7
14.3. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu Standartları ilə
tələb olunan informasiyanın açıqlanması .............................................................. 365
14.4. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti və
uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması ............................ 369
Əlavələr ............................................................................................................................... 386
İstifadə olunmuş ədəbiyyat ............................................................................................... 444
8
GIRIŞ
Siyasi və iqtisadi müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının
gələcək iqtisadi və sosial inkişafı eyni zamanda
dövlət büdcəsinin tərtibi, təsdiqi və
icrasında zəruri dəyişikliklərə səbəb olmuş, respublikada kiçik və orta
sahibkarlığın və bazar iqtisadiyyatının inkişaf etdirilməsinə şərait yaratmışdır.
Nəticədə dövlət büdcəsinin əhəmiyyəti və rolu heç də azalmamış, əksinə, onun
bazar iqtisadiyyatı tələblərinə cavab verə biləcək səviyyədə inkişaf etdirilməsi
ciddi zərurət kəsb etmişdir.
Dövlət büdcəsi xalq təsərrüfatı kompleksinə daxil olan külli miqdarda idarə,
müəssisə və təşkilatların iqtisadiyyatının və təsərrüfat fəaliyyətinin bütün
cəhətlərini əhatə etməklə onların bir-biri ilə, eləcə də dövlətlə, digər təsərrüfat
təşkilatları ilə, maliyyə-kredit sistemi ilə qarşılıqlı əlaqələrini əhatə edir, onlara
nəzarət edir və bu əlaqələri nizamlayır.
Məlumdur ki, Respublikada bütün sosial-mədəni tədbirlər və elmin inkişafı
ilə bağlı xərclər hazırda Azərbaycan Respublikasının Dövlət Büdcəsindən
maliyyələşdirilir.
Hal-hazırda Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin çox geniş şəbəkəsi
mövcuddur. Respublikada çoxlu sayda ümumtəhsil məktəbləri, ali və orta ixtisas
təhsili müəssisələri, geniş elmi-tədqiqat və təcrübə-konstruktor təşkilatları, onlarla
şəhər, kənd xəstəxanası, poliklinikalar, digər tibb ocaqları, klublar və s. mövcuddur.
Əmək qabiliyyətli əhalinin əksər hissəsi bu sahələrdə çalışır və əhaliyə bu və ya
digər formada xidmət göstərir. Respublikanın indiki vəziyyətində bu nəhəng
şəbəkənin inkişafı və saxlanması üçün tələb olunan maliyyə vəsaitinin mənbələri
və onların xərclənməsi istiqaməti ciddi uçot və nəzarət tələb edir. Ona görə də
yaxşı təşkil edilmiş mühasibat uçotu ehtiyat və imkanların üzə çıxarılmasına,
qənaət rejiminin gözlənilməsinə, maliyyə intizamının qorunmasına şərait yaradır.
Dövlət büdcəsinin proqnozlaşdırılması büdcənin icrası prosesində mühüm
əhəmiyyət kəsb edir. O, büdcə gəlirlərinin daxil olması, vəsaitlərin xərclənməsi,
9
uçot və hesabatın, ilk, cari və sonrakı nəzarətin təşkili, sosial və iqtisadi inkişafın
tələblərinə uyğun olaraq milli gəlirin səmərəli surətdə bölüşdürülməsinə imkan
yaradır.
İndiki şəraitdə ölkənin milli ictimai prosesində yeni mərhələlər, bəzən çətin
dərk edilə bilən, lakin mütləq və zəruri olan sosial inkişafın səviyyəsindən asılıdır.
Dövlət büdcəsi bu proseslərin hər biri ilə əlaqəlidir.
Bu dərslik yazılarkən müəlliflər mövcud metodiki göstərişlərlə yanaşı, hal-
hazırda bazar iqtisadiyyatı şəraitində və yeni tipli mülkiyyət formasına əsaslanan
müxtəlif təşkilat formalarının meydana çıxması ilə əlaqədar olaraq büdcə
sisteminin təşkili və idarə edilməsi, maliyyələşdirmə, uçot, maliyyə nəzarəti və
digər fəaliyyət sahələrində baş verməkdə olan dəyişiklikləri də nəzərə almağa
çalışmışlar.
10
I FƏSİL. Büdcə təşkilatlarında uçotun nəzəri və metodoloji əsasları
1.1. Hesabdarlıq və mühasibat uçotu tarixindən; 1.2. Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan
uçotdan bazar münasibətləri şəraitində aparılan uçota keçid; 1.3. Uçot və hesabat standartlarının
hazırlanmasında beynəlxalq təşkilatlar və onların rolu; 1.4. Azərbaycanda mühasibat uçotu
standartlarına əsaslanan prinsiplər
“İkili hesabdarlıq! Bu, insan zəkasının
ən gözəl kəşflərindən biridir.”
Höte
“Bir dəfə yaranan mühasibat
uçotu əbədi mövcud olacaq.”
Bernulli
1.1. HESABDARLIQ VƏ MÜHASİBAT UÇOTU TARİXİNDƏN
Müasir tədqiqatçılar mühasibat uçotunun yaranmasının müxtəlif dövrləri
haqqında danışırlar.
Biz heç vaxt mühasibat uçotunun əsl başlanğıcının yaranmasını
bilməyəcəyik, çünki heç kim bir “şey” baş verən zaman həyata “heç nə”nin
meydana gəlməsinin dürüstlüyünə əmin deyildir.
Əslində, “mühasibat nə vaxt yaranmışdır” sualına cavab vermək
çətindir. Lakin onların hamısı 1340-cı il tarixli ikili mühasibat sisteminin ilkin
sübutu kimi, Genoanın bələdiyyə qeydləri ilə yekdilliklə razılaşırlar. 1494-cü
ildə Venesiyada nəşr olunmuş “Hesablara və qeydlərə dair traktat” əsərində
Fransisko rahibi Luka Paçoli tərəfindən mühasibat uçotunun sistemləşdirilməsi
danılmaz faktdır.
1994-cü ildə ikili mühasibat haqqında ilk nəşr olan Paçolinin traktatının işıq
üzü görməsinin 500 illiyi qeyd olunmuşdur.