20
məlumatlarının etibarlığını təsdiq edən və – nəzəri mühasibat uçotu
metodologiyasının mənasını göstərir.
Peterburq məktəbinin görkəmli nümayəndələri A.M.Volf, E.E.Sivers,
N.A.Blatov, N.A.Leontyev olan, mühasibat təcrübələri haqqında “Hesabdarlıq”
biliklərini müəyyən etmiş, mühasibat uçotu və elmini “Hesabdarlıq” kimi
müəyyən etmişdirlər.
Bu məktəb ikili qeydləri mühasibat uçotu metodunun heç bir elementi deyil,
mübadilənin və qanunun nəticəsi kimi izah edir (E.Sivers). Sankt-Peterburq
məktəbinin alimləri balans tərtib edərək, hesabların sistemi, hesabların təsnifatı,
sənədləşmə, inventarlaşma, texnika və uçot forması kimi anlayışları izah edirdilər
(Leontyev N.). Məktəbin nümayəndələri dəyərləri 3 qrupa ayırır: maddi, maliyyə
və şərti, mümkün olan bütün pul vəsaitlərinin axını, arasında aşkar edilən iqtisadi
dəyərlərin hərəkəti ifadə edilir (Blatov N.). N.Blatov balansdan hesaba deyil,
hesabdan balansa öyrənməsinin tərəfdarı idi. O, iddia edirdi ki, ikili qeydlər təbii
mübadilənin dəyərlərini hər zaman əks etdirir.
Qeyd etmək lazımdır ki, nəzəri baxımdan mühasibat uçotu məktəbləri bir-birinə
zidd deyildir.
1.2. Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan uçotdan bazar
münasibətləri şəraitində aparılan uçota keçid
Hal-hazırda keçmiş sosialist ölkələri islahat və təsərrüfatın mərkəzləşmiş
planlaşma sistemindən bazar iqtisadiyyatına keçid prosesini həyata keçirirlər.
Bu istiqamətdə ilk addım qərb partnyorlar ilə birgə müəssisələrin yaradılması
idi. Bir çox ölkələrdə özəlləşdirmə proqramının həyata keçirilməsi, bazar
münasibətlərinə müvafiq dövlət müəssisələrin özəlləşdirilməsi aparılır, iqtisadi və
hüquqi infrastruktur yaranır. Bazar iqtisadiyyatının mərkəzləşmiş planlaşma
iqtisadiyyatından
fərqi
resursların
qiymət
mexanizmi
vasitəsi
ilə
bölüşdürülməsindən ibarətdir.
21
Xammal, material, əmtəə və xidmətlər, iş gücü, maliyyə resursları bazarda
rəqabət şəraitində alınıb satılır.
Müəssisələrin uğurları və mövcudiyyəti ayrı-ayrı sazişlərin səmərəliliyindən
asılıdır. Bu şəraitdə mühasibat uçotu iqtisadi informasiyanın əlaqələndirici və
ötürücü formasıdır, mühasibat uçotunun standartları isə sahibkarlıq fəaliyyətinin
ümumi iqtisadi və hüquqi şərtlərini əks etdirir.
Hal-hazırda bu şərtlərin dəyişdirilməsi, şübhəsiz, mərkəzləşdirilmiş idarəetmə
və planlaşma sistemində yaradılmış uçot sistemini qəbul etmir.
Uçotun islahatı hüquq və iqtisadi sahələrdə mühüm islahat elementi sayılır,
maliyyə bazarlarına çıxış üçün zamindir, xarici investisiyaların cəlb edilməsi,
şirkət və firmaların uğurlu fəaliyyətini təmin edir. Şərqi Avropa ölkələrində elə
uçot standartlarını işləyib hazırlamaq lazımdır ki, onlar bazar iqtisadiyyatı
ölkələrində olan ümumi qəbul edilmiş prinsiplərə uyğun gəlsin.
Mühasibat uçotunun məqsədi – maliyyə informasiyasını istifadə edənə
qərarlar qəbul etmək üçün məlumat verməkdən ibarətdir. Mühasibat uçotu
sistemini hansı dərəcədə istifadəçinin ehtiyacını ödəməyə təyin olunması müvafiq
iqtisadi sistemin təsiri ilə formalaşan mühasibat uçotu və hesabdarlığın əsas
konsepsiyası və vəzifələri məsələləri asılıdır.
Mərkəzləşdirilmiş
planlaşdırma sistemində iqtisadiyyatda mühasibat
uçotunun və hesabdarlığın məqsədi – xalq təsərrüfatında mərkəzləşdirilmiş
planlaşma və nəzarət həyata keçirmək üçün informasiya təqdim edilməsidir.
Maliyyə uçotu isə dövlət orqanlarında planlaşma, resursların bölgüsü və planın
yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinə köməklik göstərən informasiya
sisteminin elementidir. Beləliklə, müəssisələrin hesabatı ilk növbədə dövlət
orqanları üçün nəzərdə tutulur. Əksər hallarda hesabatlar – hökumət orqanlarına
kəmiyyət göstəricilərinin səmərəliliyinə nəzarəti həyata keçirməyə imkan verən
statistik məlumatlardan ibarətdir.
Bu səbəbdən də mərkəzləşdirilmiş planlaşma sistemi olan ölkələrdəki əsas
uçot prinsipləri bazar iqtisadiyyatında olan uçot prinsiplərindən fərqlənir. Misal
22
üçün, təsərrüfat sazişləri həyata keçirilən zaman nəticələrin qəbul edilməsini təmin
edən hesablama üsulu bütün hallarda tətbiq edilmir.
Çox hallarda təsərrüfat əməliyyatlarının uçotu kassa üsulu ilə aparılır, yəni
gəlir və xərclər pul vəsaitlərinin daxilolma və ödənilməsi ilə nəzərə alınır. Bu
halda mənfəətin hesablanması bazar iqtisadiyyatında istifadə edilən uçot sisteminə
uyğun gəlmir.
Bazar iqtisadiyyatında maliyyə uçotu və hesabdarlığın əsas vəzifəsi
müəssisənin ümumilikdə fəaliyyət nəticələri, onun maliyyə vəziyyəti, ayrı-ayrı
istifadəçilərə, fəaliyyət göstərən və potensial investorlara, malgöndərənlərə və
alıcılara, fəhlə və qulluqçulara, dövlət orqanlarına bu vəziyyətin dəyişdirilməsi
barədə informasiya təqdim etməkdən ibarətdir.
Maliyyə mühasibatlığından daxil olan informasiya müəssisə daxilində də
istifadə olunur və ilk növbədə müəssisəyə qarşı kənar hesab edilən istehlakçı
qrupuna yönəldilir. İstehlakçıların hər bir qrupu öz mənafeyini gözləyir və
müəssisələrin fəaliyyəti haqda informasiyaya qarşı müəyyən tələblər irəli sürürlər.
Şirkətin sahibkarı olan səhmdarları qoyulmuş vəsaitlərin gəlirlik səviyyəsi
maraqlandırır. Maliyyə hesabatının göstəriciləri əsasında onlar fond bazarında
fəaliyyətə dair qərar qəbul etməlidirlər: həmin müəssisənin səhmlərini saxlamaq,
satmaq və ya almaq.
Səhmdar kapitalının potensial investorları da zəruri informasiyanı almalıdırlar.
Müəssisələr üçün bu qrup istifadəçilər çox vacibdir, belə ki, fond bazarında yeni
buraxılmış səhmlərin alınmasında əlavə kapitalın akkumulyasiyasının
mümkünlüyünə imkan yaradır. Müəssisələrin kreditorlarını verilmiş ssudaların
bazar şəraitinə uyğun faizlərlə qaytarılmasının mötəbərlik dərəcəsi maraqlandırır.
Alıcılar zəruri məhsulun alınma şərtlərini və perspektivlərini bildirməlidilər.
Müəssisədə çalışan fəhlə və qulluqçu üçün iş yeri, əsas yaşayış vasitəsi və sosial
təminatı olduğuna görə işçi heyət də fəaliyyət nəticələri ilə tanış olmalıdır.
İstifadəçilər maliyyə hesabatından aşağıdakı informasiyaları almaq istəyirlər:
–
Müəssisənin gəlirliyi və mənfəətlilik potensialı haqqında informasiya;
Dostları ilə paylaş: |