Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 

54 


2.10

 

Turizm 

 

        



Əlverişli iqlim şəraiti, təmiz hava, dağ və meşə landşaftı, müalicəvi mineral sular beynəlxalq 

dərəcəli müalicə və istirahət mərkəzləri yaratmağa imkan verir. Burada dəniz səviyyəsindən 1566 m 

hündürlükdə  yerləşən  Göy-Göl  və  Hacıkənd  istirahət  zonaları  var.  Bu  ərazidə  dünya  şöhrətli 

Naftalan müalicəvi sanatoriyası yerləşir. Naftalan dünyanın yeganə tibbi neft yatağı olan kurortudur. 

Təxminən  8  min  əhalisi  olan  Nafatalan,  Bakıdan  320  km  qərbdə,  Gəncədən  50  km  cənubda 

Goranboy rayonunda yerləşir. 

 

        


Naftalan şəhəri eyni adlı yatağın adındandır. Zərərli benzin və kerosin buxarlarının olmaması, 

qiymətli sürtkü yağlarının mövcudluğu, tam təmizlik və olduqca böyük çəki (0,930-0,960) Naftalan 

neftini  digər  növlərdən  fərqləndirir.  İndi  Naftalan  nefti  demək  olar  ki,  tibbin  bütün  sahələrində 

böyük  müvəffəqiyyətlə  tətbiq  edilir.  Naftalan  dəri,  sinir,  uroloji,  qaraciyər  və  s.  xəstəliklərin 

müalicəsi  üçün  yaxşı  bir  vasitədir.  Tovuzda  bu  yaxınlarda  regionun  ən  böyük,  700  nəfərə 

hesablanmış beş ulduzlu “Ayan Palace” mehmanxanasının açılışı olmuşdur. 



 

2.11

 

Yeraltı sulara texnogen yükləmələr və təsir 

 

        


Yeraltı suların potensial çirklənmə mənbələrinə üst suları ilə çirkləndiricilərin sulu horizonta 

daxil ola biləcək müxtəlif sənayə və kənd təsərrüfatı tullantılarının atıldığı, toplandığı və anbarlarda 

və ya sahələrdə saxlandığı sahələr (şlamtoplayıcılar, kültökülən yer, doldurucu hovuzlar, hövzələr, 

süzülmə sahələri və s.) kəndtəsərrüfatı suvarılan sahələri (gübrələr və pestisidlərdən istifadə edilən), 

dağ-mədən işləri və geoloji-kəşfiyyat işlərinin və s. aparıldığı sahələr aid edilə bilər. 

 

Çirkləndiricilər öz mənşəyi və keyfiyyət göstəricilərinə görə aşağıdakılara bölünürlər: 



 

-

məişət (təsərrüfat – fenol); 



-

sənayə (istehsalat); 

-

kənd təsərrüfatı; 



-

sellərlə. 

 

       


Kimyəvi tərkib və növlərinə görə yeraltı suların çirklənməsi kimyəvi, bakterioloji, radioaktiv və 

istilik  yolları ilə baş verir. Bu  göstərilən  yolların hər biri ilə  yeraltı suların çirklənməsi baş verir. 

Lakin 

kimyəvi çirklənmə çox qorxulu və çətin kənarlaşdırılan bir xüsusiyyət daşıyır. 



Qısa  şəkildə  yeraltı  sualrın  Respublika  və  düzənlik  ərazisində  çirklənmə  mənbələri  və  onların 

müasir  zamanda  yeraltı  sularda  aşkar  edilmiş  miqdarı  haqqında  məlumatlar  sonrakı  bölmələrdə 

verilir.  

 

 



2.11.1

 

Məişət tullantıları ilə çirklənmə 

    


Respublika ərazisindəki iri şəhərlər qəsəbələr, qəsəbələr və kəndlər adətən dağətəyi düzənliklərdə, 

terraslarda,  çayların  gətirmə  konuslarının  yuxarı  hissələrində  -  yəni  o  yerlərdəki,  aerasiya 

zona

sındakı  süxurlar  sukeçiricilik  xüsusiyyətlərinə  malikdir,  salınmışdır.  Başqa  sözlə  həmin 



ərazilərdəki yeraltı sular çirklənmədən təbii mühafizə şəraitinə malik deyillər. Bir neçə iri şəhərləri –    


 

55 


Bakı,  Sumqayıt,  Gəncə,  Naxçıvan  və  s.,  çıxmaqla  qalanları  kanalizasiya  və  tullantı  suaları 

təmizləyən sistemlərə malik deyillər. 

    

Gəncə  şəhərinin  məişət  və  təsərrüfat  tullantı  suları  bioloji  təmizləndikdən  sonra  şəhərin  şimali 



şərqində,  təxminən  18  km  məsafədə  Qarayeri  sahəsində  yerləşən  üzüm  bağlarına,  onların 

suvarılması  üçün  atılır.  Məlumdur  ki,  bu  keçmiş  SSRİ  qaydalarına  əsasən  vəziyyətdən  çıxış  yolu 

hesab  edilirdi.  Əslində  üzüm  ağacları  il  boyu  sulanmış  və  öz  keyfiyyətinə  görə  bu  sular  heç  bir 

məqsəd üçündə yararlı deyillər. 

    

Gəncə şəhərinin tullantı sularının təmizləyici qurğusu yaxınlığında bu sular təmizlənərək suvarma 



üçün istifadə edilən üzümçülük bağının içində 1974-cü ildə çirklənməni öyrənmək üçün 3 müşahidə 

quyusu qazıldı. 

    

Bu quyularda qrunt suları 20,35 m-dən 21,92 m dərinliklərdə yerləşirdi. Quyulardan götürülmüş 



su nümunələrində fenolun miqdarı 0,007-0,13 mq/l, turşu yağları 0,3-384,4 mq/l, sulfatlar 960-1280 

mq/l, dəmir 0,5-5,0 mq/l, oksigenə biokimyəvi təlabat 0,46-23,9 mq/l və s. olmuşdur. 

Qrunt  sularının  ümumi  minerallaşması  0,7-0,8 q/l  təşkil  edir  və  kimyəvi  tərkibcə  sulfatlı-

hidrokarbonatlı natriumlu-kalsiumludur. 

    

Qeyd  etmək  lazımdır  ki,  Respublika  ərazisində  185  şəhər  və  şəhər  tipli  qəsəbə  olduğu  halda, 



onlardan ancaq 19-

da  kanalizasiya  sistemi  mövcuddur  ki,  onlardanda  biri  Gəncə  şəhəridir.  Əksər 

hallarda bu çirkab suları elə həmin yerlərdə torpağa və oradan da yeraltı sulara süzülür, bəzən də 

yerüstü mənbələrə-çaylara axıdılır. 

    

Son  zamanlar  Respublikanın  şəhər  və  rayon  mərkəzlərində  (o  cümlədən  Gəncə-Qazax 



düzənliyində  yerləşən  rayon  mərkəzlərində)  su  təchizatı  və  kanalizasiya  sistemlərinin  bərpa  və 

yenidən qurulması istiqamətində geniş miqyaslı işlər yerinə yetirilir. 

 

 

 



2.11.2

 

Sənaye tullantıları ilə çirklənmə

 

 

       



Sənayə  tullantıları  ilə  çirklənmə  stasionar  müşahidə  şəbəkəsi  yeraltı şirin  suların  yayıldığı  və 

əhali tərəfindən içmək-məişət  xidmətləri və suvarma üçün geniş istifadə edilən Gəncə çayın gətirmə 

konusunun  orta  hissələrində,  Gəncə  aliminium  (indiki  gil-torpaq)  zavodunun  təsir  zonasında 

öyrənilir.  Burada  1974-cü  ildən  başlayaraq  yeraltı  suların  hərəkəti  istiqamətində  zavodun 

tullantılarının  toplandığı  sahələrdən  başlayaraq  onun  kənarı  boyunca,  oradan  1000  və  3000  m 

məsafədə müşahidə quyuları qazılaraq onlarda yeraltı suların çirklənməsi öyrənilir. 

       

Aerasiya  zonasında  çaqıl-çınqıl  və  qumlar  –  yəni  yaxşı  sukeçiriciliyə  malik  süxurlar 



mövcuddur. Qrunt suları bu tullantı toplayıcıları (3 ədəddir) sahəsi boyunca 21-16 m dərinlikdə və 

get-


gedə  azalaraq  sonuncu  quyuda  (19  saylı)  8,4  m  dərinlikdə  qərarlaşır.  Suların  ümumi 

minerallaşması  0,7-1,0  q/l  arasında  dəyişir  və  kimyəvi  tərkibcə  onlar  sulfatlı-hidrokarbonatlı 

natrium-

kalsium tiplidirlər. Suda aliminiumun miqdarı vaxt aşırı onların BHK-dan (0,05 mq/l) artıq, 

dəmirinki  3,5-50  dəfə  (BHK  –  0,3 mq/l), fenollar (BHK –  0,002) 3-4  dəfə  çox  olur.  Başqa 

çirkləndiricilərin də (turşu yağları, ammiak, nitritlər, nitratlar, xüsusən də sulfat ionlarının) miqdarı 

dəfələrlə onların BHK-dan çox olur.  

         

Qeyd  etmək  lazımdırki,  elə  Gəncə  şəhəri  ərazisində  yeraltı  suların  sənayə  tullantıları  ilə 

çirklənməsinə ideal şərait var. 

     

Yeraltı  suların  düzənlik  ərazisində  neft  məhsulları  ilə  potensial  çirklənmə  mənbəyi  Xəzər 



dənizindən  çıxarılan  Sanqaçal  terminalında  toplanaraq  Qərb  Eksport  neft  kəməri  marşurtu  hesab 

edilə bilər. 

 

 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə