Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə21/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

 
74
baycan mədəniyyətinə, bizim islam dininə  məxsus olan bü-
tün abidələr dağıdılmışdır. Əfsuslar olsun ki, bu ədalətsizlik 
davam edir. Mən tam əminəm ki, Azərbaycan  ərazi bütöv-
lüyünü  bərpa edəcək və bu məsələ beynəlxalq hüquq nor-
maları  əsasında həllini tapacaqdır.  Çünki bütün beynəlxalq 
hüquq normaları bizim tərəfimizdədir, bizim mövqeyimizi 
dəstəkləyir və Azərbaycan  ərazi bütövlüyünü  bərpa edə-
cəkdir.  
Bu məsələni sülh və danışıqlar yolu ilə  həll etmək  üçün 
dünya ictimaiyyəti hesab edirəm ki, daha da ciddi tədbirlər 
görməlidir, işğalçı  dövlətə daha da ciddi təzyiqlər göstəril-
məlidir və bu prosesin uğurla başa çatması üçün diplomatik 
səylər göstərilməlidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi 
və əzəli torpağıdır. Beynəlxalq birlik tərəfindən Dağlıq Qa-
rabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və bu o de-
məkdir ki, məsələnin istənilən yolla həll olunması Azər-
baycanın daxili işidir, heç bir kənar qüvvə bu məsələyə mü-
daxilə edə bilməz.  
Əziz səfirlər, əziz dostlar, siz Azərbaycanda yaşayırsınız, 
çalışırsınız, Azərbaycanı yaxşı tanıyırsınız və bilirsiniz ki, 
Azərbaycan xalqı təmsil etdiyiniz ölkələrə və o ölkələrdə ya-
şayan insanlara böyük rəğbətlə  və  hörmətlə yanaşır. Mən 
çox  şadam ki, hər bir görüşümüzdə  iştirak edən səfirlərin 
sayı artır və bu məni çox sevindirir. Mən ümid edirəm ki, gə-
ləcək görüşdə burada əyləşənlərin sayı daha da çox ola-
caqdır. Mən bir daha sizi qarşıdan gələn bu gözəl mübarək 
bayram münasibətilə  təbrik edirəm. Sizə, sizin ailələrinizə 
cansağlığı, xoşbəxtlik, xalqlarınıza sülh, əmin-amanlıq, fira-
vanlıq arzulayıram.  
İ s m a t i l l a  Y e r q a ş e v (Özbəkistanın Azərbaycanda-
kı  səfiri): Zati-aliləri, Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyev!  
Bismillahir-rəhmanir-rəhim!  
Hörmətli cənab Prezident! Müsəlman  ölkələrinin Azər-
baycanda akkreditə olunmuş  səfirləri, nümayəndəliklərinin 


 
75
rəhbərləri və həmçinin öz adımdan Sizi müqəddəs Ramazan 
ayı və əl-Fitr bayramı münasibətilə təbrik edirəm.  
Müqəddəs Ramazan ayında müsəlmanlar islam dünya-
sının qardaşlığını, dostluğunu və həmrəyliyini təcəssüm etdi-
rən mənəvi səyahətə  çıxırlar.  Əlbəttə, bizim ümmət islam 
dininin həqiqi dəyərlərinə, Allahın birliyinə, yaxşı  əməllərə, 
həm də  mötədillik, tolerantlıq və birgəyaşayış ideallarına 
sadiq qalır.  
Bizim  üçün müqəddəs olan bu ayda müsəlman  ölkələrinin 
səfirləri adından Sizə  və  bütün Azərbaycan xalqına Allahın 
bəxş etdiyi nemətlər, habelə  sülh və firavanlıq arzulayıram. 
Fürsətdən istifadə edərək bu müqəddəs bayram münasibətilə 
Sizinlə görüşmək imkanı yaratdığınıza görə Zati-alinizə təşək-
kürümü bildirirəm. Sevindirici haldır ki, bu cür görüşlər, cənab 
Prezident, məhz Sizin sayənizdə ənənə halı almışdır.  
Bizim  üçün Azərbaycan sürətlə  və inamla inkişaf edən, 
milli dəyərlərinə  və imkanlarına arxalanan, dünya birliyinə 
inteqrasiya edən, ardıcıl və  məqsədyönlü siyasət həyata ke-
çirən və bu yolda böyük uğurlar qazanan bir ölkədir.  
Müasir Azərbaycan beynəlxalq aləmdə yalnız artmaqda 
olan nüfuzu və iqtisadi uğurları ilə  güclü deyil, ilk növbədə 
çoxmillətli xalqının birliyi və  əlbəttə,  zəngin mədəni, intel-
lektual, yaradıcı potensialına görə güclü olub və güclü olaraq 
qalır.  İnanıram ki, Azərbaycanın bütün  əhəmiyyətli nailiy-
yətlərində Azərbaycan xalqının  ümummilli lideri, nüfuzu 
ölkənin hüdudlarından kənarda da tanınan Heydər Əliyevin 
əvəzsiz rolu olduğunu söyləsəm, hamımızın  ümumi fikrini 
bildirmiş olaram.  
Biz Azərbaycanda müxtəlif sahələrdə  həyata keçirilən 
uğurlu dəyişiklikləri və dinamik islahatları səmimi maraq və 
rəğbətlə izləyirik.  
Möhtərəm Prezident, Sizin düşünülmüş  və tarazlaşdırıl-
mış siyasətiniz sayəsində Azərbaycan  çətin  şəraitdə inamla 
gələcəyini qurur, müstəqilliyinin və  dünyada nüfuzunun 
möhkəmləndirilməsində  böyük uğurlar  əldə edir. Bu gün 


 
76
Azərbaycan haqlı olaraq, Cənubi Qafqaz regionunda sta-
billiyi və davamlı inkişafı təmin edən ölkədir.  
Biz müsəlman dünyasının nümayəndələri kimi, Dağlıq 
Qarabağın işğalı nəticəsində çətin sınaqlara və itkilərə məruz 
qalan azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Xoş 
haldır ki, müsəlman dövlətlərinin  əksəriyyəti Qarabağ  mü-
naqişəsinin Azərbaycanın  ərazi bütövlüyü  çərçivəsində  sülh 
yolu ilə, beynəlxalq hüququn prinsiplərinə uyğun və qaç-
qınların doğma torpaqlarına qaytarılması  əsasında həllinin 
tərəfdarı olmaqla Azərbaycanı dəstəkləyir.  
 Sizin  müdrik rəhbərliyiniz sayəsində Azərbaycan tole-
rantlığın və sivilizasiyalararası dialoqun bariz nümunəsinə çevril-
mişdir. Biz Azərbaycan Respublikasının müsəlman dünyası 
ilə  əlaqələrinin dərinləşməsinə  yönəlmiş  səylərinin, o cüm-
lədən  İslam Konfransı  Təşkilatındakı  fəal iştirakının  şa-
hidiyik. Belə ki, yalnız dostluğu və əməkdaşlığı möhkəmlən-
dirməklə müasir dünyanın çağırışlarına qarşı durmaq olar.  
Cənab Prezident, icazə verin bir daha müqəddəs Rama-
zan ayı və qarşıdan gələn əl-Fitr bayramı münasibətilə Sizə 
səmimi arzularımı  çatdırım və bugünkü  görüşə  görə  təşək-
kürümü bildirim. Sizə dövləti fəaliyyətinizdə uğurlar arzula-
yıram və Allahdan diləyiрям ki, qardaş Azərbaycan xalqına 
və islam ümmətinə yenilməz qüvvət, tərəqqi və firavanlıq 
bəxş etsin.  
Əssalamü-əleyküm və bərəkətuhu.  


 
77
 
 
 
MALTA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB CORC ABELAYA  
  
Hörmətli cənab Prezident!  
Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi 
və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürək-
dən təbrik edirəm.  
Əminəm ki, Azərbaycan ilə Malta arasındakı dostluq 
əlaqələrinin genişlənməsi  əməkdaşlığımızın inkişafı  üçün 
yeni imkanlar açacaqdır.  
Bu  əlamətdar gündə Sizə  ən xoş arzularımı yetirir, dost 
xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 1 sentyabr 2010-cu il 
 
 
 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə