14
Ulm şəhərində mövcud olan və bütün Cənubi Almaniya şirkətinin çox
tanınmış sahibi Otto Rulandın ticarət kitabları mövcud idi. Onlar 1444-cü ildən
1463-cü ilə qədər olan dövrü əhatə edir və xronoloji qaydada qeydləri, borc sayları
haqqında məlumatları, hətta pul vəsaitlərinin hərəkətini özündə əks etdirmirdi.
Bu üç qədim abidə (yəni məşhur olan Viko Van Geldersen, Anton Fugger və
Otto Ruland kimi şirkətlərin ticarət kitabları) XV əsrin birinci yarısına qədər
hesabdarlıq tarixi üçün qalan bütün əlyazma materialları hesab edilir. O vaxtın
bütün hesablarında gəlir və xərclər, borc və öhdəliklər qeydlərlə məhdudlaşdıraraq
asan aparılırdı. Bir sözlə, sadə mühasibat adlanan və az-çox uyğun gələn, kitab
formalarının tərtibatı nəzərdə tutulmuşdur. Lakin ticarət əlaqələrinin sürətli
inkişafı XV əsrdə belə zəngin olan kəşflər və ixtiralarla aparılan bu cür qeydlərin
əsassız olduğunu tezliklə aşkar etdi, mühasibatlıqda əsaslanmış və müvafiq zəruri
düşüncə isə getdikcə özünə yol açmağa başladı.
Kitabların tərtibatının qənaətbəxş aparılmasında maraqlı olan bir şəxs kimi,
tacirlər artıq onların tələblərinə cavab verməyən uçotu təkmilləşdirmək istəyirdilər.
Onların hər biri öz təcrübəsini təklif edir, yeni fikir irəli sürür, bir çoxları isə, çox
güman ki, elm adamlarının göstərişi və məsləhətlərindən istifadə edirdilər.
(Mühasibat uçotunun düzgün qurulmuş formalarını yalnız ikili qeyd sisteminin
ümumi şəklini açıq-aydın göstərən mühasibat qanunu əsasında izah etmək olar.)
Bu formalar bir çox nəsillərin gərgin əməyi və səyi nəticəsində yaradılmış və
ilk dəfə İtaliya tacirləri tərəfindən tətbiq edilmişdir.
İkili mühasibat qeydləri üzrə çap kitabının meydana gəlməsindən xeyli əvvəl,
bir çox tacirlər Genuyada, Florensiya və Venesiyada qeydlərini daxil edərək ondan
istifadə edirdilər. Florensiya dövlət arxivində 1382-ci ilin kitabları bu günə qədər
saxlanılır və şübhəsiz, sübut olunur ki, o vaxtlar artıq ikili qeydlər tətbiq
olunurdu.
Qeyd olunan kitabların birinin başlığında göstərilir ki, bu kitab kimə
məxsusdur, nə üçün nəzərdə tutulub və o Venesiya üsulu ilə tərtib olunub, yəni bir
15
tərəfdən – “debet” və əks tərəfdə - “kredit”. Məlum olduğu kimi, ikili mühasibat
işlərinin ilk nəşri meydana gəlmişdi.
Qorunub saxlanmış qədim kitablardan görmək olar ki, ticarət evləri tərəfindən
hansı müxtəlif əməliyyatlar aparılmışdır: bunlarda söhbət daşınmalardan, gəmi və
malların sığortalanmasından, natural mübadilədən, malların nağd və kreditlə
alınması və satılmasından, özünün və özgəsinin hesabından, başqaları ilə
paylaşmasından, veksellərdən, bank hesabları üzrə qeydlərdən, komisyon
əməliyyatlardan və s. gedir.
1436-cı ildə ixtira olunan kitab çapının ümumilikdə elmin sürətlə və geniş
yayılmasına olan yardımı mühasibat uçotuna təsir etməyə bilməzdi. Təxminən
yarım əsr keçmişdir ki, artıq çap olmuş və hamı üçün əlçatan ikili mühasibat
dərsliyi meydana çıxmış; sonuncu alim Paçolinin şəxsində bilikli və təcrübəli
təfsirçini tapmışdır.
İkili qeydiyyatın kəşfinə gəlincə, şübhəsiz, bu, bir şəxsin ixtirası deyil,
əsrlərlə tərtib olunmuşdur – təbiilik prinsipi sayəsində bu mühasibat uçotu sistemi
qurulmuşdur.
Luka Paçoli bu günə qədər ikili mühasibat kitabının ilk müəllifi olaraq
qalır. Onun kitabı başlıca olaraq riyaziyyata həsr olunmuş, amma kitaba ikili
mühasibat haqqında bölmə də daxil edilmişdi. Kitab uçot qeydlərinin mənasını
açıqlayır, lakin təfsiri bu gün üçün çox müvafiq və uyğundur, baxmayaraq ki,
onlar 500 il əvvəl qəbul edilib. Lakin kitabın yarandığı vaxtda bütün müasir
mühasibat mexanizmi artıq məlum idi və işləyirdi, çünki uçotun yaranması üçün,
yuxarıda qeyd olunduğu kimi, iki faktor lazımdır: iqtisadiyyat böyük ölçüyə
çatmalıdır, ona görə ki, haqq-hesab tələb olunsun və riyaziyyat – uçot aləti olaraq
mövcud olsun.
Bir çox tədqiqatçılar hesab edirlər ki, ikili qeydiyyat 1250-1350-ci illərdə
İtaliyada meydana gəlib. İkili qeydiyyat – hesabat haqqında məlumatlara nəzarət
etmək üçün istifadə etməyə imkan verən üsuldur. Sahibkarın hesabı (kapital
hesabı) mühasibat uçotunu müəyyən etmək üçün maliyyə nəticələrini müəyyən
16
etməyə imkan verir. İkili qeydiyyatın yaranması bir elm kimi mühasibat uçotunun
əsasını qoymuş və mühasibat uçotu statistikadan ayrılmışdır.
İkili mühasibat termini meydana gəlmişdir. İkili mühasibatın mahiyyəti – öz
hesabına vəsaitinin sadə mühasibatda tətbiq edilməsidir. Nəticədə təsərrüfat
fəaliyyətinin bütün faktları iki dəfə qeydə alınır. İkili mühasibatın meydana gəlmə
zəruriliyi aşağıdakılardır:
– Avropa ölkələrində iqtisadi artım və kapitalist münasibətlərinin yaranması;
– kreditin inkişafı;
– şirkətlərin yaranması (fiziki şəxslərin hüquqi şəxslərdən ayrılması);
– ikitərəfli hesabın aparılması formasının tədricən inkişafı debet və kredit
dövriyyəsinin nəticələrini balanslaşdırmaq zərurətinə gətirib çıxarmışdır.
İkili mühasibatın meydana gəlməsi şərtləri – ərəb rəqəmlərinin və onluq
sisteminin geniş yayılmasıdır.
Mühasibatın formalaşması orta əsrlərdə Avropada müxtəlif növ
inventarizasiyanın inkişafı ilə başladı. VIII əsrin sonuna və IX əsrin əvvəllərinə
aid olan inventarizasiyaya klassik misal Böyük Karlın kapitulyariyasını
göstərmək olar. Orada kənd təsərrüfatı uçotunu aparmağa dair təlimat var idi.
Digər məsələlərlə yanaşı, kapitulyariyada ildə bir dəfə gəlir haqqında
hesabatın, Milad günü üçün gəlirlər haqqında haqq-hesab təqdim edilməsinin,
müəyyən olunmuş qaydada sahibkara pul köçürməsinin və müəyyən xərclərin
uçotunun aparılmasının iki növü göstərilmişdir: sahibkarlıq və təsərrüfat
xərclərinin məbləği. Burada xüsusi olaraq bildirilir ki, qalıqları ayrı-ayrı siyahıda
müəyyən etmək, hesablamaları isə qiymət növləri üzrə aparmaq lazımdır.
Maraqlı bir detal diqqəti cəlb edir: xərc əməliyyatlarını bir şəxs, daxilolmaları
digər, göstərilən qalıqları üçüncü şəxs yerinə yetirə bilər. Bu, o zamanın tipik bir
nəzarət forması idi. Heç kəs, sahibi istisna olmaqla (çox vaxt məhz o üçüncü şəxs
qismində olur), işlərinin əsl vəziyyətini bilməməli idi.
Uçot məlumatlarına nəzarət formalarının inkişafı təsərrüfat fəaliyyətinin
yüksəlməsinə təkan vermişdir. Auditorlar bu cür yaranmışdır. Bu, XIII əsrin
Dostları ilə paylaş: |