66
Şəkil 3.2. Mövcud ÇSTQ görünüşü
Əvvəllər yeganə nasos stansiyası şəhərin Ağstafaçay çayının sol sahilində yerləşən
hissəsindən
çirkab suyu ÇSTQ-ya vururdu. Hal-
hazırda, bu stansiya işləmir və onun yerləşdiyi bina istismar
üçün artıq yararlı deyildir. 2,800 m
3
/gün gücün
ə malik ÇSTQ 1970-73-cü illərdə tikilmişdir. O,
tamamil
ə bərbad vəziyyətdədir və mövcud strukturlar artıq istifadə üçün yararlı deyildir.
T
əmizlənməmiş çirkab su Ağstafaçaya axıdılır.
Qazaxda 1.754
ev birl
əşmələri, 9 kommersiya və sənaye birləşmələri və 38 büdcə təşkilatı
birl
əşmələri mövcuddur. Birləşmə səviyyəsi təqribən 30%-dir. Qalan şəxslər fərdi septik çənlərə
malikdir. Bu ç
ənlər müraciət əsasında və ödənişli yolla Azərsu tərəfindən boşaldılır.
Samux şəhərində çirkab suların toplanılması və təmizləmə sistemi mövcud deyildir. Məişət
çirkab suları septik quyular vasitəsilə birbaşa torpağa axıdılır. Bu yeraltı suları çirkləndirməklə
yanaşı insanların sağlamlığı üçün də ciddi təhlükə yaradır.
Şəmkir rayonunda mövcud olan çirkab su toplama sistemi bəsit xarakter daşıyır. Bu sistem
aşağıdakı xüsusiyyətlərə malik üç kollektorlardan ibarətdir.
Mövcud kollektorlar fəaliyyət göstərmir. Qeyd edək ki, bu kollektorlar hətta Sukanal İdarəsinin
balansında qeydiyyatda deyillər. Məişət çirkab suları septik çənlər vasitəsilə birbaşa torpağa axıdılır.
Bu hal yeraltı suların ciddi səviyyədə çirklənməsinə səbəb olub, həmçinin əhalinin sağlamlığı üçün
də mühüm risk təşkil edir.
67
Göygöl şəhərinin kanalizasiya suları şəhərdən şərqdə yerləşən və 2008-ci ildə Mollacəlilli kəndi
yaxınlığında tikilmiş təmizləyici qurğuya yönəldirilir. Çirkab sular təmizləndikdən sonra suvarmada
istifadə olunur. Kənd təsərrüfatı mövsümü başa çatdıqdan sonra, təmizlənmiş çirkab suları
rezervuarlarda saxlanılır və buxarlandırılır.
Gəncə şəhərinin əksər hissəsi kanalizasiya sisteminə qoşulmuşdur (bəzi yeni istehsal sahələri
istisna olmaqla) və Gəncə şəhərinin əsas kollektoru, şəhərdən şimalda yerləşən Ziyadlı kəndinin
yaxınlığındakı əraziyə yönəldilib. Bu ÇSTQ 1970-ci ildə tikilmişdir və hazırda işləmir. ÇSTQ
Gəncəçay hövzəsinin bilavasitə yaxınlığındadır.
Ç
irkab suları Gəncə şəhərindən Gəncəçay hövzəsinin kənara, Kürəkçay hövzəsinə nəql olunur.
Tovuz şəhərinin çirkab suları birbaşa Tovuzçaya axıdılır. Odur ki, çirkab
sular Tovuzçay üçün ciddi
təzyiq mənbədir ki, çirkab sular Tovuzçay üçün ciddi təzyiq mənbəyi hesab oluna bilər.
Hər bir çay üzərində yalnız bir müşahidə məntəqəsi olduğu üçün çay boyu insan fəaliyyətinin su
obyektlərinin təsirini qiymətləndirmək çətindir (Cədvəllər 3.12-3.14). Pilot çaylar da daxil olmaqla
çayların yaxınlığında yaşayan əhali məişət tullantılarını bilavasitə çaya atırlar. Bu səbəbdən də çay
yaxınlığında yerləşən yaşayış məntəqələrindən atılan çirkab sular pilot çayların suyunun
keyfiyyətinə ciddi təsir edir.
Tovuz şəhərinin çirkab suları Tovuzçaya və Qazax şəhərinin çirkab suları Ağstafaçaya
axıdıldığından bu iki çayda çirklənmə digər çaylarla müqayisədə daha yüksəkdir. Və bu iki şəhərin
çirkab suları ciddi nöqtəvi çirklənmə mənbəyi hesab edilməklə, digər çirklənmə mənbələri ilə birgə
Tovuzçay və Ağstafaçaya ciddi təsir edirlər
3.2.2
Sənaye və filizçıxarmadan atılan sular
Dövlət Statistika Komitəsinin saytında pilot ərazidə sənaye və filizçıxarma sahələrindən atılan
suların miqdarı haqqında məlumat yoxdur. Lakin fəsil 2-də qeyd olunduğu kimi, pilot ərazidə
sənaye müəssisələri və filiz mədənləri fəaliyyət göstərir.
Gəncəçay çayına əsas təsir edən sənaye sahəsi Daşkəsən metallurgiya sənayesi, Çovdar qızıl
mədənləri və mərmər yatağı ( kiçik parçalar suya qarışaraq onun rəngini dəyişir)
Tovuz və Qazax şəhərlərində yerləşən sənaye müəssisələri (əsasən kiçik ərzaq sənayesi) öz
tullantı sularını məişət tullantı sularına atmaqla Tovuzçay və Ağstafaçay çaylaınrda suyun
keyfiyyətinə təsir edir. Bunu Şəmkirçay hövzəsində yerləşən yüngül sənaye müəssisələri üçün də
demək olar.
Yekunda
, qeyd etmək olar ki, 4 pilot çay hövzəsində yerləşən sənaye müəssisələri həmin çayların
suyunun keyfiyyətinə ciddi təsir edir.
68
Şəkil 3.4. Daşkəsən mərmər yatağının Qoşqarçayın sularının keyfiyyətinə təsiri
3.3
Diffuzion çirklənmə mənbələri
3.3.1
Bitkiçilik və gübrələrdən istifadə
Yem bitgiləri, kartof, meyvə və giləmeyvə bağları və tərəvəzlər kənd təsərrüfatı sahələrində
yetişdirilən əsas məhsullardır. Son illərdə üzüm plantasiyalarının sahəsi genişlənsə də onlar digər
kənd təsərrüfatı bitgiləri ilə müqayisədə o qədər çox deyil.
Qeyd etmək lazımdır ki, Göygöl və Gəncə şəhərləri arasında pestisid və gübrə (azot və fosfor)
anbarı yerləşir. Hazırda ölkədə gübrə istehsal olunmur və idxal edilir. 2012-ci ildə Azərbaycanda
böyük gücə malik mineral gübrə zavodunun inşasına başlanılmışdır.
Həm üzüm plantasiyalarında, həm də tərəvəzçilikdə kübrə və kimyəvi maddələrdən istifadə
olduğundan onlar pilot çaylar ücün ciddi təsir mənbəyi hesab edilə bilərlər. Bu nəticəni pilot çaylar
üzrə olan suyun keyfiyyətinə dair məlumatda təsdiq edir (Cədvəllər 3.12-3.14).
3.3.2
Heyvandarlıq və həddən artıq otarılma
Tədqiqat ərazisində, xüsusilə onun dağlıq və qismən düzənlik hissəsində heyvandarlıq da inkişaf
etdirilir.
Bu region həm də respublikanın əsas heyvandarlıq rayonlarından biridir. Burada Azərbaycanda