38
artıq günəş işarələri (bir-birinin içərisində) qeydə alınmışdır. Onlardan 6-sı yer
səviyyəsindən hündürdə, qalanları isə yerin altında, mədəni təbəqə səviyyəsində
olmuşdur. Buradan son eneolit və erkən tunc dövrünə aid ocaq və maddi
mədəniyyət (saxsı qırıqları və s.) qalıqları aşkar edilmişdir. (257, 92). Qabarıq
dairə rəsmlərini Azərbaycan, Gürcüstan və Dağıstanın saxsı qablarındakı
təsvirlərlə müqayisə edən arxeoloqlar Kür-Araz mədəniyyətinin erkən
mərhələsinin izlərini görürlər (249,144-148, 87-a, 48).
Qobustan günəş işarələri işlənilmə texnikasına və üslubuna görə İrlandiya
menqirlərindəki və Şotlandiya qayalarındakı işarələrlə bəzi oxşar cəhətlərə
malikdir. (305, şək. 366, 367, 368), (ill.74-b). Analoji günəş işarələrinə Sakaçi-
Alyanda da (Aşağı Amur) rast gəlinir [74,155], (şək. 54). Gəmiqayada çox
maraqlı təsvir aşkar olunmuşdur. Burada rəqs edən insanlar arasında günəş işarəsi -
şüa saçan dairə təsvir olunmuşdur. Arxeoloqlar bu səhnənin bərəkət mərasimi
bayramı ilə əlaqələndirirlər [15,175].
Öz növbəsində spiralvari və əyri xətli ornamentlərlə bəzəməni arxeoloqlar
neolit dövrünün son mərhələsinin səciyyəvi əlaməti hesab edirlər. Bu ornamentlə
bəzəmə Sakit okeanın etnoqrafik mədəniyyətində [134, 112-122] və aşağı Amur
tayfalarında [74, 155] geniş yayılmışdır. Azərbaycan petroqliflərinə oxşar arxeoloji
təsvirlərə Avstraliya materikində də rast gəlmək olar [95, 317; 199, 123-128].
Şüa saçan dairə işarələrinə Cingirdağda, Böyükdaş dağının ətəklərindəki
Sofi Novruz Baba pirinin qəbirüstü daşlarında təsadüf olunur [246,94], (şək. 55).
Gəncəçay sahilindəki Quşçu kəndinin, Kilikdağın kurqan və qəbirlərində aşkar
olunmuş saxsı qabların, Azərbaycanın orta və son tunc dövrü qədim bəzək
əşyalarının spiralvari ornamentlə bəzədilməsi [55, tablo 11, 10; XXII, 1; 49, 136,
fiq.5, № 88(l/8); 50, 27-41; 51 inv. № 7721k, inv. № 961. IV tablo] də bu
qəbildəndir və Gəmiqayanın 19a, 22, 242 №-li daşları üzərindəki spiral qayaüstü
təsvirləri ilə uyğunluq təşkil edir [ 237; 254; 158; 160; 261], (şək. 56 - a, b,c).
Bizim petroqliflərin digər ən mühüm işarə süjeti yağış və suyu təmsil edən
ziqzaqlardır. Böyükdaş dağının yuxarı səkisi, 29№-li daş üzərindəki ziqzaq şəkilli
oyma böyük maraq doğurur. Çox güman ki, bu, yerə tökülən yağış suyunu təmsil
edir. Təxminən üst paleolit dövrünə aid olan ovçu təsviri yağış rəmzini qabaqlayır.
Beləliklə, ehtimal etmək olar ki, yağış təsviri ovçu təsvirindən əvvəl həkk
olunmuşdur. Ola bilsin ki, bu təsvirlər eyni dövrə aiddir. Lakin bu rəsmlərin
xronoloji nisbətinə əməl etmək lazımdır.
Paleolit mahiyyət nöqteyi-nəzərindən həmin 29№-li daş üzərindəki
qayaüstü kompozisiya, çox güman ki, nağıl xarakteri daşıyır. Analoji əyrixətli
ornamentlərə kiçik formalı incəsənətdə də rast gəlinir. Qobustan qoruğunun
fondlarında (inventar №
2467, 2488) 1977-ci ildə Anazağa mağarasından tapılmış
iki kiçik ölçülü çay daşı (ill. 75) və 1975-ci ildə Kənizə sığınacağının 2,55-2,65m
dərinliyində aşkar olunmuş əhəngdaşı (inventar №1479, çöl kitabında №1095)
saxlanılır (ill.76-a). Bu daşlar üzərində Şonqardağ kolleksiyasındakı (ill.77) ziqzaq
39
şəkilli qayaüstü təsvirlərlə eyni olan əyrixətli rəsmlər həkk olunmuşdur. Ziqzaqvari
elementlər-badama oxşar fiqur şəklində işarələr daxildə tor formalı kəsişən xətlərlə
cizgilənmişdir. Bu ziqzaqvari rəsmlər Kostenki-1 düşərgəsinin ilk mədəni
təbəqəsindən aşkar olunmuş sümüklər üzərindəki incəsənət əsərləri [138, 57, 59]
və Prcemostda (Moraviya) Pavlovsk düşərgəsindən tapılmış sümüklərdəki
ornamentli bəzək əşyaları ilə oxşardırlar [78,714], (ill. 78-b,c).
Arxeoloqlar bu növ işarələri «küknarabənzər fiqurlar» adlandırırlar. Onlara
Monqolustanın paleolit dövrü Xoyt-Tsenxeriyn-aquy mağarasında və Franko-
Kantabri vilayətindəki mağaralarda rast gəlmək olar [129,28, şək. 6]. Bu işarələrə
çox vaxt Avrasiyanın paleolit dövrü mağaralarının divarlarındakı üçbucaqlar,
klaviforlar, qadın və kişi işarələri, heyvan təsvirləri ilə bir yerdə təsadüf olunur
[yenə orada, 29], (şək. 57 a,b).
Beləliklə, Qobustan və Şonqardağın kolleksiyalarında «küknarabənzər»
təsvirlər paleolit dövrünün digər abidələri ilə müəyyən mənada oxşardırlar [185,
24-33; 192, 62 65; 266, 18]. Avropa və Asiyanın müxtəlif yerlərinin qayaüstü
təsvirlərinin oxşar və eyni məna kəsb etməsi onların bərabər inkişaf səviyyəsini
sübut edir. Ziqzaqvari işarələr Azərbaycanın eneolit və tunc dövrünün Qızılburun,
II Kültəpə saxsı qablarında geniş yayılmış süjetdir. [12. № 1], [55, cildlər XVI, 3;
XVII, 35; 49, 136, № 82 (1-8; 82 XIV tablo], (şək. 58 -a,b,c,ç). Bu qrup
petroqliflərə Böyükdaş dağı, yuxarı səki, Ovçular mağarasının, 45 və 33 №-li
daşlarında və Böyükdaş dağının aşağı səkisinin 9 №-li daşlarındakı tor təsvirlərini
aid etmək olar (baxmayaraq ki, onlar müxtəlif məna daşıya bilərlər).
Bununla əlaqədar, Lena ziqzaqvari təsvirlərinin [131, 83, tablo № XIX] və
Kareliyanın Oleneostrov qəbiristanlığında aşkar olunmuş kəsmə ornamentli
qumdaşından olan əşyanın Qobustan abidələri ilə (Şonqar dağı 9№-li daş
üzərindəki qayaüstü təsvirlər (ill. 77) və Böyükdaş dağı yuxarı səkisinin Anazağa
mağarasında aşkar olunmuş iki kiçik (inv. № 2467. 2488) çaydaşının (ill. 75 a,b)
bəzi oxşarlığı xüsusi məna kəsb edir. Spiral, ziqzaq, əyri və dalğalı xətt şəklində
ornament Filippin və İndoneziyadan tutmuş Okeaniya və Avstraliyayadək
yayılmışdır [220, 573]. Spiralvari təsvirlərə Naxçıvanda-Gəmiqaya təsvirlərində
rast gəlinir və tədqiqatçılar tərəfindən neolit və tunc dövrünə id edilir [236, 35].
Qobustan və Gəmiqayanın işarə və damğa təsvirləri tədqiqləşdirilərək 21
qrupa bölünmüşdür [251, 8-9]. Qəbul olunmuş ənənəyə əsasən, hesab edilirdi ki,
Qobustanın ən qədim işarə və damğaları orta əsrlərə aiddir. Lakin Monqolustanın
mezolit dövrü abidələri arasında bu damğalara oxşar abidələrin aşkar olunması
Qobustan damğa təsvirlərinin daha qədim mənşəyi haqqında məntiqi nəticəyə
gəlməyə əsas verir.
Xaç işarələri və xaçabənzər təsvirlər tədqiqat üçün qiymətli materiallardır.
Qobustanın Anazağa mağarasında (31 №-li daş) [68; 250, 19-21], (ill. 78),
Cingirdağda (35№-li daş) svaslika işarələri (ucları düzbucaq şəklində əyilmiş
xaçşəkilli nişanə) təqdim olunur (ill. 79). Xaç işarələrinə Böyükdaşın aşağı
Dostları ilə paylaş: |