Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

 
78
 
 
 
İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ 
ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT 
ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA  
  
Əlahəzrət! 
Əziz qardaşım! 
Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü 
münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən 
öz adımdan və Azərbaycan xalqı adından  ən səmimi təb-
riklərimizi yetirirəm.  
Əminəm ki, xalqlarımızın iradəsini  əks etdirən dostluq 
əlaqələrimizin daim möhkəmləndirilməsi, dövlətlərarası mü-
nasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə  də 
beynəlxalq qurumlar çərçivəsində  əməkdaşlığımızın müvəf-
fəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə 
səylər göstərəcəyik.  
Bu  əlamətdar gündə Sizə  möhkəm cansağlığı, işlərinizdə 
uğurlar, Səudiyyə  Ərəbistanının qardaş xalqına sülh və 
firavanlıq arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 1 sentyabr 2010-cu il 
 
 


 
79
 
 
 
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ 
VƏLİƏHDİ, BAŞ NAZİRİN MÜAVİNİ,  
MÜDAFİƏ VƏ AVİASİYA NAZİRİ, BAŞ 
MÜFƏTTİŞ ƏLAHƏZRƏT SULTAN BİN 
ƏBDÜLƏZİZ AL SƏUDA  
  
Əlahəzrət!  
Əziz qardaşım!  
Milli bayramınız – Krallıq elan edilməsi günü  müna-
sibətilə Sizi və  bütün xalqınızı  öz adımdan və Azərbaycan 
xalqı adından ürəkdən təbrik edirəm.  
Ümidvaram ki, Azərbaycan ilə  Səudiyyə  Ərəbistanı ara-
sındakı  möhkəm dostluq və  çoxşaxəli  əməkdaşlıq müna-
sibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.  
Sizə  ən xoş arzularımı yetirir, Səudiyyə  Ərəbistanının 
qardaş xalqına əmin-amanlıq və rifah diləyirəm.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 1 sentyabr 2010-cu il 
 
 
 
 
 
 
 


 
80
 
 
 
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB FELİPE KALDERON İNOXOSAYA  
  
Hörmətli cənab Prezident!  
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibə-
tilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.  
Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dost-
luq və  əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə 
uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.  
Sizə  möhkəm cansağlığı, işlərinizdə  uğurlar, dost xal-
qınıza sülh və firavanlıq arzulayıram.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 1 sentyabr 2010-cu il 
 
 


 
81
 
 
 
DÖVLƏT BAYRAĞI MEYDANININ TƏNTƏNƏLİ 
AÇILIŞI MƏRASİMİ  
 
1 sentyabr 2010-cu il  
 
Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının 
təntənəli açılışы mərasimi olmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvə-
lərin Ali Baş Komandanı  İlham  Əliyev və xanımı Mehriban 
Əliyeva mərasimdə iştirak etmişlər.  
Meydanda dövlətimizin başçısının  şərəfinə  Fəxri qarovul 
dəstəsi düzülmüşdü.  
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan  Республикасынын 
Prezidenti, Silahlı  Qüvvələrin Ali Baş Komandanı  İlham  Əli-
yevə raport verdi.  
Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi. 
 
Azərbaycan Respublikasının Prezidenti,  
Silahlı Qüvvələrin Ali Baş Komandanı  
İlham Əliyevin nitqi 
 
Hörmətli xanımlar və cənablar, əziz dostlar!  
Mən sizin hamınızı  ürəkdən salamlayıram. Bu gün  ölkə-
mizdə  çox  əlamətdar və tarixi bir gündür. Bu gün Bakıda 
Dövlət Bayrağı Meydanı açılır. Bu münasibətlə sizi və bütün 
Azərbaycan xalqını ürəkdən təbrik edirəm.  
Dövlət Bayrağı Meydanının açılışı  həqiqətən tarixi və 
unudulmaz bir hadisədir. Bu meydan gözəl bir memarlıq 
abidəsidir. Meydanın  üst hissəsinin sahəsi 3 hektara bəra-
bərdir. Bütövlükdə  ərazi isə 60 hektardır. Burada Azərbay-
canın dövlət rəmzləri – gerbi, himninin mətni, xəritəsi təsvir 
edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. 


 
82
Meydanın ortasında isə Azərbaycanın Dövlət bayrağı ucala-
caqdır. Bu bayraq dünyada  ən böyük və  ən uca bayraqdır. 
Bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərimizin 
hər bir yerindən görцnəcəkdir. Məhz bu məqsədlə bu yer 
seçilmişdir. Bu yer, bu ərazi abadlaşdı. Gələcəkdə burada 
böyük parklar, dənizkənarı bulvar salınacaq, istirahət  üçün 
gözəl şərait yaradılacaqdır. Artıq bu işlər başlanmışdır. Gə-
ləcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşə-
cəkdir.  
Bayraq meydanının yaradılması  üçün  çox böyük tikinti, 
quraşdırma, quruculuq işləri görülmüşdür. Bütün bu işlərin 
əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüş-
lər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sa-
hədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyü-
yüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq 
əsərini yarada bilərik. Meydanın yaradılması haqqında Sə-
rəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalan-
mışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən 
2 il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bay-
rağı günü təsis edilmişdir.  
Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bay-
rağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhu-
riyyəti Hökumətinin qərarı ilə  təsdiq edilmişdir. Məhz no-
yabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan 
Dövlət Bayrağı günü kimi qeyd olunacaqdır. Hər iki sərən-
camın məhz noyabrın 17-də imzalanmasının səbəbi də  çox 
məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə 
olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbay-
canda Dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər 
Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiya-
sında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan-
da Dövlət bayrağı kimi təsdiq edildi. O vaxtkı Azərbaycan 
Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu 
bayraq Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilsin.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə