11
İnsan fəaliyyətinin bir növü kimi
mühasibatın
yaranması üçün iki əsas
tələb vacib idi:
1)
təsərrüfat xeyli ölçüyə nail olmalıdır (faktiki olaraq onun hesabı tələb
olunurdu);
2)
əlifbanın və ibtidai hesabın yaranması.
Hesabdarlıq – insanların müəyyən qədər təcrübi tələbini ödəyən biliklərdən
biri olaraq ilk dəfə özünün tətbiqini qədim dövrlərə təsadüf edir, bəşəriyyətin ilk
mülkiyyəti olmuş və həmişəlik həlledilməz problem olaraq qalacaq.
Şübhə yoxdur ki, o vaxtlar insanlar arasında ticarət əlaqələri, təbiət və əmək
vasitələrinin qarşılıqlı mübadiləsi məhdud idi, heç bir hesabdarlıq yox idi və ola
da bilməzdi.
Mədəniyyətin ilkin əlamətləri, ticarətin daha çox maddi forma aldığı və
ümumi mübadilə aləti zərurətini doğurduğu zaman əmələ gələ biləcək hər hansı
bir qeydlərin zəruriliyi haqqında fikir əmələ gəlirdi. Bu qeydlər asanlıqla
unudulan faktların izlərini yalnız qorumağa xidmət edirdi, çubuqlar və ya daş
üzərində, çərtiklərdən daxili bərk olan mum kafellərə basılan kəsiklər onların
rəmzi nişanlarından ibarət idi – onsuz da hesabdarlığın başlanğıcı qoyulmuşdu.
Fərz olunur ki, hesabdarlıq qədim Misirdə meydana gəlmişdir. Bu, klassik
ölkənin tədqiqatçı alimləri tərəfindən qismən dəstəklənir və nəticə etibarilə cəbrin
misirlilər tərəfindən ixtira olunması yekdilliklə qeyd edilir, belə ki, riyazi
elmlərin yüksək dərəcədə inkişafına baxmayaraq, Misirin geniş ticarət əlaqələri
hər hansı bir qeyd aparılmadan çətin ki, fəaliiyət göstərə bilərdi.
Qədim Misirdə mühasibat uçotunun şəffaf, təbii konsepsiyası artıq
yaranmışdır (daha dəqiq hesab). Papirus vərəqləri üzərində yazılar: vərəqlərin
üzərində qeydlərin aparılması – buradan götürülmüşdür. Babilistanda uçot gil
lövhəciklər üzərində aparılırdı. Əmək fəaliyyətinin uçotu inkişaf etmişdi (əmək
haqqı, adam-gün).
12
Tarixi hadisələrin gedişində hesabdarlıq biliklərini geniş yayan, təbii ki,
sələfləri tərəfindən onlara irsən keçən, öz malları üçün əsas bazarları və dünyanın
üç hissəsində geniş ticarət əlaqələri olan yunanlar və romalılar idi.
Qədim Yunanıstanda qeydlər gipslə ağardılmış lövhəciklər üzərində
aparılırdı. Pul mühasibat uçotunun, birincisi, sərbəst, müstəqil obyekti kimi
mövcuddur, ikincisi, hesablamalarda bir vasitə kimi çıxış edir.
Təsərrüfat fəaliyyətinin bütün faktları xronoloji qeydlərlə aparılır, sonra
sistematik paylanma və əməliyyatların bütün qeydləri xronoloji qaydada yerinə
yetirilirdi. Dövlətin gəlirləri – xərclərinə nəzarət edən vəzifəli şəxslər var idi.
Vaxtaşırı ictimai hesabatlar var idi. Mühasib və audit ayrılması baş verdi.
Yeni terminlər meydana gəlmişdi: debet – o, borcludur, kredit – o, inanır.
Dövlətin smeta təxsisatlarını qeydə almaq və icra etmək üçün büdcə uçotu
meydana gəldi (dövlət balansının tərtibi).
Romada mühasibat uçotunu ilk olaraq ayrı-ayrı vərəqələrdə aparmağa
başladılar, sonralar mühasibat kitablarının qarşılıqlı sistemi tətbiq edilirdi:
Ödəyici və alıcı arasında əlaqələr hesab birkası nəzərə alınmaqla tərtib edilir:
yazılar birka üzərində aparılır və sonradan sındırılaraq yarıya bölünür. Bir hissəsi
(gəlir orderi) vergi ödəyicisinə verilir, digəri isə (ödəniş qəbzi) alıcıda qalır.
Maddi məsul şəxsin birindən digərinə dəyərlərin hərəkətini əks etdirməsi
üçün birkalı hesab təsərrüfatın daxilində geniş istifadə edilirdi. Birkalar azad
dövriyyədə “veksel”, “qəbz” və nağd pul əvəzinə borcların ödənilməsi vasitəsi
kimi xidmət edirdi. Bəzi hallarda sahiblər birkaları saxtalaşdırmağa cəhd etmiş,
lakin tez bir zamanda da ifşa olunmuşlar.
Birkalı uçot uzun müddət ərzində müxtəlif ölkələrdə yayılmışdır. Məsələn,
İngiltərədə o, XIX əsrin əvvəllərinə qədər mövcud olub.
Səyyar vergi yazarı peşəsi yaranır (haqq olaraq hesabat tərtib edirdi). O
zamanlar bəzi qaydalar üzrə ticarət kitablarının olması və onlarda qeydlərin hansı
formada tərtib edilməsi bizim üçün sirr olaraq qalırdı, lakin bəzi Roma
13
yazarlarında rast gəlinən ifadələr gəlir və xərc hesab kitablarının olmasını
qeyd edir.
Xoşbəxt təsadüf nəticəsində qorunub saxlanmış ticarət kitabları artıq XIV
yüzilliyin ikinci yarısına aiddir və bunlar arasında 1367-ci ildən 1408-ci ilə qədər
birinci yeri tutan Hamburq şəhər arxivində saxlanılan kitablardır. Onlar o vaxt
məşhur olan Viko van Geldersen holland şirkətinin müxtəlif mallarının geniş
ticarətini aparır və özünün bir çox gəmilərinə sahiblik edir, kommersiya
məsələlərinə müəyyən aydınlıq gətirirdilər. Bu, Hansa Birliyinin çiçəklənmə
dövrü idi, onun üzvləri onlara verilən imtiyazlardan istifadə edərək öz məhsullarını
sərbəst halda İngiltərəyə, Danimarkaya, İsveçə və Novqorod istisna olmaqla,
Rusiyaya idxal edirdilər (1272-ci ildən). Bütün Avropada özlərinin idarə və
agentlikləri vardı.
1413-cü ildən 1427-ci ilə qədər Auqsburqda yaradılan xüsusi kitabxanada
mühasibat tarixi üçün məşhur olan Fugger ticarət evinin kitabları hesab edilir.
Özünün hesaba gəlməyən sərvəti ilə tanınan, haqqında əfsanələr qoşulan Fugger
ticarət tarixində satış şirkətinin baş rəhbəri kimi məşhurdur. Yeri gəlmişkən,
deyirlər ki, imperator V Karl 1530-cu ildə Auqsburqda olan müddətdə Fuggerin
evində mənzil tutmuşdu və ona qəbzə görə xeyli məbləğdə, bir milyon talerə yaxın
(12 çəllək qızıl) borcu vardı. Sahibdən üzr istəyərək, ona olan borcunu vaxtında
ödəyə bilməyəcəyini söyləyərkən, imperator onunla söhbət əsnasında müşahidə
etdi ki, Fugger heç bir söz demədən, dərhal əmr etdi ki, o zamanlar olduqca bahalı
sayılan bir neçə bağlama darçın gətirsinlər və o dəqiqə sobanı qaladı, sonra isə
borc qəbzini oda ataraq imperatorun gözü qarşısında onu yandırdı.
“Fugger və K” ticarət evinin kitabları o həcmdə və o formada bizim dövrə
qədər qorunub saxlanmışdır. Edilən qeydlərin, ödəniş maddələri yanında bəzən
müxtəlif kitablarından ibarət transfer üzrə qeydlərin, satılan malların siyahılarına
rast gəlinir. Bu kitablar arasında ədədlərlə dolu bir neçə yazılı səhifə var: “əsas
hesabatlar” və onlarda faiz hesablanması ilə əmlak və mənfəətin məbləği göstərilir.
Dostları ilə paylaş: |