Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

 
114
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara 
qonaqlarda böyük maraq doğurdu. Qonaqlar Şirvanşahlar 
sarayında da oldular. Qeyd edildi ki, Şirvanşahlar saray 
kompleksi XV əsrin əvvəllərində tikilmişdir. Kompleksə daxil 
olan abidələr  İçərişəhərin  ən yüksək yerində yerləşir. Qız 
qalası da sarayın yaxınlığındadır. Eradan əvvəl VII–VI əsrlər-
də  əsası qoyulan Qız qalası XII əsrdə  bərpa edilmişdir. 
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan Qız qalası 
silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri bir 
tikilidən ibarətdir. Məscid-mədrəsə  və XII əsrə aid bazar da 
burada yerləşir. Burada o dövrə aid qəbir daşları və totemlər 
saxlanılır.  
Prezident Dmitri Medvedev və xanımı  İçərişəhərdə  nüma-
yiş olunan milli sənətkarlıq nümunələrinə  вя  üzərində pay-
taxtımızın rəmzi olan qədim abidələrimizin  əks olunduğu su-
venirlərə  baxdılar.  
Azərbaycan rəssamlarının  çəkdiyi  əsərlər də qonaqlarda 
maraq doğurdu. Rusiya prezidenti və xanımı  İçərişəhərdə 
yerləşən qalereyada qədim abidələrimizin  əks olunduğu rəsm 
əsərlərinə tamaşa etdilər.  
Qonaqlar  çay süfrəsi arxasında  İçərişəhərdən bəhs edən 
filmə baxdılar.  
Rusiya prezidentinə xatirə olaraq hədiyyə təqdim olundu.  
Azərbaycan prezidenti İlham  Əliyev və xanımı Mehriban 
Əliyeva, Rusiya prezidenti Dmitri Medvedev və xanımı Svet-
lana Medvedeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxdılar.  
Azərbaycan paytaxtı ilə tanışlıq Rusiya dövlətinin başçı-
sında və xanımında zəngin təəssürat doğurdu. 
 
 
 
 
 


 
115
 
 
 
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ 
ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ PİTER 
SEMNEBİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 
HEYƏTİ ИЛЯ ЭЮРЦШ  
  
Prezident sarayı  
 
6 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi 
nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə 
heyətini qəbul etmişdir.  
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli 
əlaqələr, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  müna-
qişəsinin nizama salınması, enerji sahəsində  əməkdaşlıq və 
digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
 
 
 
 
 
 


 
116
 
 
 
MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ 
İFTAR SÜFRƏSİ МƏRASİMİ   
  
6 sentyabr 2010-cu il 
 
Sentyabrın 6-da Qafqaz Müsəlmanları  İdarəsinin sədri 
şeyxülislam Allahşükür Paşazadə  müqəddəs Ramazan ayı 
münasibətilə öz iqamətgahında iftar süfrəsi açmışdır.  
Azərbaycan prezidenti İlham  Əliyev iftar mərasimində 
iştirak etmişdir.  
Ş e y x ü l i s l a m  A l l a h ş ü k ü r  P a ş a z a d ə:  Bismillahir-
rəhmanir-rəhim!  
Zati-aliləri, möhtərəm cənab Prezident!  
Möhtərəm səfirlər və əziz din qardaşlarım!  
Hörmətli qonaqlar!  
Bugünkü  məclisimizdə  əziz qonaqlarımıza, xüsusən döv-
lətimizin başçısı  möhtərəm cənab  İlham  Əliyevə  ən səmimi 
salamlarımı yetirir, islam aləminin müqəddəs mərasiminə 
göstərdiyiniz ehtirama və  dəvətimizi qəbul etdiyinizə  görə 
Qafqaz müsəlmanları adından və  şəxsən  öz adımdan sizə 
dərin minnətdarlığımı bildirirəm.  
Hər il mübarək Ramazan ayında möhtərəm Preziden-
timizlə iftar süfrəsində görüşmək gözəl ənənəyə çevrilib. Biz 
dindarlar  üçün bu məclis yalnız iftar süfrəsi deyil, həm də 
birliyimizin, tolerantlığımızın, həmrəyliyimizin nümunəsidir. 
Şükr edirəm ki, Allah-taala hər il bizə dövlətimizin başçısı ilə 
görüşün səadətini və  müqəddəs Ramazanın nemətini bəxş 
edir. Əminəm ki, inşallah, biz hamımız gələcəkdə bu nemət-
dən yenə də faydalana biləcəyik.  
Hər  şeydən  əvvəl, mənim 60 illik yubileyimin yüksək 
səviyyədə keçirilməsi, dünyanın nüfuzlu din xadimlərinin, 
dövlət rəhbərlərinin bu tədbirdə  iştirakı  ölkəmizin dini hə-


 
117
yatında mötəbər hadisəyə  çevrildi. Mən hər zaman fəxr 
etmişəm ki, həyatımın 30 ilindən çoxu bir şeyxülislam kimi, 
böyük qardaşım, fenomen şəxsiyyət, ulu öndərimiz mərhum 
Heydər  Əliyevlə birgə olub və onun dəyərli tövsiyələri ilə 
milli mənəviyyatımızın formalaşmasına, islamın tərəqqisinə 
və Azərbaycan dövlətçiliyinə xidmətdə keçib. Uzun illik 
dostluğumuz və  səmimi  ünsiyyətimiz dövlət və din müna-
sibətlərinin təməl  əsaslarını  möhkəmlədib, müstəqil Azər-
baycanın dünyaya bəyan etdiyi yeni tolerant imicini forma-
laşdırıb. Mən bu müddətdə layiq görüldüyüm ali təltifləri bir 
dini rəhbərin dövlət qarşısında fəaliyyətinə verilən yüksək 
qiymət kimi dəyərləndirirəm.  Ötən ilin noyabr ayında ke-
çirilən təntənəli mərasimdə  mənə  «Şərəf» ordenini Azər-
baycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliye-
vin  şəxsən təqdim etməsini həyatımın  ən gözəl məqamla-
rından sayıram və düşünürəm ki, bu orden təkcə mənə yox
Qafqaz Müsəlmanları  İdarəsinin dövlətçiliyimiz naminə 
apardığı  mənəvi fəaliyyətə verilən ali mükafat kimi, bizi öz 
işimizdə daha da məsuliyyətli olmağa çağırır.  
İkinci  əlamətdar hadisə bu ilin aprel ayında din xadim-
lərinin  Ümumdünya Sammitinin Bakıda keçirilməsi oldu. 
Millətlərarası  və dinlərarası  münasibətlərin bərpası  və inki-
şafına xidmət edən bu tədbirdə Azərbaycanın dünyaya bə-
yan etdiyi sülh, qlobal dialoq, tolerantlıq və mədəni intibah 
çağırışları bir daha təsdiqini tapdı. Dünyanın nüfuzlu dini 
mərkəzlərinin – Moskva və Bütün Rusiya Patriarxının, Gürcüs-
tan Patriarxının, Vatikanın, Eçmiədzinin, yəhudi, buddist, 
induist və digər dini cərəyan nümayəndələrinin iştirakı ilə 
keçirilən Bakı Sammiti hələ uzun illər tarixi fakt kimi diqqət 
mərkəzində olacaqdır.   
Bu ilin yaddaqalan hadisələri sırasına  ölkəmizin milli 
mənəvi dəyərlərindən olan qədim tarixi abidələrin təmir və 
bərpa işlərini də  əlavə etmək istərdim. Onu da qeyd etmək 
istərdim ki, prezidentimiz cənab  İlham  Əliyev müsəlman 
məscid və ziyarətgahları ilə yanaşı, xristian və yəhudi ibadət 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə