Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

 
110
mühüm sənəddir.  Əgər həmin saziş bizim ölkəmiz  üçün sər-
hədin müəyyənləşdirilməsi, bir sıra sərhədyanı məsələlərin tən-
zimlənməsi barədə ilk sənədlərdən biridirsə, Azərbaycan üçün 
bu qəbildən, ümumiyyətlə, ilk sənəddir. Ona görə də mənə belə 
gəlir ki, biz yaxşı çalışmışıq, sabah rəsmi imzalanma olacaqdır. 
Bizim dostluq münasibətlərimizin möhkəm normativ baza 
əsasında inkişaf etməsi, tərəfdaşlar arasında beynəlxalq hüquq 
normalarına əsaslanan münasibətlərə çevrilməsi üçün bu saziş 
çox vacibdir. Bu sənəd də beynəlxalq hüquq aktıdır. Bizim 
qarşılıqlı  əlaqələrimizi möhkəmləndirən iqtisadi sazişlər də 
vardır. O cümlədən, sabah belə bir böyük sənəd, həmçinin bəzi 
başqa sənədlər imzalanacaqdır.  
Bu nəyə  dəlalət edir? Ona dəlalət edir ki, dövlətlərimiz 
arasında münasibətlər ilbəil rəngarəng olur. Əlbəttə, Sizi 
ölkəmizdə, Moskvada görяндя  həmişə  çox  şad oluruq. Biz 
beynəlxalq tədbirlərdə Sizinlə  çox  ünsiyyət saxlayırıq, müx-
təlif görüşlər keçiririk. Adətən, bu cür böyük səfərlərin 
gedişində müəyyən kəmiyyət dəyişiklikləri üst-üstə yığılır və 
yeni keyfiyyət halına keçir. Buna görə də mən çox istərdim 
ki, Rusiya prezidentinin və Rusiya nümayəndə heyətinin 
indiki səfəri bu cür kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyi-
şikliklərinə keçməsi ilə əlamətdar olsun.  
Son illərdə biz iqtisadi münasibətlərin quruculuğu sahə-
sində irəliləmişik. Energetika sahəsində  əməkdaşlıq bu mü-
nasibətlərin təməl daşıdır. Lakin mən istəməzdim ki, əmək-
daşlığımız təkcə energetika ilə  məhdudlaşsın. Bizim ölkələr 
enerji istehsal edən iri ölkələrdir.  İndi  Sizinlə danışdığımız 
kimi, dövlətlərimizin qarşısında iqtisadiyyatlarımızı modern-
ləşdirmək məsələsi durur, böhran isə, yeri gəlmişkən, gös-
tərdi ki, hətta enerji tədarükçüləri olan böyük dövlətlər də 
bazardakı  vəziyyətdən asılıdırlar. Buna görə  də bizim vəzi-
fəmiz  ölkələrimizdə iqtisadi şəraiti, təsərrüfatçılıq  şəraitini 
dəyişməkdir. Hesab edirəm ki, başqa sahələrdə əməkdaşlığı 
inkişaf etdirməklə bu məsələdə bir-birimizə kömək edə bilə-


 
111
rik. Söhbət yüksək texnologiyalar, istehsal, infrastruktur və 
hətta turizm sahələrində kooperasiya və əməkdaşlıqdan gedir.   
Təhlükəsizlik məsələləri  çox mühüm mövzudur. Siz ta-
mamilə dəqiq dediniz ki, bizim dövlətlər – Qafqaz dövlətləri, 
Xəzər dövlətləri və dost dövlətlərdir. Biz gələcəyə  məhz bu 
cür baxmalıyıq. Elə etməliyik ki, asayiş olsun, münaqişələrin 
yaranmasına yol verilməsin. Bizim regionda problemlər 
kifayət qədərdir – həm gizli, həm də  aşkar problemlər var-
dır. Vəzifəmiz bu cür təhdidlərə mümkün qədər çevik müna-
sibət bildirməyə  çalışmaqdır. Rusiya bu proseslərdə  öz 
rolunu başa düşür. Hətta Dağlıq Qarabağ  münaqişəsinin 
tənzimlənməsi kimi olduqca çətin problem də, Sizin haqlı 
olaraq dediyiniz kimi, beynəlxalq hüquq normaları  və 
tərəflərin qarşılıqlı iradəsi  əsasında həll edilə bilər. Səmimi 
deyim ki, bu görüşlərin dinamikası məni qane edir. Əlbəttə, 
nəticələr hələ çox cüzidir. Lakin siz bir məsələyə əsla  şübhə 
etməyə bilərsiniz ki, Rusiya hədsiz çətin olan bu münaqişə-
nin tənzimlənməsinə maksimum kömək etmək  əzmindədir. 
Bunun üçün biz, şəxsən mən özüm də hər cür səy göstərmişik 
və bundan sonra da göstərəcəyik.  
Humanitar sahədə dostluq əlaqələrimiz yəqin ki, ayrıca 
təhlil aparılmasını  tələb edir. Siz ölkənizdə rus dilinə  xüsusi 
qayğı göstərildiyini xatırlatdınız. Əlbəttə, bu çox xoşdur. Mənə 
belə gəlir ki, bu, Azərbaycan üçün də çox vacibdir. Çünki biz 
yaxın  ölkələrik, bizim tariximiz uzun müddət birlikdə davam 
etmişdir, rus dili bu mənada müəyyən  əhəmiyyət kəsb edir. 
Lakin bu o demək deyildir ki, Rusiya Azərbaycan dilinin 
inkişafı  üçün heç  nə etməməlidir. Bu yaxınlarda mən teleka-
nalların verilişlərinin peyk vasitəsilə dost ölkələr  üçün yayım-
lanması barədə  qərar qəbul etmişəm. Rusiyada böyük Azər-
baycan diasporu vardır və onun Azərbaycan dilində xəbərlərlə 
tanış olмaсы, proqramlara, filmlərə baxa bilməsi çox vacibdir. 
Əlbəttə, onlar hamısı rusca danışırlar, lakin ana dilini də yadda 
saxlamaq lazımdır. Buna görə də bu cür yayım həyata keçiri-
ləcəkdir. Mənə belə gəlir ki, bu da çox faydalıdır, böyük müba-


 
112
dilələr də öz yerində – məsələn, indicə Siz Ulyanovskdakı mək-
təb və mehriban əməkdaşlığa dair bir sıra başqa nümunələr 
barədə danışdınız. Bu çox vacibdir, elə Rusiya üçün də. Ona 
görə ki, Rusiya çox mürəkkəb,  çoxmillətli,  çoxkonfessiyalı 
dövlətdir və ölkə daxilində vətəndaş sülhü və asayiş olması üçün 
biz qonşularımızla dostluq etməyi bacarmalıyıq.  
Buna görə sizin ölkəyə gəlişimiz bizi çox sevindirir. Dəvət 
üçün sağ olun. Əminəm ki, biz bu gün də, sabah da səmərəli 
danışıqlar aparacaq, dostcasına  ünsiyyət saxlayacağıq.  İndi 
isə Rusiya Federasiyasının Prezidenti kimi, mənə bircə bu 
qalır ki, Azərbaycan prezidenti hörmətli İlham Heydər oğlu-
nun sağlığına, onun xanımı hörmətli Mehriban Arif qızının 
sağlığına, azərbaycanlı dostlarımızın hamısının sağlığına, 
sülh naminə  və xalqlarımızın tərəqqisi naminə badə qaldır-
mağı təklif edim! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
113
 
 
 
AZƏRBAYCAN VƏ RUSİYA 
PREZİDENTLƏRİNİN XANIMLARI İLƏ 
BİRLİKDƏ «İÇƏRİŞƏHƏR» DÖVLƏT TARİX-
MEMARLIQ QORUĞU ВЯ DƏNİZKƏNARI 
MİLLİ PARKЛА ТАНЫШЛЫЬЫ  
  
3 sentyabr 2010-cu il 
 
Azərbaycan prezidenti İlham  Əliyev və Rusiya prezi-
denti Dmitri Medvedev xanımları ilə birlikdə  «İçərişəhər» 
Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmiş, Dənizkənarı Milli 
Parkda olmuşlar.  
Ölkəmizdə  rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri 
Medvedevin və xanımı Svetlana Medvedevanın Bakı ilə tanış-
lığı Filarmoniya bağından başladı. Azərbaycan prezidenti 
İlham  Əliyev və xanımı Mehriban Əliyeva  əsaslı yenidən-
qurmadan sonra ötən il istifadəyə verilən bu bağın tarixi barə-
də Rusiyanın dövlət başçısına məlumat verdilər.  
Qonaqlar İçərişəhəri gəzintiyə çıxdılar. Bildirildi ki, Azər-
baycan tarixinin və  mədəniyyətinin incisi olan İçərişəhər 
dünya mədəni irsinin nadir abidələrindəndir. Azərbaycan 
tarixinin canlı  əfsanəsi olan İçərişəhər memarlıq kompleksi 
dünyada misilsiz abidələrdən biridir. Burada aparılan arxeo-
loji qazıntılar zamanı milli dövlətçilik tarixinin açılmamış 
səhifələri  öyrənilmiş, Böyük  İpək yolunun üstündə yerləşən 
qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar 
aşkar olunmuşdur. Elə buna görə  də 1985-ci ildən Dövlət 
Tarix-Memarlıq Qoruğu elan edilən  İçərişəhər 2000-ci ildən 
YUNESKO-nun Dünya irs siyahısına daxil edilmişdir.  
Rusiyanın dövlət başçısı  və xanımı  İçərişəhərdə milli mət-
bəximizin nümunəsi olan təndir çörəyinə qonaq oldular.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə