Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

 
55
kiyədə keçiriləcək növbəti zirvə  görüşü  də  əminəm ki, çox 
uğurlu olacaq, türkdilli ölkələrin əməkdaşlığı daha da geniş-
lənəcəkdir. Türk dünyasının birləşməsi  üçün Türkiyə–Azər-
baycan əlaqələrinin xüsusi yeri vardır.  
Böyük  öndər Mustafa Kamal Atatürkün kəlamı yadıma 
düşür. O demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci 
sevincimizdir. Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki 
dövlətdir. Bax, bu kəlamlar bizə yol göstərir və bu yolda biz 
çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Müza-
kirə etdiyimiz məsələlər arasında Ermənistan–Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də var idi. Bu 
barədə də biz çox geniş danışdıq və fikir mübadiləsi apardıq. 
Uzun illərdir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı 
altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində 
bir milyondan artıq azərbaycanlı  öz doğma torpaqlarından 
didərgin salınıbdır, qaçqın-köçkün vəziyyətində yaşayır. 
Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmiz-
ləmə siyasəti aparılmışdır, beynəlxalq hüquq normaları po-
zulmuşdur. Beynəlxalq təşkilatlar – BMT, Avropa Şurası, 
ATƏT, İslam Konfransı Təşkilatı, Avropa parlamenti məsə-
lənin həlli ilə bağlı  çoxsaylı  qətnamələr, qərarlar qəbul et-
mişdir və onların hamısı Azərbaycanın  ərazi bütövlüyünün 
bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermə-
nistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün im-
kan yaratmır. Lakin  Azərbaycanın  ərazi bütövlüyü  bərpa 
olunacaqdır, buna bizim heç şübhəmiz yoxdur.  
Fürsətdən istifadə edərək, Sizə  və  bütün qardaş  türk 
xalqına Azərbaycana bu məsələ ilə bağlı daim dəstək ver-
diyinizə görə minnətdarlığımı, təşəkkürümü bir daha bildir-
mək istəyirəm.  
Bir daha, əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə 
salamlayıram, ölkəmizə xoş gəlmisiniz! Əminəm ki, səfəriniz 
çox uğurlu olacaqdır. Sağ olun. 
 


 
56
Türkiyə prezidenti Abdullah Gülün bəyanatı 
 
Cənab Prezident, hörmətli qardaşım İlham Əliyev!  
Hörmətli mətbuat nümayəndələri!  
Qardaş Azərbaycana bu səfərimlə əlaqədar mənə, heyət-
dəki hörmətli nazirlərə, deputatlara və bütün heyət üzvlərinə 
göstərdiyiniz böyük qonaqpərvərliyə  görə  təşəkkür edirəm. 
Özümüzü evimizdə hiss edirik. Azərbaycana nə zaman gəl-
sək, daim bu hissləri yaşamışıq və hər gəlişimizdə Azərbay-
canın inkişaf etdiyini, gücləndiyini, daha da irəliyə parla-
dığını  görmək bizi xoşbəxt etməkdədir. Sizin də dediyiniz 
kimi, biz bir millətin ayrı-ayrı iki dövlətiyik. Bu iki ayrı döv-
lətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaş-
lıq və qardaşlıq hissləri ilə dolu olması vacibdir. Biz də bu 
anlayış çərçivəsində daim və tez-tez görüşürük, ətraflı məslə-
hətləşirik və əməkdaşlıq edirik. Bu həmrəyliyimizi və əmək-
daşlığımızı davam etdirəcəyik.  
Bugünkü  səfərimdə Sizinlə  təkbətək və geniş  tərkibdə 
görüşlərdə bütün bu məsələləri müzakirə etdik. İkitərəfli əla-
qələrimiz siyasi, təhlükəsizlik, iqtisadi və  mədəni sahələrdə 
get-gedə inkişaf etməkdədir. Bunları daha çox inkişaf et-
dirmək  üçün bu gün bir çox tədbirləri də  müzakirə etdik. 
Daha çox qarşılıqlı iş qurmaları, qarşılıqlı sərmayə qoyma-
ları  üçün  şirkətlərimizi qarşılıqlı olaraq təşviq edirik. 
Azərbaycan  şirkətlərinin Türkiyəyə qoyduqları  sərmayələr-
dən böyük bir məmnuniyyət duyuruq. Türk şirkətlərinin də 
buradakı uğurları ilə qürur duyuruq.  
Siyasi sahədəki  əlaqələrimiz də  mühüm  əhəmiyyət kəsb 
edir. Bunu eyni qaydada davam etdirəcəyik. Bu gün imzala-
dığımız strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 
müqavilə bunun ən bariz nümunəsidir. Bu müqaviləyə müva-
fiq olaraq həmrəyliyimizi gücləndirərək inkişaf etdirəcəyik.  
Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata 
keçirilməli olan tədbirlər barədə bu gün yenə  ətraflı  mü-
zakirələr apardıq. Dağlıq Qarabağ probleminin həlli, Azər-


 
57
baycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırıl-
ması – bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivə-
sində  həll olunmasını  müzakirə etdik. Bunu müzakirə edə-
rək, qısa müddət ərzində bu problemin həllinin zəruri oldu-
ğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının  çox  çətin 
şəraitdə yaşadığını bilirik. Əslində bütün dünya bu həqiqəti 
görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə 
kifayət qədər diqqət yetirilmədi. Ümid edirik ki, artıq bunun 
da zamanı  gəlib  çatmışdır və  bütün bu məsələlər Azər-
baycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir.  
Bu istiqamətdə fəaliyyətimizə və müzakirələrimizə davam 
edəcəyik. Çünki bu məsələni dondurulmuş şəkildə saxlamaq 
doğru deyildir. Dondurulmuş  münaqişələr gözlənilmədən 
çox böyük problemə  çevrilə bilər. BMT-nin müraciəti var
Sizin dediyiniz kimi, İslam Konfransı  Təşkilatının, digər 
beynəlxalq təşkilatların hər zaman müraciətləri olmuşdur. 
Bu müraciətləri nəzərə alaraq, dost və  region  ölkələr, bu 
regionla tarixi əlaqələri olan bütün qonşu ölkələr problemin 
həlli istiqamətində son dərəcə  fəal olmalı  və  kömək etmə-
lidirlər.  Ümid edirəm ki, əvvəlki illərdə bu istiqamətdə 
görülən işlər yenə intensiv qaydada davam edəcəkdir.  
Türkiyə bu istiqamətdə  fəaliyyətinə davam edəcək, 
şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi apara-
caqdır. Hörmətli Prezident, dəyərli qardaşım  İlham  Əliyev 
ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün 
fəal səylərimiz davam edəcəkdir. Mən bu münasibətlə bütün 
azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın 
yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam 
edəcəyini bir də buradan bəyan etmək istəyirəm. Türk 
xalqının azərbaycanlı qardaşlarına olan sevgi və  məhəbbət 
duyğularını burada bir daha bütün azərbaycanlı qardaş-
larıma mətbuat nümayəndələri vasitəsilə  bəyan etmək 
istəyirəm.  
 
* * * 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə