Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

 
94
 
 
 
SƏNƏDLƏRİN İMZALANMАСЫ МЯРАСИМИ  
  
Prezident sarayı  
 
3 sentyabr 2010-cu il 
 
Sentyabrın 3-də Azərbaycan prezidenti İlham  Əliyevin 
və Rusiya prezidenti Dmitri Medvedevin nümayəndə heyət-
lərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra 
Azərbaycan–Rusiya sənədlərinin imzalanması  mərasimi ol-
muşdur.  
Azərbaycan prezidenti İlham  Əliyev və Rusiya prezidenti 
Dmitri Medvedev «Azərbaycan Respublikası ilə Rusiya Fe-
derasiyası arasında dövlət sərhədi haqqında Müqavilə»ni im-
zaladılar.  
«Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Rusi-
yanın «Qazprom» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 
təbii qazın alqı-satqısı  üzrə  müqaviləyə 4 saylı  əlavə Saziş»i 
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Ab-
dullayev və «Qazprom» Məhdud Məsuliyyətli Cəmiyyətinin 
Идarə Heyətinin sədri Aleksey Miller imzaladılar.  
«Azərbaycan və Rusiya hökumətləri arasında Samur trans-
sərhəd  çayının su ehtiyatlarının səmərəli istifadəsi və  mü-
hafizəsi haqqında Saziş»i Ekologiya və Təbii Sərvətlər naziri 
Hüseynqulu Bağırov və Rusiyanın Təbii Ehtiyatlar və Eko-
logiya naziri Yuri Trutnev imzaladılar.  
«Azərbaycan Respublikası ilə Rusiya Federasiyası ara-
sında dövlət sərhədinin keçid xəttinin izahatı haqqında Sə-
nəd»i Azərbaycaн  Республикасынын Xarici İşlər naziri Elmar 
Məmmədyarov və Rusiya Федерасийасынын Xarici İşlər naziri 
Sergey Lavrov imzaladılar. 
 


 
95
 
 
 
 AZƏRBAYCAN VƏ RUSİYA ПREZİDENTLƏRİNİN     
 MƏTBUAT KONFRANSINDA BƏYANATLARLA  
 ЧIXIŞLARI   
  
 3 sentyabr 2010-cu il 
 
 Sentyabrın 3-də  sənədlərin imzalanması  mərasimindən 
sonra Azərbaycan prezidenti İlham  Əliyevin və Rusiya pre-
zidenti Dmitri Medvedevin mətbuat konfransı olmuşdur.  
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.  
 
       Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı  
 
Hörmətli Dmitri Anatolyeviç!  
Hörmətli qonaqlar!  
Xanımlar və cənablar!  
Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin 
tarixində  çox  əlamətdar gündür. Bu gün siyasi və iqtisadi 
xarakterli mühüm sənədlər – dövlət sərhədi haqqında, sər-
hədyanı Samur çayının su ehtiyatlarının bölünməsi və onlar-
dan səmərəli istifadə edilməsi haqqında müqavilələr, habelə 
qaz sahəsində  əməkdaşlıq sferasında kontrakta əlavə imza-
lanmışdır.  Əminəm ki, onlar bizim münasibətlərin inkişa-
fının çox mühüm istiqamətlərini uzun illər, qarşıdakı onillik-
lər  üçün müəyyən edəcəkdir. Bütün bunlar bizim münasi-
bətlərin dinamik və səmərəli inkişafının əyani göstəricisidir.  
Biz münasibətlərimizi strateji tərəfdaşlar arasında, qon-
şular və mehriban dostlar arasında münasibətlər kimi səciy-
yələndiririk. Rusiya prezidentinin bugünkü  səfəri, imzalan-
mış  sənədlər, habelə apardığımız fikir mübadiləsi və danı-
şıqlar bizim münasibətlərin dinamik, səmərəli və  müsbət 
inkişafına  əyani sübutdur. Biz bu münasibətləri  çox yüksək 


 
96
qiymətləndiririk. Əminəm ki, bütün istiqamətlər üzrə əlaqə-
lərimizin gələcək inkişafı da bu günə  qədər  əldə edilənlər 
kimi səmərəli olacaqdır.  
Ölkələrimiz arasında çox sıx siyasi qarşılıqlı əlaqə vardır, 
çox tez-tez görüşürük,  əlaqə saxlayırıq. Rusiya kimi böyük 
bir dövlətin prezidentinin son üç ildə Azərbaycana  üçüncü 
dəfə  səfər etməsini xüsusi qiymətləndiririk. Mən də tez-tez 
Rusiyaya – Moskvaya və başqa şəhərlərə səfərlər edirəm. Bu 
bir-birimizə olan qarşılıqlı marağa, eləcə  də bizim müna-
sibətlərin mövzusunun çox geniş olmasına dəlalət edir.  
Bizim münasibətlər ayrıca bir sahədə əməkdaşlıqla məh-
dudlaşmır. Bu münasibətlər  çoxşaxəlidir – siyasi əlaqələri, 
iqtisadi kooperasiyanı, müştərək layihələri əhatə edir. Ener-
getika sahəsində, neft-qaz əməliyyatlarında, elektrik enerjisi 
satışı, nəqliyyat sahəsində əməkdaşlıq böyük bir blok təşkil 
edir. Biz regional və dünya miqyaslı layihələr üzərində birgə 
işləyirik.  Şimal–Cənub nəqliyyat dəhlizi artıq bu gün  öz 
potensialını göstərir və hazırda Rusiya və Azərbaycan həmin 
dəhlizin  çox mühüm tərkib hissələridir. Biz Xəzərdə  əmək-
daşlıq edirik. Biz Qafqaz regionunda təhlükəsizliyin möh-
kəmləndirilməsi sahəsində  əməkdaşlıq edirik. Ölkələrimiz 
arasında hərbi-texniki və humanitar sahələrdə  əməkdaşlıq 
fəal inkişaf edir. Bu istiqamətlərin hər biri barəsində konkret 
faktlar və konkret layihələr əsasında çox danışmaq olar.  
Dünən mən Rusiya prezidentinin şərəfinə  təntənəli zi-
yafət zamanı qeyd etdim ki, biz humanitar sahədə  əmək-
daşlığa xüsusi diqqət yetiririk. Bu sahədə bizim çox yaxşı 
nəticələrimiz vardır. Bu gün ikitərəfli  əməkdaşlığımız artıq 
ikitərəfli formatı  aşır və beynəlxalq humanitar layihəyə 
çevrilir. Bu il humanitar əməkdaşlıq sahəsində Bakıda keçi-
rilən Rusiya–Azərbaycan forumunun müsbət təcrübəsi artıq 
yaxşı nəticələr verir. Biz bu gün razılığa gəldik ki, Rusiya və 
Azərbaycanın himayəsi altında keçirilən bu forum gələn il 
artıq beynəlxalq statusa malik olacaqdır. Beləliklə, huma-
nitar sahədə  əməkdaşlığımız artıq bu gün ikitərəfli formatı 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə