoxluğu  ilə 

qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına 

icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır.  



 

Maddə 26. İdarə Heyəti  

26.1.  Bankın  İdarə  Heyəti  bankın  idarə  olunması  və  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 

məsuliyyət daşıyır.  

26.2.  İdarə  Heyəti  3  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir.  İdarə  Heyətinin 

üzvləri  bank  səhmdarlarının  ümumi  yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan  müddətə  təyin 

edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə 

Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri 

İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.  

26.3.  Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın  İdarə  Heyətinin  üzvü  ola  bilməz  və  səhmdarların  ümumi  yığıncağının  qərarı  ilə  İdarə 

Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.  

26.4. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.  

26.5. İdarə Heyətinin  qərarları  yığıncaqda  iştirak  edən üzvlərinin  sadə səs çoxluğu  ilə qəbul 

edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə 

verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.  

 

Maddə 27. Audit Komitəsi və daxili audit  



27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və 

s.) fəaliyyət göstərir.  

27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:  

27.2.1. bankın audit siyasətini və strategiyasını müəyyən etmək;  

27.2.2.  daxili  audit  planlarını  təsdiq  etmək  və  audit  bölməsinin  fəaliyyətinə  nəzarəti  həyata 

keçirmək;  

27.2.3.  kənar  auditin  təyin  edilməsi  ilə  əlaqədar  bankın  səlahiyyətli  idarəetmə  orqanlarına 

təkliflər vermək;  

27.2.4.  kənar  auditlə  birgə  işi  təşkil  etmək,  auditin  nəticə  və  tövsiyyələrinin  həyata 

keçirilməsinə yardım etmək;  

27.2.5.  bankın  idarəetmə  orqanları  ilə  kənar  auditorlar,  habelə  nəzarət  orqanları  arasında 

əlaqələr qurmaq;  

27.2.6.  daxili  nəzarət  sistemlərinin  təkmilləşdirilməsinə  dair  Səhmdarların  Ümumi 

Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək.  

27.2.7.  Maliyyə bazarlarına nəzarət orqanın  normativ  xarakterli aktları  ilə  nəzərdə tutulmuş 

digər səlahiyyətləri həyata keçirmək.  

27.3.  Bankın  Audit  Komitəsi  üç  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir. 

Komitənin  üzvləri  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan  müddətə 

təyin  edilir.  Komitənin  üzvləri  növbəti  müddətə  yenidən  seçilə  bilər.  Səhmdarların  Ümumi 

Yığıncağı Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin 

əmək haqqı formasında muzdu Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin edilir.  

27.4.  Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın  Audit  Komitəsinin  üzvü  ola  bilməz  və  Səhmdarların  Ümumi  Yığıncağının  qərarı  ilə 

Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər.  

27.5. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. 

İclasların  keçirilməsi  qaydası  Audit  Komitəsi  haqqında  təsdiq  edilmiş  əsasnamədə  müəyyən 

edilir.  

27.6.  Audit  Komitəsinin  qərarları  yığıncaqda  iştirak  edən  üzvlərinin  sadə  səs  çoxluğu  ilə 

qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına 

icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır.  

27.7.  Daxili  audit  bölməsi  (departament,  şöbə  və  s.)  Audit  Komitəsinin  nəzarəti  altında 

fəaliyyət  göstərir  və  bankın  icra  orqanı  ilə  qarşılıqlı  surətdə  bankda  daxili  nəzarət  və  risklərin 

idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir;  

27.8. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatı ilə bankın 

Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.  

27.9.  Bankda  Audit  Komitəsinin  və  daxili  audit  bölməsinin  fəaliyyətinin  standartlarını  və 

qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.  

 

Maddə 28. Kommersiya maraqlarının açıqlanması  

28.1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə 

üzvlərinin  birbaşa  və  ya  dolayısı  ilə  malik  ola  bildiyi  mühüm  kommersiya  maraqlarını  bankın 

İdarə  Heyəti  və  Müşahidə  Şurası  qarşısında  açıqlayır.  Belə  məlumatlar  həmin  şəxslər  bankın 

idarəetmə orqanlarının üzvü  seçildikdə  və  sonrakı dövrlərdə  bankın daxili qaydalarına  müvafiq 

olaraq açıqlanır.  

28.2.  Müşahidə  Şurasının,  Audit  Komitəsinin,  İdarə  Heyətinin  və  bankın  hər  hansı  digər 

komitəsinin  və  ya  işçi  qrupunun  üzvlərindən  birinin,  habelə  daxili  audit  bölməsinin 

əməkdaşlarının marağı ilə bağlı məsələ müzakirəyə çıxarıldıqda həmin üzv öz marağı barəsində 

müzakirə  başlanmazdan  əvvəl  məlumat  verməli,  müzakirədə  və  qərarın  qəbulunda  iştirak 

etməməli, onun iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.  

28.3.  Bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  üzvləri  bankın 

səhmləri ilə əqd bağlayarkən məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq 

qaydada açıqlamalıdır.  




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə