54
mədəniyyəti ilə eyni vaxtda mövcud olmuşdur (145, 206-207). Forma etibarı ilə
Böyükdaş dağının Öküzlər-2 düşərgəsində tapılmış daş alətlər Sibirin Kokorev
(şək. 74-a, b) və Afontov (Afontov dağı) mədəniyyətlərinin üst paleolit daş alətləri
ilə bəzi oxşar cəhətlərə malikdir. Üst paleolit texnikası və alətlərinin səciyyəvi
xüsusiyyətlərinə əsasən onların olduqları yeri müəyyən etmək olar. Bu əlamətlər
müəllifə, bu yaşayış məskəninin yaşını ehtimal etməyə imkan vermişdir. Bu
mədəni təbəqədə aşkar olunmuş Didacna balıqqulaqlarına əsasən, düşərgənin üst
paleolit dövrünə aid olduğunu söyləmək olar.
Anazağa mağarası, 5 №-
li sığınacaq (Böyükdaş dağının yuxarı səkisi).
Düşərgənin inventarı prizma şəkilli (inv. № 4287, 4575, 4476), (ill. 98 (1, 2, 3)) və
silindrik nukleuslardan (inv. 4149) (ill. 98 (4)) ibarətdir. Qədim insanlar bu
nukleuslardan son paleolit dövrü üçün səciyyəvi olan qırıqları və lövhəcikləri
qoparırdılar [78,132, şəkil 194]. Bəzi nukleuslar [inv. 4154, 4215, 4269], (ill. 98
(5.6.7)) Uştata (Tunis) düşərgəsindən aşkar olunmuş nukleuslara [78, 155]
oxşardırlar. İnventar №-ləri 4570 və 4303 (ill. 98 (8,9)) olan mikrolövhəciklər üçün
iber-mavritan (Uştata düşərgəsi, Tunis) [78, 155] və Kapsi mədəniyyətinə xas olan
cəhətlər səciyyəvidir [78, 158]. İnventar №-si 4828 olan döyücü alətləri (ill. 98
(10)) Çexiyada, Mlazitsedon tapılmış sadə erkən paleolit dövrü kobud alətlərilə
oxşardır [yenə orada, 137, şəkil 196]. Qayaarası (inv. №6040) (ill.99(l)) və
Ceyranlar (inv. № 820) (ill. 100 (1)) düşərgələrindən olan alətlərlə oxşarlıq təşkil
edən çaydaşı alətləri (inv. 4892) (ill. 98 (11)) qravetti dövrünə (e.ə. 25 min il əvvəl)
aid edilən Pavlov mədəniyyətinə (Prcemosti, Moraviya) uyğun gəlirlər [36, 65]. Bu
dövrə aid üzərində insan təsvirləri olan ayrı-ayrı daşlar aşkar edilmişdir (QTBQ-
nin fondu - inv. № 2314, 2418) (ill. 98 (13, 14)). Analoji petroqliflərə Böyükdaşın
yuxarı səkisində və Kiçikdaş dağında rast gəlinir. Bu mədəni təbəqədən
balıqqulağından hazırlanmış bəzək əşyaları (inv. № 4542) aşkar edilmişdir (ill.98
(12)).
«Kənizə»
yaşayış məskəni (Böyükdaş dağının yuxarı səkisi). 3,8-4,2 m
dərinlikdə aşkar olunmuş iti ucluqlar (inv. № 1892, 1904, 2001, 2001-2) (ill. 101
(1,2,3,4)) qərbi Fransanın tipik solütre dövrünə aid iti ucluqları ilə oxşardırlar [78,
148]. Silindrik nukleus (inv. № 1768-1) (ill 101 (5)) son paleolit dövrünün tipik
nümunəsidir [yenə orada, 132, şəkil 194]. Bu mədəni təbəqədən şir (inv. № 2049)
(ill. 101 (6)) və kəmərçinli insan (inv. №92050) (ill. 101 (7)) təsvirləri olan daşlar
aşkar olunmuşdur. Qobustan qayalarındakı analoji təsvirləri elə həmin dövrə aid
etmək olar.
1 №-li sığınacaq
(«Maral», Böyükdaş dağının yuxarı səkisi). Daş alətlərin
hazırlanmasında iş plitəsi rolunu oynayan daş (inv. № 6572) (ill. 102 (1)) (daş
üzərində zərbə izləri var) üst paleolit dövrü üçün səciyyəvidir [yenə orada. 165].
İnventar №-si 6515 olan doyücü alətində (ill. 102 (2)) üst paleolit dövrü emalının
izləri vardır. Şarabənzər alətlər (inv. № 6550 (ill. 102 (3)) Kapsi mədəniyyəti
alətləri ilə oxşardırlar [yenə orada, 224], (ill. 97).
55
Qayaarası yaşayış məskəni
(Kiçikdaş dağı). 2,7-3m dərinliyində aşkar
olunmuş daş alətlər (inv. № 6040), (ill. 99 (1)) qravetti dövrünün düşərgəsindən
(Pavlov, Prcemosti, Moraviya) olan alətlərə bənzəyirlər. Analoji alətlər Ceyranlar
(inv. №820) (ill.100 (l)) və Anazağa (inv. № 4892), (ill- 98 (11)) mağaralarında
aşkar olunmuşdur. Arxeoloqların ehtımallarına görə, bu alətlər daşı emal etmək
üçündür [78. 170. 178]. Bıçaqvari və kəsici lövhələr (inv. № 5705, 5718), (ill. 99
(2,3)) Moraviyanın Dolni Vestonitse daş bıçaqları ilə oxşar cəhətlərə malikdir. Bu
düşərgədən tapılmış sümük bizlər və bizkəsicilər (ill. 99 (4)) kapsi, iber-mavrusin,
Moraviyada Nova Drateniska mağarasından madlen, Avstriyada II Vielendorf
sümük məmulatları ilə eynilik təşkil edir [yenə orada, 158,237,203,148].
Ceyranlar yaşayış məskəni
(Kiçikdaş dağı). Qayaarası (inv. № 6040) (ill.
99 (1)) və Anazağa (inv. № 4892) (ill. 98 (11)) mağarasından tapılmış alətlərlə
oxşar olan çaydaşı alətləri [inv. № 820)] (şək. 71) Pavlov mədəniyyətinin
cilalanmış alətlərinə bənzəyir və qravetti dövrünə aid edilir. Arxeoloqlar hesab
edirlər ki, bu, paleolit dövründə cilalanmış daşın azsaylı nümunələrindəndir [yenə
orada, 178]. Obsidian və çaxmaqdaşı qırıqları (ill. 98 (2)) da Dolni Vestonitse
(Moraviya) düşərgəsinin Pavlov paleolit nümunələrinə yaxındır [yenə orada, 153].
Qobustan abidələrinə qısa nəzər salmağımıza baxmayaraq, düşərgələrin
paleolit dövrünə aid olması şübhə doğura bilməz. Bəzi hallarda, hətta orinyak,
solütre və madlen dövrlərini də müəyyən etmək olar.
Digər tərəfdən qeyd etmək lazımdır ki, Azərbaycan qayaüstü incəsənətinin
xronologiya probleminin həll edilməsində çox vacib və xüsusi əhəmiyyət kəsb
edən amil Qobustanın paleoantropoloji məlumatlarından istifadədir. Bu məlumatlar
Qobustanda məskunlaşmanın qədimliyini müəyyən etməyə imkan yaradır. 1970-ci
ildə Kiçikdaş dağında yerləşən Firuz mağarasının mədəni təbəqələrinin birində 11
skelet (ikisi uşaqlara, qalanları böyüklərə məxsus) aşkar olunmuşdur. Bu skeletləri
C.Rüstəmov e.ə. VIII-VII minilliyə aid etmişdir [168, 21].
Paleoantropoloji məlumatlara görə, yer təbəqəsinin sürüşməsi nəticəsində
aşkar olunmuş sümüklərin anatomik quruluşu pozulmuşdur. Həmin təbəqədə
çaxmaqdaşı və çaydaşı alətləri, mikrolit alətlər, sancaqlar, nukleuslar, həmçinin,
çaydaşından asma bəzəklər, qaban köpək dişləri və digər heyvanların dişləri aşkar
edilmişdir [99, səh.158-162]. İstisna deyil ki, torpaq sürüşməsi nəticəsində mədəni
təbəqələr də sürüşmüşdür. Beləliklə, bu təbəqənin mezolit dövrünə aid olması
şübhə altına alına bilər. Bu ehtimalın təsdiqi kimi, bu qəbirlərin yaşı
paleoantropoloji qalıqlara görə deyil, C.Rüstəmovun qoyduğu tarixə görə müəyyən
olunmuşdur. (Müəllifin qeydi: Mötəbər tədqiqatçıların fikirlərini əsla inkar
etməyərək, müəllif müzakirə üçün digər nöqteyi-nəzəri mümkün hesab edir. Bu
qəbirlərin daha qədim mənşəli olması tamamilə mümkündür).
Əldə olan paleoantropoloji materiallar birmənalı cavab üçün kifayət
deyildir. Belə mürəkkəb problemlərin uğurlu həlli üçün Qobustanda geniş miqyaslı
kompleks tədqiqatların aparılması zəruridir. Arxeoloqların, antropoloqların,
Dostları ilə paylaş: |