Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

 
68
Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları 
idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə 
yeniyetmələrin birinci oyunlarıdır. Siz öz adınızı bu şanlı ta-
rixə yazdırmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı 
ilə  iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazan-
mışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. 
Mən sizi bu böyük nailiyyət münasibətilə  ürəkdən təbrik 
edirəm.  Əminəm ki, gələcəkdə  də, artıq böyüklər arasında 
keçiriləcək Olimpiya oyunlarında  ölkəmizi ləyaqətlə  təmsil 
edəcəksiniz.  
Azərbaycanın Dövlət himni Sinqapurda beş dəfə səslənmiş-
dir, səkkiz dəfə bayrağımız orada ucalmışdır. Bu, böyük iftixar 
hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə,  çox dinamik 
inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq 
işləri aparılır, islahatlar keçirilir,  ölkəmiz dünyadakı  mövqe-
lərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malik-
dir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim 
edir.  İndi o yekun nəticələr dərc olunandan sonra hər kəs 
görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları 
ilə Azərbaycan da daxildir.  
Azərbaycanın  çox  şanlı  və  gözəl idman tarixi vardır.  İd-
mançılarımız Olimpiya oyunlarında böyük qələbələr qazan-
mışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlan-
ta Olimpiya oyunlarыnda müstəqil ölkə kimi iştirak etmişdik. 
Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afi-
nada 5, Pekində 7 medal qazanıldı.  Əminəm ki, iki ildən 
sonra keçiriləcək London Olimpiya oyunlarыnda da idman-
çılarımız Vətənimizi ləyaqətlə təmsil edəcəklər.  
Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın 
inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. 
Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. 
Əgər gənc nəsil idmançılar yetişmirsə, onda gələcək idman 
uğurlarından söhbət aparıla bilməz. Siz idmanımızın  ümid-
lərisiniz. Sizin böyük gələcəyiniz vardır və elə etməlisiniz ki, 
bu qələbələr sizin üçün bir mərhələ olsun. Elə bir stimul 


 
69
olsun ki, əldə edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyə-
siniz. Daim peşəkarlığınızı artırmalısınız, daim məşq etmə-
lisiniz, nizam-intizama tabe olmalısınız, məşqçilərin sözlə-
rinə qulaq asmalısınız ki, gələcəkdə, bundan sonra uzun illər 
Azərbaycanı ləyaqətlə təmsil edəsiniz.  
Bu qələbənin  əldə olunmasında iştirak etmiş  bütün 
insanları – idmançıları, məşqçiləri, idman mütəxəssislərini 
təbrik etmək, onlara minnətdarlığımı bildirmək istəyirəm. 
Azərbaycanda idmanla məşğul olan bütün qurumlar vahid 
mexanizm, vahid komanda kimi fəaliyyət göstərir. Milli 
Olimpiya Komitəsi, Gənclər və  İdman Nazirliyi, federasi-
yalar, idman cəmiyyətləri, klublar – idmana cavabdehlik 
daşıyan bütün bu qurumlar məqsədyönlü  və  əlaqəli  şəkildə 
uğurlarımızı  təmin edirlər. Azərbaycanda bütün idman qu-
rumları bir-biri ilə  sıx  əlaqədədir. Heç bir qarşıdurma, heç 
bir qısqanclıq yoxdur, ola da bilməz.  Çünki hamımız bir 
məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman şöh-
rətini ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə qa-
zanmaqdır.  
Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək 
qiymətləndirilir və bu qələbə layiqincə qiymətləndiriləcəkdir. 
Bu gün bu qələbənin təşkilində  və  əldə olunmasında iştirak 
etmiş bütün insanlar – həm idmançılar, həm onların məşqçiləri 
mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan 
münasibətidir.  Əlbəttə, bu münasibət ancaq mükafatlarla, 
maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox vacibdir. 
Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. 
Azərbaycan dövləti ölkədə idmanın inkişafı üçün bütün lazımi 
tədbirləri görür və gələcəkdə də görəcəkdir.  
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə yeni-yeni qə-
ləbələr və uğurlar arzulayıram.  
N i c a t  R ə h i m o v:  (Yeniyetmələrin I Yay Olimpiya 
oyunlarыnыn ağırlıqqaldırma  üzrə  qızıl mükafatçısı):  Möhtə-
rəm cənab Prezident! Bu gün biz çox əlamətdar və tarixi anlar 
yaşayırıq. Sizinlə  görüş biz idmançılar  üçün  əsl bayrama 


 
70
çevrilir. Sizin qarşınızda çıxış etdiyimə görə böyük qürur hissi 
keçirirəm. Bizimlə  görüşünüz idmançılara Sizin ən dəyərli 
hədiyyənizdir.  
Ölkəmizdə idmanın inkişafı, idmanda qazandığımız 
nailiyyətlər ulu öndərimiz Heydər  Əliyevin adı ilə bağlıdır. 
Həmin inkişaf Sizin diqqətiniz və qayğınız sayəsində bu gün 
davam etməkdədir.  
Hörmətli cənab Prezident! Olimpiya idman kompleks-
lərinin, stadion və  məşq zallarının qısa bir müddət  ərzində 
tikilib istifadəyə verilməsi biz idmançılara Sizin tərəfinizdən 
ən böyük hədiyyədir. Bunların nəticəsidir ki, biz idmançılar 
Yeniyetmələrin I Yay Olimpiya oyunlarыnda yüksək nailiy-
yətlər qazanaraq, Vətənimizi beynəlxalq arenada idman 
ölkəsi kimi bir daha tanıtdıq. Bu yarışda çox böyük dövlət-
ləri geridə qoyaraq, 5 qızıl və 3 gümüş medal qazandıq. Bu 
yarışda yüksək  сявиййядя  çıxışlarımız Azərbaycanda idma-
nın çox böyük sürətlə inkişaf etdiyini bir daha sübut etdi.  
Hörmətli cənab Prezident! Bu gün qazandığımız uğurlara 
görə Sizə minnətdarlığımızı bildiririk. Azərbaycan idmanının 
adını ucaltmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.  
İ l q a r  A b d u l o v (Yunan-Roma güləşi üzrə məşqçi): Möh-
tərəm cənab Prezident! Bu gün bu görüşdə  iştirak etdiyim 
üçün qürur hissi keçirirəm. İdmançılarımız Yeniyetmələrin I Yay 
Olimpiya oyunlarыnda uğurla  çıxış etmiş, Azərbaycan bay-
rağını yüksəklərə qaldırmış, Vətənə qələbə ilə qayıtmışlar.  
Sizi  əmin edirəm ki, yetişdirdiyim idmançıların zəfər so-
raqları  dünyanın bütün  ölkələrindən gələcəkdir. Bu gün 
Azərbaycanda digər sahələrdə olduğu kimi, gənclərin möh-
kəm və sağlam inkişafı Sizin bizə  göstərdiyiniz qayğı  və 
diqqət sayəsində  mümkün olmuşdur. Bunun üçün hər biri-
miz – bütün gənclər, bütün idmançılar Sizə dərin minnətdar-
lığımızı, səmimi təşəkkürümüzü çatdırırıq.  
Cənab Prezident, bizi qarşıda daha böyük sınaq – Lon-
donda keçiriləcək XXX Olimpiya oyunlarы  gözləyir. Biz id-
mançılar və məşqçilər adından Sizi əmin etmək istəyirik ki, 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə