Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 

56 


2.11.3

 

Kənd təsərrüfatı çirkləndiriciləri ilə çirklənmə 

       


Kənd  təsərrüfatı  çirkləndiriciləri  amilləri  içərisində  Respublika  ərazisində  suvarma  əkinçiliyi 

aparılan  yerlərdə  gübrə  və  pestisidlərin  uzun  illər  (axırıncı  5-6  il  müstəsna  olmaqla)  intensiv 

istifadəsi ilə bağlıdır. Demək olar ki, 1960-1985-ci illər arasında mineral gübrələr də pestisidlər hər 

il rekord miqdarda lazım gəldi və ya gəlmədi, planlı formada torpağa səpilirdi. 

         

Mineral  gübrələrin  assortimenti  çox  olmasına  baxmayaraq  yeraltı  sulara  təhlükə  yaradanı 

azotlu  gübrələrə  daxil  olan  azotun  (nitratlar,  nitritlər,  ammonium)  birləşmələridir.  Bu  maddələr 

(birləşmələr) yeraltı hidrosferada çox dəyanətli və yaxşı miqrasiya edəndirlər. Bunlarla bağlı dünya 

əhalisi  arasında,  Azərbaycan  istisna  olmaqla  bir  çox  xəstəliklər-verəsiliyin  dəyişməsi  (mutagen 

xüsusiyyətlər),  uşaqların  eybəcər  (debil)  doğulması  (teragen  xüsusiyyət),  başqa  sözlə  genofondun 

pisləşməsi və s. baş verir. 

       


Fosforlu  gübrələr  də  toksik  hesab  edilirlər.  Lakin  fosforlu  birləşmələrin  yeraltı  hidrosferada 

hərəkəti (miqrasiyası) onların yüksək səviyyədə sorbsiya olmaları və suda həll olmayan birləşmələr 

yaratmaları ilə müəyyən edilir. 

        


Respublika  torpaqlarında  kalium  gübrələri  və  müxtəlif  mikroelementlərdən  də  yüksək  kənd 

təsərrüfatı məhsulları almaq üçün istifadə edilir. Lakin onlardan nisbətən az istifadə edildiyindən və 

onların  bitkilər  tərəfindən  yaxşı  udulduğundan  yeraltı  sulara  təhlükəsi  başqaları  ilə  müqayisədə 

azdır. 


      

Keçmiş  SSRİ-nin  normalarına  əsasən  planlaşdırılmış  hər  hektardan  35-40  sentner  məhsul 

götürüləcək  əkin  sahələrinə  190-240  sen/ha  azotlu  gübrələr  və  125-140  sen/ha  fosforlu  gübrələr 

verilirdi.  Bununla  yanaşı,  pambıq,  üzüm,  tütün,  taxıl  və  s.  sahələrdə  müxtəlif  adda  və  həcmdə 

zəhərləyici maddələr verilirdi. (50-70 adda) 

      


Aparılmış  tədqiqatların  nəticələrinə  əsasən  müxtəlif  (50-150m)  dərinliyə  malik  mərkəzləşmiş 

yeraltı su götürücülərdən götürülmüş nümunələrdə ekoloji vəziyyətin gərginliyi qeydə alınmışdır. 

Məsələn dəmirin miqdarı (mq/l) Tovuz (0,3), Qazax (0,5), Goranboy (2,0), Yevlax (1,0) şəhərlərinin 

mərkəzləşdirilmiş  su  götürücüləri  sularında  böyük  diapazonda  dəyişir,  yağlar  11-118 mq/l, nitrat 

1,5-

12,5 mq/l və s. olmuşdur. 



      

Bu  və  ya  digər  çirkləndiricinin  yeraltı  sularda  miqdarı  bir  çox  amillərlə  yanaşı,  bu  çirklənmə 

mənbələrinin  daimi  və  ya  təsadüfü  olmasından,  yeraltı  suların  yatma  dərinliyindən,  aerasiya 

zonasındakı süxurların sorbsiya xüsusiyyətlərindən çox asılıdır. 

Maldarlıq  komplekslərilə  çirklənmə  Respublika  ərazisində  maldarlıq,  qoyunçuluq, toyuqçuluq, 

atçılıq  və  qismən  donuzçuluq  fermaları  son  30-40  il  ərzində  xüsusəndə  maldarlıq  və  qoyunçuluq 

geniş inkişaf etmişdir. 

Bununla  əlaqədar  olaraq  bütün  inzibati  rayonlar  ərzisində  formalar  üçün  tövlələr  tikilmişdir. 

Aparılmış  tədqiqatlar  nəticəsində  Gəncə  Qazax  düzənliyinə  qonşu  olan  Qarabağın  düzənliyində 

aerasiya  zonasının  qalınlığından  asılı  olaraq  fermalar  yerləşən  ərazilərdə  çirkləndiricilər  qrunt 

sularına miqrasiya etməsi müşahidə olunmuşdur. 

 

2.11.4



 

Sel axınları ilə çirklənmə 

 

    



Respublika  ərazisində  sel  prosesləri  də  geniş  yayılmışdır.  Dağlıq  bölgələrdə  dağ  qazma  dağ 

mədən,  buruq  quyuları  qazma  və  s.  torpaq  işləri  ,  həmçinin  sənayə,  kənd  təsərrüfatı,  məişət 

tullantıları,  digər  kimyəvi  və  texniki  maddələr  sellərlə  ərazilərə  gətirilərək  ətraf  mühitə  və  yeraltı 

hidrosferaya bir başa yaxud dolayısı yollarla da potensial çirklənmə mənbəyi ola bilər. 

1997-

ci ilin oktyabr ayında Gəncə-Qazax düzənliyində Goranboy və Yevlax rayonları ərazisində baş 



vermiş  sel  prosesi  ilə  bir  neçə  yanacaq  doldurma  məntəqəsində  neft  məhsullarının  ətraf  mühitə 


 

57 


dağılması  qeydə  alınmışdır.  Bu  lokal  proses  olsa  da  ətrafda  qrunt  suların  çirklənməsinə  səbəb 

olmuşdur. 

 

2.11.5

 

Yeraltı suların istismarı 

    Y


eraltı  suların  qədim  zamanlardan  əhalinin  su  təchizatında  kəhrizlər  qazıyaraq  istifadə  edildiyi 

qeyd  edilib.  Onların  sərfi  adətən  5-20  l/s,  bəzən  isə  30-70  l/s  olmuşdur.  Sonralar  baxımsızlıq 

ucundan  onların  bir  qisminin  gözü  dolmuş,  digərlərinin  təsir  zonasında  çoxsaylı  istismar  buruq 

quyuları qazılaraq onların bəzilərinin tam sıradan çıxmasına, digərlərin isə sərfinin azalmasına səbəb 

olmuşdur. Yeraltı sulardan horizontal drenlər vasitəsilə Ağstafaçaydan Qazax şəhərinin, Axınçaydan 

və  Zəyəmçaydan  Tovuz  şəhərinin  və  kəndlərinin,  Şəmkirçaydan  Şəmkir  şəhərinin,  Gəncəçaydan 

Gəncənin və s. su təchizatı problemi qismən ödənilir. Bu drenlərin məhsuldarlığı 3-6 l/s-dən 50-60 

l/s arasındadır. Yeraltı sulardan ən çox pərakəndə və xətti sugötürücülər-buruq quyuları vasitəsilə 

istifadə edilir. Onların ümumi sayı 2000 ədədi keçmişdir və dərinlikləri isə 25-70 m, çox vaxt 120-

150 m, bəzən 300-400 m, quyulardan isə nasoslar və özüaxarla 50-70 l/s-yə qədər, çox vaxt 5-30 l/s 

su alınır. Onlardan suvarma məqsədilə geniş istifadə edilir. 

    


Yeraltı  şirin  və  az  minerallaşmaya  malik  suların  regional  istismar  ehtiyyatları  bütün  sulu 

komplekslər üçün 4075 min m

3

/gün həcmində təsdiq edilib. 



    

Gəncə şəhərinin su təchizatı ilə bağlı Gəncəçayın gətirmə konusunun yeraltı su ehtiyyatları 200,8 

min m

3

/gün, Qazax, Tovuz, Şəmkir, Xanlar, Goranboy, Gəncə qrup su kəmərlərinin tikilməsi üçün -



232,8 min m

3

/gün  ,  Şəmkir  şəhəri  əhalisinin  su  təchizatı  üçün  17,3  min  m



3

/gün    və  Daşsalahlı 

bentonit gilləri karxanası üçün Coqasçayın yataqaltı suyunun ehtiyyatları 2,5 min m

3

/gün  həcmində 



Dövlət Ehtiyyatlar Komissiyalarında təsdiq edilmişdir. 

    


Yeraltı  suların  istismarı  Gəncə-Qazax düzənliyində  intensiv  şəkildə  aparılır.  Xüsusilə  suvarma 

təsrrüfatı  üçün  qazılan  subartezian  quyularının  sayı  ilbə  il  artmaqdadır.  Bu  isə  qrunt  sularının 

səviyyəsinin aşağı düşməsinə, çaylarda suyun azalmasına, ekosistemdə neqativ halların yaranmasına 

səbəb olur. 

    

Məsələn  1976-1985-ci  illər  Gəncəçayın  gətirmə  konusunda  yeraltı  suların  (adətən  qrunt  və  I-II 



təzyiqli su horizontların) intensiv istismarı nəticəsində ildə 0,3-0,5 m, bəzən 2,0 m-ə qədər sürətlə 

düşmüşdür. 

    

Gəncə-Qazax  düzənliyinin  qərbdən  Gürcüstan  Respublikasının  hidrogeoloji  hövzəsi  ilə 



həmsərhəddir. Düzənliyin qərb hissəsində (Ağstafa, Qazax rayonları ərazisində) pərakəndə şəkildə 

qazılmış istismar quyuları vasitəsi ilə  hasilat qonşu Respublikanın yeraltı su ehtiyyatlarına neqativ 

təsir göstərmir. Monitorinq quyularının çoxillik məlumatlarına əsasən düzənliyin bu hissəsində qrunt 

sularının  səviyyələrində  ciddi  dəyişiklik  baş  verməmişdir.  Burada  rejim  müşahidə  məntəqələrində 

səviyyənin illik amplitudası 0,70 m-1,0m olur, çoxilliklər boyu qrunt sularının səviyyəsinin yatma 

dərinliyi demək olarki, stabil qalır. Təzyiqli hoizontları açmış fəvvarəli müşahidə quyularında suyun 

sərfi çoxilliklər miqyasında demək olarki stabil qalmışdır. 

 

 



2.12

 

  İnsan fəaliyyətinin əsas sahələri 

 

    



Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  fevral  ayının  11-də  imzalamış    24  saylı 

Fərmanına  əsasən    2004-2008  və  2009-2013-cü  illərdə  regionların  sosial-iqtisadi  inkişaf 

Proqramlarına  əsasən  makroiqtisadi  stabillik  və  uzunömürlü  inkişafı  təmin  etmək  üçün  görülən 

tədbirlərin nəticələri bu iqtisadi rayonun da dinamik iqtisadi inkişafına səbəb olmuşdur. Proqramın 

əsas məqsədi milli iqtisadiyyatın dinamik inkişafı istiqamətində ardıcıl və əlaqələndirilmiş siyasəti 

həyata keçirməklə vətəndaşların həyat səviyyəsinin artımını təmin etməkdir. 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə