Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

32.1.6.  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə  vasitələrinin  (o  cümlədən  çeklərin, 

köçürmə  veksellərinin,  borc  öhdəliklərinin  və  depozit  sertifikatlarının),  xarici  valyutanın, 

qiymətli metalların və qiymətli daşların, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli 

kağızların,  habelə  forvard  kontraktlarının,  svoplara  dair  sazişlərin,  fyuçerslərin,  opsionların  və 

valyutalara,  səhmlərə,  istiqrazlara,  qiymətli  metallara  və  ya  faiz  dərəcələrinə  aid  digər  törəmə 

vasitələrin satın alınması və satılması;  

32.1.7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;  

32.1.8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına 

və ya müştərilərin hesabına akkreditivlərin açılması;  

32.1.9. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;  

32.1.10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;  

32.1.11.  kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya  verilməsi  və 

xidmətlər göstərilməsi;  

32.1.12.  sənədləri  və  qiymətliləri,  o  cümlədən  pul  vəsaitlərini  saxlanca  qəbul  etmək  (xüsusi 

otaqlarda və ya seyf qutularında saxlamaq);  

32.1.13.  qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin  inkasasiya  edilməsi  və 

göndərilməsi;  

32.2.  Banklar  bu  Qanunun  32.1-ci  maddəsində  sadalanan  fəaliyyət  növlərindən  başqa  bu 

Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla nəzərdə 

tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.  

32.3.  Bu  Qanunun  32.1-ci  maddəsində  göstərilmiş  hər  hansı  fəaliyyət  növü  üçün 

qanunvericiliyə  əsasən  əlavə  olaraq  xüsusi  razılıq  (lisenziya)  tələb  edildikdə,  banklar  yalnız 

müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.  

 

Maddə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri 

33.1. Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç bir 

bank  topdansatış  və  ya  pərakəndə  ticarət,  istehsal,  nəqliyyat,  kənd  təsərrüfatı,  yataqların 

işlənilməsi,  tikinti  və  sığorta  fəaliyyəti  ilə  məşğul  ola  və  ya  sığorta  təşkilatları  istisna  olmaqla 

tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.  

33.2.  Öhdəlik  üzrə  tələblərini  ödəmək  məqsədilə  bank  yalnız  maliyyə  bazarlarına  nəzarət 



orqanın icazəsi ilə və yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində 

nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən 

hüquqi şəxslərdə tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilər.  

 

Maddə 34. Prudensial normativlər və tələblər  

34.1.  Banklar  fəaliyyətləri  dövründə  öz  aktivləri,  balansarxası  öhdəlikləri  və  kapitalının 

miqdarı ilə bağlı maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi prudensial normativlərə və 

tələblərə, o cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.  



Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş yeni normativlər və tələblər, 

onlarda dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə 

və  məcmu  kapitalın  minimum  miqdarına  aid  tələblərə  dəyişikliklər  isə  banklara  rəsmən 

bildirildikdən  sonra  altı  aydan  tez  olmayaraq  qüvvəyə  minir.  Yeni  prudensial  normativlərin  və 

tələblərin geriyə qüvvəsi yoxdur.  

34.2.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının 

maliyyə  sabitliyini  təmin  etmək  məqsədilə  aşağıdakı  prudensial  normativləri  və  tələbləri 

müəyyən edir:  

34.2.1.  nizamnamə  kapitalının  (xarici  bankların  yerli  filialları  üçün  nizamnamə  kapitalına 

bərabər tutulmuş vəsaitin) minimum miqdarını;  

34.2.2.  məcmu  kapitalın  minimum  miqdarını  (xarici  bankların  yerli  filialları  üçün  məcmu 

kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını);  




34.2.3.  əsas  və  məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici  bankların  yerli 

filialları  üçün  əsas  və  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  risk  dərəcəsi  üzrə  ölçülmüş 

aktivlərə) nisbətini (kapitalın adekvatlıq əmsallarını);  

34.2.4. likvidlik göstəricilərini;  

34.2.5.  bir  borcalan  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupu  üçün  kredit  risklərinin 

maksimum miqdarını;  

34.2.6. məcmu iri kredit risklərinin maksimum miqdarını;  

34.2.7. aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə verilmiş kreditlərin 

maksimum miqdarını;  

34.2.8.  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  məcmu 

kreditlərin maksimum miqdarını;  

34.2.9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını;  

34.2.10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarını;  

34.2.11. açıq valyuta mövqeyinin limitlərini;  

34.2.12.  aktivlərin,  balansarxası  öhdəliklərin  təsnifatından  və  qiymətləndirilməsindən  asılı 

olaraq,  mümkün  zərərin  ödənilməsi  üçün  xərclər  hesabına  yaradılan  xüsusi  ehtiyatlara  aid 

tələbləri;  

34.2.13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;  

34.2.14.  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə  aparılan 

əməliyyatlara aid tələbləri;  

34.2.15. aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunluğuna dair 

tələbləri; 



34.2.16. kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını.  

34.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının 

fəaliyyətinin  tənzimlənməsini  həyata  keçirdikdə,  bu  Qanunun  34.2-ci  maddəsində  göstərilən 

prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edir.  

34.4.  Banklar  maliyyə  bazarlarına  nəzarət  orqanın  müəyyən  etdiyi  korporativ  idarəetmə 

standartlarına riayət etməlidirlər.  

34.5.  Maliyyə bazarlarına nəzarət orqanı  bankların  fəaliyyət riskini  azaltmaq, əmanətçilərin 

və  kreditorların  mənafelərini  qorumaq  məqsədi  ilə  bu  Qanunun  34.2-ci  maddəsində  nəzərdə 

tutulan  normativ  və  tələblərdən  başqa  beynəlxalq  bank  nəzarəti  praktikasında  qəbul  olunmuş 

əlavə normativlər və tələblər müəyyən etmək hüququna malikdir.  

34.6.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  xarici  kapitallı  banklar  və  xarici  bankların  yerli 

filialları  üçün  öz  aktivlərini  Azərbaycan  Respublikasında  yerləşdirmək  barəsində  tələblər 

müəyyən edə bilər.  

 

Maddə 35. Banklar arasında münasibətlər  

35.1.  Bu  Qanunla,  Maliyyə  bazarlarına  nəzarət  orqanının    Mərkəzi  Bankın  normativ 

xarakterli  aktları  və  göstərişləri  ilə,  habelə  lisenziyalar  və  icazələrlə  məhdudlaşdırılan  hallar 

istisna  olmaqla,  banklar  qarşılıqlı  surətdə  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə 

müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və 

digər hesablar aça bilərlər.  

35.2. Banklar öz aralarında bank fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı həyata 

keçirə  bilərlər.  Banklar  bu  məqsədlə  öz  aralarında  pul  vəsaitinin  və  qiymətli  kağızların 

köçürülməsi,  klirinq  və  hesablaşma  mexanizmlərindən  istifadə  edilməsi,  qiymətli  kağızların 

depozitə  qəbul  olunması  və  digər  ümumi  bank  xidmətlərinin  göstərilməsi,  üzvlərinin 

mənafelərinə  kömək  üçün  qeyri-kommersiya  birliklərinin  yaradılması,  habelə  bank  işinin 

inkişafını və sabitliyini dəstəkləyən fəaliyyətin həyata keçirilməsi haqqında sazişlər bağladıqda, 

həmin  sazişlərin  iştirakçısı  olan  banklar  bu  sazişlər  bağlandıqdan  sonra  7  təqvim  günü 

müddətində onların surətlərini maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidirlər.  

35.3.  Bankların  bank  xidmətləri  bazarının  inhisara  alınmasına  və  bank  işində  rəqabətin 

məhdudlaşdırılmasına  yönəldilmiş  sazişlər  bağlaması  və  razılaşdırılmış  əməliyyatlar  aparması 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə