27
Hər bir standarta daxildir:
–
onun vəzifələrinin və konsepsiyalarının şərhi;
– onun əhatə etdiyi problemlər dairəsi;
–
terminologiya;
–
həmin standartın tətbiqi meyarları;
–
qiymətləndirmə bazaları və uçot metodları;məlumatın açıqlanması üsulları və
izahlar.
İdarə heyəti daxilində konsensusa nail olmaq (səslərin 2/3 və 3/4), habelə
təklif olunan
standartlara yerli uçot sistemlərinin uyğunlaşması zamanı kompromis
axtarışları tələb olduğundan standartların qəbul edilməsi prosesi uzunsürən və
mürəkkəbdir. Beynəlxalq standartlar çevikliyi ilə fərqlənirlər və bir qayda alaraq,
eyni məsələlərin alternativ həllərini təklif edirlər. Lakin bu cür uzlaşdırma üsulu
yetərincə səmərəli deyil, buna görə də öz təsirinin artması üçün Komitə alternativ
variantların aradan götürülməsi üçün cəhdlər edir.
Standartların tətbiqi müxtəlif şəkildə aparıla bilər: standartların bütövlükdə və
ya onun ayrı-ayrı müddəalarının milli qanunvericiliyə daxil edilməsi yolu ilə;
onların milli mühasib assosiasiyalarının tövsiyələri ilə və müşahidəsi altında və ya
fond birjalarının işi üçün məsul olan orqanların nəzarəti altında tətbiqi; nəhayət, ən
liberal yolla – müəssisələrin təklif olunan normalarına əməl etməyə könüllü qərarı
ilə.
Komitə peşəkar mühasiblərin regional birliklərinin, eləcə də Mühasiblərin
Beynəlxalq
Federasiyasının dəstəyindən istifadə edir. Sonuncu 1977-ci ildə
yaradılmışdır.
O, Komitənin fəaliyyətini təkrarlamır, mühasibat fəaliyyətinin etik və təhsil
problemlərini, həmçinin auditor məsələləri ilə məşğul olur; uçot sənətini
beynəlxalq aləmdə təmsil edir, maliyyə hesabatının mühasibat uçotunun
beynəlxalq standartlarına uyğunluğunu təsdiq edir.
Beynəlxalq mühasibat standartları üzrə Komitənin BMT-nin hökumətlərarası
ekspert qrupu tərəfindən bəyənilmiş standartları gələcəkdə məcburi hesab edilə
28
bilər və BMT-nin üzv-hökumətləri onların milli səviyyədə lazımi nizamlanmasını
təmin etməlidirlər.
Mühasibat uçotunun və hesabatın standartlaşdırılması işində BMT-dən fərqli
olaraq, əsasən, sənaye cəhətdən inkişaf etmiş ölkələrlə məşğul olan İƏİT iştirak
edir.
Avropa birliyində ümumi inteqrasiya prosesləri çərçivəsində vergiqoyma, pul
və maliyyə sistemləri, şirkətlər haqqında qanunvericiliyin uzlaşdırılması prosesi
gedir. Uçot, maliyyə hesabatı və auditor nəzarəti sahəsində tənzimləmənin
uzlaşdırılması üzrə tədbirlər bu istiqamətin bir hissəsidir. Bu sahədə direktivlərin
məqsədi səhmdarların, fəhlə və qulluqçuların, şirkətlərə nisbətən üçüncü olan
şəxslərin və qrupların bütün birlik çərçivəsində tarazlaşdırmış müdafiəsidir.
Direktivlər təkcə fond birjalarında öz qiymətli kağızları məzənnələşdirən şirkətlər
üçün nəşr olunmur, prinsipcə məhdud məsuliyyəti bütün şirkətlərə aiddir.
Direktivlər işlənib-hazırlanarkən Komissiya Avropa diplomlu mühasiblər
assosiasiyası ilə sıx əməkdaşlıq edir, direktivlərin layihələrinin müzakirəsində
biznesin, bankların, birjaların nümayəndələri, hüquq mütəxəssisləri və bütün
marağı olan təşkilatlar və şəxslər iştirak edirlər.
AB və Beynəlxalq uçot standartları üzrə Komitə arasında güclənən qarşılıqlı
fəaliyyət beynəlxalq standartların hüquqi nizamlanması prosesinə müsbət təsir
göstərir.
1990-cı ilin əvvəlində Komissiya uçotun standartlaşdırılması prosesində
iştirak edən bütün tərəflərin nümayəndələrini (milli və ümumavropa təşkilatları,
akademik dairələr, maliyyə informasiyasının istifadəçiləri) birləşdirən Uçot üzrə
Məsləhətçi Forumun təşkil olunması barədə qərar qəbul etmişdir.
Forumun
vəzifəsi
– Komissiyanı dünya təsərrüfatının inkişafının
tendensiyalarını əks etdirən mühüm problemlər ilə əlaqədar (direktivlərə kifayət
qədər tam nəzərə alınmamış, məsələn, xarici valyutaya əməliyyatlar, maliyyə
lizinqi, uzunmüddətli kontraktlar, hökumət qrantları, yeni maliyyələşdirmə alətləri
29
və s.) məsləhətləşmələr aparmaq, uçot və hesabatın uzlaşdırılması üçün səylərin bu
tendensiyalarla eyni olmasını izləməkdir.
Bəzi mütəxəssislər və praktiklər, ümumiyyətlə, uzlaşdırmanın nəticələrinə
şübhə ilə yanaşırlar, hesab edirlər ki, uçot sisteminə prinsipial dəyişiklər daxil
edilməmişdir. Lakin uçotun inteqrasiyası və standartlaşdırılması yolunda mövcud
olan obyektiv və subyektiv çətinliklərə baxmayaraq, bu istiqamətdə səylərin və
işlərin davam etməsinin zəruriliyini etiraf etmək lazımdır.
30
1.4. Azərbaycanda mühasibat uçotu standartlarına əsaslanan
prinsiplər
Mühasibat uçotunun aparılması zamanı Büdcə Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartlarına əsaslanan ehtimallara (prinsiplərə), maliyyə
hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin
qiymətləndirmə metodlarına üstünlük verilir. Mühasibat uçotunu tənzimləyən
qanunvericilik aktlarında əks olunan tələblərin və ya təşkilatın iş xüsusiyyətinin
dəyişdirilməsi ilə əlaqədar, dövlət büdcəsindən maliyyələşən təşkilatın uçot
siyasətinin müvafiq müddəalarında da düzəlişlər aparılmalı və istifadəçilərin
diqqətinə çatdırılmalıdır.
Mühasibat uçotunun hesablama metodu dedikdə əməliyyatların, digər hadisə
və şərtlərin onların baş verdiyi zaman (və yalnız pul vəsaitinin və ya onun
ekvivalentinin alınması və ya ödənilməsi zaman deyil) uçota alınması başa
düşülür. Mühasibat uçotunun hesablama prinsipi əsasında uçota alınan maliyyə
hesabatlarının elementləri (aktivlər, öhdəliklər, xalis aktiv/kapital, gəlirlər və
xərclər) onların baş verdiyi zaman aid olduğu dövrlər üzrə maliyyə hesabatlarında
tanınır. Təşkilatın fəaliyyətinin fasiləsizliyi konsepsiyası dövlət büdcəsindən
maliyyələşən təşkilatın fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin
dayandırılması və ya fəaliyyətinin, həcminin əhəmiyyətli dərəcədə ixtisara
salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur. Dövlət
büdcəsindən maliyyələşən təşkilatın fəaliyyətinin fasiləsizliyi barədə ehtimal
aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə
zəmin yaradır. Əgər təşkilatın ləğv olunacağı ehtimal olunarsa, aktivlərin
qiymətləndirmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil,
onların ehtimal olunan satış dəyərindən (yəni satış üzrə xərclər çıxılmaqla, satış
qiyməti) istifadə olunmalıdır.
Maliyyə hesabatlarında təqdim edilən informasiyaları istifadəçilər üçün daha
yararlı edən keyfiyyət xüsusiyyətləri aşağıdakı amillər hesab edilə bilər:
Dostları ilə paylaş: |