Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə28/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

 
100
Beləliklə, bu həqiqətən  əlamətdar səfərdir. Həm formal ba-
xımdan  əlamətdardır,  çünki  ölkələrimiz arasında qarşıdakı 
onilliklər  üçün  əməkdaşlığın təməlini yaradan çox mühüm 
sənəd imzalanmışdır. Həm də qeyri-formal mənada,  şəxsi 
ünsiyyət baxımından  əlamətdardır,  çünki bu cür  ünsiyyət 
olmadan mehriban münasibətləri inkişaf etdirmək mümkün 
deyildir. Biz çox görüşüb, ünsiyyət saxlayırıq. Çox mehriban 
yoldaşlıq münasibətlərimiz vardır,  ümid edirəm ki, bundan 
sonra da belə olacaqdır. 
  
* * * 
 
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab 
verdilər.  
S u a l:  Bu gün imzalanan əlavə sazişə görə, «Qazprom»un 
gələn il alacağı Azərbaycan qazının həcmi artırılmışdır. Azər-
baycan qazı Nabukko boru kəmərinin başlıca doldurucusu kimi 
nəzərdən keçirilir. Nabukko isə «Cənub axını»nın bilavasitə 
rəqibidir. Bu iki məqam bir-biri üçün ziddiyyət təşkil etmirmi? 
Bir tərəfdən, qaz sahəsində Rusiya–Azərbaycan münasibətləri 
möhkəmlənir, digər tərəfdən isə Azərbaycan rəqib layihədə 
iştirakdan imtina etmir. Ümumiyyətlə, qaz bütün layihələrə 
kifayət edəcəkmi? Sualım hər iki prezidentədir.  
D m i t r i  M e d v e d e v: Bilirsiniz, biz iqtisadi maraq-
larımıza diqqətlə yanaşmalıyıq. Biz anlamalıyıq ki, щяр  ики 
tərəfin mənafeləri mövcuddur. Bu maraqlar praqmatik xa-
rakter daşıyır. Biz burada pul qazanırıq. Bu, normal haldır. 
İmkanlarımızı arzularımızla uyğunlaşdırmalıyıq. Bu birincisi.  
İkincisi, bu gün biz Azərbaycan prezidenti ilə söhbət za-
manı dedik ki, biz regionda sanballı oyunçularıq və ma-
raqlarımız çox halda üst-üstə düşür. Çünki ölkələrimiz enerji 
ehtiyatlarının istehsalçıları  və ixracçılarıdır. Buna görə  də 
biz bir tərəfdən, razılığa gəlməliyik, digər tərəfdən isə koope-
rativləşməliyik. Həmkarlarımızın imzaladıглары qaz ticarə-


 
101
tinin genişləndirilməsi haqqında müvafiq sənədlər bunu nü-
mayiş etdirdi.  
Üçüncüsü, ən müxtəlif layihələr mövcuddur. Burada Ru-
siyanın mövqeyi həmişə elə olmuşdur ki, biz hər hansı 
layihələrə mane ola bilmərik və olmamalıyıq. Mənə elə gəlir 
ki, biz sadəcə,  əməkdaşlığın  ən maraqlı sahələrini ayırmalı, 
birgə layihələrin cəlbediciliyini nümayiş etdirməliyik. Gələ-
cək layihələrə  gəldikdə isə  qoy mənfəət gətirən, tərəfdaşla-
rımız üçün maraqlı layihələr qalib gəlsin. Heç kim heç kimi 
heç  nəyə vadar etmir. İqtisadi cəhətdən səmərəli layihələr 
olmalıdır. Gələcək üçün enerji sahəsində münasibətlər qurar-
kən mən buna əsaslanardım.  
İ l h a m  Ə l i y e v: Mən də öz növbəmdə demək istəyi-
rəm ki, Azərbaycan artıq 2007-ci ildən öz qazını beynəlxalq 
bazarlara  çıxarır və Azərbaycanda hasil edilən qazın həcmi 
ilbəil artır. Ehtiyatlarımız yetərincə  çoxdur. Azərbaycanda 
yalnız təsdiq edilmiş qaz ehtiyatı 2 trilyon kubmetrdən çox-
dur. Potensialı isə biz real şəkildə  təxminən 5 trilyon kub-
metr həcmində qiymətləndiririk. 
Buna görə də qaz bizə bir çox onilliklər kifayət edəcəkdir. 
Qaz sahəsində  əməkdaşlığımız açıq və  səmimi xarakter 
daşıyır. Biz bu sahəyə dostlarımız və  tərəfdaşlarımızla mü-
nasibətlərimizi möhkəmləndirmək imkanı kimi baxırıq. Ru-
siya ilə bu sahədə  əməkdaşlığımıza gəldikdə isə, bildiyiniz 
kimi, bu əməkdaşlıq nisbətən yaxınlarda başlanmışdır. Bi-
rinci sənədlər yalnız  ötən il imzalanmışdır, lakin artıq qısa 
vaxt kəsiyində biz bu gün imzaladığımız müqavilə ilə Azər-
baycan qazının Rusiyaya ixracının həcmini mahiyyətcə 4 
dəfə artırırıq. Bu, böyük gələcəyi olan qarşılıqlı surətdə fay-
dalı layihədir. Layihənin  əhəmiyyətli  üstünlüklərindən biri 
də budur ki, Azərbaycan ilə Rusiya arasında tranzit ölkə 
yoxdur. Biz qonşuyuq və bizi hazırda genişlənən qaz kəməri 
sistemi birləşdirir. Bizim tərəfimizdən Azərbaycan qazının 
Rusiyaya nəqli imkanlarının genişləndirilməsinə  sərmayələr 
qoyulur.  


 
102
Xatırlatdığınız başqa layihələrə və rəqabətə gəldikdə isə, 
biz qaz sahəsində  fəaliyyətimizi hansısa  əsaslandırılmamış 
rəqabət imkanı kimi nəzərdən keçirməmişik. Bu halda biz 
siyasi motivlərə deyil, yalnız iqtisadi və praktikи motivlərə 
əsaslanırıq. Bu gün Rusiya və Azərbaycan şirkətləri arasında 
qaz sahəsində  mövcud olan şərtlər bizi razı salır və  mən 
ümid edirəm ki, Rusiya tərəfini də qane edir. Buna görə də 
əgər bütün maraqlı  tərəflər buna məhz iqtisadi məqsəd-
yönlülük nöqteyi-nəzərindən baxsalar və bu layihələrin süni 
şəkildə siyasiləşdirilməsi minimum səviyyəyə endirilsə,  əmi-
nəm ki, bütün maraqlı  tərəflərin mənafeləri nəzərə alına-
caqdır. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə ener-
getika sahəsində ikitərəfli  əməkdaşlığımızı uzunmüddətli və 
strateji əməkdaşlıq kimi nəzərdən keçiririk və bu, təkcə qaz 
sahəsini əhatə etmir. Bu həm neft, həm дя elektroenergetika 
sahələrinə aiddir. Gələcəkdə qarşılıqlı razılığa gəlsək, biz 
bütün energetika komponentləri üzrə Rusiyaya təbii ehtiyat-
ların ixracını artırmaq niyyətindəyik.  
S u a l: Hörmətli Rusiya Prezidenti! Azərbaycan ictimaiy-
yəti Sizin Ermənistana bu yaxınlardakı  səfərinizə  və orada 
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı  müqaviləyə 
dəyişikliklər haqqında imzalanmış protokola böyük maraq 
göstərir. Bu da aydın məsələdir. Siz bunu necə şərh edərdiniz?  
D m i t r i  M e d v e d e v: Çox sağ olun.  Gizlətməyə-
cəyəm, biz Azərbaycan prezidenti İlham Heydər oğlu ilə bu 
mövzunu müzakirə etmişik. Şübhəsiz ki, Rusiya üçün bura-
da, Qafqazda sabitliyin qorunub saxlanması  çox vacibdir. 
Rusiya Qafqaz ölkəsi, Xəzəryanı ölkədir. Biz ən yaxın qon-
şumuz və dostumuz Azərbaycan ilə  münasibətlər quranda 
məhz buna əsaslanırıq.  
Buna görə burada sülh və asayiş olması hamımızın ma-
rağına uyğundur. Mənim Ermənistana səfərim zamanı qəbul 
edilmiş  qərara, yəni Ermənistanda Rusiyanın hərbi baza-
sının olması haqqında müvafiq sazişin qüvvədə olması 
müddətinin artırılması  məsələsinə  də  məhz bu mövqedən 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə