Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

 
90
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ RUSİYA PREZİDENTİ DMİTRİ 
MEDVEDEVİN TƏKBƏTƏK GÖRÜŞÜ  
  
Prezidenт saraйы  
 
3 sentyabr 2010-cu il 
 
Sentyabrın 3-də  rəsmi qarşılanma mərasimindən sonra 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya 
Federasiyasının Prezidenti Dmitri Medvedev ilə  təkbətək 
görüşü olmuşdur.  
İ  l h a m  Ə  l i y e v: Hörmətli Dmitri Anatolyeviç, bir 
daha Sizi Azərbaycanda salamlamaq istəyirəm. Xoş  gəl-
misiniz! Biz Sizi görməyə həmişə şadıq.  
Bu, görüşmək, qarşılıqlı maraq doğuran məsələləri mü-
zakirə etmək  üçün yaxşı imkandır. Münasibətlərimizin və-
ziyyəti bizi çox sevindirir. Bizim bir-birimizə tez-tez qonaq 
getməyimiz münasibətlərimizin yaxşı göstəricisidir.  
Münasibətlərimizin gündəliyi  çox genişdir. Biz müxtəlif 
istiqamətlərdə çox səmərəli işləyirik. Münasibətlərimiz səmi-
miliyi ilə  fərqlənir. Bu, mehriban qonşular, dostlar, strateji 
tərəfdaşlar arasındakı münasibətlərdir.  
Əminəm ki, ölkəmizə  səfəriniz  əlaqələrimizin gələcək in-
kişafı və uğurla irəliləməyimiz цчцн çox əhəmiyyətli olacaq-
dır. Xüsusən ona görə ki, müzakirə edilməli məsələlər və qə-
bul edilməli vacib qərarlar vardır.  
Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!  
D m i t r i  M e d v e d e v: İlham Heydər oğlu, çox sağ 
olun! Xoş  sözlərə, nümayəndə heyətimizin artıq dünən hiss 
etdiyi qonaqpərvərliyə görə çox sağ olun!  


 
91
Həqiqətən, münasibətlərimiz mehriban qonşuluq, dostluq 
və strateji münasibətlərdir.  Ümidvaram ki, bu səfər zamanı 
cari məsələləri, ikitərəfli münasibətlərimizi, regional gündə-
liyi, beynəlxalq məsələləri müzakirə edə biləcək və  əlbəttə, 
Sizinlə yetərincə uzun müddət müzakirə etdiyimiz və ko-
mandalarımızın  üzərində  işlədiкляри  çox mühüm sənədləri 
imzalayacağıq. Odur ki, bu gün bu baxımdan  çox  əhəmiy-
yətli gündür.  
Gələcəklə bağlı  mən tamamilə razıyam ki, bizim həm 
burada – Azərbaycanda, həm  Rusiya Federasiyasında, щям 
дя digər yerlərdə, müxtəlif sammitlərdə müntəzəm görüşmə-
yimiz,  ünsiyyətdə olmağımız uzun illər  üçün sıx, möhkəm  
dostluq münasibətlərinin təminatıdır. Biz Rusiya–Azərbay-
can münasibətlərini belə görürük. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 


 
92
 
 
 
AZƏRBAYCAN VƏ RUSİYA ПREZİDENTLƏRİNİN 
GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ  
  
Prezidenт saraйы  
 
3 sentyabr 2010-cu il 
 
Sentyabrın 3-də  təkbətək görüş başa  çatdıqdan sonra 
Azərbaycan prezidenti İlham  Əliyevin və Rusiya prezidenti 
Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş 
tərkibdə görüşü olmuşdur.  
İ l h a m  Ə l i y e v: Hörmətli Dmitri Anatolyeviç!  
Hörmətli qonaqlar!  
Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istəyi-
rəm. Biz  Sizin səfərinizə çox böyük əhəmiyyət veririk.  
Əminəm ki, bu səfərin  çox yaxşı  nəticələri olacaqdır. Biz 
dünən də, bu gün də münasibətlərimizin çox geniş əhatə dairə-
si barədə Sizinlə  hərtərəfli fikir mübadiləsi apardıq, ikitərəfli 
xarakter daşıyan bütün məsələləri, regional problemləri ətraflı 
nəzərdən keçirdik.  
Görürəm, Siz bir daha yəqin etdiniz ki, münasibətlərimiz 
təkcə ölkələrimiz üçün deyil, həm də regionda cərəyan edən 
proseslər üçün vacibdir. Mən çox şadam ki, Sizinlə bərabər 
bu cür nüfuzlu nümayəndə heyəti – Rusiya Federasiyasının 
müxtəlif səviyyəli rəhbərləri gəlmişdir.   
Bu münasibətlər bizim üçün  çox  əhəmiyyətli,  çox qiy-
mətlidir. Bu, strateji tərəfdaşlıq münasibətləri, dostlar ara-
sında münasibətlərdir. Əminəm ki, bu səfərin çox yaxşı nəti-
cələri olacaq, imzalayacağımız sənədlər isə  münasibətlə-
rimizin daha da inkişaf etməsi üçün çox möhkəm baza yara-
dacaqdır.  


 
93
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Xoş 
gəlmisiniz! 
D m i t r i  M e d v e d e v: Bir daha sağ olun, hörmətli 
İlham Heydər oğlu, hörmətli azərbaycanlı həmkarlar!  
Həqiqətən, biz sizinlə  məhdud tərkibdə  çox geniş fikir 
mübadiləsi apardıq. Bu çox faydalı oldu.  
Qeyd etmək istərdim ki, bu yeni məkan danışıqlar aparıl-
ması  üçün  çox rahat, çox münasibdir. Belə ki, Azərbaycan 
tərəfi danışıqların səmərəli keçməsi üçün hər cür şərait yarat-
mış və bunu çox gözəl etmişdir.  
Mənə belə  gəlir ki, ənənəyə  görə bizim hökumətlərarası 
komissiyaların məşğul olduğu bəzi iqtisadi məsələləri indi 
geniş  tərkibdə  müzakirə etmək olar, həmin komissiyaların 
rəhbərləri buradadırlar.  
Regional təhlükəsizliyin təmin edilməsi məsələləri ilə ya-
naşı,  əməkdaşlığımızın iqtisadi komponentinə daha artıq 
diqqət yetirmək olar. Keçən il böhranla əlaqədar, bizim tica-
rət dövriyyəsi  üçün o qədər də sadə il olmamışdır – ticarət 
dövriyyəsi azalmışdır.  
Bu il müsbət meyillər var, lakin, əlbəttə, həmin meyilləri 
möhkəmlətmək üçün biz lazım olan hər işi görməliyik. Yeni 
layihələrə başlamaq, yeni təmas nöqtələri tapmaq barədə 
fikirləşməliyik. Yeri gəlmişkən, Sizinlə  təkbətək görüş za-
manı biz bəzi ideyaları  müzakirə etdik. Zənnimcə, indi 
həmin ideyaları həmkarlarımızla da bölüşmək olar.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə