51
məlum olan mədəni qrupların bədii tərzinin, kompozisiyalarının, işlənilmə
mövzularının müqayisəsinə yönəldək.
Azərbaycanın bəzi təsvirlərinin texnikasına və üslubuna görə Avropanın
yaxşı tədqiq olunmuş qədim təsvirləri ilə oxşarlığı xüsusi maraq doğurur. Bu
nümunələri Qobustanın bədii irsində müşahidə etmək olar. Ən qədim rəsmlər
sırasında çoxsaylı insan təsvirlərini [68, 281, 230, 15, 226, 241, 257, 60, 65], üst
paleolit fiqurları üçün səciyyəvi olan, yandan çəkilmiş qadın təsvirlərini nümunə
göstərmək olar (şək. 39). Bu rəsmlər Qobustanın Kənizə mədəni təbəqəsində aşkar
olunmuş kiçik daş heykəlləri ilə (ill. 56; şək. 54-b), [166, 92-95] müəyyən mənada
oxşar cəhətlərə malikdir və mezin paleolit veneraları [145, 200, 1, 194, 203],
(ill.57-a-b), Pindal, Nio Madlen dövrü mağaraları (ill. 58-b; 59) və İrkutsk
yaxınlığında Masta kəndinin Kostenki kiçik heykəlləri ilə analoji oxşarlığı vardır
(ill. 57, 58, 59). A.P.Okladnikov paleolit dövrünün insan təsvirlərini tədqiq edərək,
belə nəticəyə gəlmişdir ki, qadın obrazları erkən üst paleolit dövründə meydana
gəlmiş, kişi təsviri isə madlen dövrünə aid edilir. Bunlar əsasən «üst-üstə həkk
olunmuş, müxtəlif dövrlərdə lay-lay çəkilmiş heyvanların oyulma təsvirləridir»
[133, 80]. Bu cür fiqurların səciyyəvi nümunəsi-Böyükdaş dağının yuxarı səkisi,
29 №-li daş üzərindəki ovçu təsviridir (ill. 12; 13; 14; 15; şək. 71).
Bundan əlavə, yuxarıda adları çəkilən rəsmlərin paleolit dövrünə aid
olmasını Anazağa, Kənizə, Qayaarası, Qayaarası-2, Ceyranlar mağaralarının üst
paleolit dövrü çaxmaqdaşı bıçaqları səviyyəsində aşkar olunmuş ayrı-ayrı daşlar
üzərindəki qadın, ovçu, öküz, qayıq təsvirləri və bu mağaraların divarları olmuş 43
qaya üzərindəki rəsmlər təsdiq edir [168, 21], (ill. 98 (13,14); 57; şək. 72-a-b).
Avropanın müxtəlif paleolit abidələrindən tapılmış kiçik heykəllərlə (ill. 56; 57-
b,c; 58; 59) oxşar olan Kənizə mağarasından aşkar olunmuş daş qadın
heykəllərinin hissələri qadın qayaüstü təsvirlərinin yaşını müəyyən edən mühüm
amildir. Bu kiçik heykəllərdə və qadın təsvirlərində üst paleolit dövrünə xas olan
cəhətlər izlənilir. Qadın və bəzi öküz təsvirlərinin yaranma tarixi öküz başı təsviri
ilə eyni səviyyəli mədəni təbəqədən aşkar olunmuş «şatelperron bıçağı» əsasında
müəyyən edilir.
Qeyd etmək lazımdır ki, insan təsvirlərinin paleolit dövrünə aid olması
xüsusiyyətləri C.Rüstəmovun və digər alimlərin tədqiqatları əsasında nəzərə
alınmış və paleolit dövrünün dünya analoqları ilə müqayisədə tamamlanmışdır.
Gələcək tədqiqatlar, görünür, bu suala daha inamla cavab verməyə imkan
yaradacaqdır.
Bir sıra dəlillər Qobustan abidələrini Qərbi və Mərkəzi Avropanın tanınmış
paleolit abidələri ilə yaxınlaşdırmağa imkan verir, lakin Avropa nümunələri ilə
bəzi ümumi cəhətlərə baxmayaraq, onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər.
Qobustanın daha qədim dövrünün yaş probleminin həll olunmasında Cingirdağdakı
tərsinə çəkilmiş keçi təsviri maraq kəsb edir (ill. 95). Bu, qayanın əvvəllər yuxarıda
52
yerləşdiyini göstərir. Beləliklə, bu daş üzərindəki insan təsvirləri sonradan həkk
olunmuşdur.
Bundan başqa, müxtəlif rayonlarda yerləşən Azərbaycan qayaüstü təsvirləri
yalnız o yer üçün səciyyəvi olan bəzi özünəməxsus üslub cəhətlərinə malikdir.
Qobustandan qərb (Kəlbəcər, Gəmiqaya, Sünik və Göyəm) və şimal-şərqə
(Abşeron) (ill. 96; 39-a,b; 4ü-a,b; 41; 42; 43; 44; 48; şək. 24-a,b; 25 a,b; 29) tərəf
getdikcə, təsvirlər çox sxematik olur. Bu, Qobustan incəsənəti ilə Kəlbəcər, Gəmi-
qaya və Abşeron incəsənəti arasında bədii ənənələrin varisliyinin mümkünlüyü ilə
bağlıdır. Qobustanın paleolit incəsənətinin üslub xüsusiyyətləri onun yerli
özünəməx-susluğu haqqında danışmağa imkan verir.
Azərbaycan qayaüstü incəsənətinin dövrləşdirilməsi
Azərbaycan qayaüstü incəsənətinin dövrləşdirilməsi sahəsində arxeoloq
İ.Cəfərzadə mühüm işlər görmüşdür. Onun tədqiq etdiyi Qobustan petroqlifləri
üslubuna, məzmununa və tarixinə görə ən qədim dövrlərdən orta əsrlərədək 6
tarixi-xronoloji qrupa bölünür:
- ən qədim, erkən dövr;
- neolit dövrü;
- eneolit dövrü;
- tunc dövrü;
- dəmir dövrü;
- orta əsrlər dövrü.
Lakin bu gün petroqliflərin tarixinə dair əldə olunmuş yeni dəlillər
İ.Cəfərzadənin tərtib etdiyi xronologiyaya bəzi düzəliş və dəyişikliklər edilməsini
tələb edir.
Son pleystosen və erkən holosen dövrü abidələri. Qayaüstü təsvirlərin
yaşını müəyyən etmək üçün biz onların süjetləri ilə bu və ya digər rayonların iqlim
şəraitinin dəyişməsi və faunanın təkamülü haqqında məlumatlarla müqayisəsini
əsas götürmüşük.
Bu mənada Kiçikdaş dağının 5 №-li daşı üzərindəki 4 m 23 sm
uzunluğunda iri balıq təsviri xüsusi maraq kəsb edir [IV cədvəl, şəkil 1].
Ehtimallara görə, bu təsvir, bölgədə nəsli kəsilmiş delfin rəsmidir. Xəzər dənizində
delfinin yaşaması üst dördüncü dövrə aid edilir. Bundan əlavə, ətəyində üst paleolit
dövrünə dair mədəni təbəqə aşkar olunmuş erkən ovçular mağarasının divarında bu
təsvirin həkk olunması dediklərimizi təsdiq edir. Beləliklə, rəsmin tarixini
təxminən üst pleystosen dövrünün sonuna - Xəzər hövzəsinin (Xvalın dənizi) son
iri transqressiyası dövrünə aid etmək olar [40, 80, 88]. Bu dövrdə Aralıq dənizinin
suları Qara dənizdən, yəni Manıç boğazından keçərək Xəzərə tökülürdü [192, 292-
294].
53
Anazağa mağarasının divarlarının birində qalın torpaq qatı altından aşkar
olunmuş qayaüstü təsvirləri (ill. 10) Vürm buzlaşması dövrünə, 27-20 min il əvvələ
[209, 452] aid etmək olar. O vaxtlar dəniz səviyyəsi nisbətən aşağı idi (bax: I
bölmə). Böyükdaş dağının yuxarı səkisində, Öküzlər-2 düşərgəsinin (163, 43)
mədəni təbəqəsindən aşkar olunmuş 6 Didacna balıqqulağı düşərgənin paleolit
yaşını müəyyən edən maraqlı faktlardan biridir. Yalnız şirin sularda yaşayan bu
molyusklar [21] Xəzər dənizinin şirin sulu olduğu dövrdə, yəni üst dördüncü dövr
üst pleystosen dövründə yaranmış Xvalın dənizində mövcud ola bilərdilər [192,
292-294] (bax: Xvalın dənizinin geoloji xəritəsi).
Dediklərimiz düşərgənin üst paleolit dövrünə aid olduğunu müəyyən
etməyə imkan verir. Mütləq geoxronologiyaya görə, Xvalın dənizinin mövcudluğu
e.ə. 34 min il əvvələ şamil edilir [101,1 129]. Bu dövr Azərbaycanda üst paleolit
dövrünün başlanğıcı ilə (e.ə. 40-35 min il əvvəl) üst-üstə düşür [228, 415].
Beləliklə, Kiçikdaş dağındakı delfin təsvirinin bu dövrə aid olduğunu güman etmək
olar. Bu dövrdə Manıç boğazının açıq olduğunu da [192, 292- 294] nəzərə alsaq,
bu fərziyyənin tamamilə mümkün olduğunu qeyd edə bilərik.
Qeyd etmək lazımdır ki, son paleolit mədəniyyəti Qərbi Avropa ərazisində
daha dolğun öyrənilmişdir. Ona görə də tarixçilərin əksəriyyəti Qərbi Avropa
tapıntılarına istinad edirlər. Üst paleolitin ən erkən mərhələsi orinyak dövrüdür.
Mərkəzi Avropada bu dövr e.ə. 42 min il əvvələ aid edilir [36, səh.182]. Orinyak
dövrü üçün müxtəlif növ daş sancaqlar, kəsici və sümük alətlər, əsasən bizəoxşar
ucluqlar və deşicilər səciyyəvidir. Qeyd etdiyimiz kimi, inkişaf etmiş orinyak
dövrünə qadın fiqurları - «Veneralar» və bəzi barelyeflər aid edilir. Tipik Qərbi
Avropa mə-dəniyyəti olan solütre dövrünə (e.ə. 19 min il əvvəl) «dəfnəyarpaqlı
ucluqlar»dan əlavə, ilk sümük iynələr də xasdır. Paleolitin son madlen mədəniyyəti
üçün (e.ə. 15 min il əvvəl) müxtəlif daş alətlər - burğular, bıçaq-mişarlar və
mikrolitlər səciyyəvidir. Mezolit (epipaleolit) dövrü (e.ə.13 min il əvvəl) kiçik daş
alətlərin (mikrolitlərin) inkişaf dövrüdür. Bu dövrdə alətlərin əksəriyyəti sümük və
ağac tutacaqlarla təmin olunurlar.
Qobustan mağara və sığınacaqlarında aşkar olunmuş arxeoloji nümunələr
qayaüstü təsvirlərin bəzi yaş problemlərini həll etmək üçün qiymətli materialdır.
Qərb və rus tarixçilərinin mədəniyyət bölgüsünə əsaslanaraq onlardan bəzilərini
nəzərdən keçirək.Öküzlər-2 yaşayış məskəni (Böyükdaş dağının yuxarı səkisi).
Düşərgənin inventarı trapesiya, seqment, sancaq, deşici və digər alətlərdən
ibarətdir. Çaxmaqdaşlı ucluqlu sancaq (şək. 72-a) daha çox Malta mağarasından
tapılan üst paleolit çaxmaqdaşı alətləri formasına yaxındır (şək. 73-b). Qabarıq
lövhə qırıqlarından hazırlanmış digər sancaqlar (şək. 73-c,ç) VIII Kostenki
düşərgəsinin Telman mədəniyyəti sancaqları ilə (şək. 73-d) və Şatelperron iti
ucluqlar tipində olan erkən Kapsi mədəniyyətində (Qafs, Şimali Afrika) təmsil
olunan ucluqlu sancaq lövhəciyi ilə (ill. 97) oxşarlıq təşkil edir. Mustye bazası
üzərində Kapsi mədəniyyəti (Qafs, Şimali Afrika) Orta Avropanın orinyak
Dostları ilə paylaş: |