Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

40.1.2.  kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  həmin  hüquqi  şəxs  üçün  verilmiş 

kreditlərin  məcmu  miqdarı  bankın  məcmu  kapitalının  10  faizinə  bərabər  məbləği,  fiziki  şəxs 

üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;  

40.1.3.  kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  bütün  aidiyyəti  şəxslərə  və  aidiyyəti 

şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  kreditlərin  məcmu  miqdarı  bankın  məcmu 

kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.  

40.2.  Aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  kredit  bu  Qanunun 

40.1-ci  maddəsinin  tələbləri  pozulmaqla  verildikdə,  həmin  kredit  dərhal  ödənilməlidir.  Bankın 

Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri  bu  Qanunun  40.1-ci  maddəsinin  tələbləri 

pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün 

məsuliyyət daşıyırlar.  

40.3.  Bankların  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  digər 

müştərilərdən  fərqli  olaraq  güzəştli  kreditlərin  verilməsi  və  ya  güzəştli  şərtlərlə  digər 

əməliyyatların aparılması qadağandır.  



 

Maddə 41. Bank sirri  

41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank hesabının, hesab 

üzrə  əməliyyatlar  və  qalıqların,  habelə  müştəri  haqqında  məlumatların,  o  cümlədən  müştərinin 

adı,  ünvanı,  rəhbərləri  haqqında  məlumatların  sirrinə  bank  təminat  verir.  Müştərilərin  bank 

saxlancında  əmlakının  mövcudluğu,  bu  cür  əmlakın  sahibləri,  xarakteri  və  dəyəri  haqqında 

məlumatların sirrinə də bank təminat verir.  

41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank sirrini təşkil edən 

məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara 

və  maliyyə  bazarlarına  nəzarət  orqanına  verilir.  Dövlət  orqanlarına  və  onların  vəzifəli 

şəxslərinə  bu  cür  məlumatlar  yalnız  cinayət  işinin  istintaqı,  müştərinin  pul  vəsaitinə  və  bankın 

saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə 

əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi 

icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə 

müəyyən  olunmuş  mənbələrdən  əldə  edilmiş  məlumat  əsasında  icra  məmurlarına  verilir. 

“Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə 

tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən 

edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir.  

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank 

hesabı  və  əməliyyatları  barədə  məlumat  vergi  orqanlarına  yalnız  Azərbaycan  Respublikasının 

Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.  

Xüsusi  seçki  hesabına  daxil  olan  və  xərclənən  vəsaitlər  barədə  məlumat  banklar  tərəfindən 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  olunmuş  qaydada  Mərkəzi  Seçki 

Komissiyasına verilir. 

Azərbaycan  Respublikası  ilə  digər  dövlətlər  arasında  bağlanmış  beynəlxalq  müqavilələrə 

uyğun  olaraq,  bu  dövlətlərin  hüquqi  və  fıziki  şəxslərinin  Azərbaycan  Respublikası  ərazisində 

həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafıq icra hakimiyyəti orqanınm 

müəyyən  etdiyi  hədlərdə  və  qaydada  birbaşa  və  ya  müvafıq  icra  hakimiyyəti  orqanı  vasitəsilə 

həmin xarici dövlətlərin səlahiyyətli orqanlarma verilir.  

41.3.  Hesabların  və  əmanətlərin  sahibləri  vəfat  etdikdə,  onların  hesabları  və  əmanətləri 

barəsində  arayışlar  notariuslara  onların  icraatında  olan  vərəsəlik  işləri  üzrə,  habelə  müvafiq 

notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.  

41.4. Maliyyə bazarlarına nəzarət orqanı ilə xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti 

orqanları  arasında  qarşılıqlı  əməkdaşlığa  dair  sazişə  uyğun  olaraq,  informasiya  mübadiləsinin 

predmeti  müvafiq  dövlətin  ərazisində  fəaliyyət  göstərən  və  ya  fəaliyyət  göstərməyə  hazırlaşan 

subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, bir 

şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün 

istifadə edilir.  




41.5.  Bankların  mövcud  və  keçmiş  inzibatçıları  və  digər  əməkdaşları,  habelə  bankın 

səhmdarları bankın idarəedilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar 

onlara  məlum  olan  bank  sirrini  təşkil  edən  məlumatların  qeyri-qanuni  açılmasına  görə 

Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  mülki, 

inzibati və cinayət məsuliyyəti daşıyırlar.  

41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda, 

hüquqları  pozulmuş  müştəri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq, 

bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.  



 

Maddə  42.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 

42.1.  Kredit  təşkilatları  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  monitorinq  olunmalı  pul 

vəsaitləri  və  digər  əməliyyatlar  barədə  məlumatları  maliyyə  monitorinqi  orqanına  təqdim  edir, 

özünün daxili  nəzarət sistemini  hazırlayır  və tətbiq edir, Azərbaycan Respublikasının qanunları 

və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər 

tədbirləri həyata keçirirlər.  

Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və 

səlahiyyətli  nümayəndənin  eyniləşdirilməsi,  habelə  onlar  barədə  əldə  olunmuş  eyniləşdirilmə 

məlumatlarının  verifikasiyası  üçün  tədbirlər  görməli,  məlumatın  sənədləşdirilməsi  və 

saxlanılması tələblərinə əməl etməlidirlər. 

Anonim  hesabların,  o  cümlədən  anonim  əmanət  hesablarının  açılmasına  və  anonim  depozit 

sertifikatlarının buraxılmasına yol verilmir. 

42.2.  Bu  qanunun  42.1-ci  maddəsində  göstərilən  tələblərdən  başqa  digər  tələblər  "Cinayət 

yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  və  digər 

hüquqi aktları ilə müəyyən edilir.  

 

 

V fəsil. Banklarda mühasibat uçotu və hesabat. Bankların fəaliyyətinə nəzarət 

 

Maddə 43. Banklarda mühasibat uçotu və maliyyə hesabatı  

43.1.  Bank  və  xarici  bankın  yerli  filialı  qanunvericiliyə  və  Beynəlxalq  Mühasibat 



Standartlarına uyğun olaraq mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini 

əks  etdirən  hesabatları,  o  cümlədən  illik  maliyyə  hesabatları  tərtib  etməlidirlər.  Maliyyə 

vəziyyətini  əks  etdirən  hesabatlar,  o  cümlədən  illik  maliyyə  hesabatları  maliyyə  bazarlarına 

nəzarət orqanına və Mərkəzi Banka təqdim edilməlidir. Banklarda mühasibat uçotu qaydalarının 

forması,  məzmunu  və  dövriliyi  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırılmaqla  maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, 

o  cümlədən  illik  maliyyə  hesabatlarının  forma,  məzmunu  və  dövriliyi  mavifiq  icra  hakimiyyəti 

orqanı  və  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırmaqla  Mərkəzi  Bank  tərəfindən 

müəyyən edilir. 

43.2. Bankın maliyyə hesabatı ayrıca olaraq bankın və konsolidasiya əsasında (birləşdirilmiş 

əsasda) onun törəmə təsərrüfat cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin 

fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.  

43.3.  Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  bu  Qanunun  43.1-ci  və  43.2-ci 

maddələrində  müəyyən  edilmiş  tələblərə  müvafiq  hər  bir  yerli  filialı  üçün  ayrıca  olaraq  və 

konsolidasiya  əsasında  fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  maliyyə  hesabatının 

tərtib edilməsini təmin etməlidir.  



 

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə