Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

 
83
O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən  çox 
vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən 
başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət 
bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha 
da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan 
vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbayca-
nın inkişafı, gələcəyi  üçün həlledici illər idi. Azərbaycan 
dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi 
istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm 
sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və 
Azərbaycan əslində, dövlət müstəqilliyini itirə bilərdi. Azər-
baycan xalqının tələbi və  müdrikliyi ilə ulu öndər Heydər 
Əliyevin hakimiyyətə  dəvət olunması  nəticəsində Azərbay-
canda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik 
yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəti-
cələrini bu gün Azərbaycan vətəndaşları görürlər.  
1993–2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş-
dur. Məhz o illərdə Azərbaycanda iqtisadi, siyasi sabitlik ya-
ranmış, ölkə dünya birliyinə özünü təqdim edə bilmişdir. Biz 
beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan bayrağı bütün 
beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır. Azər-
baycan xarici tərəfdaşlarla  çox uğurlu və qarşılıqlı  hörmət 
əsasında münasibətlər qura bilmişdir. Ölkəmizə böyük həcm-
də investisiyanın cəlb olunmasına nail ola bilmişdik. O pro-
seslər bu gün də Azərbaycanın inkişafını təmin edir və onil-
liklər bundan sonra da Azərbaycanın uğurlu inkişafını 
müəyyən edəcəkdir. O 10 il ərzində Azərbaycan  çox böyük 
bir yol keçmişdir və demək olar ki, dövlətçiliyin əsasları tam 
şəkildə qurulmuşdur. Bu gün Azərbaycan möhkəm  əsaslar 
üzərində  uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün 
proseslər müsbət istiqamətdə inkişaf edir.  
Azərbaycanda daxili sabitlik, əmin-amanlıq, ictimai-siya-
si asayiş  uğurlarımızın  əsas  şərtidir. Biz iqtisadi, siyasi isla-
hatları bu möhkəm əsas üzərində aparırıq. Ölkədə demokra-
tikləşmə prosesləri  çox uğurla gedir. Ölkə qarşısında duran 


 
84
bütün vəzifələr icra edilir. Keçən il və bu il dünyada hökm 
sürən iqtisadi və maliyyə böhranı böyük iz qoymuşdur. Buna 
baxmayaraq, Azərbaycan bu sınaqdan da şərəflə  çıxa bil-
mişdir. Ölkə qarşısında duran bütün vəzifələr, müəyyən edil-
miş bütün proqramlar icra olunur. Ölkəmizin hər bir yerində 
quruculuq-abadlıq işləri aparılır, iqtisadi islahatlar davam 
etdirilir. Bu gün Azərbaycan inkişaf edən ölkədir.  
Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa 
çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq 
və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çata-
cağıq. Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini 
tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı 
gündən-günə artır. Azərbaycan  çox gözəl beynəlxalq imicə 
malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür 
ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin 
olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı 
daha da yaxşı yaşasın.  
Azərbaycanda görülən işlər nəinki  ölkəmizin yaxın gələ-
cəyini müəyyən edəcək, bax, bu gün yaradılan infrastruktur 
və həyata keçirdiyimiz layihələr on il, iyirmi il, otuz il bun-
dan sonra özünü  göstərəcək və Azərbaycan xalqına xidmət 
edəcəkdir. Bizim uğurlu enerji siyasətimiz Azərbaycanı dün-
ya birliyi qarşısında etibarlı  tərəfdaş kimi təqdim etməyə 
əsas yaratdı. Bu gün bu siyasət ölkə daxilində gedən proses-
lərə çox müsbət təsir göstərir. Biz, demək olar ki, bu sahədə 
qarşımızda duran bütün vəzifələri icra etmişik və sadəcə ola-
raq,  əldə edilmiş nailiyyətlər  əsasında gələcəkdə yeni layi-
hələrin həllinə çalışırıq.   
Biz iqtisadi cəhətdən  özümüzü  təmin edən  ölkəyik. Heç 
bir xarici yardımdan asılı olmayan ölkəyik. Biz enerji təhlü-
kəsizliyimizi təmin etmişik.  Ərzaq təhlükəsizliyimizi təmin 
edirik və belə olan halda, Azərbaycanın gələcəyi haqqında 
yalnız bir fikir deyilə bilər: Azərbaycanın gələcəyi  indiki 
vəziyyətindən daha da parlaq olacaqdır. Baxmayaraq ki, bu 
gün nəinki postsovet məkanında, bölgədə  və  ümumiyyətlə, 


 
85
ölkələr sırasında biz yüksək yerləri tuturuq, Azərbaycanda 
insanlar ildən-ilə daha da yaxşı yaşamalıdır. Bu məqsədlə 
bütün sosial proqramlar icra olunur, maaşlar və pensiyalar 
vaxtaşırı artırılır,  ölkə iqtisadiyyatının inkişafını  təmin 
etmək üçün bütün tədbirlər görülür.  
Bizim təbii ehtiyatlarımız vardır. Bu ehtiyatlar gücümüzü 
daha da artırır. Artıq böyük maddi imkanlarımız vardır. Biz 
nəinki xarici yardımdan asılı deyilik, lazım gələndə  özümüz 
də yardım göstəririk. Bu da siyasətimizin yeni istiqamətidir. 
Bir neçə ildən sonra Azərbaycan beynəlxalq donor ölkəsinə 
çevriləcəkdir və bu məqsədə  çatmaq  üçün artıq konkret 
tədbirlər planı hazırlanır. İqtisadi və sosial sahədə elə məsələ 
yoxdur ki, Azərbaycanda həll olunmasın. Düzdür, bu gün 
hələ  həllini gözləyən məsələlər  çoxdur. Ancaq əsas odur ki, 
biz bu məsələlərin həlli yollarını bilirik.   
Biz hamımız Azərbaycanın gələcəyi haqqında düşünürük 
və  düşünməliyik,  ölkəmizin təhlükəsizliyini təmin etməliyik,  
dinamik və  sürətli inkişaf tempini saxlamalıyıq, beynəlxalq 
aləmdə  mövqeyimiz daha da möhkəmlənməlidir. Regionda 
gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hal-
larda həlledici rol oynayır. Bu nəinki bizə, bizimlə dostluq 
münasibətlərində olanlara da xeyir gətirir. Bu istiqamətdə 
daha da fəal addımlar atacağıq və beləliklə, ölkəmizin inamlı 
və uğurlu gələcəyini təmin edəcəyik.  
Müstəqilliyimiz  ən böyük sərvətimizdir,  ən böyük xoş-
bəxtliyimizdir.  Əsrlər boyu Azərbaycan xalqı  müstəqillik 
həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onillik-
lər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azad-
lıqdan məhrum olmuşduq. Bu tarixi imkan, tarixi şans bir 
daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq 
qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və 
əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, 
çox güman ki, itirəcəкdik. Bu gün isə  müstəqilliyimiz artıq 
dönməzdir,  əbədidir. 20 ilə yaxındır ki, müstəqil  ölkə kimi 
yaşayırıq. Bütün  çətin sınaqlardan  üzüağ,  şərəflə  çıxmışıq, 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə