Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

 
118
yerlərinin  дя  təmir və inşasına dair sərəncamlara imza at-
mışdır. Hər bir azərbaycanlı, hər bir dindar üçün qürur 
mənbəyinə çevrilmiş bu müqəddəs abidələrin hər naxışında, 
cənab Prezident, şəxsən Sizin zəhmətiniz və qayğınız vardır.  
Bu yaxınlarda Bakıda yeni müqəddəs məkanımız – Döv-
lət Bayrağı Meydanının təntənəli açılışı  mərasimində Prezi-
dentimizin nitqini dinləyərkən bütün Azərbaycan xalqı kimi, 
mən də  çox böyük  şərəf və  qürur hissi keçirdim. Ulu öndə-
rimiz Heydər  Əliyevin milli dövlətçiliyimizin rəmzlərinə – 
üçrəngli bayrağımıza, himnimizə, gerbimizə verdiyi dəyəri 
xatırladım və bir daha əmin oldum ki, onun layiqli davam-
çısı olan cənab  İlham  Əliyev Azərbaycanı iqtisadi inkişafa, 
beynəlxalq nüfuzlu  ölkəyə  yüksəldən bir rəhbər kimi, Vətə-
nimizin azadlıq və zəfər rəmzini, inşallah, işğal altında olan tor-
paqlarımızda ucaldacaq və sonsuz qürur hissi ilə  bütün Azər-
baycan xalqı bu böyük zəfərin memarına minnətdar olacaqdır.  
Bu gün mədəni irsimizin qorunmasında, milli mənəvi də-
yərlərin inkişafında möhtərəm Prezidentimizlə  bərabər, bö-
yük zəhmətləri olan çox hörmətli Mehriban xanım Əliyeva-
nın xidmətləri xüsusi qeyd olunmalıdır. Allah-taala bu ailə-
nin xalqımızın rifahı, dövlətimizin gələcəyi naminə  gördüyü 
bütün gözəl işlərdə  hər zaman yardımçısı olsun! Bu, təkcə 
mənim yox, bütün Azərbaycan xalqının öz rəhbərinə arzula-
dığı ən səmimi dualardır.   
Zati-aliləri! Möhtərəm qonaqlar!  
Ramazanın hər gəlişi bizim üçün böyük sevincdir. Çünki 
müqəddəs Qurani-Kərim bu ayda nazil olmuşdur, xeyir-
bərəkət də elə bu ayın rəhmətindən sayılır. Bu əziz günlərdə 
torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrə-
man  övladlarımızın, o cümlədən Qarabağ  şəhidlərinin  əziz 
xatirəsini yad edir, ruhlarına dualar oxuyuruq. Mübarək 
Ramazanda edilən duaların Allah hüzurunda qəbuluna əmin 
olduğuma görə, mən də Sizin üçün xeyir-dualar edirəm. 
Çünki bu ayda mənim evimi mənəvi ocaq bilib iftar məc-
lisində  iştirak etməyiniz bir şeyxülislam kimi, məni qəlbən 


 
119
sevindirir və bu görüşlərin, inşallah, söz verdiyiniz kimi, hər 
il davam edəcəyi  ümidindəyəm. Mübarək Qurani-Kərimdə 
buyуrulur: «İnsanlara doğru yolu göstərən, bu yolu açıq 
dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran 
Ramazan ayında nazil edilmişdir» (Bəqərə, 185).  
Bu mübarək ayda hamınıza bir daha «Xoş gəlmisiniz!»– 
deyir, ibadətlərimizin qəbul olunması  üçün Allahdan xeyir-
dualar diləyirəm!  
Allah köməyimiz olsun! 
Rus Pravoslav Kilsəsinin Bakı  və  Xəzəryanı Yeparxiya-
sının rəhbəri Aleksandr Ата Azərbaycanda tolerantlığın hökm 
sürdüyünü  və  dövlətlə din arasında münasibətlərin nümunəvi 
xarakter daşıdığını vurğuladı. O, respublikamızın dinlərarası 
dialoqa  əsaslı  töhfələr verdiyini və cari ilin aprel ayında 
Bakıda keçirilən dünya dini liderlərinin sammitinin bunun 
əyani təcəssümü olduğunu bildirdi.  
AleksandrАта  həmin mötəbər tədbirin yüksək səviyyədə 
təşkilinə prezident İlham Əliyevin hərtərəfli dəstəyini Moskva 
və  Bütün Rusiya Patriarxı Kirill həzrətlərinin də  dəfələrlə 
vurğuladığını diqqətə çatdırdı.  
Rus Prаvоslav Kilsəsinin Bakı  və  Xəzəryanı Yeparxiyası-
nın rəhbəri Aleksandr Ата dinlərarası dialoqun möhkəmlən-
dirilməsinə verdiyi töhfələrə  görə Rus Prаvоslav Kilsəsinin 
«Müqəddəs Apostol Varfolomey» qızıl medalını prezident 
İlham Əliyevə təqdim etdi. 
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov 
azərbaycanlılarla yəhudilər arasında tarixən dostluq müna-
sibətlərinin olduğunu dedi. O, respublikamızda bütün millət-
lərin mehriban ailə kimi yaşadığını, heç bir zaman antise-
mitizmlə qarşılaşmadıqlarını söylədi.  
Vətəni Azərbaycana dərindən bağlı olduğunu vurğulayan 
Semyon İxiilov xalqımızı və prezident İlham Əliyevi müqəddəs 
Ramazan ayı  münasibətilə  təbrik etdi və  ən xoş arzularını 
çatdırdı. 


 
120
    Roma  Katolik  Kilsəsinin Azərbaycandakı ordinarisi Vladi-
mir Fekete Roma Papasının bütün dünya müsəlmanlarını Ra-
mazan ayı münasibətilə təbrik etdiyini, dinlərarası dialoqu və 
əməkdaşlığı  möhkəmləndirməyə  çağırdığını xatırlatdı. O, öl-
kəmizdə tolerantlığın hökm sürməsi ilə bağlı ulu öndər Heydər 
Əliyevin siyasətinin indi də uğurla davam etdirildiyini dedi və 
prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi.  
Vladimir Fekete müqəddəs Ramazan ayı  münasibətilə 
Roma Katolik Kilsəsinin təbrik məktubunu və  şəxsən Papa 
Şurasının dinlərarası dialoq üzrə  nümayəndəsi, kardinal Yan 
Lui Toranın təbriklərini prezident İlham Əliyevə çatdırdı. 
 
Prezident İlham Əliyevin iftar mərasimində çıxışı 
  
Hörmətli şeyx həzrətləri!  
Hörmətli din xadimləri!  
Hörmətli xanımlar və cənablar!  
Bu  ənənə  əminəm ki, bundan sonra da davam 
edəcəkdir. Mübarək Ramazan ayında şeyx həzrətlərinin də-
vəti ilə təşkil olunan bu görüşlərin çox böyük mənası vardır. 
Burada qeyd olunduğu  kimi, Azərbaycanda din ilə  dövlət 
arasında münasibətlər  çox sağlam zəmində qurulmuşdur. 
Dövlətçilik tarixi böyük olan ölkələrdə bu münasibətlər 
əvvəlki  əsrlərdə,  əvvəlki dövrlərdə artıq təşkil olunmuşdur. 
Azərbaycan isə cəmi 20 ilə yaxındır ki, müstəqillik həyatını 
yaşayır və bizdə dinlə dövlət arasındakı münasibətlərin tən-
zimlənməsi böyük səylər tələb edir. Mən çox şadam ki, Azər-
baycan xalqının və Azərbaycanda  əsrlər boyu yaşamış  və 
yaşayan bütün millətlərin nümayəndələrinin həmrəyliyi, bir-
liyi müstəqillik dövründə də özünü büruzə verdi. Müstəqillik 
dövründə din ilə  dövlət arasında yaranan münasibətlər bu 
gün Azərbaycanın uğurlu inkişafını  təmin edir. Bu müna-
sibətlərin möhkəmlənməsində  və qurulmasında ulu öndər 
Heydər  Əliyevin böyük zəhməti olubdur. Heydər  Əliyevin 
şeyx həzrətləri ilə  şəxsi dostluq əlaqələri də Azərbaycanda 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə