44
rənglənmiş olduğunu güman edirdilər [yenə orada, 102]. Avstraliyalılar boya əldə
etmək üçün çalalarda boyaq maddəsi parçalarını əzərək toz halına salırdılar (ill. 91-
a), [78, 332]. Qobustanda mağara və qayaüstü təsvirlərin yaxınlığında çoxsaylı
çalalar aşkar edilmişdir. Yəqin ki, Qobustanın ibtidai ovçuları bu texnikadan
istifadə edirdilər (ill. 91-b). Avropanın paleolit dövrü mağaralarında rəsmlərin
rənglənməsi üçün tərkibində dəmir olan oxradan istifadə olunurdu. Bu oxradan
sarı, qəhvəyi rənglər əldə edilirdi [5.10]. Macarıstanda isə oxra əldə etmək üçün üst
paleolit yataqlar mövcud olmuşdur [78, 329]. Böyük Qobustan ərazisində çoxlu
neft-qaz yataqları vardır. Bəzi yerlərdə neft və qazın yer üzünə təbii tullantıları
nəticəsində qırmızımtıl rəngdə dəmir turşu kütləsi səpələnmişdir. Ola bilsin ki, o
vaxtlar qədim rəssamlar bu cür prosesləri müşahidə etmiş və dəmir turşusundan
rəsmlərin rənglənməsi üçün istifadə etmişlər.
Sürtülmə texnikası ilə yerinə yetirilmiş rəsm Böyükdaş dağının aşağı səkisi,
239 №-li daşdan məlumdur. Cızma və oyma (çox güman ki, metal alətlə) yolu ilə
yerinə yetirilmiş rəsmlərə Qobustan və Gəmiqaya qayalarında rast gəlmək olar.
Gəmiqayada neolit və tunc dövrü qayaüstü təsvirləri daş alətlərlə həkk
olunurdu. Rəsmlər, əvvəlcə nöqtə vurmaq texnikası ilə döyülür, sonra sürtmə yolu
ilə konturlar dərinləşdirilirdi. Bundan başqa, Gəmiqayada sürtmə yolu ilə yerinə
yetirilmiş rəsmlərə də təsadüf olunur [14, 104-108].
Abşeronun bəzi meqalit daşları üzərində insan və heyvanların barelyef
təsvirlərinə rast gəlmək olar (ill. 92; 93). Təsvirlərin bir çoxu şaquli vəziyyətdə
olan yastı daşlar üzərində həkk olunmuş, sürtmə yolu və ya iri çaydaşından olan
alətlərlə oyulmuşdur [27a, 85].
Beləliklə, Azərbaycanın qayaüstü incəsənətində
tədqiqatçı-alimlər
tərəfindən işlənilmə texnikasının bir neçə növü - oyma, sürtmə, döymə və ya iti
metal əşya ilə cızma, nöqtələrlə döymə, rəngləmə texnikası [237, 71; 258, 5; 167,
99 103; 86, 91 98; 226, 68 71] və qayanın təbii relyefindən istifadə texnikası
müəyyən edilmişdir.
45
III FƏSİL
AZƏRBAYCAN QAYAÜSTÜ TƏSVİRLƏRİNİN DÖVRLƏŞDİRİLMƏSİ
Qayaüstü incəsənət üzrə tədqiqatçının rastlaşdığı ən mühüm və çətin məsələ
qayaüstü təsvirin yaşının müəyyən edilməsi problemidir. Bu isə öz növbəsində,
tarixi inkişafın uzun mərhələlərində abidənin yerinin düzgün müəyyən edilməsi
üçün mühüm əhəmiyyət kəsb edir. Qayaüstü təsviri olan ayrı-ayrı daşların və
mədəni təbəqə qalıqlarının stratiqrafiyası (süxurların laylanması fonnalarının, yer
qabığının əmələgəlmə prosesinin tarixi ardıcıllıqla öyrənilməsi), tipoloji təhlil və
digər elmlərin-geologiya, paleozoologiya, paleobotanika və s. köməyi ilə
təsvirlərin yaşını bəzən təyin etmək mümkündür. Lakin əldə olunmuş məlumatlar
son dərəcə təxmini xarakter daşıyır və onların daha dürüst yaşları haqqında suallar
cavabsız qalır.
Qayaüstü incəsənətin (xüsusilə paleolit dövrü incəsənətinin) yaşının
müəyyən edilməsi probleminin həllində Breyl [295], Qrasiozi [303], Laminq-
Kmperer [296] və xüsusilə Lerua Quranın [297] tədqiqat işləri və monoqrafiyaları
mühüm rol oynamışdır.
Xronologiya məsələsi xüsusi müzakirə tələb edir. İbtidai arxeologiya üçün
qayaüstü incəsənət ibtidai insanların təfəkkürünün öyrənilməsi istiqamətində
mühüm mənbədir. İbtidai arxeologiyanı antropologiya, dördüncü dövr geologiyası,
paleobotanika, paleocoğrafiya, osteologiya və digər elm sahələri olmadan təsəvvür
etmək mümkün deyil. Lakin son illər fizika, kimya, biologiyanın sürətli inkişafı ilə
əlaqədar arxeologiyanın təbii və dəqiq elmlərlə əlaqəsinin yeni üsul, imkan və
yolları meydana gəlmişdir.
Hazırkı dövrdə daha dürüst yaşı təyin etmək üçün gilin zolaqları üzrə yaşın
təyin edilməsi, spor-tozcuq təhlili, radiokarbon, dendroxronoloji, arxeomaqnit,
termolüminessent və digər üsullardan istifadə olunur. Arxeologiyada nisbi
xronologiya metodları yaxşı işlənib tədqiq olunmuşdur. Arxeoloqlar formal-
səciyyəvi və stratiqrafik metodlardan istifadə edərək hər hansı bir hadisəni səhvsiz
bu və ya digər dövrə (daş, tunc və ya dəmir) aid edə bilirlər.
Qayaüstü rəsmlərin nisbi yaşını müəyyən edərək təsvirin üslubundan başqa,
həkkolunma texnikası və patinləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Qeyd
etmək lazımdır ki. YUNESKO-nun dəstəyi ilə 2003-2004-cü illərdə Qazaxıstan və
Özbəkistanda (Tamqalı, Kulcabası və Sarmışsaye çöllükləri) keçirilmiş beynəlxalq
elmi-praktik seminarlarda rəsmlərin yaşının müəyyən edilməsində köməkçi
amillərdən biri olan daş və qaya səthində patin nümunələrindən uğurla istifadə
olunmuşdur. 2004-cü ilin dekabrında Hindistanda keçirilən qayaüstü incəsənətə
dair X Beynəlxalq Konqres zamanı Bimbetka (Bhimbetka). Çambal Vali (Chambal
Valley) ərazilərində mədəni təbəqələrdən tapılmış tapıntıların termolüminessent
üsulu ilə yaşının müəyyən edilməsi nümayiş etdirilmişdir. (Qeyd: müəllifin şəxsi
müşahidə və tədqiqatlarından).
46
Paleolit dövrünün incəsənət nümunolərinin dövrləşdirilməsi üzərində daha
ətraflı dayanaq. XX əsrin I yarısında Fransada arxeoloji tapıntıların təkamülü və
yeni növ alətlərin meydana gəlməsi əsasında üst paleolit dövrünü üç mərhələyə
bölürdülər: orinyak. solütre və madlen. G.Peyroni [298, 9-10] sübut etmişdir ki, bu
bölgü paleolit mədəniyyətinin inkişafını əks etdirmir və bir qədər fərqli bölgü təklif
edir. Sonralar A.Lerua-Quran bu dəlillər əsasında üst paleolitin xronoloji cədvəlini
tərtib etmişdir [cədvəl № VII].
Orinyak mərhələsinə inkişafın iki xətti - Qərbi Avropada üst paleolitin
başlanğıcında təxminən eyni vaxtda mövcud olmuş orinyak və periqord xətləri
daxil idi. Periqord mərhələsi üçün Şatelperron tipli ucluqlar adlandırılan qabarıq
retuşlu ucu olan çaxmaqdaşlı lövhəciklər, sümük bizlər, silindr formalı nizə
ucluqları səciyyəvidir. Bu dövr düşərgəsi radiokarbon metodu ilə e.ə. 31, 690+250
və 31.550+400 ilə aid edilir. Avropada Şatelperronun xarakterik düşərgəsi Arsi-
sür-Kürdür [36, 188 189, 285].
Qeyd etmək lazımdır ki, Kiçikdaş dağındakı Qayaarası sığınacağından üst
paleolit əmək alətləri və onların arasında Şatelperron tipli bıçaqlar [168, 21; 165, 7-
8; 137, İş № 1], seqmentvari bıçaq lövhəcikləri (QTBQ fondu, inv. № 5684),
prizma şəkilli nukleuslar (QTBQ fondu, inv. № 5722, 6207) aşkar edilmişdir.
Analoji nukleuslar Kiçikdaş dağının Ceyranlar düşərgəsində (QTBQ fondu, inv. №
814), Böyükdaş dağının Kənizə düşərgəsinin 3,8-4,2 m dərinliyində (QTBQ fondu,
inv. № 2018-3, 2006-2, 1799 -1, 1760-4) aşkar edilmişdir.
Prızmaşəkilli nukleuslar, bıçağa oxşar çaxmaqdaşı lövhəcikləri, sümük
bizlər üst paleolit dövrü üçün səciyyəvidir [230,58]. Bıçaqşəkilli çaxmaqdaşı
lövhəcikləri, həmçinın Kiçikdaş dağının Qayaarası (inv. №
5684, 5689, 5705) və
Ceyranlar (inv. 904, 905, 907) düşərgələrində kar olunmuşdur. Məlum olduğu
kimi, lövhəcikdən bir çox alətlərin hazırlanmasına üst paleolitin əvvəllərində
başlanılmışdır [36, 194].
Həminm mədəni təbəqələrdən üzərində təsvir olan ayrı-ayrı daşlar da aşkar
olunmuşdur. Kənizə düşərgəsinin 4,3 m dərinliyində üzərində şir (inv. № 2049) və
kəmər- çinli insan təsviri olan (inv. № 2050) daşlar tapılmışdır.
Qayaaltı sığınacaqlarında və bəzi çoxqatlı təsviri olan qayaların ətəklərində
sonralar aparılmış tədqiqat və qazıntı işləri zamanı əldə olunmuş qənaətlər
Qobustan abidələrinin xronologiyasına yenidən baxılması zərurətini yaradır. Yaxın
vaxtlaradək Qobustan abidələrinin qədimliyi barədə problem prinsipial deyil, daha
çox fərdi xarakter daşımışdır. Xronologiya problemlərinə dair ilkin nəşrlər vardır,
lakin bu problem indi daha dərindən tədqiq olunur. Bununla əlaqədar, təsvirlərin
yaşına dair tamamilə yeni dəlillər əldə olunmuşdur. Bu gün Azərbaycanın qayaüstü
incəsənətində yaş məsələsinə tam və kifayət qədər konkret cavab vermək üçün bəzi
imkanlar vardır. Əgər kiçik formalı incəsənət əsərlərinin yaşı tapıldıqları arxeoloji
təbəqəyə görə əksər hallarda düzgün təyin olunursa, qayaüstü təsvirlərin yaşının
müəyyən edilməsi böyük çətinliklər doğurur. Lakin Qobustanın bəzi
Dostları ilə paylaş: |