Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix14.09.2018
ölçüsü0,57 Mb.
#68352
1   ...   15   16   17   18   19   20   21   22   23

51.1.2. bank öhdəlikləri üzrə ödənişlərin icrasını təmin edə bilmir;  

51.1.3. bank barəsində iflas proseduruna başlanılması haqqında ərizə verilmişdir;  

51.1.4. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməlidir.  

51.2. Bank bu Qanunun 47-ci, 48-ci və 49.1.2-ci maddələrinə uyğun olaraq, müəyyən edilmiş 

tələbləri  yerinə  yetirmədikdə,  maliyyə  bazarlarına  nəzarət  orqanı  həmin  banka  müvəqqəti 

inzibatçı təyin etmək hüququna malikdir.  



 

Maddə 52. Müvəqqəti inzibatçının təyin edilməsi  

52.1. Müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanın işçiləri sırasından və ya kənar 

şəxslərdən (fiziki və/və ya hüquqi) 12 aydan çox olmayan müddətə təyin edilir. Təyinat müddəti 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 6 aydan çox olmayan müddətə uzadıla bilər.  

52.2.  Müvəqqəti  inzibatçının  əmək  haqqı  və  çəkdiyi  xərclər  bankın  aktivləri  hesabına, 

çatışmayan hissədə isə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödənilir.  

52.3. Banklara aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər, habelə bankın 

kreditorları və borcluları (maliyyə bazarlarına nəzarət orqanı istisna olmaqla) bankın müvəqqəti 

inzibatçısı vəzifəsinə təyin oluna bilməzlər.  

52.4.  Müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  təyinat  müddətinin  uzadılması  haqqında 

qərarda  müvafiq  əsaslar,  müvəqqəti  inzibatçı  haqqında  məlumat  və  onun  səlahiyyət  müddəti 

göstərilir.  Maliyyə bazarlarına nəzarət orqanı qərar qəbul  edildikdən  sonra onun dərhal bankın 

Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.  

52.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları, 

maliyyə  bazarlarına  nəzarət  orqanın  normativ  xarakterli  aktlarını,  habelə  göstəriş  və 

tövsiyələrini rəhbər tutur.  

52.6.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  müvəqqəti  inzibatçının  təyin  edilməsi  haqqında 

qərarının təsdiq edilmiş surəti banka təqdim edildiyi gündən etibarən 5 təqvim günü müddətində 

bankın  Müşahıdə  Şurası  banka  təyin  edilmiş  müvəqqəti  inzibatçının  dəyişdirilməsi  və  ya  ona 

razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini maliyyə bazarlarına 



nəzarət  orqanına  təqdim  etməlidir.  Bank  maliyyə  bazarlarına  nəzarət  orqanın  müraciətinə 

münasibətini  bildirmədikdə,  bank  müvəqqəti  inzibatçının  təyin  edilməsi  qərarı  ilə  razı  olmuş 

hesab olunur.  

52.7.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  təyin  etdiyi  müvəqqəti  inzibatçıya  dair  etiraz 

aldıqda  5  təqvim  günü  müddətində  öz  qərarına  yenidən  baxmalı,  təyinatın  ləğv  edilməsi  və  ya 

seçimini  əsaslandıraraq  qərarının  qüvvədə  saxlanılması  barədə  qərar  qəbul  etməlidir.  Maliyyə 



bazarlarına  nəzarət  orqanın  digər  müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  əvvəlki 

təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal müvafiq banka təqdim olunmalıdır.  

52.8.  Bu  qanunun  52.6-cı  və  52.7-ci  maddələrində  nəzərdə  tutulmuş  hallardan  asılı 

olmayaraq,  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təyin  edilmiş  müvəqqəti  inzibatçı 



maliyyə  bazarlarına  nəzarət  orqanın  onun  təyin  olunması  barədə  qərarı  çıxarıldıqdan  sonra 

dərhal  öz  vəzifələrinin  icrasına  başlamalıdır.  Müvəqqəti  inzibatçının  təyinatı  dəyişdirildikdə, 

müvəqqəti  inzibatçı  dərhal  bankın  aktivlərinin  idarə  olunmasını,  mühasibat  kitablarını  və 

yazılarını yeni təyin olunmuş müvəqqəti inzibatçıya təhvil verməlidir.  

52.9.  Bank  müvəqqəti  inzibatçının  təyin  edilməsi  haqqında  maliyyə  bazarlarına  nəzarət 

orqanın  qərarı,  habelə  maliyyə  bazarlarına  nəzarət  orqanın  müvəqqəti  inzibatçının  təyinatını 

təsdiq edən qərarı ilə razı olmadıqda, həmin qərarlardan sonuncu qərar təqdim edildikdən sonra 

Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada 

məhkəməyə şikayət edə bilər.  



 

Maddə 53. Müvəqqəti inzibatçının səlahiyyətləri  

53.1. Müvəqqəti inzibatçı təyin olunduğu gündən:  

53.1.1. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır;  

53.1.2.  bankın  idarəedilməsi  ilə  bağlı  idarəetmə  orqanlarının  səlahiyyətləri  müvəqqəti 

inzibatçıya  keçir.  Bankın  müvəqqəti  inzibatçısı  bankın  satılması,  yenidən  təşkili  və  ləğvi 



haqqında  qərarlar  qəbul  edə  bilməz.  Bankın  satılması  və  yenidən  təşkili  yalnız  məhkəmənin 

qərarı əsasında həyata keçirilə bilər;  

53.1.3.  bankın  mövcud  maliyyə  vəziyyəti  haqqında  ən  geci  60  təqvim  günü  müddətində 

hesabat  hazırlayıb  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  edir.  Hesabata  bankın  ləğvi 

zamanı  satıla  bilən  aktivlərin  dəyərləndirilmiş  qiyməti  daxil  edilir.  Hesabatın  tərtib  edilməsinə 

müstəqil  auditor  da  cəlb  oluna  bilər.  Auditorun  xidmətləri  bankın  hesabına  ödənilir.  Maliyyə 



bazarlarına nəzarət orqanı ona təqdim olunan hesabata dair müvafiq qərar qəbul edir;  

53.1.4.  bankın  adından  və  bankın  hesabına  əqdlər  müvəqqəti  inzibatçının  yazılı  razılığı  ilə 

həyata keçirilir, əks halda həmin əqdlər etibarsız sayılır.  

53.2.  Müvəqqəti  inzibatçı  bankın  idarəetmə  orqanlarının  səlahiyyətlərindən  başqa 

aşağıdakıları həyata keçirir:  

53.2.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;  

53.2.2.  bankın  kreditorlarını  və  onların  qarşısında  bankın  pul  öhdəliklərinin  miqdarını 

müəyyən edir;  

53.2.3.  bank  qarşısında  olan  borcların  qaytarılması  üçün  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada tədbirlər görür;  

53.2.4. bankın adından müqavilələr və sənədlər imzalıyır;  

53.2.5.  zərurət  olduqda  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  bankın  investisiya 

qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələri ləğv edir və ya onlara dəyişikliklər və əlavələr 

edir,  habelə  bankın  bağladığı  müqavilələrdə  komisyon  haqlarının,  faizlərin  və  onların 

müddətlərini dəyişdirir;  

53.2.6. bankın adından və onun maraqları naminə məhkəmələrə iddia ərizələri verir;  

53.2.7.  işdən  azad  edilmə,  aşağı  vəzifəyə  keçirilmə,  müvəqqəti  vəzifədən  kənarlaşdırma, 

bankın işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla, əmrlər verir;  

53.2.8.  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq,  bankın  maliyyə  sağlamlaşdırılmasına 

dair tədbirləri həyata keçirir.  

53.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  razılığı  ilə  müvəqqəti  inzibatçı  bankın  idarə 

edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edə bilər.  

53.4.  Fəaliyyətə  başladığı  gündən  etibarən  bankın  inzibatçıları  və  əməkdaşları  bankın 

möhürünü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakı və digər qiymətliləri 

müvəqqəti  inzibatçıya  təhvil  verməli  və  fəaliyyəti  ilə  bağlı  zəruri  olan  məlumatları  ona  təqdim 

etməlidirlər.  

53.5.  Müvəqqəti  inzibatçının  müraciəti  ilə  hüquq-mühafizə  orqanları  müvəqqəti  inzibatçının 

bankın  binasına  daxil  olmasını,  bankın  aktivlərini,  mühasibat  kitablarını  və  yazılarını 

idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.  

 

Maddə  54.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müvəqqəti  inzibatçının 

fəaliyyəti üzərində nəzarət  

54.1. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün 

müddəti ərzində nəzarəti həyata keçirir.  

54.2. Maliyyə bazarlarına nəzarət orqanı:  

54.2.1.  bankın  idarə  edilməsi  və  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq,  maliyyə 

sağlamlaşdırılması  ilə əlaqədar  müvəqqəti  inzibatçıya  müvafiq tədbirlərin  həyata keçirilməsinin 

əsas istiqamətləri üzrə tövsiyələr verməyə;  

54.2.2. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;  

54.2.3.  müvəqqəti  inzibatçının  fəaliyyəti  barəsində  məlumatların  təqdim  edilməsini  tələb 

etməyə;  

54.2.4. müvəqqəti inzibatçıdan hesabat almağa;  

54.2.5.  müvəqqəti  inzibatçının  təyinat  müddətinin  bu  Qanunun  52.1-ci  maddəsinə  müvafiq 

olaraq uzadılmasına səlahiyyətlidir.  

54.3.  Müvəqqəti  inzibatçı  öz  səlahiyyətlərinin  həyata  keçirilməsi  haqqında  yalnız  maliyyə 



bazarlarına nəzarət orqanı qarşısında hesabat verir.  


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə