Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

 
71
inşallah, idmançılarımız bu yarışdan da həmişə olduğu kimi
Vətənə üzüağ dönəcəklər.  
İ l h a m  Ə l i y e v: Sağ olun. Doğrudan da Azərbaycan-
da son illər tikilmiş, istifadəyə verilmiş olimpiya kompleks-
ləri həm idmanın inkişafı, həm də  kütləviliyin artırılması 
üçün böyük rol oynamışdır. Artıq bütün bölgələrdə  gözəl, 
müasir olimpiya kompleksləri tikilibdir, bəzi rayonlarda ti-
kinti davam etdirilir, bəzi rayonlarda isə  növbəti illərdə 
olimpiya kompleksləri tikiləcəkdir. Bildiyimə  görə, qaliblə-
rin sırasında bölgələrdən olan idmançılar da vardır. Bu da 
çox gözəl göstəricidir və onu göstərir ki, təkcə paytaxtda de-
yil, bölgələrdə  də artıq gözəl idmançılar, gənc idmançılar 
yetişir.   
Sevindirici haldır ki, idmançılarımız bu medalları  müxtəlif 
idman növlərində qazanmışlar. Bu medallar həm sərbəst güləş, 
Yunan-Roma güləşi, həm də  ağırlıqqaldırma və boks üzrə 
yarışlarda qazanıldı. Bu onu göstərir ki, Azərbaycanda bütün 
idman növləri inkişafdadır. Bizim üçün  ənənəvi olan güləş 
idman növü ilə  bərabər, digər idman növləri də inkişafdadır. 
Bunu həm yeniyetmələrin bu Olimpiya oyunlarы göstərmişdir, 
həm də son illər ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya 
və Avropa çempionatlarında Azərbaycan idmançılarının uğur-
lu  çıxışları  təsdiq edir. Azərbaycanda hər bir sahədə olduğu 
kimi, idman sahəsində də inkişaf çoxşaxəlidir. Həm bölgələrdə 
inkişaf görünür, eyni zamanda, идманын  müxtəlif olimpiya və 
qeyri-olimpiya növlərində gözəl idmançılar yetişir.  
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbəni 
Azərbaycan xalqına bəxş etdiyinizə  görə sizə minnətdar-
lığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz 
sizdən yeni qələbələr gözləyirik. Sizin adlarınız artıq tarix-
dədir. Azərbaycan xalqı da artıq sizi yaxşı tanıyır. Siz elə 
etməlisiniz ki, daim ölkəmizi bütün yarışlarda ləyaqətlə 
təmsil edəsiniz. Bir daha sizi təbrik edirəm.  
 


 
72
 
 
 
MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ 
MÜSƏLMAN ÖLKƏLƏRİNİN 
AZƏRBAYCANDAKI SƏFİRLƏRİ VƏ 
DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNİN 
RƏHBƏRLƏRİ ИЛЯ ЭЮРЦШ  
  
Prezidenт  sarayı  
 
31 avqust 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
avqustun 31-də  müqəddəs Ramazan ayı  münasibətilə  müsəl-
man  ölkələrinin Azərbaycandakı  səfirlərini və diplomatik 
nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.  
İ l h a m   Ə l i y e v: Hörmətli səfirlər, mən sizi və təmsil 
etdiyiniz  ölkələrin bütün vətəndaşlarını qarşıdan gələn mü-
qəddəs Ramazan bayramı  münasibətilə  ürəkdən təbrik edi-
rəm. Xahiş edirəm ki, mənim səmimi salamlarımı  və  təb-
riklərimi təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçı-
larına çatdırasınız.  
Ramazan ayı  dünyada yaşayan bütün müsəlmanları 
birləşdirir. Biz elə etməliyik ki, islam ölkələri arasında möv-
cud olan dostluq, qardaşlıq münasibətləri daha da möhkəm-
lənsin, islam həmrəyliyi daha da güclənsin. Mən çox şadam 
ki, müsəlman  ölkələrinin Azərbaycanda fəaliyyət göstərən 
səfirliklərinin sayı getdikcə artmaqdadır. Azərbaycan da 
müsəlman  ölkələrində  öz diplomatik nümayəndəliklərinin 
sayının artırılmasına çalışır.  
Təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri 
vardır. Bu əlaqələr getdikcə güclənir. Qarşılıqlı səfərlər təşkil 
edilir, iqtisadi əlaqələr genişlənir, bir sözlə, biz ikitərəfli 
müstəvidə həyata keçirilən tədbirlərdən çox razıyıq. Əminəm 


 
73
ki, bu əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da 
uğurla davam etdiriləcəkdir. Biz öz növbəmizdə daim çalı-
şırıq ki, islam həmrəyliyinin gücləndirilməsinə  töhfəmizi 
verək. Bildiyiniz kimi, Bakıda İslam Konfransı Təşkilatının 
xətti ilə bir sıra mötəbər tədbirlər keçirilmişdir. Keçən il 
Bakı şəhəri islam mədəniyyətinin paytaxtı seçilmişdir. Bu il 
Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının yığın-
cağı keçirilmişdir. Bir sözlə, biz çalışırıq ki, müsəlman ölkə-
ləri arasındakı  əlaqələr  çoxşaxəli olsun, siyasi, iqtisadi, hu-
manitar sahələri maksimum dərəcədə  əhatə etsin. Biz daim 
bir-birimizi dəstəkləməliyik və bu dəstək  çox güclü olmalı-
dır. Həm ikitərəfli  əlaqələrdə, həm beynəlxalq təşkilatlar 
çərçivəsində  müsəlman  ölkələri hər zaman həmrəylik nü-
mayiş etdirməlidirlər.  Çətin anlarda biz daim bir-birimizin 
yanında olmalıyıq. Belə olan halda, dünyada gedən proses-
lərə  müsəlman  ölkələrinin təsiri daha da güclü olacaq, milli 
maraqlarımız daha da dolğun şəkildə təmin ediləcəkdir.  
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
həlli istiqamətində  göstərdiyimiz səylər müsəlman  ölkələri 
tərəfindən dəstəklənir. Biz bu dəstəyə  görə  bütün qardaş-
larımıza minnətdarıq.  İslam Konfransı  Təşkilatı bu məsələ 
ilə bağlı  dəfələrlə  qətnamələr qəbul etmişdir və o qətnamə-
lərdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir.  
2 il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş 
Məclisində Dağlıq Qarabağ  məsələsinə dair müzakirə olu-
nan qətnamə  müsəlman  ölkələri tərəfindən dəstəklənmişdir. 
Bu dəstək qətnamənin qəbul olunmasında həlledici rol oy-
namışdır.  
Bildiyiniz kimi, Azərbaycan torpaqları uzun illərdir ki, 
Ermənistanın işğalı altındadır. Bu işğal və azərbaycanlılara 
qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir mil-
yonдан  чох Azərbaycan vətəndaşı  öz doğma torpağında 
qaçqın həyatı yaşayır, ərazilərimizin 20 faizi işğal altındadır. 
Dağlıq Qarabağ  və onun ətrafındakı  bölgələrdən bütün 
azərbaycanlı əhali qovulmuşdur. Azərbaycan xalqına, Azər-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə