Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

 
97
aşır və  gələcəkdə bu sahədə  əməkdaşlıqda marağı olan öl-
kələrin və xalqların yaxınlaşması işinə xidmət edəcəkdir. Biz 
Azərbaycanda buna maraqlıyıq. Biz istəyirik ki, ölkəmizdə 
bütün xalqların nümayəndələri gələcəkdə də indiki kimi sülh, 
dostluq, qardaşlıq şəraitində yaşasınlar. Biz çox sevinirik ki, 
ölkələrimiz arasında humanitar əməkdaşlıq konkret real 
layihələrlə zənginləşir.  
Başqa sözlə desək, münasibətlərimiz olduqca çoxşaxəli, 
çoxtərəflidir, praktiki olaraq bütün sahələri  əhatə edir. Ən 
başlıcası isə bu gün dövlət sərhədi haqqında müqavilə im-
zalandıqdan sonra münasibətlərimizdə  həll edilməmiş  hər 
hansı məsələ qalmır. Həmin müqavilənin bu gün Bakıda bu 
cür təntənəli  şəraitdə imzalanması  münasibətlərimizin, niy-
yətlərimizin səmimiliyinə daha bir sübutdur. Bu müqavilə öl-
kələrimiz arasında münasibətlərin inkişafında mühüm mər-
hələdir. Energetika sahəsində  də  konkret addımlar nəzərdə 
tutulmuşdur.  
Mən ilk növbədə, Rusiya prezidenti Dmitri Anatolyeviç 
Medvedevə  ölkəmizə  səfər etdiyinə, bugünkü razılaşmalara 
gətirib  çıxarmış  müştərək işə  görə bir daha təşəkkür etmək 
və  əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz ara-
sında münasibətlər gələcəkdə  də dostluq, mehriban qonşu-
luq və strateji tərəfdaşlıq ruhunda inkişaf edəcəkdir.  
 
Rusiya прezidenti Dmitri Medvedevin bəyanatı 
 
Hörmətli İlham Heydər oğlu!  
Hörmətli həmkarlar!  
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!  
Bu gün müstəqil dövlətlər olan Rusiya ilə Azərbaycanın 
münasibətləri tarixində həqiqətən çox əlamətdar gündür. Bu 
gün biz ölkələrimiz arasında mövcud olan mürəkkəb məsə-
lələrdən sonuncusunu qapadıq. Azərbaycan üçün bu, sərhə-
din müəyyən edilməsi barədə ilk saziş, ilk müqavilədir. Ona 
görə də bu, gələcək münasibətlərimiz üçün xüsusi əhəmiyyət 


 
98
kəsb edir. Azərbaycan prezidenti indicə bu münasibətləri iki 
strateji tərəfdaşın səmimi dostluq münasibətləri kimi 
səciyyələndirdi. Təbii ki, mən bu fikrə tamamilə  şərikəm. 
Münasibətlərimizin mahiyyətini kooperasiyamızın praktiki 
olaraq bütün sahələrində izləmək mümkündür.  İndi mən 
həm iqtisadi əlaqələr barədə, həm təhlükəsizlik mövzularına 
dair əməkdaşlıq, regional, humanitar əlaqələr barədə danışa 
bilərdim. Lakin mən bu münasibətlərin xüsusi xarakterini 
hər şeydən yaxşı səciyyələndirən cəmi bir misal gətirəcəyəm.  
Bildiyiniz kimi, bu il Rusiya Federasiyasına fəlakət  üz 
vermişdir.  Çoxlu yaşayış  məntəqəsi yanmış, insanlar zərər 
çəkmiş, həlak olmuş,  çoxlu evi alov bürümüşdü. Bu mə-
qamda azərbaycanlı  həmkarlarımız da bizə dost əlini uzat-
mış, bizim bir sıra yaşayış  məntəqələrində yanğınların sön-
dürülməsində  iştirak etmişlər. Bu həqiqətən  çox vacibdir. 
Xüsusən ona görə ki, bu cür fəlakətlər, adətən, gözlənilmə-
dən baş verir və  çox vaxt sürəkli xarakter daşıyır. Hətta 
payızda da yanğınlar tüğyan edir. Dünən bizim iki vilayət 
yanğından zərər çəkmişdir, yaşayış məntəqələrinə, insanlara 
ziyan dəymişdir.  Əlbəttə, biz bunların hamısını  hökmən 
bərpa edəcəyik. Lakin bu ъür çətin  şəraitdə – hətta inkişaf 
etmiş iqtisadi potensiala malik olan Rusiya kimi böyük ölkə 
də  çətin vəziyyətə  düşə bilər – yaxın dostlar kömək  əlini 
uzadır. İlham Heydər oğlu, görülmüş işlərə görə bir daha çox 
sağ olun.  
O ki qaldı gələcəyə, düşünürəm ki, gələcəyimiz çox yaxşı 
olacaqdır. Bizim çox perspektivli layihələrimiz vardır. Bu 
gün sərhədyanı Samur çayının su ehtiyatlarından birgə 
istifadə edilməsi barədə  də  müqavilə imzalanmışdır. Bu 
ehtiyatlar bizim müştərək sərvətimizdir və biz onlardan daha 
yaxşı istifadə etməyin yolları barədə fikirləşməliyik.  
Energetika sahəsində  əməkdaşlıq,  əlbəttə,  ən mühüm 
istiqamətdir. Lakin bu, yeganə istiqamət deyildir. Biz razılı-
ğa gəldik ki, bu məsələyə  bəlkə  də ayrıca bir görüş, dövlət 
başçılarının ayrıca bir zirvə toplantısını  həsr etmək, bütün 


 
99
istiqamətlərdə vəziyyəti ölçüb-biçmək lazımdır. Xüsusən ona 
görə ki, artıq  əlaqələr vardır. Bu əlaqələr, o cümlədən qaz 
sferasında  əməkdaşlıq sahəsində kifayət qədər fəal inkişaf 
etməyə başlamışdır. Neft, ticarət, elektrik energetikası sahə-
lərində  əməkdaşlıq da elə istiqamətlərdir ki, biz onlara hə-
qiqətən daha artıq diqqət yetiririk.  
Regional məsələlər həmişə  gündəlikdədir. Biz bu barədə 
çox danışmışıq. Təbii ki, təhlükəsizliyin təmin edilməsi məsə-
lələri barədə danışmışıq. Lakin ümid edirəm ki, mətbuat 
konfransının gedişində bu cür suallar veriləcəkdir. Zənnim-
cə, bu maraqlıdır. İndi təfərrüata varmayacağam.  
Biz son zamanlar daha bir ümumi məkanda əldə edilmiş 
müsbət nə varsa hamısını qoruyub saxlamağın zəruri olma-
sından danışdıq. Bu, Xəzər məkanıdır. Ümid edirəm ki, irə-
lidə bu əməkdaşlığı  dərinləşdirmək  üçün imkanımız ola-
caqdır.  
Humanitar sahə çox vacibdir. İndicə ikonaların verilməsi 
kimi rəmzi bir akt baş tutdu. Həmin ikonalar Azərbaycan 
ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmişdir. Çox yaxşı hal-
dır ki, bizim hüquq mühafizə idarələri arasında bu cür əmək-
daşlıq inkişaf edir. Onu demək istərdim ki, Rusiyaya məxsus 
təbərrüklərin verilməsinə görə Azərbaycan tərəfinə bir daha 
təşəkkürümüzü bildiririk. Bu, dost jestidir və təbii ki, biz onu 
müvafiq şəkildə qiymətləndiririk.  
Təhsil sahəsində mütəxəssislər, mədəniyyət xadimləri ara-
sında ünsiyyəti davam etdirmək lazımdır. Məhz bu səbəbdən 
bu gün Azərbaycan prezidentinin irəli sürdüyü  təşəbbüsü – 
Azərbaycanda keçirilən foruma beynəlxalq xarakter vermək 
təşəbbüsünü  mən tamamilə  bəyənirəm. Mənə belə  gəlir ki, 
bura həm ikitərəfli humanitar məsələlərin, həmçinin siyasi 
əlaqələrin inkişafı  məsələlərinin müzakirəsi  üçün, həm də 
beynəlxalq miqyasda yaxşı məkandır. Xüsusən ona görə ki, 
bu işdə marağı olan tərəflər vardır – bizim qonşularımız da 
bu forumda iştirak etməyə hazırdırlar.      


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə