Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

 

69 


saxlanılan  iri  buynuzlu  mal-qaranın  13.6%,  qoyun  və  keçilərin  22.3%  bəslənilir.  Respublikada 

istehsal  olunan  ətin  13%,  südün  13.1%,  yumurtanın  9.1%  bu  rayonun  payına  düşür  [Mənbə: 

Nadirov]. 

     


Heyvandarlığın yayıldığı ərazilərdə peyin və digər tullantıların yeraltı və səth sularına atılması ilə  

bağlı  olaraq  çayların  suyunda  üzvü  maddələrin  miqdarı    artır.  Qeyd  edildiyi  kimi  ərazi  çayları 

üzərində  yalnız  bir  müşahidə  məntəqəsi  olduğundan  heyvandarlıq  sektorunun  təsirini 

qiymətləndirmək çətindir. Lakin buna baxmayaraq müşahidə məlumatları bu sahənin təsiri ilə bağlı 

olan müvafiq kimyəvi elementlərin yol veriləcək həddən yüksək olduğunu göstərir (Cədvəllər 3.12-

3.14). Bu səbəbdən də belə hesab etmək olar ki, heyvandarlıq   pilot çaylarda suyun keyfiyyətinə 

ciddi təsir edir. 

    


Çay  hövzəsinin  yuxarı  və  qismən  orta  hissələrindəki  meşələr  keçən  əsrin  90-cı  illərindən 

başlayaraq  intensiv  şəkildə  qırılmışdır.  Bu  isə  çayın  su  rejimində  dəyişikliklərlə  səbəb  olmuşdur: 

maksimal  su  sərfləri  artmış,  minimal  su sərfləri  azalmışdır.  Bulaqların  debiti  azalmış,  bəziləri  isə 

qurumuşdur. Eroziya prosesi gücləndiyindən suyun bulanıqlığı artmışdır. Bunu birinci fəsildə bəzi 

çaylar üçün verilən trend təhlilindən də görmək olar.  

    


Ağacların  kəsilməsi  və  heyvanlar  tərəfindən  bitki  örtüyünün  tələf  edilməsi  ərazidə  eroziya 

proseslərini  artırır.  Erroziya  yeraltı  və  səth  axımının    kəmiyyətinə  və  paylanmasına  mənfi  təsir 

göstərir və bölgədə daşqınların həcmini və tezliyini artırır. Bu səbəbdən də bu faktor da çayların su 

rejimi


nə və suyun keyfiyyətinə mənfi təsir edir.  

 

 



3.3.3

 

Avtomobil nəqliyyatı 

    


Avrasiya nəqliyyat dəhlizinin 200 km- dən artıq hissəsi bu ərazidən keçir. Ən mühüm dəmir yolu 

xətti 1883-cü ildə istifadəyə verilmiş Bakı-Tbilisi magistral yoludur.  

Ən  əsas  avtomobil  yolu  isə  Bakı-Tbilisi  dəmir  yoluna  paralel  uzanan  Bakı-Gəncə-Qazax-Tbilisi 

xəttidir.  Bu  magistral  xətti  ərazinin  dağlıq  hissələri  ilə  birləşdirən  Şəmkir-Gədəbəy,  Gəncə-

Daşkəsən, Goranboy-Ağcakənd şosse yollarıdır [Mənbə: Nadirov ].  

    


Adları  çəkilən  dəmir  yolları  və  avtomobil  yolları  ilə  daşınan  neft  məhsulları  nəqliyyat 

vasitələrinin  nasazlığı  və  qəzalar  nəticəsində  yollara  dağılır  və  son  nəticədə  çay  sularının  da 

çirklənməsinə səbəb olur.  

    Yayda çaylar boyu 

yerləşən  şəhər  və  kəndlərin  bir  çox  sakinləri  maşınlarını  çayın  dayaz 

sahələrinə  sürərək  orada  yuyurlar.  Bu  da  çayın  neft  məhsulları  və  benzinlə  çirklənməsinə  gətirib 

çıxarır. 

    


Qeyd  edildiyi  kimi  ərazi  çayları  üzərində  yalnız  bir  müşahidə  məntəqəsi  olduğundan  çaylarda 

maşın  yüməyin  və  ya  neft  məhsullarının  çaya  axmasının    təsirini  qiymətləndirmək  çətindir,  lakin 

müvcud 

monitorinq  məlumatları  göstərir  ki,  çayların  suyunda  neft  məhsullarının  kəmiyyəti  əksər 



hallarda yol veriləcək normadan çoxdur ( Cədvəllər 312-3.14). Bu səbəbdən də bu faktor da çayların 

su rejiminə və suyun keyfiyyətinə mənfi təsir edir.  

   

 

3.3.4



 

Bərk tullantılar  

Göygöl şəhərinin zibilxana

sı Mollacəlilli kəndi yaxınlığındadır və onun Gəncəçayın axımına 

birbaşa təsiri yoxdur. 

Gəncənin  zibilxanası  şəhərdən10 km şərqdə Kürəkçay hövzəsində yerləşir. 

Samux  rayonunun  inzibati  mərkəzi  olan  Nəbiağalının  zibilxanası  şəhərin  kənarındadır  (şərq 

hissəsində) və onun çay sularına təsiri yoxdur. 



 

70 


 

 

Cədvəl 3.9. Kommunal xidmətlər tərəfindən yığılmış məişət tullantıların miqdarı (min kub m) 

Rayonlar / İllər 

2005 

2008 

2009 

2010 

2011 

Pilot ərazi  - cəmi 

347.8 

515.1 

471.0 

563.8 

582.2 

Gəncə şəhəri  

252.0 

335.0 


315.0 

421.0 


421.5 

Qazax rayonu 

26.8 

36.0 


38.2 

38.5 


39.0 

Ağstafa rayonu 

14.0 

20.7 


25.1 

25.2 


25.8 

Tovuz rayonu 

7.6 

12.8 


9.5 

11.0 


12.8 

Şəmkir rayonu 

8.3 

29.1 


29.3 

17.8 


18.0 

Gədəbəy rayonu 

2.6 

12.0 


3.4 

0.1 


0.1 

Daşkəsən       

rayonu 

2.6 


2.8 

4.7 


2.8 

2.8 


Samux rayonu 

10.2 


10.1 

4.1 


6.8 

6.8 


Göygöl rayonu 

8.7 


22.5 

24.2 


21.0 

22.2 


Goranboy 

rayonu 


15.0 

34.1 


17.5 

19.6 


33.2 

 

 



    

Çay boyu yerləşən şəxsi ev təsərrüfatlarının məişət tullantıları çayın dərəsinə atılır və daşqınlar 

zamanı  çay  suları  onları  yuyub  aparır.  Bərk  tullantılar  müxtəlif  yollarla  səth  və  yeraltı  sulara 

daxil olaraq onların keyfiyyətinə təsir edir. Bu əsasən yağış zamanı baş verir. Bu səbəbdən də 

Bərk tullantılar  çaylarda  suyun keyfiyyətinə ciddi təsir edir.  

    


 

 

3.3.5



 

Tullantı hovuzları 

     


Daşkəsən  dəmir  filizi  kombinatında  çıxarılan  filizdən  konsentrant  alınır  və  emalın  tullantıları 

xüsusi ho

vuzda  yerləşdirilir.  Bu  kombinatın  tullantı  hovuzu  (şəkil  3.4)  Qoşqarçayın  dərəsindədir. 

Çay suları tələnin yeraltı tunel vasitəsilə ötürülür. Bununla da çayın çirklənməsi minimuma endirilir. 

Lakin filizin çıxarılmasında istifadə olunan və tullantı hovuzuna axıdılan suyun miqdarı haqqında 

kəmiyyət göstəriciləri yoxdur.   

     

Şəkil 3.5-dən  göründüyü Daşkəsən dəmir filizi yatağının tullantılarından əmələ gələn terrikonlar 



təbii landşaftı pozur.  

     


Amma səth suları bu sahələrdən aralıda yerləşir. Bu səbəbdən də onların sulara elə bir ciddi təsiri 

yoxdur.  

 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə