Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 

62 


    

Bu  şəkildən  göründüyü  kimi  Öysüzlü  məntəqəsi  Berd  məntəqəsindən  aşağıda  yerləşməsinə 

baxmayaraq, demək olar ki, bütün il boyu bu məntəqədə su sərfləri yuxarı məntəqə ilə müqayisədə 

kiçikdir. Bu azalma suvarma üçün sugötürmələrin təsiri ilə izah olunur.  

    

Kürəkçayda isə təsərrüfat fəaliyyətinin başlandığı il 1975-ci ildir. Təsərrüfat fəaliyyətinin təsiri 



altında həmin çayın axımı orta hesabla 1,2 m

3

/s azalmışdır ki, bu da axım normasının orta hesabla 



30 %-

ni təşkil edir [Əliyev, 2005]. 

    

F.Ə.İmanovun tədqiqatlarına görə çayların minimal yay-payız axımı orta hesabla 28 % azalmışdır 



[

İmanov, 2000]. 

    

Həmçinin  müəyyən  olunmuşdur  ki,  Qoşqarçayın  Sarıtəpə  məntəqəsində  təbii  rejim  1959-cu, 



Kürəkçayın-Dozular məntəqəsində 1959-cu, Zəyəmçayın Ağbaşlar məntəqəsində isə 1978-ci ildən 

pozulmağa başlamışdır. 

    

Kiçik Qafqazın bütün çayları boyu antropogen təsir mənbədən mənsəbə doğru artır. 



    

Gəncəçayın  su  ehtiyatlarından  əsasən  suvarmada  istifadə  edilir.  7-dən  çox  kanalla  çaydan  su 

götü

rülür. Gəncə şəhərinin su təchizatı üçün də bu çaydan su götürülür. 



    

Keçən  əsrin  40-ci  illərinin  axırlarında  Zurnabad  kəndindən  aşağıda  yerləşən  Topalhəsənli 

kəndindən  təqribən  700  m  yuxarıda  Gəncəçayın  sağ  sahilindən  kanal  çəkilmişdir.  Bu  kanalın 

suyun


dan Göygöl rayonunun bir sıra kəndlərində əsasən suvarma məqsədi ilə istifadə olunur. 

    


Su  mənbələrindən,  başlıca  olaraq  çaylardan  geriyə  qaytarılmadan  götürülən  suyun  miqdarının 

getdikcə artması Gəncəçayın rejimində ciddi dəyişmələrə səbəb olmuş, çayın axımının azalması baş 

vermiş, axımın il ərzində təbii paylanma qanuna uyğunluqları pozulmuşdur. 

    


Gəncəçayın  son  15  ildə  axım  göstəricilərinin  dəyişməsini  qiymətləndirmək  üçün  onun  1991-

2005-ci  i

llər  üzrə  orta  mövsümi  və  illik  qiymətləri  1961-1990-cı  illər  ərzindəki  müvafiq  orta 

qiymətləri ilə müqayisə edilmişdir (Cədvəl 3.3). 



Cədvəl 3.3 Gəncəçayın orta mövsümi və illik su sərflərinin dəyişməsi (m

3

/s) 

Dövrl


ər 

Qış 


Yaz 

Yay 


Payız 

İllik 


XII-II 

III-V 


VI-VIII 

IX-XI 


XII-XI 

1961-1990 

1.86 

6.07 


6.76 

2.99 


4.44 

1991-2005 

1.64 

5.35 


5.19 

2.47 


3.54 

F

ərq (%) 



-12 

-12 


-23 

-17 


-20 

 

    



Bu cədvəldən göründüyü kimi, Gəncəçayın Zurnabad məntəqəsində son 15 ildə həm mövsümi, 

həm də illik axımın azalması müşahidə edilir. 

    

Yay  aylarında,  hətta  üzərində  su  anbarı  olmayan  bir  qrup  çayın  aşağı  axınında  da  axım  olmur 



(Gorançay, Gəncəçay və s.). Bu, müxtəlif məqsədlər, xüsusilə suvarma üçün çaydan su götürülməsi 


 

63 


ilə bağlıdır.  

    


Çayların su ehtiyatlarından daha səmərəli istifadə olunmalı və çaylarda ekoloji axımın kəmiyyəti 

təmin edilməlidir. Cədvəl 3.4-də suvarma məqsədilə sugötürmələrə dair məlumat verilir.



  

 

Cədvəl 3.4. Suvarma məqsədilə sugötürmələr 



1)

 

(milyon kub metr)(Mənbə: Meliorasiya və Su 

Təsərrüfatı ASC) 

Rayon

lar / İllər 

2000 

2005 

2008 

2009 

2010 

2011 

Pilot  - 

cəmi 

350.3 

516.3 

715.1 

705.8 

718.3 

765.3 

Gəncə şəhər ə/d 

6.0 

1.2 


1.8 

2.7 


2.5 

1.6 


Qazax rayonu 

48.0 


36.0 

59.0 


49.9 

48.4 


56.9 

Ağstafa rayonu 

56.0 

69.4 


61.0 

65.7 


69.8 

74.0 


Tovuz rayonu 

44.0 


59.0 

79.6 


84.9 

84.9 


90.9 

Şəmkir rayonu 

72.0 

130.5 


165.7 

156.5 


168.6 

163.9 


Gədəbəy rayonu 





0.0 

Daşkəsən rayonu 

0.3 





0.01 



Samux rayonu 

61.0 


100.0 

128.0 


131.0 

131.7 


141.0 

Göygöl rayonu 

20.0 

43.6 


48.5 

48.6 


48.6 

49.6 


Goranboy rayonu 

43.0 


76.6 

171.5 


166.5 

163.8 


187.5 

 

 



Pilot ərazi üzrə 2011-ci ildə suvarma məqsədi ilə 765.3 mln m3 (63.7%) sudan istifadə olunub. 

Bu bir daha təsdiq edir ki, pilot ərazidə su ehtiyatlarının kəmiyyətinə təsir göstərən əsas təzyiq növü 

suvarma məqsədilə çaylardan suyun götürülməsidir.  

    


Yekun  olaraq  qeyd  etmək  olar  ki,  irriqasiya  məqsədilə  suyun  götürülməsi  ərazinin  bütün  pilot 

çaylarının su sərflərinə kəmiyyətcə ciddi təsir edir  



 

   


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə