17
sonlarında İngiltərədə baş vermişdir. Belə ki, o zamanlar vəzifəli şəxslərin
əksəriyyəti savadsız idi, sənədlər yoxlanmaya o qədər də məruz qalmırdı, belə ki,
şifahi ifadələrin yoxlanılması (“auditor”) sözü də burdan götürülüb. Nəticə belə
sözlərlə başlanırdı: “aşağıda imzalanan auditorlar tərəfindən dinlənilib”.
1492-ci ildə, Paçolinin kitabları işıq üzü görməmişdən iki il öncə, Xristofor
Kolumb ispan gəmisində Amerika sahillərinə yola düşdü. Maraqlısı odur ki,
Kolumb əslən Genuyadan idi və bizə məlum olan ilk mühasibat qeydləri məhz bu
şəhərdə tapılmışdır, daha maraqlısı isə, bu səyahətdə onu saxtakarlığın qarşısının
alınması üçün ispan məhkəməsi tərəfindən təyin olunan auditor müşayiət edirdi.
XIX əsrin sonlarında nəzəriyyə praktikadan ayrılmışdır, ilk hesablayıcı
cihazlar meydana çıxmış, uçotun iqtisadi baxışları güclənmişdir.
1944-cü ildə mühasiblərin beynəlxalq gerbi təsis olunmuşdur: çevrənin
kənarında – “Elm. Vicdan. Müstəqillik” sözləri yazılmışdır. Gerbin içində təsvir
edilmiş günəş – “mühasibat uçotu bütün təsərrüfat fəaliyyətini işıqlandırır”; tərəzi
– “balans”; Bernulli əyrisi – bax: Bernullinin sitatı “mühasibat uçotu bir dəfə
meydana gələrək, həmişə mövcud olacaq” mənasını verir.
Buxalter sözünün əmələ gəlməsi maraq doğurur. Kitablarda hesab aparılır
(“kitab sahibi” – mühasib). Mühasibat uçotu – “kitabları tərtibetmə bacarığıdır”.
1494-cü ilə qədər Almaniyada hesablama işlərinin tərtib edilməsini idarə
edən şəxslər yazar adlanırdılar (Schreiber, ... Camerschreiber) və yalnız bu ildən
“mühasib” adı tədricən “vətəndaşlıq” hüququnu qazanmışdır, hansı ki, XVI əsrdə
hesablama üzrə ədəbiyyatların bir çoxunun inkişafına imkan yaratmışdır.
Müqavilə münasibətləri mühasibin görünüş dairəsindən “vətəndaşlıq”
şəxsiyyəti tədricən yox etdi, hüquqi konstruksiya yararlığının gələcək inkişafını
tapmadı. Bunun əvəzinə müəyyən olundu ki, mühasib hüquqşünas deyil –
iqtisadçıdır. Bu baxışları daha dolğun fransız məktəbi ifadə etdi, o, öz
başlanğıcını Jak Savarinin (1622-1690) təlimindən almışdır. Savarinin tədqiqat
mərkəzində hesabların sintetik və analitik hesab bölgüsü aparılırdı.
18
Cari qiymətlərlə qiymətləndirilən balansa sahibkarın xüsusi mülkiyyəti də
daxil edilirdi, belə ki, sahibkarın bütün mülkiyyətinə iddia ilə müraciət oluna
bilərdi. Savari də fərdi müəssisənin elmi banisi oldu. O, idarəetmə funksiyası
kimi mühasibat təfsirini qəbul edirdi və idarəetmə uçotu yaradıcılarından biri
hesab edilə bilər. Prudon P.J., Leote E., Gilbo A., Dümarşe J.B., Panqlo Ş.,
Delaport R., Burnisyon J., Tom A. fransız məktəbinin baxışlarını hərtərəfli qəbul
etdilər.
Bütün dəyərlər maya dəyəri üzrə qeydə alınır. Fransız məktəbinə görə, gəlir
yalnız pul daxilolmaları hesab edilə bilər. Məsələn, alıcıya göndərilən mal satılmış,
gəlir isə qəbul olunmuş hesab edilə bilməz, belə ki, onlar ödənilməyib. Mühasibat
uçotunun əhatə dairəsinin siyasi iqtisadiyyatın sərhədlərinə qədər
genişləndirilməsi və milli iqtisadiyyatın yaradılması fransız məktəbini məcbur etdi
ki, xalq təsərrüfatının bütün sahələri üçün uçot qurulanadək mühasibat uçotu
metodologiyasını təkmilləşdirsin.
Əgər İtaliya məktəbi mühasibat uçotunu hüquq əsasında izah edirdisə
(“Uçot – bu, cəbri hüquqdur”), fransız məktəbi siyasi iqtisad (“Uçot – dəqiq
iqtisadi siyasətdir”) əsasında izah edirdi.
Alman məktəbinin elmi tərəfi mühasibat uçotunun təsərrüfat prosesinin
hesablama üsulunu xüsusi riyazi dilə çevirmişdir. Belə ki, mühasibat üsulunun
əsasında balans bərabərliyi durur:
aktivlər = passivlər,
Alman məktəbində olduğu kimi hesablamada dəyişikliklər balansdan
hesaba aparılıb. Tərəflərin məzmununa ziddiyyət kimi baxılırdı: aktiv hesabların
debeti – çoxalma, krediti – azalma, passiv hesablarda isə əksinə. Lakin ödəniş
hesabı üzrə qeydlərin izahı verilmirdi.
Yanaşmanı bütövlükdə “uçot strukturu” adlandırmaq alman müəllifləri üçün
daha düzgündür. Onun fərqli xüsusiyyəti – bütöv strukturun öyrənilməsi hadisəsi
kimi baxılmasıdır. Əgər italyan və fransız məktəbləri xüsusilikdən ümumiliyə
doğru, yəni induksiya yolu ilə addımlayırdısa, almanlar isə təsərrüfat həyatının
19
əsaslarını ümumilikdən xüsusiliyə hərəkət edərək öyrənirdi, yəni deduksiya yolu
ilə hesabdan balansa deyil, balansdan hesaba doğru. Alman məktəbinin
nümayəndələri bir çox müəssisənin istehsal toplusunu bütünlüklə 3 qrupda
təsnifləşdirmişdi: birməhsullu birdəyişənli, birməhsullu çoxdəyişənli və paralel
tsiklli, sonradan toplanmış istehsallar (Şer İ.F.).
1910-1940-cı illər ingilis-amerikan məktəbinin inkişaf dövrünün
başlanğıcıdır. Onların arasında Şpruqa Ç.E., Littlton A.Ç., Paton B.E., Mey O.,
Harrison Ç., Piksel F., Sviney Q., Hiqqins D., Entoni R. kimi görkəmli
nümayəndələri qeyd etmək vacibdir.
Rusiyada mühasibat uçotu nəzəriyyəsi XIX-XX əsrin əvvəllərində alman
məktəbi ideyalarına uyğun olaraq inkişaf etmişdi.
Maraqlıdır ki, mühasibat uçotu haqqında ilk kitab Rusiyada Sankt-
Peterburqda 1783-cü ildə rəmzi ad “Ticarət açarı” adı ilə nəşr edilib. Milli
Mühasibat Uçotu tarixi məhz ondan başlanır. Məktəbin yaranması A.P.
Rudanovskinin, L.İ.Qomberqin, A.M.Qalaqanın adları ilə bağlıdır. Məktəbin
nümayəndələri hesabdarlığın predmetini ayrı-ayrı təsərrüfatda görürdülər.
L.Qomberq birincilərdən biri kimi qiymətləndirmə növlərinin təsnifatını
işləyib hazırlamışdır:
A.Rudanovski bir sıra ideyalar irəli sürərək bütün Rusiya mühasiblərinə
örnək oldu:
– köhnə “kapital” əvəzinə, “fond” anlayışını təklif etdi;
– “satış” hesabının bütün hesablar planının tərkib hissəsi olduğunu
əsaslandırdı;
– ən məşhur mühasiblərdən biri kimi yığım cədvəlinin prinsipini tətbiq
etmişdir. O, inflyasiya indeksini nəzarətə alaraq, balans maddələrinin yenidən
qiymətləndirilməsinin əksinə olaraq bütün iqtisadi dəyərləri və həyatda baş verən
faktları uçota götürməyi nəzərə aldı. Rudanovski tərəfindən balans təhlili dörd
metoda ayrılıb: eksperimental – hesablar arasında əlaqələrin yaradılması; müqayisə
əsasında maliyyə nəticələrinin hesablanması; texnologiya – mühasibat
Dostları ilə paylaş: |