Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

 
103
baxmaq lazımdır. Burada hər hansı gizli və ya başqa müla-
hizələr yoxdur. Həmin baza sülhü  və asayişi təmin etməyə, 
sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün 
mürəkkəbliklərin azalmasına xidmət edir və bağlanmış saziş 
çərçivəsində imkanlarımızı və səlahiyyətlərimizi həyata keçi-
rərkən biz məhz bu mövqedən çıxış edəcəyik. Sazişdə heç bir 
prinsipial yenilik yoxdur, onun yalnız bir mənası var: həmin 
bazanın orada olacağı illərin sayı  müəyyən qədər artırılır. 
Bütün imkanları burada – Qafqazda, Cənubi Qafqazda 
ümumi vəziyyətin sağlamlaşdırılmasına yönəldəcəyik. Mən 
öz tabeliyimdə olanlara – həmin bazanın təminatı məsələləri 
ilə məşğul olan müvafiq nazirliklərin, idarələrin rəhbərlərinə 
də məhz bu cür təlimatlar verəcəyəm.  
Biz Azərbaycan prezidenti ilə bu barədə kifayət qədər 
ətрaflı danışmışıq. Biz gələcəkdə də burada, bizim regionda 
təhlükəsizliyin təmin edilməsinə aid bütün məsələlər barədə 
fəaliyyətimizi, fikir mübadiləsini sıx əlaqələndirəcəyik.  
S u a l: Cənab Əliyev,  Siz dediniz ki, Xəzəryanı problemlər 
həmişə Sizin diqqət mərkəzinizdədir. Xahiş edirəm deyin, 
Xəzəryanı  dövlətlərin Tehran sammitində  növbəti zirvə  görü-
şünün Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın real-
laşdırılması hansı  mərhələdədir? Bu sammitin Bakıda  çağı-
rılmasına hər hansı maneələr varmı?  
İ l h a m  Ə l i y e v: Biz həmin məsələni bu gün Dmitri 
Anatolyeviçlə müzakirə etmişik, sammitin Bakıda keçirilmə-
sinə heç bir maneə yoxdur. Xəzər dənizinin delimitasiyası ilə 
əlaqədar məsələnin tənzimlənməsi barədə mövqelərimiz üst-
üstə  düşür. Bildiyiniz kimi, bizim milli sektorların  ölkələri-
miz arasında bölünməsi barədə müvafiq saziş imzalanmışdır. 
Hesab edirik ki, bu çox yaxşı formatdır və  Xəzər dənizinin 
statusu ilə bağlı  məsələnin hərtərəfli tənzimlənməsinə nail 
olmaq üçün möhkəm zəmin ola bilər.  
Bu gün biz sammitin keçirilməsinin təxmini vaxtını da 
müzakirə etmişik və  tərəfdaşlarımızla, Xəzəryanı  bölgədəki 
qonşularımızla müvafiq məsləhətləşmələrdən sonra həmin 


 
104
vaxtı konkret müəyyən edəcəyik. Bildiyimə görə, bizim ba-
şa düşdüyümüz mənada məqsəd həmin sammitin keçiril-
məsini 2011-ci ilə  təxirə salmamaqdan, onu ən yaxın ay-
larda, 2010-cu ildə Bakıda keçirməkdən ibarətdir.  
S u a l: Mənim sualım hər iki prezidentədir. Məlum olduğu 
kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi-
nin həll edilməməsi və Azərbaycan  ərazilərinin Ermənistan 
tərəfindən işğalının davam etməsi regionda sülhün və  təhlü-
kəsizliyin bərqərar olması üçün çox böyük əngəl yaradır. Siz 
bu məsələnin tənzimlənməsinin perspektivlərini necə  təsəvvür 
edirsiniz?  
İ l h a m  Ə l i y e v: Bizim fikrimizcə, bu məsələ ən tez bir 
vaxtda tənzimlənməlidir. Çünki danışıqlar prosesi artıq neçə 
illərdir ki, davam edir. 1992-ci ildə bu məsələ ilə məşğul olan 
Minsk qrupu yaradılmışdır. 1994-cü ildən atəşkəs haqqında 
saziş bağlanmışdır. O vaxtdan atəşkəs rejimi mövcuddur. 
Lakin bu illər  ərzində  münaqişənin tammiqyaslı  tənzimlən-
məsinə  təəssüf ki, nail ola bilməmişik. Azərbaycan  əraziləri 
işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siya-
səti yeridilmiş, nəticədə Dağlıq Qarabağdan və Dağlıq Qara-
bağın  ətrafındakı yeddi rayonun ərazisindən yüz minlərlə 
azərbaycanlı qovulmuşdur.  
Beynəlxalq təşkilatların qətnamələri mövcuddur. BMT 
Təhlükəsizlik  Şurası 4 qətnamə  qəbul etmişdir. Həmin sə-
nədlərdə  işğalçı  qüvvələrin Azərbaycan  ərazisindən  çıxarıl-
ması haqqında tələblər irəli sürülür. ATƏT-in Lissabon sam-
mitinin qərarları, digər beynəlxalq təşkilatların qətnamələri 
mövcuddur. Münaqişə  həmin qərarlar və  qətnamələr  əsa-
sında, beynəlxalq hüququn normaları və prinsipləri əsasında 
tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan 
prezidentlərinin Moskvada imzalanmış Birgə  Bəyannamə-
sində də əks olunmuşdur.  
Ərazi bütövlüyü prinsipinin xalqların  öz müqəddəratını 
təyin etmək hüququ ilə  əlaqələndirilməsi məsələsi, bizim 
fikrimizcə, həll edilə bilməyən məsələ deyildir. Xalqın təyini-


 
105
müqəddərat hüququ  ölkələrin  ərazi bütövlüyünün pozulma-
sını  nəzərdə tutmamalıdır və  ölkələrin  ərazi bütövlüyü  çər-
çivəsində  uğurla həyata keçirilə bilər. Biz hesab edirik ki, 
məsələnin məhz beynəlxalq hüququn norma və prinsipləri, 
beynəlxalq təşkilatların qətnamələri əsasında həllini tapmaq 
lazımdır. Azərbaycan torpaqlarının işğal edilməsinə son 
qoymaq, yüz minlərlə  məcburi köçkünün  öz  əzəli torpaqla-
rına qayıtmasına və sülh şəraitində yaşamasına imkan yarat-
maq lazımdır.  
Mən sizin sualınızdan istifadə edərək, Rusiya preziden-
tinə bu prosesdə  fəal iştirakına görə  təşəkkür etmək istə-
йиряm. Dmitri Anatolyeviçin təşəbbüsü ilə Rusiya, Azərbay-
can və Ermənistan prezidentləri arasında altı  görüş keçiril-
mişdir. Bu fakt özlüyündə misilsiz xarakter daşıyır.  
Dmitri Anatolyeviçin iştirakı ilə  tərəflərin yaxınlaşdırıl-
ması  işində  çox mühüm addımlar atılmışdır. Mən Rusiya 
prezidentinə  təşəkkür etmək və  ümidvar olduğumu bildir-
mək istəyirəm ki, gələcəkdə  də bu istiqamətdə  səy göstə-
rəcəkdir. Mən  inanıram ki, Rusiya prezidentinin şəxsi işti-
rakı  çox müsbət rol oynayır və onun iştirakı ilə aparılan 
danışıqlar daha səmərəlidir.  
D m i t r i  M e d v e d e v: Son illər Azərbaycan və 
Ermənistan prezidentləri arasında Rusiya prezidentinin isti-
rakı ilə  görüşlərin sayı  hədsiz  çox olmuşdur. Bu yaxınlarda 
mən həmin mövzuda danışmışam. Bu, dərin, düşünülmüş 
müzakirələrdir və biz belə prosesdə yetərincə  çətinliklər ol-
duğunu anlayırıq. Danışıqlar davam edir və  düşünürəm ki, 
əlaqяlərin intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu 
çərçivəsində  vəzifələrini, həm də bu mövzuda  ünsiyyəti da-
vam etdirən qonşu  ölkə kimi, mənəvi vəzifələrini yerinə ye-
tirməyə hazırdır. Ümidvaram ki, ölkələrimizin xarici siyasət 
idarələrinin iştirakı  və  şəxsən bizim iştirakımızla bu cür 
məsləhətləşmələr davam etdiriləcəkdir.  
 Rusiya öz vəzifələrini hökmən yerinə yetirəcək və zəruri 
nəticənin əldə edilməsinə hərtərəfli kömək göstərəcəkdir.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə