23
– Maliyyə vəziyyəti haqqında informasiya;
–
Pul resursları və onların hərəkəti haqqında informasiya;
– Fondların hərəkəti və maliyyələşdirilməsi haqqında informasiya;
–
Maliyyə riskləri haqqında informasiya.
Bundan əlavə, daha ətraflı hazırlanmış konkret informasiya, nəzarət və
idarəetmə həllinin qəbul edilməsi menecerlər üçün vacibdir.
İdarəetmə uçotu müəssisənin təsərrüfatdaxili proseslərinə xidmət edir. Burada
uçot və hesabat müəssisənin idarə olunması üzərində daxili nəzarəti təşkil edir.
Operativ idarəetmə həllinin qəbul edilməsi üçün vacib olan informasiya ilk
növbədə məsrəflərə aiddir. Bu informasiya çox qısa bir zamanda daxil olmalıdır, o,
idarəetmənin
tələbatlarına
uyğun
olaraq
ətraflı
hazırlanmalı
və
ümumiləşdirilməlidir; həmçinin müəssisənin perspektiv inkişafı məsələlərinə
uyğun olaraq formalaşmalıdır.
İdarəedici firmadaxili istehsal uçotunun təşkilinin prinsipləri müəssisə
tərəfindən onun konkret tələbatlarına uyğun olaraq sərbəst müəyyən edilir. Eyni
zamanda, aralarında olan fərqə baxmayaraq, maliyyə və istehsal uçotu qarşılıqlı
əlaqəlidirlər. İstehsal uçotunda maliyyə uçotunun göstəriciləri istifadə olunur, öz
növbəsində idarə uçotu maliyyə mühasibatlığında istifadə edilən, misal üçün, mal-
material ehtiyatları qiymətləndirdikdə, göstəriciləri təqdim edir.
İdarə uçotu xərclərin və səmərəliliyin qarşılıqlı əlaqəsi üçün zəminlər yaradır.
İdarə uçotu menecmentin mühüm məsələlərini təmin etməlidir:
–
uzunmüddətli
planda
müəssisə
siyasətinin
formalaşdırılması
və
proqnozlaşdırılması;
–
qısa müddətə planlaşdırma.
Müəssisə rəhbərliyi inkişaf strategiyası məsələlərini həll edərkən
mühasibatlıqdan daxil olan satış həcmi, maya dəyəri, qiymət və mənfəət barədə
informasiyadan istifadə edir.
Alternativ variantların təhlili üçün, məsələn, xərclərin hesablanmasına haşiyə
yanaşma kimi və idarə uçotunun digər spesifik iş üsulları istifadə edilir.
24
İdarə mühasibatlığı üçün təşkilati baxış hədsiz dərəcədə vacibdir. Ayrı-ayrı
bölmələrin hüquq və vəzifələrinin düzgün bölüşdürülməsi üçün struktur yaradılır.
Təşkilati baxış, birincisi, müvafiq smeta (büdcə) üzərində nəzarət və onların
planlaşdırılmasını təmin etməlidir; ikincisi, fəaliyyətin səmərəliliyinin yüksəlməsi
və istənilməz kənarlaşmağın aradan qaldırılmasında istehsal prosesinə operativ
müdaxilə tələbatlarına cavab verməlidir.
İdarə uçotunun əsas məsələlərindən biri bütün mərhələlərdə şirkətin ayrı-ayrı
bölmələrinin fəaliyyətinin əlaqələndirilməsidir. Maliyyə resurslarının öz təyinatı
üzrə istifadə edilməsi, istehsalın həcmi və satış həcmləri ilə bağlılığı tələb olunur.
Əlaqələndirmənin məqsədləri smetaların icrasına nəzarət vasitəsi ilə həyata
keçirilir.
İdarə uçotunun digər vacib aspekti – informasiyanın idarəetmənin ayrı-ayrı
səviyyələrinə ötürülməsi, idarəetmə sisteminin müxtəlif hissələri arasında
informasiya mübadiləsinin təşkili, yəni əlaqə yaratmaqdır. Bu məsələ bir çox
müəssisələrdə geniş inkişaf etmiş idarəetmənin informasiya sisteminin təşkili
vasitəsi ilə həll edilir.
25
1.3. Uçot və hesabat standartlarının hazırlanmasında beynəlxalq
təşkilatlar və onların rolu
Beynəlxalq uçot standartları sahəsində hazırda bir sıra ictimai təşkilatlar
fəaliyyət göstərir.
Mühasibat uçotunun beynəlxalq standartlarını işləyib-hazırlayan və onların
tətbiqinə kömək edən təşkilatlar:
Beynəlxalq mühasibat standartları üzrə Komitə
İnternational Accounting Standarts Committee (IASK)
Birləşmiş Millətlər Təşkilatı
İqtisadi və Sosial Şura
Transmilli şirkətlər üzrə Komissiya
Uçot
və
hesabatın
beynəlxalq standartları üzrə
ekspertlərin
hökumətlərarası işçi qrupu
İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı
Avropa Birliyi
Peşəkar mühasiblərin digər regional təşkilatları
Qiymətli kağızlar və birjalar üzrə Komissiya
Maliyyə uçotu standartları üzrə Şura Financial
Beynəlxalq mühasibat standartları üzrə Komitə 1973-cü ildə Avstraliyanın,
Kanadanın, Fransanın, AFR-ın, Yaponiyanın, Meksikanın, Hollandiyanın, Böyük
Britaniyanın, İrlandiyanın və ABŞ-ın peşəkar mühasibat təşkilatları tərəfindən
yaradılmışdır. Hal-hazırda bu Komitədə 76 ölkədən 100-dən artıq peşəkar
mühasibat birlikləri və assosiasiyaları iştirak edir. Komitə müstəqil, qeyri-hökumət
təşkilatıdır. Rəhbər orqan İdarə heyətidir, ona 13 ölkənin milli mühasibat
təşkilatları daxildir.
26
Beynəlxalq mühasibat standartları üzrə komitənin əsas vəzifələri aşağıdakılar
hesab edilir:
–
maliyyə hesabatı tərtib olunarkən ictimaiyyət üçün maraq kəsb edən
standartları işləyib-hazırlamaq və dərc etmək;
–
onların yayımına, qəbul edilməsinə və onlara əməl olunmasına beynəlxalq
səviyyədə şərait yaratmaq;
–
uçotun, mühasibat standartlarının və uçotun və hesabatın prosedurlarının milli
tənzimlənməsinin təkmilləşdirilməsi və uzaqlaşdırılması (harmonizasiyası)
üzrə işlər həyata keçirmək.
Məqsədlərinə nail olmaq üçün Komitə müxtəlif ölkələrdə uçotun və hesabatın
mövcud təcrübəsinin icmallarını həyata keçirir, milli uçot standartlarının tənqidi
qiymətini və bu standartların tətbiqi üzrə tövsiyələr verir.
Komitə öz işində standartlar üzrə milli Komitələrlə qarşılıqlı fəaliyyət göstərir.
Komitənin fəaliyyəti təkcə peşəkar mühasiblər və maliyyə analitiklərini təmsil
edən təşkilatlar tərəfindən yox, həm də həmkarlar təşkilatları, fond birjaları,
maliyyə institutları, sahibkarlar ictimaiyyətləri tərəfindən dəstəklənir və tanınır.
Dünya səviyyəsində Komitə – mühasibat uçotu standartları buraxan rəsmi
tanınmış yeganə təşkilatdır.
Standartların işlənib-hazırlanması və buraxılışı üsulu bir neçə mərhələdən
ibarətdir. Katiblik idarə heyətində müzakirə edilən və sonra işçi-orqana problemə
əsas yanaşmaları müəyyən edən və onları araşdırmaya təqdim edən hazırlıq
komitəsinə göndərilən gələcək beynəlxalq standartların mövzusunu hazırlayır.
Hazırlıq komitəsi idarə heyətindən iradları alaraq maraqlanan ictimaiyyətə təqdim
edilmək üçün idarə heyətinin səslərinin 2/3-ci ilə bəyənilmiş standartın layihəsinin
ilk variantını dərc edir. 6 ay ərzində istənilən mütəxəssis sonra idarə heyəti
tərəfindən nəzərdən keçirilən öz irad və təkliflərini verə bilər. Son layihə idarə
heyəti tərəfindən bəyənilir (onun iştirakçılarının səslərinin 3-4-dən az olmayaraq),
tərcümə və dərc olunma üçün Komitənin bütün üzv-ölkələrinə göndərilir. Bu
təxminən 3 il çəkir. Yalnız bundan sonra standart qüvvəyə minir.
Dostları ilə paylaş: |