Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

16.4.  Bu  qanunun  16.1.9-cu,  16.1.15-ci,  16.1.16-cı,  16.1.17-ci,  16.1.18-ci  və  16.2.7-ci 

maddələrində  göstərilən  əsaslardan  biri  olduqda,  səlahiyyətlərinə  aid  edilmiş  məsələlər  üzrə 

Mərkəzi Bank bank lisenziyasının və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət 

orqanına əsaslandırılmış yazılı müraciət edir. 

 

Maddə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi  

17.1.  Bank  ona  verilmiş  bank  lisenziyasının  və  ya  filialın  və  nümayəndəliyin  açılmasına 

verilmiş icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanına müraciət edir.  

17.2.  Bank  ona  verilmiş  lisenziyanın  ləğvi  barədə  ərizəyə  bank  tərəfindən  təsdiq  edilmiş 

ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor tərəfindən 

təsdiqlənmiş  maliyyə  hesabatını  əlavə  etməlidir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ərizənin 

təqdim edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul 

etməlidir.  

Bankların  filiallarına  verilmiş  icazələrin  ləğvi  barədə  müraciətə  və  əlavə  edilmiş  ləğvetmə 

planına maliyyə bazarlarına nəzarət orqanı ərizənin təqdim edildiyi gündən etibarən ən geci 30 

təqvim günü müddətində baxaraq, bankın müraciətinə dair qərar qəbul etməlidir.  

17.3. Bankın və ya xarici bankın  yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul 

hesab edildikdə,  habelə  bank  lisenziyası  ləğv edildikdən  sonra onların öz öhdəliklərini ödəmək 

üçün  yetərli  miqdarda  likvid  vəsaiti  olduqda,  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun 58-ci 

maddəsinin müddəalarına uyğun ləğv edilir. 

17.4. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi haqqında 

əsaslandırılmış  qərar  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  dərhal  banka  və  ya  təsisçi 

xarici banka və onun yerli filialına göndərilməlidir.  

 

Maddə  18.  Bank  lisenziyasının  və  ya  icazənin  ləğvi  haqqında  qərarın  dərc  edilməsi  və 

qüvvəyə minməsi  

18.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli 

nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 

təqvim  günü  müddətində  dövlət  qeydiyyatı  və  vergi  orqanlarına  ləğvetmə  haqqında  bildiriş 

göndərməli  və  kütləvi  informasiya  vasitələrində  rəsmi  məlumat  dərc  etdirməlidir.  Bank 

lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda 

başqa müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.  

18.2.  Bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi 

haqqında qərarın qüvvəyə  mindiyi gündən  etibarən  müvafiq  bankın,  filialın  və  nümayəndəliyin 

adında «ləğv prosesində olan» sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən 

müvafiq  fəaliyyət növlərinin  həyata keçirilməsi qadağan edilir. Bundan sonra  bank,  filial  və  ya 

nümayəndəlik  qanunvericiliyə  müvafiq  surətdə  bankın  və  ya  xarici  bankın  yerli  filialının  iflası 

proseduruna  başlanıldığı  hallar  istisna  olmaqla,  bu  Qanunun  tələbləri  nəzərə  alınmaqla 

qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.  

18.3.  Yerli  və  xarici  banklar  bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  haqqında 

maliyyə bazarlarına nəzarət orqanın qərarından Azərbaycan Respublikasının İnzibati-Prosessual 

Məcəlləsində  müəyyən  edilmiş  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayətin  verilməsi 



maliyyə bazarlarına nəzarət orqanın müvafiq qərarının icrasını dayandırmır.  

 

III fəsil. Bankların yaradılması, idarə edilməsi və daxili audit 

 

Maddə 19. Bankların təşkili  

19.1.  Bank  ən  azı  üç  hüquqi  və/və  ya  fiziki  şəxs  tərəfindən  açıq  səhmdar  cəmiyyəti 

formasında yaradılır.  

19.2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın 

səhmdarı ola bilməzlər.  



19.3.  Bank  yalnız  adlı  səhmlər  buraxa  bilər.  Bankın  imtiyazlı  səhm  sahibləri  səs  hüququna 

malik ola bilməzlər.  

19.4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə 

üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.  



 

Maddə 20. Bankın nizamnaməsi və reqlamenti  

20.1.  Bankın  təsisçiləri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq, 

nizamnaməsini  tərtib  edir  və  təsdiq  edir.  Bankın  nizamnaməsində  dəyişikliklər  maliyyə 

bazarlarına nəzarət orqanın qabaqcadan yazılı icazəsi ilə edilir.  

20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq, bu Qanunla müəyyən edilmiş qaydada 

təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:  

20.2.1.  bankın  təşkilati  və  idarəetmə  strukturu,  o  cümlədən  onun  əməliyyat  və  inzibati 

şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;  

20.2.2.  bankın  idarəetməsi  və  nəzarəti  altında  olan  şöbələrin  və  bölmələrin  rəhbərlərinin 

vəzifələri;  

20.2.3. daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;  

20.2.4. bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata 

keçirilməsi üzrə səlahiyyətləri;  

20.2.5.  filial  və  şöbələrin  inzibatçılarının  vəzifəyə  təyin  və  azad  edilməsi  qaydaları,  habelə 

onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.  

20.3.  Bankın  nizamnaməsinin  notariat  qaydada  təsdiqlənmiş  surəti,  bank  tərəfindən 

təsdiqlənmiş  daxili  reqlamenti,  habelə  bankın  bank  fəaliyyəti  ilə  əlaqədar  müqavilələri 

imzalamaq  səlahiyyəti  verilmiş  vəzifəli  şəxslərin  siyahısı  bank  tərəfindən  maliyyə  bazarlarına 

nəzarət orqanına bir nüsxədə təqdim edilir və maliyyə bazarlarına nəzarət orqanında saxlanılır.  

20.4.  Bankın  nizamnaməsində  edilən  dəyişikliklər  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsində  müəyyən edilmiş qaydada dövlət qeydiyyatına  alınır. Bankın  nizamnaməsində  və 

reqlamentində  edilən  dəyişikliklər  beş  təqvim  günü  müddətində  maliyyə  bazarlarına  nəzarət 



orqanına təqdim edilir.  

 

 

Maddə 21. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər  

21.1. Bank  məcmu kapitalını,  xarici  bankın  yerli  filialı  isə  məcmu kapitala  bərabər tutulmuş 

vəsaitini daimi olaraq maliyyə bazarlarına nəzarət orqanın banklar üçün müəyyən etdiyi məcmu 

kapitalın  minimum  miqdarından  aşağı  olmayan  səviyyədə  saxlamalıdır.  Bankın  məcmu 

kapitalının,  xarici  bankın  yerli  filialı  üçün  isə  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin 

strukturu, komponentləri və hesablanması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 

müəyyən edilir.  

21.2.  Heç  bir  bank  maliyyə  bazarlarına  nəzarət  orqanın  qabaqcadan  yazılı  icazəsi  olmadan 

səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin 

ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz.  

21.3.  Heç  bir  xarici  bank  maliyyə  bazarlarına  nəzarət  orqanın  qabaqcadan  yazılı  icazəsi 

olmadan  nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaitlərinin  geri  götürülməsi  yolu  ilə  yerli 

filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.  

21.4.  Bankın  nizamnamə  kapitalı  və  xarici  bankın  yerli  filialının  nizamnamə  kapitalına 

bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli 

valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.  

21.5.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  inzibatçıları  məcmu  kapitalın  və  ya  məcmu 

kapitala bərabər tutulmuş vəsaitin miqdarının maliyyə bazarlarına nəzarət orqanın banklar üçün 

müəyyən  etdiyi  məcmu  kapitalın  (məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin)  minimum 

miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün 

hallarda dərhal bu barədə maliyyə bazarlarına nəzarət orqanına bildiriş göndərməlidirlər.  

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə