Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

 
64
və heyətimə  göstərilən yüksək dostluq, qardaşlıq və qonaq-
pərvərlik  üçün Sizin şəxsinizdə  bütün azərbaycanlı qardaş-
larıma təşəkkür edirəm.  
Azərbaycan müstəqilliyini bərpa etdiyi andan etibarən 
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər daim bu sə-
viyyədə, bu anlayışda və ruhda davam etməkdədir. Əvvəlki 
illərdə də bütün türk gəncliyinin könlündə və qəlbində Bakı 
və Azərbaycan olmuşdur. Bəlkə o zaman bunları açıq ifadə 
edə, gedib-gələ bilmirdilər. Bu gün bunu bilirik ki, hər sahə-
də – siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə 
sahələrində, Silahlı  Qüvvələrimizin birgə  təhsili və bir-biri-
lərinə  köməyi sahəsində iki ölkə  böyük bir həmrəylik içəri-
sindədir. Beynəlxalq platformalarda daim iki ölkə sanki bir 
ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim gözübağlı 
dəstəkləyir və dəstəkləməkdə də davam edəcəkdir.  
Şübhəsiz ki, Azərbaycanın problemi Türkiyənin prob-
lemidir. Türkiyənin dərdi Azərbaycanın dərdi olacaqdır. 
Sizin uğurunuzla biz daim öyünəcəyik.   
Azərbaycanın  ərazi bütövlüyü, Azərbaycanın işğal altın-
dakı torpaqlarının azad edilməsi sadəcə, sizin məsələniz 
deyil, hamımızın məsələsidir. Bu barədə birgə  müzakirələr 
aparır, birgə fəaliyyət göstəririk. Qafqazda sabitliyin, sülhün 
və  əmin-amanlığın bərqərar olması, işğalın sona çatması 
üçün Türkiyə əlindən gələn bütün səyləri göstərməyə davam 
edəcəkdir.  
Bakıya hər gəlişimdə şəhərin həqiqətən çox dəyişdiyini və 
sürətli bir yeniləşmə prosesi içərisində olduğunu görmüşəm. 
Bu səfər də eyni şəkildə oldu. Bu səfər  çərçivəsində Sizin 
Yay sarayında günorta toplantılar keçirdik, oradan Fəxri xi-
yabana, rəhmətlik atanız Heydər Əliyevin məzarını ziyarətə 
və Milli Məclisə  görüşə gedərkən Bakıda gördüklərimiz hə-
qiqətən bizi çox qürurlandırdı.  
Birlikdə  böyük layihələr həyata keçirdik. Bunları bir 
zamanlar yuxu adlandıranlar, «bunlar həyata keçməz»  –   
deyənlər bu gün bunların iki ölkəni bir-birinə necə birləşdir-


 
65
diyini heyrətlə görürlər. Enerji sahəsində neft-qaz kəmərləri, 
nəqliyyat sahəsində dəmir yolu – bütün bunlar çox böyük la-
yihələrdir. Bakı–Tbilisi–Qars dəmir yolu  sadəcə,  üç  ölkəni 
bir-birinə bağlamır,  əslində Orta Asiyanı,  Çini  İngiltərəyə 
bağlayır. «Mərmərə Ray» xəttinin başa çatması ilə qatarlar 
birbaşa Bakıdan  çıxacaq, La-Manş boğazını keçərək Lon-
dona yetişəcəkdir. Qazaxıstanın, Çinin bu layihəyə nə qədər 
böyük maraq göstərdiyini hamımız bilirik. Bunun təməlini 
birlikdə Qarsda atmışdıq, inşallah, 2012-ci ildə  də  açılışını 
hamımız birlikdə həyata keçirəcəyik.   
Sizin Türkiyədə, bizim burada qoyduğumuz sərmayələr 
hər kəsin gözünü qamaşdırır. Bütün bunlar hər kəsə bölgəni 
örnək göstərəcək fəaliyyətlərdir. Bunların hamısı ilə  qürur 
duyuram.  İnanıram ki, bu həmrəyliyimiz daha çox gözəl 
layihələrin ortaya çıxmasına səbəb olacaqdır.  
Bu gün imzaladığımız strateji tərəfdaşlıq və qarşılıqlı 
yardım haqqında müqavilə  hər bir məsələdə  həmrəy və 
bərabər olmağımızı nəzərdə tutur. Bu müqavilə bütün bölgə 
və  dünya  üçün  çox  önəmlidir. Bu müqavilədə  nəzərdə tutu-
lanlar sülh, sabitlik, əmin-amanlıq gətirəcəkdir və bunlardan 
da əlavə, böyük iqtisadi dirçəlişə səbəb olacaqdır.  
Mən bir daha türk xalqının bütün azərbaycanlı qardaşla-
rına sevgilərini və  məhəbbətlərini ifadə edirəm. Ramazan 
bayramınız mübarək olsun! Bu gözəl, mübarək aylar sadəcə, 
türk respublikalarına və islam ölkələrinə deyil, bütün insan-
lığa xeyir gətirsin.  
Göstərdiyiniz yüksək qonaqpərvərliyə  görə dostlarım və 
heyətim adından bir daha təşəkkür edirəm.  
 
 


 
66
 
 
 
ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB HU SZİNTAOYA  
  
Hörmətli cənab Sədr!  
Ölkənizdə baş vermiş  təyyarə  qəzası  nəticəsində  çox-
saylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.  
Bu faciə ilə  əlaqədar Sizə, həlak olanların ailələrinə  və 
yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralanan-
ların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.  
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 27 avqust 2010-cu il 
 
 
 
 
 


 
67
 
 
 
SİNQAPURDA KEÇİRİLƏN YENİYETMƏLƏRİN  
I YAY OLİMPİYA OYUNLARINDA İŞTİRAK 
ETMİŞ İDMANÇILAR VƏ MÜTƏXƏSSİSLƏRLƏ 
ЭЮРЦШ 
  
Prezident sarayı  
 
30 avqust 2010-cu il 
 
Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyev Sinqapurda keçirilən Yeniyetmələrin I Yay 
Olimpiya oyunlarыnda iştirak etmiş idmançıları  və  mütə-
xəssisləri qəbul etmişdir.  
İ l h a m  Ə l i y e v: Əziz dostlar, mən sizi ürəkdən 
salamlayıram. Sinqapurda keçirilmiş Yeniyetmələrin  Ы  Йай 
Olimpiya oyunlarыnda qazanılmış  böyük və inamlı  qələbə 
münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu həqiqətən böyük 
qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bu oyunlarda 
204  ölkə  öz idmançıları ilə  təmsil olunmuşdur və Azərbay-
can idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci 
yeri tuta bilmişlər. Bu həqiqətən böyük və tarixi nailiyyətdir. 
Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin 
sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idma-
nın inkişafı  üçün  çox böyük işlər görülmüşdür.  İdman 
hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla 
məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Gənclə-
rimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. 
İdman bölmələrinə axın  çox güclüdür. Bu, Azərbaycanda 
idman sahəsində aparılmış  köklü islahatların nəticəsidir. 
Mən  çox  şadam və  çox sevinirəm ki, idmançılarımız bu 
böyük qələbəni qazandılar.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə