Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə24/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

 
86
gözəl, möhkəm  ölkə yaratmışıq. O ölkə ki, burada bütün 
azadlıqlar vardır. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf 
templəri təmin edilir. O ölkə ki, burada bütün xalqlar, bütün 
millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi ya-
şayırlar. Mehribanlıq, dostluq şəraitində yaşayırlar. O ölkə 
ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və bu 
gün Azərbaycan bu məsələlərdə  nümunə kimi göstərilir. Bu 
ölkəni biz yaratmışıq. Bu gün Azərbaycan öz gücünə arxayın 
olan,  öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə  müna-
sibətləri qarşılıqlı  hörmət və ehtiram prinsipləri  əsasında 
qurmağa  çalışan, dinamik inkişaf edən gənc və eyni za-
manda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regio-
nal amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Bizim 
bütün təşəbbüslərimiz, irəli sürdüyümüz bütün layihələr 
səmərə verir, həm bizə, həm bizim tərəfdaşlara xeyir gətirir. 
O layihələri həyata keçirmək  üçün nəinki böyük maliyyə 
imkanları, həm də  güclü iradə, cəsarət və  öz siyasətinə 
sədaqət lazımdır.   
Biz bu gün müstəqil  ölkə kimi yaşayırıq və  böyük qürur 
hissi ilə yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaş-
larıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı  öz 
taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir. 
Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq 
bu müstəqilliyi görmək bizə  nəsib olubdur. Bu xoşbəxtlik 
bizə  nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz 
bu müstəqilliyin möhkəmləndirilməsi  üçün işlər görürük, 
fəaliyyət göstəririk,  çalışırıq. Hər bir vətəndaş tutduğu ye-
rindən asılı olmayaraq öz  əməyi ilə  hər gün  ölkəmizi güc-
ləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən 
işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində 
bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpər-
vərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik 
ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə 
sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu 
gələcəyini biz təmin etməliyik.  


 
87
Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və 
irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü  göstərə-
cəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 
50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! 
Biz  ölkəmizin uğurlu inkişafını hansı resurslar əsasında 
təmin edəcəyik?! Biz bu barədə düşünürük və görülən bütün 
işlər həm bugünkü problemlərin həllinə, həm də gələcəyə yö-
nəlibdir.   
Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, 
tarixi, unudulmaz bir hadisə baş verir. Bu bayraq bizim milli 
dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq 
dünyanın  ən hündür bayrağıdır. Bəlkə  nə vaxtsa, bir neçə 
ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra 
bilərlər. Məsələ ondadır ki, bu Bayraq Meydanının yara-
dılması Azərbaycanın gücünü,  öz dövlətinə sevgisini, dövlət 
rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə ay-
dan sonra ətrafda tikinti-quraşdırma işləri tamamlanandan 
sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə 
ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, 
on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, 
bu bayraq altında, milli rəmzlər  ətrafında insanlar yığışa-
caqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır,  
aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni Bayraq Mey-
danı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir 
siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı 
şəhərində belə  möhtəşəm meydanın yaradılması doğrudan 
da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. 
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğa-
lanır. Azərbaycan  ərazi bütövlüyünü  bərpa edəndən sonra 
milli Dövlət bayrağımız bu gün hələ  də  işğal altında olan 
torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qara-
bağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər 
an  öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq 
olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan! 
 


 
88
 
 
 
PAKİSTAN İSLAM RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ  
  
Hörmətli cənab Prezident! 
Ölkənizdə törədilmiş terror aktları nəticəsində çoxsaylı 
insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.  
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun 
bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı  mü-
barizəni hər cür dəstəkləyirik.  
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların 
ailələrinə  və yaxın adamlarına, bütün Pakistan xalqına  şəx-
sən  öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə 
başsağlığı verir, yaralananlara və  xəsarət alanlara şəfa 
diləyirəm.  
 
Allah rəhmət eləsin!  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 3 sentyabr 2010-cu il 
 
 
 
 
 
 
 


 
89
 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ 
DMİTRİ MEDVEDEVİN AZƏRBAYCANA  
RƏSMİ SƏFƏRİ  
 
3 sentyabr 2010-cu il 
 
Sentyabrın 3-də Azərbaycan Respublikasında rəsmi sə-
fərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medve-
devin rəsmi qarşılanma mərasimi olmuşdur.  
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı mey-
danda ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.  
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham  Əliyevə 
raport verdi.  
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əli-
yeva Rusiya prezidenti Dmitri Medvedevi və xanımı Svetlana 
Medvedevanı səmimiyyətlə qarşıladılar.  
Fəxri qarovul dəstəsinin rəisi Rusiya prezidentinə raport 
verdi.  
Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.  
Dövlət başçıları  Fəxri qarovul dəstəsinin qarşısından keç-
dilər.  
Rusiya prezidenti Azərbaycan əsgərlərini salamladı.  
Azərbaycanın dövlət və  hökumət nümayəndələri prezident 
Dmitri Medvedevə, Rusiya nümayəndə heyətinin üzvləri prezi-
dent İlham Əliyevə təqdim olundu.  
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət 
başçılarının qarşısından keçdi.  
 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə